Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

49 
 
 
Mərhum Hacı Fərhad Mirzeyi özünün “Səfərnamə” kitabında Nizami qəbri və onun 
üzərindəki kiçik kümbəzdən bəhs edir. O, yazır ki, kiçik kümbəz və  qəbr  şəhərin 7 
verstliyində çox dağnıq  şəkildədir.  Əsərin 20-ci səhifəsində müəllif yazır ki, rus 
qarovullar ora atlara verilmək üçün saman tökmüşdülər və heç kəsi də yaxına 
buraxmırdılar.  
Lakin buna dözə bilməyən Gəncəlilər yığışıb şairin məzarının yerini dəyişməyə və 
adına layiq bir məzar tikmək istəmişlər. Mərhum ağaye Seyyid Əbdülrəhim Xalxali 
“Yeni fikir” qəzetindəki Tiflisdə  dərc edilirdi. 1304-cü il hicri-şəmsi tarixində bir 
tərcümə edib onu “Ərməğan” jurnalında dərc etdirmişdir. Bu tərcümə miladi tarixi 25 
noyabr 1923-cü ilə  təsadüf edir. “Ərməğan” jurnalı 256-257-ci nömrələrdə çap 
edilmişdir. Bu barədə aşağıdakı bilgiləri əldə etmək olar:  
Əgər siz Bakıdan Gəncəyə müsafirlik etsəniz, görərsiniz ki, Gəncə çayı bu şəhəri 
iki hissəyə bölür. Körpünün sol tərəfində  dəmiryol xəttinin sol tərəfində  xərabəlikdə 
böyük  şair Nizaminin məqbərəsi mövcuddur. Həmən  şeyx Nizaminin ki, İranın  ən 
böyük şairi və Azərbaycanın iftixarıdır.  
“Qafqaz”.  
Bu, o Nizamidir ki, 800 il bundan əvvəl hikmət və əxlaqı öz xəmsəsində yazmış, 
İslam qadını haqqında, onun hüququ barədə, həyat tərzi haqqında qələm işə salıb, onu 
məharətlə açmağa müvəffəq olmuşdur.  
Şərq ədəbiyyatında Nizamidən əvvəl və sonra qadın azadlığı, onun analıq qayğısı 
və məğrurluğunu heç kəs göstərə bilməmişdir.  
Tarixi sənədlər onu göstərir ki, Gəncə XI əsrdə artıq abad bir şəhər olmuşdur. 
Indiki Gəncə  şəhərinin  əsasını 1015-ci ildə  Şah Abbas Səfəvi qoymuşdur. Nizami 
məqbərəsi şəhər kənarındakı xarabalıqda qalmışdır. Əlbətdə Gəncənin qeyrətli oğulları 
bununla barışa bilməzdilər ki, dünyalarca tanınmış şair, həkim, şeyx Nizaminin məzarı 
bərbad halda qalsın.  


50 
 
 
Gəncə ziyalıları, o cümlədən Adıgözəl adlı bir Gəncə sakini Nizami məqbərəsi və 
kümbəzi təmir edir. Onun övladlarından biri Əsgər Adıgözəlov Gəncənin sabiq 
bələdiyyəsi bu işi davam etdirir.  
Nəhayət 1922-ci ildə Mirzə Məhəmməd Axundzadə tərəfindən Nizami məqbərəsini 
təmir etmək üçün xüsusi bir komissiya yaradılır. Buraya Gəncə ziyalılarından Cavadbəy 
Rəfibəyov, Mir Kazım Mir Süleymanzadə kimi adlı-sanlı adamlar daxil idi.  
Onlar  Şah Abbas məscidi  ətrafında məqbərəni hazırlayandan sonra Nizaminin 
sümükləri köhnə qəbirdən müəmmalı şəkildə yoxa çıxır. Sonralar məlum olur ki, guya 
ruslar onu ekspertizaya aparmışlar. Beləcə şairin məqbərəsi başı bəlalı qalır.  
Nizaminin özünün dediyi kimi: 
                  Sərxoşluq edən dövlət huşyar olacaq bir gün,  
                  İllərcə yatan bəxtin bidar olacaq bir gün. (87-326) 
Doğrudan da bir gün gəldi ki, o da şairin 800 illiyinə  təsadüf etdi onun sovet 
dönəmində olsa belə məzarı yenidən qurulub mücəssəməsi ucaldı. 
Sevindirici  haldır ki, Nizaminin dünya şöhrəti nəzərə alınaraq Azərbaycan xalqının 
müstəqillik  əldə etdikdən sonra dahi şairin məzarı yenidən bərpa olundu. Lakin hələ 
bizim fikrimizcə Nizami barədə çox işlər görülməlidir. Onun məktəbi yaradılmalı 
ensklopediyası hazırlanmalıdır. 
Böyük İran alimi V.Dəstgerdinin yazdıqları ilə razılaşmamaq olmur. 
Həqiqətən də Nizaminin həyatı haqqında bilgilər çox azdır. Ümumiyyətlə klassik 
şairlərin hamısı barədə bunu demək olar. Ancaq doğruluq bundan ibarətdir ki, Nizami 
Gəncədə doğulub, burada yaşayıb-aradıb, oradan kənara çıxmayıb və orada da dəfn 
edilmişdir. 


51 
 
 
NƏTICƏ  
Məqalənin nəticəsi və sözün xülasəsi ondan ibarətdir ki, Həkim Nizami əslən 
İraqdan olub, Qumlu deyilsə də, Gəncədə doğulub, təhsilini burada alıb və bu şəhərdə də 
dəfn edilmişdir. Fikrimizcə Nizami elə Gəncəlidir. 
Yaşadığı dövr və ölüm tarixi 10 il fərqli rəqəmlərlə olsa belə, tarixi şəxsiyyət kimi 
bizə  ən qiymətli “Xəmsə” qoyub getmişdir. Hazırda indiki Gəncə  şəhərinin  ətrafında 
məqbərəsi mövcuddur. Onu 900 ilə yaxın bir məsafə bizdən ayırsa da, əhali onu 
ehtiramla yad etməkdədir.  
Elm, İrfan, qayda və əxlaq. Nizami əksər qədim elm, mədəniyyət və sivilizasiyanı 
o qədər yüksək mənimsəmişdi ki, hikmət, əxlaq, irfan və ərəb dilini kamil bilməsi sanki 
ona ilahi bir qüvvə vermişdir.  Şairlik isə başqa bir istedad idi. O, fəlsəfi fikirlərini 
şairanə çatdırırdı. Nizami bütün hikmətini asanlıqla işə salmışdır. O, əxlaq qaydalarını 
bəşər övladına aşılamışdır.  
Burada müəllif bir çox məqamları qeyd etsə  də, bəzi fikirlərdən yan keçmişdir. 
Nizaminin özünün yazdığına görə dayısı Xacə Ömər dövrünün qabaqcıl adamı kimi 
gləcəkdə dahi şairin həyatında mühüm yer tutmuşdur. Belə ki, onun mükəmməl təhsil 
alması üçün Xacə Ömər, Nizamiyə dövrün ən qabaqcıl müəllimlərini tutmuş ki, bu da 
önəmli bir stimuldur. Yaxşı bir atalar sözümüz var ki,  toyuq nə qədər yağlı olsa da, öz 
yağında bişmir, ona ayrıca bir yağ da əlavə olunur. 
Bu baxımdan Nizaminin  dayısı Xacə Ömərin köməyi danılmazdır. 
Ağıl elmi. Nizami ağlı hər şeydən üstün tutmuşdur: “Ağıldır hər kəsin dövləti malı” 
demişdir. Ona görə  də o, həkim,  şeyx, filosof kimi qəbul edilmişdir. Nizami bütün 
xəmsəsi boyu ağlın hər  şeydən üstün olduğuna eyham vurmuşdur. Insan ağlı ilə ucala 
bilər:  
                                    “Ucalmaq istəsən bir kamala çat
               Kamala ehtiram göstərir həyat”. (103-114) 
Adi işçi ağıllı olsa, özünü idarə edə biləcək, ruzisini qazanıb ailəsini saxlaya 
biləcək. Ancaq  hökmdar ağılsız olsa, ölkəni uçuruma sürükləyəcək.  


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə