Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

74 
 
 
başına vurub dünyasını  dəyişir.  Şirin bu hadisədən çox kədərlənib ağlayır. Xosrov isə 
məktub yazıb Şirinə təsəlli verir. 
Bir qədər sonra Məryəm ölür. Şirin də  tənə ilə Xosrova başsağlığı verir. Şirin 
tikanlı sözlərlə onu dalayır: «Əgər aləm bağından bir sərv gedibsə, özün qalmısansa, 
alimin canı sənsən». Bu tənədən sonra Xosrov İsfahan gözəli Şəkərə bənd olur, lakin bu 
eşq də nakam qalır. Bütün bunlardan sonra Xosrov Şirinin qəsrinə  gəlib onunla 
görüşmək istəyir. Şirin onu lazımi dərəcədə qarşılamır. Lakin Şirin Xosrovu sevdiyindən 
bir qədər hərəkətindən  peşman olur. 
Nəhayət  Şirin  Şapuru görüb Xosrovla saraydan uzaqda tənha danışmaq istədiyini 
bildirir. Onlar pərdə arxasında  Şirinin Xosrovla danışması üçün şərait yaradırlar. Bu 
şərtlə ki, Xosrov Şirinə əl vurmasın. Sonra da bu iş Xosrovla Şirinin birləşməsinə gətirib 
çıxardır. Lakin Siruyə bundan istifadə edib Xosrovun yeni eşq macərasına tutulmasından 
faydalanaraq taxta çıxır. Təbiidir ki, Xosrovun Məryəmdən olan oğlu Şiruyə Şirini qəbul 
edə bilməzdi. İş belə gətirir ki, Şirüyə Şirini gördükdə o da Şirinə vurulur. Ancaq Şirin 
təkcə Xosrovu sevdiyi üçün ona rədd cavabı verir. Şiruyədə olan kin və ehtiras atasını 
öldürüb Şirinə sahib çıxmaq ideyasını qarşıya qoyur. Lakin o Xosrovu öldürsə də buna  
müyəssər ola bilmir. Gözəl təbiət təsvirləri, dəbdəbəli həyat tərzi, eşq, mehr, 
məhəbbətdən bəhs edən bu qiymətli əsər sonda faciə ilə bitir. Xosrovdan sonra Şirin də 
özünə qəsd edir. 
Nizami göstərir ki, başqalarına  xəyanət, özünə xəyanətlə bitməlidir. 
Şair bunu yazarkən Gəncə  məhəllərindən birindən alınmış hekayədən bəhs etmiş, 
Arran torpağını  vəsf etmişdir. Bununla da Gəncəli  şair nəzm aləmində bir dönüş 
yaratmışdır. Xosrov surəti Firdovsi «Şahnaməsi»ndə olsa da, Nizaminin yazdığı Ərmən 
və türklük onda yoxdur. Şirin surəti Nizami yaradıcılığında xüsusi bir tərzlə  tərənnüm 
edilmişdir. «Mən,  Şirini yaratmaqla Afaqı düşünmüşəm» fikri bunu təsdiq edir. 
Nizamiyə görə sevənlər eşq üçün canlarından keçməyə belə hazır olmalıdırlar. Ona görə 
də ipə-sapa yatmayan Xosrovu eşq vasitəsilə cilalayır. 
 


75 
 
 
IV FƏSİL 
«LEYLI VƏ MƏCNUN» 
Eşq və ayrılıq 
«Xosrov və Şirin» dastanından illərcə sonra artıq Nizaminin 50 yaşı var idi. Qıpcaq 
qızı Afaqı itirmiş, oğlu Məhəmməd isə 14 yaşına çatmışdı. Bu zaman çərçivəsində 
Şirvan şahı Axsitan  İbn Mənucöhr Nizamiyə ehtiramla dolu bir məktub yazıb «Leyli və 
Məcnun» dastanını nəzmə çəkməyi xahiş etdi. Nizami bu xahişi  qəbul etdi. Qeyd edək 
ki,  şahın həmyerlisi Xaqani Şirvani bir neçə  əl yazmasını «Leyli və  Məcnun» barədə 
şaha təqdim etmişdi. O da öz növbəsində onları Nizamiyə göndərmişdi. Şair də böyük 
zövqlə işə girişməyi qarşısına məqsəd qoydu. 
O, bu işə başlayanda öz dərdi, bu ayrılıq hicranı bir-birinə qarışdı. Digər tərəfdən 
Afaqı itirməsilə ürəyinin tək təsəllisi övladı oldu. Atası Yusifin, anası Rəisənin, dayısı 
Xacə Ömərin itkisi, onu dostlardan ayırmışdı. Bu dərdlər Nizamini incidir, onu rahat 
buraxmırdı. Lakin hər bir insan kimi o da bunlara dözürdü. Belə bir vaxtda şahın öz xətti 
ilə yazılmış 15 sətirlik bir məktubu şairin sevincinə səbəb oldu. 
Şahın bu təklifi şairi ərəb dastanlarına cəlb etdi. Bundan əvvəlki, «Sirlər xəzinəsi», 
«Xosrov və  Şirin»  şahın rəğbətini qazanmışdı.  Şah Nizamiyə fars, türk, Arrandan 
danışdıqdan sonra ərəb və islam dünyasına girməyi məsləhət bilmişdi. Onu əlavə edək 
ki, bu hadisələr «Şirvanşahlar» və Xosrovdan qabaq baş vermişdi.  Şirvanlı Xaqani bu 
məsələyə toxunsa da Əbnəlmüzəffər Axsitan özü şair təbiətli bir adam olduğundan 
Nizami onun diqqətini çox çəkmişdi. Digər tərəfdən şah bu şeirlərin bəzilərini «Leyli və 
Məcnun» dastanının ərəb variantında eşitmişdir. Şahın Nizamiyə təklifi şairin ürəyincə 
oldu. Məcnun və  Leylinin eşq macərası o zaman çox məşhur idi və dillər  əzbəri 
olmuşdur. Axsitanı maraqlandıran iki ərəbin bir-birini sevməsi deyil, eşq, aşiq və 
məşuqun nə olduğunu bilmək, onu poeziyanın gücündə görmək idi. Bu eşq həqiqi sevib-
sevilənlərin böyük bir mücəssəməsinə çevrilmişdi. Sevən bir gəncin, öz sevgisinə 
çatmaması zamanın zalım bir qanunu nəticəsində baş verir. Digər tərəfdən onlar 


76 
 
 
qovuşmasalar da, şerin hədisi onları daha da yüksəldir. Adi səhranı şair elə təsvir etmişdi 
ki, onu poeziyasız təsvir etmək mümkün deyil. 
Nizamidən çox əvvəl ərəb və fars şairlərində məhəbbət motivləri olmuş və əldən-
ələ gəzmişdi. Hətta, hicri tarixinin III əsrində naməlum şair Əbubəkr Valəbi tərəfindən 
bəzi misralar ərəbcədən farscaya çevrilmişdi. Şah Axistan bundan xəbərdar olduğundan 
onun tam farsca variantını Nizaminin yazacağına  əmin idi. Çünki, «Xosrov və  Şirin» 
kimi  gözəl bir məhəbbət dastanı yazan bir şairin belə bir eşq dastanı yazacağına şübhə 
yeri qalmırdı. 
Nizami bu əsəri 4 aya yazdı.  Onun farscası çox sadə və anlaşıqlı idi ki, bu da şah 
və kəndli üçün aydın idi. 
Məcnun və Leyli hər ikisi məktəbdə oxuyur və elə orada da bir-birlərinə vurulurlar. 
Məcnunun əsl adı Qeys olsa da, o, Məcnun çağırıldıqda heç pərişan olmur, əksinə, eşq 
divanəsi olduğuna görə sevinir. Amma zəmanə Məcnunu qəbul etmir və tezliklə Leylini 
valideynləri məktəbdən uzaqlaşdırır. Məcnun da Leyli eşqiylə səhraya üz tutur. O, göz 
yaşlarını saxlaya bilmir və eşq mahnıları oxuyur. Qəbilə ağsaqqalları belə qərara gəlirlər 
ki, onlar Leylinin atasıgilə elçiliyə getsinlər. Lakin Leylinin atası  Məcnuna qız 
verməyəcəyini bildirib şərt qoyur ki, o, Kəbəyə gedib «məcnun» olmayacağına and 
içsin. Qeysi Kəbəyə aparsalar da, o eşqdən başqa heç nəyi qəbul etmir və Leylini özünə 
qiblə hesab edir. Orada məşhur bir kəlamı deyir: «Xudaya, sən mənim başıma Leyli 
eşqindən başqa bir şey qoymamısan axı!». Eşq bu iki gənc üçün hər şey idi. 
Məcnunu atası evə aparıb səhra həyatından ayırmaq, ona ağıl vermək istəsə  də, 
Leyli Məcnunu görməsə  də onun yazdığı  şeirlərə mahnı oxuyub özünü Məcnunsuz 
təsəvvür edə bilmirdi. Atası Leylini bu eşqdən aralandırmaqdan ötrü onu İbn Səlam adlı 
bir varlı  ərəbə  ərə verir. Lakin Leyli onu qəbul etmir və  İbn Səlam da buna tab 
gətirməyib dünyasını dəyişir. 
Məcnunun atası  səhraya gəlib oğluna yenə  nəsihət vermək istəyir, amma 
Məcnundakı Leyliyə qarşı ülvi məhəbbəti görüb evə qayıdır və bu hala dözə bilməyib 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə