83
qaçırlar. Bu xəbər tezliklə Misirə yayılır. Bu psixoloji təsir Misirin daha tez məğlub
olmasıyla nəticələnir.
Nizami Gəncəvi böyük məharətlə göstərir ki, bəzən qılıncın gücündən elmin gücü
daha böyükdür. Bu üsulla İskəndər tutduğu ölkələrin çoxunu müharibəsiz təslim edirdi.
Nizaminin İskəndəri Bərdəyə gətirməsi şairin öz təxəyyülü idi. İskəndər bu yerlərə
heç vaxt gəlməmişdi. Onun Nüşabə ilə qarşılaşması səhnəsi çox maraqlıdır. Arranda
qonağı duz-çörəklə qarşılayırlar. Nüşabə isə bir boşqabda xörək əvəzinə İskəndərin
qarşısına qızıl və gövhər qoyur. Buna məəttəl qalan İskəndər Nüşabə xanımdan soruşur
ki, bu nədir? Cavabında eşidir ki, sən bura xörək yemək üçün deyil, var-dövlət üçün
gəlmisən, buyurub apara bilərsən. Nüşabənin bu müdrik cavabı İskəndəri Bərdədən
əliboş getməyə vadar edir. Nizami ağlın hər şeydən üstün olduğunu bir daha göstərməyə
çalışır.
Lakin İrana hücum edən İskəndər bir çox sahəni tutur. O, Gilandan Reyə və
Xorasana hərbi yürüş edir. oradan Hindistana hərbi səfər etdiyini görən Hind şahı
müharibənin qarşısını almaq üçün öz qızını, bir həkim və bir filosofu İskəndərə hədiyyə
edir. Bunu görən Çin xaqanı ölkəsinə hücum olmasın deyə, Bərdə hökmdarının
siyasətindən istifadə edir və düşünür ki, müharibəyə qalsa İskəndər güclüdür, məğlub
olacaq. Böyük ikramiyyə təşkil edib, İskəndərə hədiyyələr verməklə sülhə nail olur.
Üstəlik xoşüzlü və incəsəsli bir kənizi ona verir. Bütün bunların fonunda ruslar Bərdəyə
hücum edir, oranı dağıdıb İskəndərin dərin rəğbətini qazanmış Nüşabəni əsir götürürlər.
İskəndər bu hadisədən kədərlənir və Nüşabəni ruslardan xilas etmək üçün Arrana,
Bərdəyə gəlir.
Nizami bu qıpçaq torpağına ona görə belə bağlı idi ki, öz Afaqı bu yerlərdən idi.
İskəndər demək olar ki, bütün Şərqi tutmuşdur. Budəfəki, Qıpçağa gəlişində
qadınların kişilərlə bərabər düşmənə qarşı vuruşduğunu, açıq üzlə örtüksüz gördükdə
heyrətə gəlir və onların üzlərini örtməsini kişilərdən xahış edir. lakin cavab alır ki,
qadınların həqiqi gözəlliyi örtük altında itir. Bu fikir İskəndərin xoşuna gəlir və o
razılaşır. İskəndər rus qoşunları ilə altı gün öz ordusuyla vuruşur. Yeddinci gün
84
müharibə İskəndərin qələbəsi ilə bitir. O, Nüşabəni rus əsirliyindən azad edir. Nizami
rusların iç üzünü açan ilk şairdir. Görünür Gəncəli şair öz mütaliəsi sayəsində dünya
xalqlarının əksəriyyətini yaxşı tanıyırmış.
Bu müharibədən sonra qoca bir kişi İskəndərə nəql edir ki, bundan sonra sənə
dirilik suyu tapmaq lazımdır ki, sən əbədi yaşayasan və o su bu yaxınlardadır, mən onun
yerini sənə göstərərəm. İskəndər Xızır adlı sərkərdəsini ora göndərir. Xızır suyu tapıb
ondan içir, lakin İskəndər yetişənə qədər su birdən yox olur. Xızır, İskəndərdən aralı
gəzməyə başlayır. Söz var ki, Xızırla birlikdə İlyas da o dirilik suyundan içib ki, o da
əbədi yaşayıb. Ancaq İskəndər 40 gün suyun axtarışında olsa da, nəticə əldə edə bilmir.
Öz qoşununun yanına qayıdır və naçar belə qərara gəlir ki, hər kəsin ölümü gəldikdə
ölməlidir. Oradan İskəndər rus torpağına yaxınlaşır. Burada şair əsərin birinci hissəsini
sona çatdırır ki, bu «Şərəfnamə» idi.
«İqbalnamə» şairin özünün qocalıq vaxtına təsadüf edir. Bu əsərin meydana
gəlməsi Nizaminin Rum tarix və ədəbiyyatından xəbərdar olması ilə əlaqədardır.
Nizaminin yunan dilini bilməsi də öz güclü təsirini göstərir. Əsər boyu yunan
filosoflarının «ağıl» və «ağılnamə»lərini göstərən gəncəli şair deyilənləri sübut edir.
burada şairin açdığı söhbətlər tarixə tam dəqiqliyi ilə söykənmir, rəvayətlər əsasında
qurulmuşdur. İskəndərin sevib hörmət etdiyi filosoflar arasında Sokrat xüsusi seçilirdi.
İskəndərin ona böyük hüsnü-rəğbəti var idi. Onu da qeyd edək ki, Nizami yunan, rum,
hind, misir və iran mədəniyyətlərindən bəhrələnmişdir. İskəndər peyğəmbərlik rütbəsinə
çatmasında başına topladığı alimlərin və aldığı elmin nəticəsində gəlib yetişmişdi.
Nizaminin 30 illik dastan yazma tarixi bununla sona çatır.
Müasir İran tədqiqatçılarından Ə.Zərrinkub daha böyük nüfuza malik bir alimdir.
O, Əfqanistan, Pakistan, Hindistan, Avropa və Oksford univesitetində çalışmış, Tehran
Universitetinin sayılıb-seçilən professorlarındandır. Nizami haqqında yazıları da öz
müfəssəlliyi ilə diqqəti çəkir. Lakin onun dediklərində ziddiyyətli fikirlər mövcuddur.
O, Gəncə barədə geniş və dolğun məlumat verir. Nizami əsərlərinin təhlilinə dəqiq
yanaşır. Lakin farslığa xas olan xüsusiyyət onu açıqca göstərir. Nizaminin farsca
85
yazması, onun farslığa dəlaləti, yaxud İraqdan köçüb gələn valideynlərinin fars
qəbilələrindən olması fikirləriylə qəti razılaşmaq olmaz. Əvvəla ona görə ki, İraqda
xeyli miqdarda türk qəbilələri yaşamış və indi də Türkmənlər əhalinin əsas hissələrindən
birini təşkil edir. Ikincisi əlimizdə dəqiq məlumat yoxdur ki, Nizaminin ata babası nə
zaman köçmüşdür? Ancaq məlum olan odur ki, Nizami Gəncə torpağında, Azərbaycanın
intibah dövründə anadan olmuş, burada yaşamış, yaratmış və burada da rəhmətə
getmişdir. Məzarı da bu ulu torpaqdadır.
Mənsur Sərvət
Nizami əsərlərində hikmət xəzinəsi
Mənim üçün bu mövzuya girişib baş vurmaq çox maraqlı idi. Çünki, insanı daima
eşq, əxlaq, nəsihət, hikmət və ağıl gözəlliyə aparmışdır. Hətta, əgər insan bunların hər
hansı birinə əməl etməsə belə, yenə onları eşitməkdən ləzzət almalıdır. Mən bunları
həkim şair Nizaminin dilindən eşidəndən sonra belə fikrə gəldim ki, bundan böyük
mükafat ola bilməz. Buna görə də mən iki fikrə gəldim:
Əvvələn özümdən soruşdum ki, nə üçün Nizamiyə «həkim» demişlər?
Əsərlərini oxuduqda anladım ki, bütün dastan yazan şairlərdən o, yeni eşq, fəlsəfi
fikir, ağılın gücü və hikmətinə görə bu ləqəbi almışdır.
İkincisi odur ki, Nizami fars ədəbi dilində o qədər gözəl yazmışdır ki, onu dərk
etməmək mümkün deyil. Çünki, onun çox asan şivəsi və rəvan, anlaşıqlı, cazibədar dili
vardır. Bu da onu böyük və qüdrətli şairlər Sədi, Hafiz, Mövlana, Firdovsi, Xəyyam və
başqalarından fərqləndirmişdir. Maraqlı burasıdır ki, indiyə qədər Nizami yazdıqlarının
heç birinə düzəliş verib dəyişmək mümkün olmamışdır. Nizami dünyanın qədim xalqları
fars və yunanlardan söhbət açaraq onların həyat tərzi ilə oxucularını tanış etmişdir.
Şairin xəmsəsindəki beş əsər vasitəsi ilə oxucu xeyli məlumat toplayır. Diqqəti çəkən
odur ki, heç bir şair indiyə qədər ona tənqidlə yanaşa bilmir, ona irad tuta bilmir. Bu
günə kimi bütün yazıçı, ədəbiyyatçı və şərqşünaslar Nizamidən ağızdolusu danışmış,
ondan bəhrələnmiş və ona minnətdarlıq hissi ilə yanaşmışdır.
Dostları ilə paylaş: |