90
Nizaminin «Sirlər xəztnəsi» əsəri yuxarıda deyilənləri təsdiq edir.
Bu dövrün şairlərindən Xaqani,Əbu Əla Gəncəvi, Cəmaləddin Əbdülrəzzaq öz nalə
və şikayətlərini etsələr də, onlar Nizami qədər real və kəskin söyləyə bilməmişlər. Lakin
Nizami saraya getməsə belə, bilik, bacarıq və şeriyyatının gücü ilə diqqətdən kənarda
qalmamışdır.
Nizaminin həyat və əsərlərinin şərhi
Tanışlıq: ümumən onun adı «İlyas İbn Yusif İbn Zəki İbn Müəyyəd» kimi zəbt
edilmişdir. Tağıəddin Əvhədi, Nizamini «Əhməd İbn Yusif İbn Müəyyəd» digər
müəlliflər onun Cəmaləddin adı olduğunu, Ləbəllübab şairin adının «Həkim Əlkamil
Nizami Gəncei» olduğun vurğulayır. Qədim müəlliflər ümumən Nizami adı ilə
yazanların çoxluğunu nəzərə alıb ona «Mərtəzi» adının verildiyini söyləyirlər. İranda və
başqa yerlərdə VI əsrdə xeyli «Nizami» adına rast gəlirik. Nizami Ərvəzi Səmərqəndi,
Nizami Əsiri Nişapuri, Nizami Mənizi Səmərqəndi; Bu imtiyazı Nizamiləri
fərqləndirmək üçün Nizami Gəncəvini «Mətrəzi» adlandırmışlar.
Nizaminin dünyaya tanınmış adı elə «Nizami» qəbul edildiyindən və o biri
Nizamiləri kölgədə qoyduğundan dəyişməmiş və bu günə qədər qalmışdır.
Onun anasının adı «Rəisə» olduğu və kürd tayfalarına mənsubluğu artıq
ədəbiyyatşünaslar və tarixcilər tərəfindən təsdiqini tapmışdır.
Bunu «Leyli və Məcnun» dastanında şairin özü təsdiq edir:
Gər madəre mən Rəiseye kord
Madər sefətane pişəm mord. (103-19)
Tərcüməsi: Kürd Rəisəsi olan anam, qarşımda ana sifətində öldü.
Nizaminin dayısı Xacə Ömərin adı fəxrlə çəkilir. Çünki, Nizami kiçik yaşlarından
valideynlərini itirir. Onun təhsili və yaşayışı ilə məhz dayısı Xacə Ömər məşğul olur.
Ona yaxşı müəllimlər tutur, onun tərbiyəsi ilə məşğul olur. Yazılanlara görə Xacə Ömər
böyük tacir və zəmanəsinin sayılan adamlarından imiş.
Digər tərəfdən Nizaminin atası İraqdan Gəncəyə mühacirat etmişdir. Hər halda
şairin ailəsi savadlı və dövrünün mütərəqqi şəxslərindən olmuşlar. Nizaminin Qivami
91
adlı qardaşı olmuş ki, o da həmin dövrdə Qivami Mütrəzi təxəllüsü ilə yazmış
şairlərdəndir. Elə Nizaminin Mütərzi ləqəbi götürməsi də bununla əlaqələndirilir. Lakin
mərhum V. Dəstgerdi bunu rədd edir.
Nizami üç dəfə evlənsə də, onun ancaq bir Məhəmməd adlı oğlu var idi ki, ona
nəsihəti bunu sübut edir. «Sirlər xəzinəsi» əsərindən başqa qalan dastanlarında
Məhəmmədin 7,14,20 yaşında olduğu vaxt şeirlər yazıb ona vəsf etmişdir. Nizaminin
«Xosrov və Şirin», «Leyli və Məcnun» və «İqbalnamə» yazarkən qadınları ömürlərini
qeyb etmişlər.
Nizaminin döğum tarixi ayrı-ayrı ədəbiyyatşünas və şərqşünaslar tərəfindən
müxtəlif illərlə göstərilir. Şairin təvəllüd tarixini Ripka və Bertels 535, Şəbli, Moin və
Vəhid 533, Nəfisi 540 qəbul edir. Müxtəlif məcmuələrdə 533 lə 544 arasında verilir.
Sovetlər məzar daşında 535 tarixini həkk etmişlər. Ölüm tarixində də biz 576-614
arasında qalırıq. Sovetlər həmin qəbir daşında 599 yazmışlar.
Doğulduğu yer Gəncədir, vəfat etdiyi yer də oradır. Gəncədən kənara demək olar
ki, çıxmamışdır. Nizaminin daimi iqamətgahı elə Gəncədir.
