Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

52 
 
 
“Sərxoşluq edən dövlət huşyar olacaq bir gün,  
İllərcə yatan bəxtim bidar olacaq bir gün”. (103-165) 
Nizami xəmsəsi başdan-ayağa öyüd, nəsihət və ağıl dəryasıdır. Bəşəriyyətə o qalır 
ki, bu dəryadan lazımı qədər doğru istifadə etsin.  
Tibb elmi. Nizami yazılarından məlum olur ki, o, tibb elminə bələd olmuşdur. Elə 
tibbi mülahizələr meydana sürür ki, adamda belə bir fikir formalaşır ki, şair tibb elmi ilə 
məşğul olmuşdur. Sağlamlıq, tibbi məsləhətlər onun bu elmin dərinliyinə getməsindən 
xəbər verir. Əsərlərində yeri gəldikcə onları yerli-yerində işlətməsi də bunu sübut edir.  
Mənalı  təmsillər.  Nizami yaradıcılığında təmsillərin xüsusi rolu olmuşdur.  Şair 
bəzən sözlərini açıq deməkdən çəkinsə  də, onları  təmsillər vasitəsilə hökmdarlara 
çatdırmışdır.  
Misal olaraq xəyanət üçün öz itini asan çoban, Bəhram şaha ətrafındakılara nəzər 
salmağın vaxtıdır, mətləbini aşılayır. Elə  məsələ burasındadır ki, Nizami təmsilləri 
əslində insanların tərbiyəsinə yönəlmiş, onları doğru yola cəlb etmək məqsədini 
daşımışdır.  
Nizamidə irfan. Ümumiyyətlə Nizamiyə görə insan inamsız yaşaya bilməz. Heç 
təsadüfi deyil ki, həkim dinsiz olsaydı, xəmsənin 5 dastanının hamısında böyük allahın, 
peyğəmbərin tərifini ilk olaraq verməzdi. Əsərləri boyu insan hansı işi görürsə, allahını 
yaddan çıxarmamalıdır prinsipini əsas götürmüşdür. Elə ilk əsəri “Sirlər xəzinəsi”ndə bu 
sehrli dünyanı allah olmasaydı, bəndə necə yaradardı fəlsəfəsi durur.  
Qaydalar.  Hər bir peşənin özünəməxsus üsulu və qaydası  var.  Nizami  xəmsəsi 
əvvəlcədən  şairin özünün dərin təfəkkürünün qayələri  əsasında yazılmışdır.  Əgər 
diqqətlə araşdırsaq, görərik ki, birinci poemasından başlayaraq, ta axırıncı dastanına 
qədər Nizami ardıcıl bir qayda üzrə getmiş və bunu heç vaxt pozmamışdır.  
Fəlsəfi qaydalar. Nizami dünyanın qədim fəlsəfəsinə  bələd bir insan kimi yunan 
filosofları  və onun əski fəlsəfəsiylə tanış idi. Lakin o, İslam fəlsəfəsi onun usul və 
qaydaları  əsasında yazmışdır. Bəzən kənara çıxsa da , yenə  İslam fəlsəfəsinə üstünlük 
vermişdir. Şair yaxşı dərk etmişdir ki, ancaq İslam fəlsəfəsi onu məşhurlaşdıra bilər.  


53 
 
 
Əxlaq.  İnsanın həyat tərzində  və onun yaşayışında  əxlaq mühüm rol oynayır. 
Həkim Nizaminin bütün külliyatında bir əxlaqsız sözə belə rast gəlmirsən. Onun abır, 
həya və isməti bütün şairlərin fövqündə dayanır. Nizamidə həcv belə yoxdur. O, ancaq 
nəsihətamiz sözlərlə tərbiyə etməyə çalışmışdır. Həqiqətən də “Sirlər xəzinəsi”, “Xosrov 
və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” ağıl, hikmət və əxlaq 
mənbəyidir. Hamısı birlikdə əxlaq mücəssəməsidir.  
Nəticə etibariylə  həkim Nizamidə  İslama bağlılıq, ağıl, təfəkkür,  əxlaq və  İran- 
sevərlik misilsizdir.  
Şairlik məqamı  və onun böyük şairlərlə müqayisəsi.  Həkim Nizminin şairlik 
məqamı o qədər yüksək bir səviyyədədir ki, onu əlçatmaz bir dağa bənzətmək olar. Bu 
ustaddan dünyaya altı xəzinə 5 bəhrdə dünyaya yadigar qalmışdır. (V.Dəstgerdiyə görə 
“İskəndərnamə”dəki “Şərəfnamə” və  “İqbalnamə” ayrı-ayrı  əsərlər kimi götürülür). 
Nizamiyə  qədər heç bir şair bu səpkidə  əsər yazmamış  və ondan sonra yazanlar da 
Nizami məsnəvisi səviyyəsinə yüksələ bilməmişdir. Bu baxımdan Nizami əvəzsiz 
sənətkardır.  
Birinci dastan “Sirlər xəzinəsi”.  Əruzun səri bəhrində yazılmış 2260 beytdən 
ibarətdir. Bu vəzndə Nizamiyə  qədər heç kəs məsnəvi yazmamışdır. Bu əsər  şairin 
cavanlıq dövrünə 30 yaşına təsadüf edir və onun bacarığını bariz şəkildə göstərir. “Sirlər 
xəzinəsi” bir mürəkkəb  əsəri ancaq mütaliəsi geniş olan bir şəxs yaza bilərdi. “Sirlər 
xəzinəsi” dünya ilə bağlı, fəlsəfi fikirlərlə dolu bir poemadır.  
İkinci dastanı “Xosrov və Şirin”. Həzəc-müsəddəs vəznində yazılıb 6500 beytdən 
ibarətdir. Nizamiyə  qədər bu vəzndə  Fəxri Qorqani məsnəvisi “Vis və Ramin” 
olmuşdur. Lakin “Xosrov və Şirin” dastanı qarşısında çox kiçik bir əsərdir. Bəlkə də ona 
görə dillər əzbəri olmamışdır. Günəşin qarşısında cüzi işıq saçan bir çıraq kimidir.  
Heç şübhəsiz dünya ədəbiyyatında “Xosrov və Şirin” kimi bir məhəbbət dastanına 
rast gəlmək çox müşkül məsələdir.  
Üçüncü  əsər “Leyli və  Məcnun”.  Bu  da  həzəc bəhrində yazılmış, təqribən 4500 
beytdən ibarətdir. Nizamidən öncə bu bəhrdə Xaqani Şirvani “Töhvətül-İraqeyn” 


54 
 
 
əsərində istifadə etmişdir. Təkcə  Şərqdə Nizamidən sonra onlarla “Leyli və  Məcnun” 
yazılmış, demək olar ki, o dövrün ən qüdrətli  şairləri bu mövzuya müraciət etmişlər. 
Lakin yaddan çıxartmaq olmaz ki, Nizaminin “Leyli və  Məcnun” dastanının 
rövnəqliyini heç birisi verə bilməmişdir.  
Dördüncü  əsər “Yeddi Gözəl”dir. Bu poema xəfif salim bəhrində yazılmış, 
təqribən 5130 beytdən ibarətdir. Nizamidən  əvvəl bu bəhrdə  Sənai yazmışdır. Bu əsər 
İran  şahı  Bəhrami Gurdan bəhs etsə  də, Nizaminin elm sahələrinin  şeriyyətdə 
birləşdirilməsinə dəlalət edir. “Yeddi Gözəl” yeddi müxtəlif məmləkət, yeddi künbəz və 
yeddi müxtəlif dünya gözəlindən bəhs edir.  
“İskəndərnamə”  şairin sonuncu əsəridir. Nizami onu iki hissəyə böldüyündən 
müəllif Vəhid Dəstgerdi bu dastanları beşinci və altıncı əsər kimi qəbul etmişdir.  
“Şərəfnamə”. Mütəqarib vəznində yazılmış 6800 beytdən ibarətdir. Bu bəhrdə 
Nizami və hətta Firdovsidən əvvəl Sərai yazmışdır. Lakin Firdovsidən güclü heç kəs bu 
bəhrdə yaza bilməmişdir.  
İqbalnamə. Bu əsər də mütəqarib bəhrində yazılmışdır. Bəzən buna “Ağılnamə” də 
deyilir. Bu dastan 3680 beytdən ibarətdir. Nizami bu əsərlə özünün topladığı  ağıl və 
fəlsəfəni bu əsər vasitəsilə oxucuya çatdırmışdır. Ağıl və hikmət Nizami yaradıcılığının 
ən yüksək zirvəsinə çatmışdır. Bütün bunları ancaq həkim Nizami deməyə qadir idi. 
Böyük İran alimi V.Dəstgerdinin verdiyi bu məlumatlar Nizamişünaslıqda  mühüm 
əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, Nizami  haqda bilgilər çox azdır, onda bunların 
vacibliyi qabarıq şəkildə özünü göstərməkdədir. Hiss olunur ki, alim buna bütün varlığı 
ilə bağlanmışdır.  


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə