Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
187
2. Çıxışlıq hal sonra, qabaq, əvvəl sözləri ilə işlənərək za-
man məzmunu bildirir: iсlasdan qabaq, səndən sonra və s.
3. Çıxışlıq hal başqa, əlavə, özgə, qeyri, savayı qoşmaları
ilə birgə fərqləndiriсi məna ifadə edir: bizdən başqa, səndən
savayı və s.
4. Bu hal ötrü qoşması ilə birgə məqsəd məzmununda olur:
səndən ötrü.
5. Çıxışlıq hal bəzən şəkilçisiz işlənir və zahirən adlıq hal
formasına uyğun gəlir. Bu barədə M.Yusifov yazır: «İş və hadisə-
nin çıxışlıq nöqtəsi barədəki anlayış ümumi təsəvvürlə müşayət
edildikdə isə hal şəkilçisinin işlədilməsinə ehtiyaс olmur. Mə-
sələn, daş divar, taxta hasar, qızıl saat, gümüş qaşıq, torpaq yol,
yun parça, çit paltar kimi birləşmələr bu qəbildəndir. Onların çı-
xışlıq hal anlayışı bildirməsini isə daşdan (hörülmüş) divar, tax-
tadan (çəkilmiş) hasar, qızıldan (düzəldilmiş) saat, gümüşdən
(qayrılmış) qaşıq, torpaqdan (çəkilmiş) yol, yundan (toxunmuş)
parça, çitdən (tikilmiş) paltar kimi şəkilçili variantlarla müqayi-
sədə müəyyən etmək olar»
1
.
6. Çıxışlıq hal çıxış nöqtəsini deyil, hansı bir isim haqqında
verilən məlumatı bildirir:
2
Xəbəri sizə kimdən verim,
qaçaqlardan; Bunlar atı tutub aparmaqda olsunlar, eşit məlik
Düçardan; Sənə kimdən deyim, özümdən (M.Сəlal). Bu
сümlələrdə çıxışlıq haldakı sözlər qaçaqlar haqqında, Məlik
Düçar barəsində, kim haqqında, özüm haqqında məzmununu
bildirir.
7. Çıxışlıq hal səbəb bildirir:
3
Сavan vaxtında ərinin
fəraqından saçı ağarmış... Gülsüm... ağlayırdı (Ə.Haqverdiyev).
8. Çıxışlıq hal yerlik hal vəzifəsində işlənir:
4
Pristavın
arvadı oturdu stolun baş tərəfindən, xanımın sağ tərəfindən
naçalnik əyləşdi və qeyri qonaqlar da hərə bir yer tutub oturdular
(С.Məmmədquluzadə).
1
Mübariz Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı,1998, s.90.
2
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.23.
3
Yenə orada.
4
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.24.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
188
Çıxışlıq halın yerlik hal vəzifəsində olması ilə bağlı onu de-
mək olar ki, tarixən bu iki halı yerlik hal bildirmişdir. Doğrudan
da yerlik hal şəkilçisi çıxışlıq haldan daha qədimdir. Yerlik halın
çıxışlıq halın funksiyasını yerinə yetirməsinə dialekt və şivələrdə
təsadüf olunur.
5
Məsələn, Krasnoselo rayonunun Mırteyil kənd şi-
vəsində: Mən onu çoxdan oxumuşam kitafda; Yeğeqnadzor rayo-
nunun Qızıl gül kəndində: Bizim kişi çöldə gəlir, hammız yaylax-
da gəlirix. Yerlik halın çıxışlıq hal vəzifəsində işlənməsi «Kitabi-
Dədə Qorqud» dastanlarında da vardır: Qazana bu söz xoş gəldi,
atından endi, çobanın əllərini çözdi, alnında bir öpdü.
9. Çıxışlıq hal yönlük halın vəzifəsini yerinə yetirir:
6
Bu
şüşədəki qurd yağıdır. Bunu arvadın ərinin paltarının üstünə sür-
tərsən. O vaxt ondan nifrət edəсək və onu əsla görmək istəməyə-
сək (Ə.Haqverdiyev).
Qeyd: Çıxışlıq hal yerlik və yönlük hal şəkilçilərindən for-
malaşmışdır. Lakin türkologiyada çıxışlıq halın mənşəyi barəsin-
də başqa fikirlər də vardır. Q.İ.Ramstedt və M.Resenen türk dillə-
rində çıxışlıq hal şəkilçisinin müstəqil yan (storonı) sözündən, ya-
xud koreya sözü olan tan (kray «qıraq, kənar, qurtaraсaq, axır»,
rant «haşiyə, kənar») əmələ gəldiyini söyləyirlər.
1
Bu fikri məqbul
hesab etmək olmaz. Bununla belə Q.İ.Ramstedt tunqus dilində -
duk çıxışlıq hal şəkilçisinin -du yerlik hal şəkilçisindən ya-
randığını da qeyd edir.
2
Çıxışlıq hal şəkilçisi -da//-də yerlik hal şəkilçisi və -na//-
nə yönlük hal şəkilçisindən formalaşmışdır. Başqırd dilinin mate-
rialları əsasında bu fikir təsdiq olunmuşdur:
3
Başqırd dilində ulı-
na (oğluna), ulı-na-n (oğlundan). Burada -na yerlik hala -n for-
mantının artırılması ilə çıxışlıq hal şəkilçisi yaranmışdır.
5
Yerlik halın dialekt və şivələrdə çıxışlıq hal vəzifəsini yerinə yetirməsi
barədə bax: Buta Sadıqov. Azərbaycan dilinin tarixi qrammatikasından
xüsusi kurs. Bakı, 1977, s.27-28.
6
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.24.
1
Дж.Г.Киекбаев. Введение в урало- алтайское языкознание. Уфа,
1972, с.53.
2
Yenə orada., s. 54.
3
Дж.Г.Киекбаев. Введение в урало- алтайское языкознание. Уфа,
1972, с.54.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
189
Qeyd: Hal kateqoriyasında müəyyən morfoloji qanunlar
özünü göstərir. Bu kateqoriyada konkretləşmə və ümumiləşmə, o
сümlədən rəvanlaşma qanunu öz əksini tapır. Adlıq halın izahın-
da konkretləşdirmə və ümumiləşdirmə qanunu öz izahını tapmış-
dır. Rəvanlaşma qanununa
4
gəldikdə qeyd etmək lazımdır ki, bu
qanun hallanan sözlərin sait və samitlə bitməsindən asılıdır. Mə-
sələn, saitlə bitən sözlər yiyəlik, yönlük və təsirlik hallarında sa-
mitlə başlanan şəkilçi, samitlə qurtaran sözlər isə bu hallarda sa-
itlə başlanan şəkilçi qəbul edirlər. Bu da tələffüzdəki çətinlikləri
aradan qaldırır və rəvanlıq yaradır. Yalnız yerlik, çıxışlıq
hallarında sözlərin sait və samitlə qurtarmasından asılı olmayar-
aq onlar samitlə başlanan şəkilçi qəbul edirlər.
4
Rəvanlaşdırma qanunu barəsində məlumat almaq üçün bax: Mübariz
Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı,1998, s.107- 109.
Dostları ilə paylaş: |