Bir dəfə Qızıl Arslanın xahişi ilə o, qısa səfərə çıxmışdır. O da «Xosrov və Şirin»
dastanını Məhəmməd Cahan Pəhləvana həsr etdiyindən padşahın da əcəl ölümü buna
imkan vermədiyi üçün onun qardaşı ilə görüşür. Bu görüşü Qızıl Arslanla Nizami
əsərində qeyd edir.
Nizami Gəncədə doğulub boya-başa çatsa da, onun hərdən ata yurdu İraq
düşündürmüş və bu barədə «Sirlər xəzinəsi» dastanında qeyd etmişdir.
Nizaminin məsləyi
Nizaminin müsəlman olması və sünni məsləkliyi aydın görünür. Nizaminin allaha,
qurana, Məhəmməd Peyğəmbərə inamı bütün əsərlərində tərənnüm edilmişdir. Amma
bəzi alimlər o cümlədən Dövlətşah Səmərqəndi onu Sufi təriqətinə inamını təsdiq edir.
Ehtimal edilir ki, Nizami «əxi» qardaşları cəmiyyətinin fəal üzvlərindən biri olmuşdur.
Lakin Nizami əsərlərində bunlar çox cüzi bir şey təşkil edir. Şairin dünyəvi olduğu onun
92
yazdığı real hadisələrlə ölçülür. Nizamidə guşəneşinlik olmayıb, ona görə elə onu sırf
sufi adlandırmaq da doğru olmaz. Bu üzdəndir ki, Nizamiyə «Arif», «Həkim» deyilmiş,
nəinki Sufi.
Nizaminin şəxsiyyəti
Nizami elə bir şəxsiyyətdir ki, o, fitri şairlik istedadı ilə kifayətlənməmiş, dövrünün
tarixi, onun simaları, ictimai, siyasi məsələləri öz ölməz xəmsəsində əks etdirmişdir. O,
dövrünün adamlarının bütün təbəqələrindən yazmış, şeirin və hikmətin vəhdətini təşkil
edərək öz işinin dəyərini bilmişdir. Nizami dənizi o qədər dərindir ki, bu dənizdən
damla-damla oğurlasalar belə qurtarıb bitən deyil. «Yeddi gözəl»i yazarkən Nizami yaşa
dolduğunu etiraf etsə də, bunu müdrükləşəndə daha yaxşı yazacağına əmin idi. Təbii ki,
belə də oldu. Nizami oğlu Məhəmmədə nəsihət verərkən ona savadlı bir peşə seçməyi
tövsiyə edir, həkim olmasını arzulayır. Savadlı sənətkar Nizamiyə görə şairlikdən
yüksəkdir.
Nizami pulla şeir yazanlara qarşı çıxır, onları qızıl və gümüşə satılmamağa çağırır.
Çünki, onda söz qiymətdən düşür. Neçələrini görmüşəm ki, qızılla bəzədilsə də, qılıncla
başları kəsilib. O, işarə etmişdir ki, qızıl karvanı eşqdir.
Şərəfnamədə şair deyir: «Mən qızıl-gümüş hərisi deyiləm eşq aləminin hərisiyəm
ki, orada hər şey vardır». Buradan Nizaminin təbiəti və amalı aydın olur. Bu baxımdan
o, şahlardan qaçır, özünü onlardan yüksəkdə sayır. «Xosrov və Şirin» yazılıb şaha
təqdim edildikdə Nizami məcburən əyilmək istəyib təzim etmək fikrini şah görüb
qoymur. Əvəzində «Həmduniyan» adlı bir kəndi şairə baxışlayır. Məlum olur ki, bu
kəndi Abxazlar qarət edib, xırda bir kənddir, ancaq kiçik əkin sahələri var.
Cavanlıq köç edəndə Nizami hiss edir ki, çöhrəsinin qızartısı saralmaya doğru
gedir. Qocalıqdan şikayət edən şair cavanlıqda oyaq və huşyar olmağı tövsiyə edir.
Beləliklə, Nizamiyə nəzər saldıqda əxdaqı, şairliyi, səbri, iffəti, qaneliyi, nəzakəti,
evə-ailəyə münasibəti, şəhərinə vurğunluğu, qohumlara istiqanlılıq, qısa danışıqlı
şəxsiyyət ancaq məsum ola bilər. Bu nöqteyi-nəzərdən Nizami zəmanəsindəki bütün
insanların ən ümdəsi sayılır.
Dostları ilə paylaş: |