Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

67 
 
 
Gəncədə  Şəddadilərin hökmdarlığı zamanı kürdlər  şərəfli,  şöhrətli nəzərə 
çarpırdılar. Artıq kürd nəslindən doğulan uşaqlar Gəncə mühitinə alışdırılıb savad 
alırdılar. 
Bütün bunlara baxmayaraq ta axır zamanlara qədər Nizami Gəncəvi haqqında tam, 
dolğun məlumat yoxdur. Nizami barədə yazanlar təhrif və səhvlərə yol vermişlər. Buna 
görə də Nizami irsi öyrənilməlidir. 
Nizaminin kimlərdən və necə təhsil alması barədə heç bir təzkirəçi geniş məlumat 
verməmişdir. Hər halda onun mükəmməl təhsil görməsi haqqında heç bir şübhə  də 
yoxdur. Ancaq «Leyli və  Məcnun»  əsərində ata-anası  və dayısı Xacə ömərin ölümü 
haqda danışır. Göstərir ki, onların sağlığında daha şövqlə  şeir yazırdı.  Şair göstərir ki, 
onların köməyi ilə müxtəlif alimlərlə tanış olmuş  və  dərs almışdır.  Şeir,  ədəbiyyatdan 
başqa, astronomiya, kimya, fəlsəfə, fars nəsri, söz sənəti barədə biliklərə  yiyələnmişdir. 
Müəllimləri haqqında  yüksək fikir söyləmişdir. Nəzərə çarpan odur ki, Nizami 
yaradıcılığının ilk illərində Firdovsinin «Şahnamə»si, Fəxrəddin Gürganinin «Veys və 
Ramin»  əsəri və yazıları «Kəlilə  və Dimnə» ilə tanış idi. Şairin geniş mütaliəsi ona 
cavanlıqdan riyaziyatı bilməsi, heç şübhəsiz  şeyx rütbəsinin ona verilməsiylə 
tamamlanır. O, həkim kimi yüksək titula 40 yaşında layiq görüldü. Nizaminin dərin fikir 
fəlsəfəsi, dərin təfəkkürü şairi bu hörmətə, ehtiram və izzətə gətirib çıxartdı. 
Digər tərəfdən onun xalqdan aldığı hikmət və  nəsihətlər  əsərlərində  təcəssüm 
etməklə onu xalqa daha yaxın edib sevdirdi. Şairin Qivami adlı qardaşı olmasını  bəzi  
təzkirəçilər yazsalar da, Nizaminin əsərlərində buna eyham vurulmur. 
Nizami yaradıcılığına ən böyük təsir Firdovsinin təsiri olmuşdur. Firdovsidə adları 
çəkilən  İskəndər, Bəhrami Gur, Xosrov və  Şirin Nizamidə  əsərə çevrilir. Bu əsərlərə 
Nizami yeni nöqtələr gətirmiş, xüsusiylə eşqi yeni bir mərhələyə çatdırmışdır. Buna görə 
də Nizami əsərləri bir yerdə qalmayıb, bir çox məmləkətlərə yayılmağa başladı. Nizami 
şeir dilinin gözəlliyi ilə tezliklə Xaqani, Fələki, Sənayi, Kamal Esfəhani kimi şairləri 
geridə qoydu. Nizami poeziyası tezliklə diqqət çəkdi. Onlar eşq, şərab və musiqini şeirin 
ecazkarlığı ilə birləşdirməyə çalışdılar. Digər tərəfdən Nizamidəki şeir istedadını görən 


68 
 
 
hökmdarlar özlərinə  tərif üçün istifadəyə çalışırdılar. Bu dövrdə Atabəylərin 
hökmdarlığı yüksək səviyyədə idi. Nizamiyə  də xüsusi rəğbət var idi. Şirvan və  
Dərbəndin hökmdarı  şah Axistan Nizaminin əsərləri ilə tanışlıqdan sonra ona Qıpçaq 
qızı gözəl bir kəniz Afaqı hədiyyə göndərir. Bu kənizin şairin evinə gəlməsi yeni bir eşq 
şeirinin meydana gəlməsinə  zəmin yaratdı. Tezliklə o, Afaqı özünə ömür-gün yoldaşı 
edir, ondan da Məhəmməd adlı bir oğlu dünyaya gəlir. Afaq da çox ağıllı qadın 
olduğundan Nizami ona kəniz deyil, öz qadını kimi baxır və elə ilk əsəri «Sirlər 
xəzinəsi»ndə buna eyham vurur. Afaq öz gözəlliyi ilə Nizami yaradıcılığına yeni bir eşq 
təravəti bəxş edir. 
Nizami «Xosrov və Şirin» dastanını yazarkən Afaqı nəzərdə tutduğuna işarə edir. 
Məhəmmədin dünyaya gəlməsi Nizaminin yaşayış dövrünün ən xoş anları kimi tarixə 
düşür. Nizami sanki dərdi-səri olmayan bir dövlətdə və behiştdə ömür sürür. 
«Sirlər xəzinəsi» əsəri Rum Ərzincan padşahı Məlik Fəxrəddinə həsr edildiyindən 
o, Nizamiyə 5 min dinar nəğd pul göndərmişdir. Bundan əlavə 5 baş at, təzə paltarlar və  
layiqli ev tikdirmişdi. 
Nizami ikinci dastanı «Xosrov və Şirin»i Atabəy Cahan Pəhləvanın xahiş və sifarişi 
ilə yazır. Bu dövrdə Afaqın qəflət ölümü şairi çox sarsıdır. Atabəylər Nizamini çox 
təkidlə saraya dəvət etsələr də Nizami bu təklifi qəbul etmir. Onda ona bir kənd 
bağışlayırlar ki, Nizami ehtiyac içində yaşamasın. Qızıl Arslan Nizamini yüksəldib 
bütün Arran və Azərbaycanda tanıtdırır. Məhəmməd 14 yaşına çatır, bu illərdə Nizami 
ikinci izdivac haqqında düşünür.  Şairin təxminən 50 yaşı olur. Şirvan və  Dərbəndin 
fərmandarı  Şah Axistan ondan xahiş edir ki,  «Leyli və  Məcnun» dastanı yazıb onu 
nəzmə  çəksin. Nizami bu əsəri 4 aya yazır.  Şair !Yeddi gözəl» və  «İsgəndərnamə» 
əsərini də yazandan sonra ikinci qadını da rəhmətə gedir. Özü də böyük bir əvəzsiz 
miras qoyub dünyadan köçür. 
«İskəndərnamə» yazılandan sonra Məhəmmədin 27 yaşı var idi. Nizami oğlunu şair 
deyil, həkim kimi görmək istəyirdi. Bu illərdə Arran və Azərbaycan Cahan Pəhləvanın 
oğlu Atabəy Nüsrətəldin Əbubəkrin hökmdarlığı altında idi. Ancaq işlər tənəzzülə doğru 


69 
 
 
gedirdi. Abxaz və məsihələrin hücumu camaatın yaşayışına və rəhbərliyə pis təsir edirdi. 
60 yaşında olan şairə də bu hal  təsirini göstərirdi. 
Beləliklə, Gəncə şair üçün həm şadlıq, doğum şəhəri, həm də təlaş şəhəri olmuşdur. 
O, Gəncədə ömrünü başa vurub burada da dəfn edilmişdir. 
Nizami Gəncədə pirə çevrilmişdir. Heç kəs Nizami qədər şeiri yüksəldib ilahi bir 
qüvvəyə çatdıra bilməmişdir. 
Müasir İran alimlərindən Nizami haqqında geniş məlumatı Zərrinkub verir. Lakin 
onun Nizami nəslinin Bağdaddan köçüb gəlməsi  və  Gəncədə yaşaması  fərziyyəsi ilə 
razılaşmaq olmaz. 
Digər tərəfdən Nizaminin əcəm (fars) tayfalarından olması, yaxud türkmən 
türklərinə mənsubluğu ancaq alimin öz təxəyyülüdür. Buna heç bir əsas yoxdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


70 
 
 
II FƏSİL 
«SIRLƏR XƏZINƏSI» 
Beş  xəzinədən birincisi sayılan «Sirlər xəzinəsi»ni Nizami hələ  gəncliyi sona 
yetməmiş 49 yaşı tamam olmamış yazmışdır. Bu əsər çox yüngül bir vəzndə yazılmış, 
yadda qalması asan idi. Bu dövrdə  Sənayi,  Xaqani, Farabi məşhur olsalar da Nizami 
şeir səltənətində qabağa çıxmağı bacarmışdır. Gəncəli  şairin yazdıqları böyük hüsnü-
rəğbətlə qarşılanmağa başlamışdır. Nizaminin «Sirlər xəzinəsi» səri bəhrində yazılıb 
qəzəl janrına yeni bir təravət gətirdi. «Sirlər xəzinəsi» iyirmi məqalətdən ibarət idi. Əsər 
əxlaq və nəsihətamiz sözlərinə görə daha tez yayılmağa başlamışdı. Nizami öz qələmiylə 
fars  şeirini daha da cilalayıb ona yeni bir təravət gətirdi. Nizaminin böyüklüyü ondan 
ibarət idi ki, özündən  əvvəlki  şarlərdən fərqli olaraq o, insanı  əsas meyar seçmiş  və 
nəsihətamiz sözləriylə onun mənəviyyatına güclü təsir etməyi bacarmışdır. «Sirlər 
xəzinəsi» əsərindəki məqalə  və hekayələr çox gözəl  şairanə bir ustalıqla verilmiş, din, 
hikmət, əxlaq məsələlərini real bir şəkildə göstərməyə nail olmuşdur. Odur ki, Nizami - 
Xaqani, Zəhir, Cəmaləddin Esfəhani kimi özündən öncə yazıb-yaradan  şairləri 
qabaqlamışdır. 
Şair, Fəxrəddin Bəhram  şaha «Sirlər xəzinəsi»nin bir nüsxəsini hədiyyə etdikdən 
sonra o da öz növbəsində Nizamiyə mükafat göndərir. Mükafat 5 min dinar həcmində 
olmuşdur. 
«Sirlər xəzinəsi» Nizaminin qısa, lakin dolğun fikirlərini, onun fitri istedadını  və 
bacarığını açıb göstərən bir əsərdir. Bu məqalə  və hekayələrdə  şairin özünün ruhu 
dolaşır. Nizaminin şeirləri Xaqani və Sənayi ləhcələri üslubuna oxşardır. Ancan Nizami 
dəsti-xətti və kamalı əvvəldən axıra qədər duyulmaqdadır. 20 məqalədən ibarət olan bu 
əsər öyüd, nəsihət, hikmətlə  bərabər, insanın elm və  tərbiyəyə  əhəmiyyətini açıqlayır. 
Eləcə  də insanı  xəlq edən ilahiyə  və insanın Allah qarşısındakı günahlarına, onun 
tövbəsinə toxunulur. 
Nizami zülmlə heç bir vəchlə barışmadığı üçün onu şahlara yetimlərin, fəqirlərin, 
dul qadınların, adi zəhmətkeş insanların dili ilə çatdırır. Beləliklə  şairin hər bir kiçik 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə