Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   35   36   37   38   39   40   41   42   43

120 
 
 
“İqbalnamə” ikinci hissə olaraq 3500 beyirdən ibarətdir. Burada İskəndərin  şəxsi 
yaşayışı, himmət və peyğəmbərliyindən bəhs edilir. Belə aydın olur ki, Nizami 
“Şərəfnamə”ni Nüsrəddin  Əbubəkr Məhəmməd Cahan Pəhləvanın oğlu və  Qızıl 
Arslanın  əmisi oğluna Atabəylər nəslinə ithaf etmişdir. Azərbaycanda Atabəylərin 
hörməti çox olduğundan Nizami onların xahişini rədd etməmişdir.  Şair bu əsər 
vasitəsiylə bəyan edəcəyi sözləri demiş və özü də etiraf etmişdir ki, onun ən dəyərli əsəri 
məhz “İskəndərnamə»dir. Nizami iskəndər barədə mövcud olan yəhudi və  pəhləvi 
dilində yalnız məlumatları nəzərdən keçirmiş, öz şairlik istedadı nəticəsində onlara yeni 
həyat vermişdir. 
Dastanın başlanğıcı 
Rumda cavan və adlı-sanlı bir şah var idi ki, ona Filqus deyərdilər. Rum və rus 
onun hökmdarlığı altında idi. Filippin oğlu olan bu şəxs Yunan tarixində  və  islam 
tarixlərində mühüm yer tutumuşdur. Yunan, Rum və İslam mənbələrinə  əsasən demək 
olar ki, qərbdən  şərqə ta okeanlara qədər böyük ərazini istila etmişdir. Bu rum və 
yunanlar müştərək idilər. Onların yaşayış  tərzi, məzhəbi və  əxlaqı çox oxşardır. Bir 
iranlının vəsiyyətinə görə İskəndər böyük Daranın oğlu, kiçik Daranın isə qardaşı hesab 
olunur. Nizami isə bu vəsiyyətləri qəbul etmir və İskəndərin Filquis oğlu olduğunu iddia 
edir.  İskəndərin müəllimi isə  Ərəstu olduğuna işarə edir. İskəndər də  həmişə öz 
müəlliminə qulaq asmış və  ona hörmətlə yanaşmışdır. İskəndərin dünyaya şahlıq etmək 
arzusunu Ərəstu ona tövsiyə etmişdir. 
İskəndərin taxta çıxmasından bir müddət sonra bütün ölkədə ədalət bəqərar oldu. O, 
ölkəni tutub dağıtmadı. Yalnız özünə tabe etdirib xərac alırdı.  İskəndər atasından 
qüvvətli, tədbirli və dostpərəst idi. Nizami öz fikirlərini «Sirlər xəzinəsi»ndən 
başlayaraq  ədalətli  şah prinsipini sona qədər aparmağı qarşısına məqsəd qoyduğundan 
dünyanı yalnız ədalətlə idarə etməyin mümkünlüyünü vurğulayır. 
Zəncilər  içərisinə hücum və  qələbə  İskəndəri Misirdən Ruma qədər məşhur-
laşdırmışdır. Bundan sonra İskəndəri hətta, peyğəmbər kimi qəbul etməyə  başlayırlar. 
İskəndərin zəncilər üzəridəki qələbəsi və Misirdə ədalət və sakitliyin bərpasından sonra 


121 
 
 
dəniz kənarında  İskəndəriyyə  şəhərinin salınmasına başlanılır. Bu iş sonradan davam 
etdirilib 12-13 şəhərin salınmasına gətirib çıxarılır. 
İskəndər bundan sonra Yunana qayıdır. Lakin xərac vermək bütün dövlətləri razı 
salmır. Ona görə  də Dara İskəndərlə müharibəyə başlayır. Ancaq İran xalqı Dara 
zülmündən qurtarmaq üçün İskəndərin bu yerlərə gəlməsini məqbul sayırlar. 
Nizami «Şərəfnamə» də yazır ki, ağıllı filosoflar İskəndərin Daranın zülmünə son 
qoymağın vaxtı çatdığını deyirlər. İskəndər və Daranın bir-birinə göndərdiyi məktublar 
bir fayda vermədiyindən müharibə labüdləşir. Hətta, ordu başçıları da  Dara əlindən 
zinhara gəldiyini deyib İskəndərə  təslim olurlar. Onlar Daranı öldürməyə hazır olduq-
larını  İskəndərə  bəyan edirlər.  İskəndər buna inanmasa da, alimlərin nəsihəti yadına 
düşür ki, «Hər yerin dovşanını onun öz tazısı tutar» nəzərnə  gəldi.  İki ordu başçısına 
tapşırdı  və onlar da öz növbələrində fürsət tapıb Daranı öldürdülər. Qorxuya düşən 
İranlıların sülhdən başqa bir çarəsi  qalmadı. Rəvayətə görə Dara yaralanıb yataqda ikən 
İskəndər onun yanına gəlir. Bu səhnəni Firdovsi və Nizami böyük ustalıqla vermişlər. 
Qəribə burasıdır ki, iki böyük sərkərdə ağır döyüşlərlə bir-biriylə vuruşmuş, ancaq biri-
nin məğlubiyyəti o  birini sevindirməmişdir. İskəndərin ürəyi yumşalıb Daranın vəsiy-
yətlərinə əməl edəcəyinə söz vermişdir. 
Daranın ondan üç xahişi olmuşdur: Birincisi odur ki, ona xainlik edənləri 
cəzalandırsın, ikncisi ailəsi ilə  işi olmasın, üçüncüsü isə  qızı Rövşənəki özünə arvad 
etsin. Nizami bu yerdə yazır: 
İskəndər qəbul etdi, Dara hər nə dedi, 
                 Qəbul edən qalxdı, deyən dünyadan getdi. (87-235) 
Bundan sonra matəm günlərinin qara örtükləri  şadlıq libası ilə  əvəz olur və  İsfa-
handa İskəndər  Rövşənəklə şahlara məxsus toy edir. Bundan sonra İskəndər Rövşənəki 
Ruma aparır və ondan İskəndərus adlı bir oğlu olur ki, onu da Ərəstun tərbiyə edir. 
Daha sonra İskəndərin  ərəb ölkələrinə  səfəri başlayır, o, hətta Kəbəni ziyarətə 
gedir. Nəhayət  İskəndər Bərdə və Abxaza gəlir. Əslində tarixdə İskəndərin Kiçik Asiya 
və Qafqaza gəlişi olmamışdır. 


122 
 
 
Nizami  Şəddadilərin dövründə kürdlərin onun vətəni Gəncədə gördüyü işləri 
qabartmaq üçün, öz anasının kürd olması onun «Yeddi gözəl» poemasındakı müsbət 
kürd surəti bu millətə hüsnü-rəğbətindən xəbər verir. 
Bərdə də Azərbaycanın o vaxtkı paytaxtı olduğundan Nizami İskəndəri oraya türk 
qadını Nüşabənin qarşısında mat qoyur. Bunu şairin vətənpərvərliyi və öz xalqına 
sevgisi ilə izah etmək olar. Nüşabə dastanı  «İskəndərnamə»  əsərinin  ən maraqlı 
bölümüdür. Maraqlı burasıdır ki, dünyanı fəth edən İskəndər qadının belə ədalətlə dövlət 
idarə etməsinə heyran qalır. 
Əlbətdə, ədaləti şah prinsipini ilk əsəri «Sirlər xəzinəsi» dastanından qarşıya qoyan 
Nizami öz ənənəsinə sadiq qalır. 
İskəndər sonra Dərbəndə  gəlib oraya sədd çəkdirib Dərbənd qalasının 
düşmənlərdən qorunmasıana şərait yaradır. 
İskəndər Keyxosrovun qalasına tələsib orada oturmaq istəyir. Keyxosrovun 
nəvələrindən oln Sərir hakimi İskəndəri layiqincə qarşılayıb onu Keyxosrovun təxtində 
otuzdurur. 
İskəndərin səfərləri Rey və Nişapura davam edir. Nizami İskəndərdən  əvvəl 
Keyxosrovun gəzdiyi  şəhərləri xüsusilə  Bərdəyə  gəlişini  İskəndərə  şamil etməklə 
vətənini sevdirməyə çalışmışdır. İskəndərin istilaları davam edir, o, bu dəfə Hindistana 
hərbi yürüş edir. 30 ilə yaxın bir ömr yaşamasına baxmayaraq tarixdə bu qısa zaman 
kəsiyində dünyanın bir çox ölkələrini fəth edir. Hindistana gedib çıxması da buna 
işarədir. İskəndər Çinə və Tibetə tarixdə getməsə də, Nizami yeni bir övqat yaratmışdır. 
Müxtəlif ölkələrin hikmət və  mədəniyyətlərindən danışaraq dünya xalqlarının adət-
ənənələri və sivilizasiyası poeziyada şairin böyük ustalıqla verilməsinə heyran olursan. 
İskəndərin Qıpçaq çölünə  gəlməsi və burada qadınların üzü örtüksüz gəzməsi onu 
heyrətə salır. Burada Nizami öz qadını Afaqın yurdundan söz açaraq bu yerlərdə 
qadınların cəsarətindən bəhs edir. Qadının cəmiyyətdə böyük qüvvə olduğunu 
göstərməyə çalışır. 
 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə