Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

58 
 
 
Onu da qeyd etmək yerinə düşər ki, Nizami divanındakı  şeirlərin bir hissəsi 
Saltıkov-Şedrin adına Sankt-Peterburq şəhərinin mərkəzi kitabxanasında 
saxlanılmaqdadır.  
Bütün bunları  nəzərə alsaq, heç tərəddüd etmədən bu qənaətə  gəlmək olar ki, 
Nizaminin  şeirlər divanı  həqiqətən olmuşdur. Fikrimizcə bunları bir yerə toplayıb 
millətimizə çatdırmağın vaxtı gəlib çatmışdır.  
S.Nəfisinin 1338-ci ildə yazdığı «Asaro əhvalo divane qəsaedo qəzəliyyate Həkim 
Nizami Gəncəvi» əsəri 316 səhifəlik kitabda cəmlənmişdir. 
Nizami həyat və yaradıcılığından bəhs edən ən dolğun məlumatdır. Müəllif burada 
Nizaminin olum və ölüm tarixlərini 5-10 il fərqlə göstərsə də, ancaq bilgi etibariylə çox 
vacib məsələyə toxunmuş, şairin ailəsi haqda bəzi bilgiləri vermişdir. Aydındır ki, heç 
bir müəllif Nizami barədə onun bioqrafiyasını aça bilməmişdir. Bu da ondan irəli gəlir 
ki, məlumatlara tam söykəniləcək bir mənbə bu gün belə yoxdur. 
S.Nəfisi bir alim kimi Nizami xəmsəsindəki 5 dastanı  təhlil etmiş, onların 
mahiyyətini açıqlamışdır. Bunlarla razılaşmamaq olmaz. Lakin onun yazılarında bəzən 
Nizamiyə  fars prizması ilə baxması, hətta, fras şairi deməsi fikirləriylə razılaşmaq 
mümkün deyildir. 
Bunu Azərbaycan şərqşünasları H.Araslı, R.Əliyev və X.Yusifli qeyd etmişlər ki, 
Nizami Gəncədə döğulmuş, orada yaşamış və yaratmış, oradan kənara çıxmamış, orada 
da torpağa tapşırılmışdır. 
S.Nəfisi  də bunları etiraf etsə  də, nədənsə  bəzən öz dediklərini təkzib edib «fars 
şairi» ifadəsini işlətmişdir. Bütün bunlara baxmayaraq böyük alim S.Nəfisinin Nizami 
haqqındakı yazıları nizamişünaslıqda önəmli rol oynayır. 
 
 
 
 
 


59 
 
 
MÜASİR İRAN ƏDƏBİYYATŞÜNASLIĞINDA NİZAMİ GƏNCƏVİ 
 İRSİNİN TƏDQİQİ  
 
Dünya ədəbiyyatşünaslığının bir hissəsi olan İran ədəbiyyatı ən zəngin ənənələrə və 
çox güclü şairlərə malik olmaqla yanaşı  həm də  qədim köklərə söykənir. Bəzən bu 
ədəbiyyat bütün fars dilli ədəbiyyatı öz çərçivəsi dairəsinə salmağa çalışır. Nəzərə alsaq 
ki, bütün Yaxın və Orta Şərqin  şeir dili fars dili qəbul edilmişdir, onda buna heç bir 
ehtiyac qalmır. Orta əsr şairlərinin əksəriyyəti fars dilinə müraciət etdiklərindən yeni bir 
fars dilli şeir çələngi meydana çıxmışdır. Bu şairlərdən Firdovsi, Xəyyam, Sədi, Hafiz, 
Rudəki, Cami, Farabi, C.Rumi, Nəvai ilə yanaşı Xaqani, Məhsəti, Nəsimi, Füzuli kimi 
şairlər Azərbaycan  şeirinin fövqündə dayanmış,  əsərlərinin  əksəriyyətini fars dilində 
yazmışlar.  
Nizamiyə gəldikdə isə, o, xüsusi bir yer tutmuş, nəinki Şərqin, dünyanın ən qüdrətli 
şairi kimi şöhrət qazanmışdır. Nizami, İran ədəbiyyatşünaslığında özəl bir yer tutur. Heç 
təsadüfi deyil ki, ömrünün 30 illik fəaliyyətini Nizamiyə  və onun yaradıcılığına həsr 
etmiş böyük İran alimi V.Dəstgerdi demişdir ki, İran ədəbiyyatnıda Nizami ilə müqayisə 
ediləcək ikinci bir şairə rast gəlmək mümkün deyildir. Ədalət naminə desək, elə 
Nizamidən ən çox yazan, onu lap çox araşdırıb tədqiq edənlər İran yazıçı, şair, alim və 
şərqşünaslarıdır. Nizaminin fars dilində yazması buna daha artıq stimul yaratmışdır.  
Əlbətdə, burada fars təsirinin də istisna rolu vardır. Lakin həqiqət naminə desək, 
Nizamini ən çox təhlil edən və onun əsərlərini tədqiq edənlər də İran alimləridir.  
Nəticədə Nizami dünyada məşhurlaşmış,  İranda isə onu tanımayan yoxdur. XIX 
əsrin II yarısından başlayaraq  İran alimlərindən S.Nəfisi, V.Dəstgerdi,  Ə.Şəhabi, 
Zərrinkub, M.Sərvət, K.Əhmədnejad, B.Zəncani,  Ə.Fərzanə  və başqaları Nizamiyə 
dönə-dönə müraciət etmiş, onun əsərlərini təhlil etmiş  və  tədqiqatında mühüm rol 
oynamışlar. Nəticədə Nizami əsərləri fars və ingilis dillərində bütün dünyaya 
yayılmışdır.  


60 
 
 
Lakin bu araşdırmaların hamısı ilə tam razılaşmaq mümkün deyildir. Burada bir 
neçə faktora diqqət yetirmək lazımdır:  
1.
 
Nizami elə bir dahidir ki, hər tədqiqatçı onu olduğu kimi dərk edə bilməz.  
2.
 
İran ədəbiyyatşünasları bir qayda olaraq Nizamiyə fars prizması ilə yanaşmışlar.  
3.
 
Şairin doğum ilində 10 il fərqlə yazılara rast gəlinir.  
4.
 
Nizamidə türkçülük meyllərinə demək olar ki, heç toxunulmamışdır.  
5.
 
Onun Gəncədə doğulması inkar edilməsə də, başqa yerdən gəldiyi fikirləri var.  
6.
 
Orta əsr şeir dili fars dili olduğundan İran ədəbiyyatşünasları onu fars şairi kimi 
verməyə çalışırlar.  
7.
 
Nizamini dünyaya ən çox tanıdan İran alimləri olduları üçün, elə şair haqqındakı 
fikirləri də onlar formalaşdırmışlar.  
Açığını etiraf etsək, Azərbaycan onun vətəni olsa da, H.Araslı  və R.Əliyevdən 
başqa şairin əsərləri o qədər təhlil olunmamış, tədqiq edilməmişdir. Ayrı-ayrı illərdə və 
şairin 800-850 illik yibileylərində işlər aparılıb müxtəlif məqalələr yazılmışdır ki, bunu 
bizcə  qənaətbəxş saymaq olmaz. Heç deyilsə biz mütəmadi olaraq «Nizami məktəbi» 
yaratmalı idik. Təəssüflər olsun ki, biz bunu etmirik, nəticədə İran alimləri artıq indidən 
Nizaminin 900 illiyinə hazırlıq məqsədilə  şairin xəmsəsini yenidən fars və ingilis 
dillərində dünyaya yayıb özününküləşdirirlər.  
Yuxarıda qeyd etdiyimiz kimi, Nizami elə böyük bir şəxsiyyətdir ki, onun 
xəmsəsinin hər bir əsərində ən azı 5 dahi çıxır. Bu baxımdan əgər şairin hər misrasından 
bir öyüd və  nəsihət çıxırsa, biz onu ömrümüz çatıncaya qədər araşdırmalı  və  tədqiq 
etməliyik.  
İranda elə bir il olmur ki, Nizami haqqında yazmasınlar, onu təhlil etməsinlər və 
əsərələri araşdırılaraq tədqiq edilməsin.  Şairin doğum ili haqqında yeni-yeni 
mülahizələr, onun ilk şeirləri barədə araşdırmalar, yaşadığı dövr və bu dövrün 
hökmdarları haqda geniş  məlumatlar verilməklə yanaşı  xəmsədəki  əsərlərindən «Sirlər 
xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi Gözəl» və «İskəndərnamə» 
poemalarnın səciyyəvi xüsusiyyətləri, onların yaranma səbəbləri haqqında geniş şərhlər 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə