Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

77 
 
 
ölür. Məcnun atasının ölümündən xəbər tutub çox kədərlənir. Bir qədər sonra Məcnun 
anasını da itirir. Lakin bütün bunlar onu səhradan ayıra bilmir. Nizami yazır : 
   «Səhra Məcnun üçün qışda qışlaq, 
           Yayda yaylaq olaraq qalacaq» (72-118) 
Nəhayət, Leyli bütün bunlara dözməyib intihar edir. Məcnun acı-acı buna yanır və 
Leylidən sonra yaşamağın mənası olmadığını əsas gətirərək, o da Leylinin qəbri üstündə 
can verib dünyadan köçür. Nizaminin bu eşq macərası belə nakam məhəbbətlə bitir. 
Bütün bunların içərisində şairin  o zamankı mühitə, cahilliyə qarşı sərt bir davranışı 
dayanır. Nizami bununla ərəb mühitini şərq oxucusuna çatdırır. 
Məcnun və Leyli hər ikisi ərəb ailələrinin zəngin və tanınmışından olsalar da, 
cəhalət və onları  əhatə edən mühit bu gənclərin birləşməsinə  rəvac vermir, əksinə, 
onların nakam ölümünə səbəb olur. 
Nizami özü mütərəqqi insan olaraq ona bəxş edilən kənizi ömür-gün yoldaşı kimi 
qəbul edir, bu sevgi də  əbədi yaşayır. Bu fikir «Xosrov və  Şirin»də özünü göstərir. 
Nizamiyə görə səhradakı vəhşi heyvanlar belə Məcnunla ünsiyyət yaradır, əfsus ki, cahil 
insanlar onu anlamır. Gəncəli  şairin bu cəsarəti onu fövqəlbəşər bir insana çevirir. 
Nizami əxlaq məsələlərini çox bariz bir surətdə açmağa nail olmuşdur. Nizami həmişə 
doğru insanların tərəfində olmuş, onların ideyalarını  şahlara, xaqanlara qarşı qoymuş, 
ədalətin qələbə çalacağına inanmış və inandırmağa çağırmışdır. 
Gəncəli şair Nizaminin «Leyli və Məcnun» dastanını sifarişlə yazması həm də şairə 
öz ideyalarını  təcəssüm etdirməsinə imkan vermişdir.  Əgər belə olmasaydı,  şair belə 
imkanı əldə edə bilməzdi. 
Şair bu dastan vasitəsiylə  bəşəriyyətə  bəyan edir ki, zülm ilə abad olanın axırı 
bərbad olar. Nizami bütün bunlara baxmayaraq gələcəyə yaxşı ümidlərlə yaşayan 
sənətkardır. 
 
 
 


78 
 
 
V FƏSİL 
«Yeddi gözəl» 
Şah  Kürp    Arslan dünyagir Nizamiyə «Yeddi gözəl» dastanını yazmağı 593-cü il 
hicridə  sifariş etmişdir.  Ona «Mərağa Allahı» deyirdilər. Nizaminin bu dövrdə artıq 60 
yaşı var idi. Nizaminin də diqqətini Firdovsi «Şahnamə»sindən məlum olan Bəhram Gur 
surəti cəlb etmişdir. Bəhramın bacarığı, döyüş qabiliyyəti, eşqi, hökumət işi, siyasəti
hərbdəki sücaəti şairə bu əsəri yazmaqda çətinlik yaratmamışdır. 
Azərbaycan hökmdarı Atabəy  Əbubəkr də Nizami əsərlərindən zövq aldığı üçün 
şairə səadət diləyirdi. 
Bəhramın atası onu dünyaya sahib çıxmaq üçün Ərəbistana təhsil almağa göndərir. 
Bəhram bir çox elmləri burada öyrənir. Eyni zamanda Bəhram at sürməyi, ox atmağı, ov 
etməyi də öyrənir. O, şir, öküz, maral ovlaya bilir, bu sahədə püxtələşir. Növbəti gəzinti 
zamanı  Bəhram bir qəsrə daxil olur və orada yeddi gözəlin rəsmlərini görür. Bu 
qızlardan hər biri müxtəlif  ölkələrə aid idilər. Bu qızların hamısı  Bəhramın diqqətini 
cəlb edirlər. Bəhram bu şəkillərə o qədər baxır ki, onda eşq hissi bu yeddi qıza oyanır. 
Bütün eşqlər bu eşqin qarşısında aciz olur, onun xatirə lövhəsindən silinir. 
Bu arada Yezdgirdin ölüm xəbəri Yəmənə gəlir və Bəhram bundan kədərlənir ki, 
atasını itirmişdir. Bəhram ordu toplayıb atası yurduna və taxt-taca sahib olmağa tələsir. 
Bəhramın şahlığı mülkünün abadlığı, saray həyatı dəbdəbəli eyş-işrətlə keçdi. Onun 
kənizlərindən biri (Nizami onu «Fitnə» adlandırır), musiqi çalır, mahnı oxuyur, hətta, 
Bəhramla ovda iştirak edirdi. Lakin günlərin bir günü şahın Fitnəyə acığı tutur, onun 
ölümünə hökm verir. Lakin ağıllı  sərkərdə Fitnəni öldürmür, onu öz qəsrinə aparır. 
Fitnəni xəlvətdə gizlədib, ona nəvaziş göstərir. Fitnə orada yeni doğulmuş dananı 
əllərinə alıb ondan xoşlanır. Xeyli müddət keçəndən sonra Fitnə dananı çiyinləri üzərinə 
qaldırıb sarayın pilləkənlərindən aşağı-yuxarı düşürür. Nizami göstərir ki, o, artıq buna 
adət etmişdir.  Həmin bu adət məsələsini Fitnə şah ov edən zaman Bəhrama demişdir. 
«Bəhrami Gur ceyranı qulağını qaşıyarkən oxu elə atmışdı ki, heyvanın ayağı qulağı ilə 
bir yerdə qalmışdır». Fitnə buna «adət» dedikdə şah qəzəblənib onu öldürmək istəsə də 


79 
 
 
Fitnəyə qıymamış, onu sərkərdəsinin əliylə öldürmək qərarına gəlmişdir. Xeyli müddət 
bu hadisədən keçəndən sonra şah təsadüfən həmin sərkərdənin qəsrinə qonaq gəlir. Fitnə 
adəti üzrə öküzü çiyinlərində pillələrdən qaldırdıqda şahın gözü ona sataşır və deyir ki, 
belə  şey ola bilməz. Fitnə çevrilib şaha cavab verir ki, adət etsən olar. Bəhram dərhal 
Fitnəni tanıyır və onun sağ qalmasına sevinir. Sərkərdəyə onu öldürmədiyi üçün 
təşəkkür edir. 
Nizami dahiliyinin böyüklüyü ondadır ki, kim səhv etsə  də hökmdar səhv 
etməməlidir. Çünki, sonrakı peşmançılıq fayda verməz. 
Şah səhvini başa düşür və Fitnəni yenə öz sarayına aparır. 
Bundan sonra Bəhram ovdakı məharətini döyüşdə nümayiş etdirir. Ov bəhanəsi ilə 
300 döyüşçü ilə Çin Xaqanını məğlub edib Ceyhuna qədər olan böyük bir sahəni qəsb 
edir,  əldə edilən qənimətləri təxtinə  gətirib bayramsayağı  günlər keçirir. Onun şəninə 
İran şairləri ilə bahəm, ərəb şairləri də şeir yazmağa başladılar. 
Bəhramın əldə etdiyi qənaətlər içərisində yeddi ölkənin qızları da var idi. Bəhram 
öncə fars gözəli, sonra çin gözəli, rum gözəli, qərb gözəli, xarəzm gözəli, slavyan 
gözəlini yanına cəmləşdirib eyş-işrətə başlayır. Bir gün usta Simnarı çağırıb bu yeddi 
gözəl üçün yeddi günbəzli bir saray tikdirməyi  əmr edir. Vaxt o vaxt olur ki, yeddi 
günbəzli saray hazır olur. Bu, əslində yeddi  bürcü ifadə edirdi. Burada məmləkətin 
nişanələri də özünü  göstərirdi. Günəş, ay və ulduzların parıltısı bu müəzzəm imarətə 
xüsusi yaraşıq verirdi. Bəhram da bundan böyük zövq alır, həftənin yeddi gününü bu 
gözəllərə həsr edir, onlardan nağıllar dinləyirdi. 
Nizami bu ölkə  və xalqlara tam bələd olduğundan  ədəbi bir sənət nümunəsi 
yaratmışdır. Eyni zamanda Nizami göstərir ki, eyş-işrətə başı qarışan  şahın idarəetmə 
şərti onun yadından çıxır, bu da hərc-mərcliyə gətirib çıxarır. 
Günlərin bir günü Bəhram yenə səhraya üz tutur. Bu dəfə onun fikri nə eyş-işrət, nə 
də ov etmək istəyi idi. İstidən susuzlayır və uzaqda gözlərinə bir ağac sataşır. Ora 
yaxınlaşıb görür ki, ağacdan bir it asılmışdır. Gözü yaşlı bir çobana dəyir. Bəhram ondan 
iti asmasının səbəbini soruşur. Çoban cavab verir ki, bu it mənim yaxın köməkçim idi. 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə