Microsoft Word monoqrafiya docx


BÖYÜK İRAN ALİMİ SƏİD NƏFİSİNİN



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

55 
 
 
BÖYÜK İRAN ALİMİ SƏİD NƏFİSİNİN 
DAHİ AZƏRBAYCAN ŞAİRİ VƏ MÜTƏFƏKKİRİ 
NİZAMİ GƏNCƏVİ HAQQINDA YAZDIĞI ELMİ FİKİRLƏR 
 
Araşdırmalar onu göstərdi ki, Nizami İran ədəbiyyatşünaslığında XX əsrin birinci 
rübündən başlayaraq elmi şəkildə öyrənilməyə başlanmışdır. Buna qədər  İran 
ədəbiyyatında Nizaminin şeirləri, qəzəlləri, qəsidələri çap olunur, ayrı-ayrı  əsərləri 
barədə məlumat verilirdi.  
Lakin onların elmi izahları kölgədə qalırdı. XX əsr Nizami yaradıcılığına bir təkan 
nöqtəsi oldu. O biri fəsillərdə göstərdiyimiz alimlərdən başqa böyük İran alimi Səid 
Nəfisinin adını xüsusi çəkmək lazımdır. O, Nizami dövrü və şairin həyatı haqqında çox 
geniş  məlumat vermiş, onun əsərlərini elmi surətdə təhlil etmiş və şairin dövrü barədə 
xeyli yazmışdır. Bu baxımdan Səid Nəfisinin yazdıqları diqqəti cəlb edir. S.Nəfisiyə 
qədər yazılan kitablarda Nizaminin ancaq adı  çəkilmiş, qısa məlumatlar verilmiş  və 
şairin olum-ölümü haqda yanlış  məlumatlar verilmişdir. Məhz S.Nəfisinin fədakarlığı 
nəticəsində Nizami irsinin öyrənilməsi və  tədqiqi geniş vüsət almışdır ki, bu alimlərin 
başında heç şübhəsiz, Vəhid Dəstgerdi durur. Cəsarətlə demək lazımdır ki, bu günə 
qədər Nizamiyə yanaşanların içərisində V.Dəstgerdinin zəhməti əvəzsizdir.  
Nizaminin ilk olaraq elmi surətdə öyrənilməsində “Ərməğan
1
” jurnalının da böyük 
önəmi olmuşdur. Çünki, müxtəlif alimlər ayrı-ayrı vaxtlarda Nizami haqda yazdıqları 
elmi məqalələr bu jurnalda dərc olunmuş  və geniş oxucu kütləsinə çatdırılmışdır. 
Beləlilə, S.Nəfisi təkcə Nizami və onun əsərlərinin adını  çəkməklə kifayətlənməmiş, 
onların mahiyyətini və tənqidi mətnini hazırlamışdır. Burada o, şairin öz əsərlərinə isnad  
etmişdir.  
Ümumiyyətlə götürsək, görərik ki, təkcə Nizami deyil, digər klassik şairlərin də 
həyat, dövr və  əsərləri barədə tam dəqiq məlumatlar yoxdur. Bu səbəbdən də onlar 
barədə doğru-dürüst bilgi vermək mümkün deyildir. Burada İran alimləri sovet və 
                                                            
1
 S. Nəfisi, Həkim Nizami Gəncəvi, Ərmağan, 5-ci il, 51-ci nömrə  


56 
 
 
Avropa alimlərini qabaqlamaq üçün səy göstərib ciddi cəhd edib qabağa getmək 
istəmişlər. Nizami irsi XVIII əsrin sonu XIX əsrin əvvəllərində tədqiqatçıların nəzərini 
çəkmişdir. Lakin bu araşdırmalar bəzən dolambaclığa gətirib çıxarmışdır.  
Səid Nəfisi bütün bunları  nəzərə alaraq şairin öz yazdıqlarına isnad etməyi üstün 
tutmuşdur.  
Qeyd etdiyimiz kimi “Ərmağan” jurnalı Nizamişünaslıqda istisna rol oynamışdır. 
Burada çap olunan Nizami
2
 haqqındakı fikirlər marağa səbəb olmuşdur.  
Səid Nəfisi Tehran Universitetinin professoru olması, Avropa şərqşünasları ilə 
tanışlığı  və bir neçə  dəfə sovet ittifaqına gəlib buradakı alimlərlə tanışlığı  və fikir 
mübadiləsi aparması çox mətləblərdən xəbər verir. Nizami lirikasının öyrənilməsində 
Səid müəllimin böyük əməyi vardır. 1335(1956) ildə onu çap etdirmiş ki, bu da üç 
əlyazmasından ibarətdir. Daha sonra Nəfisi 1339(1960) ildə Nizaminin divanını 
mükəmməl bir şəkildə nəşr etdirir.  
Əlbətdə, Səid Nəfisinin böyük zəhmət və  əziyyəti qiymətləndirilməlidir. Lakin 
onun da çatışmayan tərəfləri vardır. Nizamişünaslıqda onun çalışması  təqdirə layiqdir. 
Ancaq bəzi məqamlarda onun fars olması özünü göstərmişdir. Sovet şərqşünasları onu 
tənqid də etmişlər.  
Ancaq bir həqiqəti vurğulayaq ki, Səid Nəfisiyə qədər Nizamini bu qədər dərindən 
araşdıran olmamışdır. Bunun üçün o, 38 mənbədən istifadə etmişdir. Qeyd etmək yerinə 
düşər ki, bu mənbələrin çoxu elm aləminə məlum deyildi.  
Digər tərəfdən Nizami poeziyası  müəllif  tərəfindən  olduğu kimi  deyil, Səid 
Nəfisinin təşəbbüsü ilə Avropa və rus oxucusuna daha izahlı şəkildə verilmişdir.   
Divanda Nəfisi tərəfindən 16 qəsidə, 192 qəzəl, 5 qitə 14 və 68 rübai verilmişdir.  
V.Dəstgerdi ilə müqayisədə S.Nəfisidə 4 qəsidə, 51 qəzəl və 16 rübai çoxdur.  
Digər tərəfdən Səid Nəfisidə  bəzi yazıların təkrarı, yaxud onların müxtəlif 
variantlarda verilməsi çaşdırıcı xarakter daşıyır. Mətinşünaslıq baxımından çətinlik 
yaradır.  
                                                            
2
 S.Nəfisi, Nizaminin qəsidə və qəzəllər divanı, onun şərhi, Tehran, 1338.  


57 
 
 
Bununla belə Səid Nəfisinin Nizami poeziyası və nümunəsi onun xəmsəsi, həyatı, 
dövrü, yaradıcılığı haqqındakı dəyərli işi yüksək qiymətləndirilməlidir.  
Nizami irsinin öyrənilməsində  və  tədqiqində görkəmli  İran alimi Vəhid 
Dəstgerdinin çox böyük zəhməti və rolu vardır. Onun 1318-ci ildə  “Ərməğan” 
jurnalında çap etdiriyi “Gəncənin xəzinəsi” və ya “Həkim Nizami Gəncəvinin yeddinci 
dəftəri” adlı elmi məqaləsi çox mətləblərdən xəbər verir. Müəllifin qənaətinə görə 
Nizaminin xəmsəsinə daxil olan beş dastandan başqa onun şeirlər divanı mövcud olmuş, 
lakin bu divan bizim əlimizə tam gəlib çıxmasa da, onun bəzi nüsxələrini dünyanın 
müxtəlif kitablarında saxlanılmaqdadır. Bunlardan Berlin, Oksvord, Rampur, Kələküttə, 
Hindistan və sairlərin nüsxə əksləri Vəhid Dəstgerdi tərəfindən götürülmüşdür. Burada 
şairin qəsidə, qəzəl, rübailəri yer almışdır. Bir nüsxə isə  Təbrizdə saxlanılmaqdadır. 
Kiçik bir hissəsi isə Hacı Məhəmməd Ağa Naxçıvanidən yadigar qalmışdır.  
Buna  əlavə olaraq professor Ripka köhnə  İstanbul nüsxəsinin  əksini çəkib 
“Ərməğan”a göndərmiş  və çap etdirmişdir. Dünyanın müxtəlif kitabxanalarında 
toplanmış Nizami divanının  şeir hissələri onu göstərir ki, Nizaminin həqiqətdə divanı 
olmuş, ancaq bu divan tam şəkilə bizə  gəlib çıxmamışdır. Nizaminin xəmsəsinə  nəzər 
salanda görürsən ki, o, bir fövqəltəbii  şairdir. Dünya ədəbiyyat tarixinə  nəzər saldıqda 
doğurdan da görürsən ki, Nizami kimi ikinci bir şair yoxdur. Bi fikirlər də  Vəhid 
Dəstgerdiyə aiddir. Ilk dəfə V.Dəstgerdi Nizami əsərlərinin mükəmməl mətnini 
hazırlamış və 1939-cu ildə şairin lirik şeirlərini toplayıb çap etdirmişdir. Müəllif, Nizami 
divanının 8 nüsxəsini əldə etmişdir. Bu hadisədən sonra şairlər Nizami lirikasından daha 
cəsarətli danışmağa başlamışlar. V.Dəstgerdi kəşfindən sonra onlarca məqalə yazılıb 
Nizami lirikasından bəhs edilmişdir.  
Səid Nəfisi də bu işi davam etdirərək Nizami şeiriyyatından bəhs etmişdir. Bu 
işlərin davamı kimi Avropa və Rus şərqşünasları da Nizamiyə olan maraq dairələrini 
genişləndirmiş, tədqiqatlarını davam etdirmişlər. Nəticədə Nizami daha geniş alanda 
özünə yer almışdır.  


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə