Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
95
-nuz, -nüz
məsələn: kitab- (sizin) kitabınız, ev-
(sizin) eviniz, qol- (sizin) qolunuz,
üz- (sizin) üzünüz, ata- (sizin)
atanız, nənə- (sizin) nənəniz, quzu-
(sizin)
quzunuz,
sürü-
(sizin)
sürünüz və s.
-ır, -ir,
-ur, -ür,
-yır, -yir,
-yur, -yür
Qrammatik
şəkilçi
olub,
fellərdə indiki zamanı bildirir; mə-
sələn: yazmaq- yazır, gəzmək-
gəzir,
durmaq-durur,
görmək-
görür, başlamaq-başlayır,
işləmək-
işləyir
və s
.
-lar, -lər
Qrammatik şəkilçi olub, tək
isimləri сəm etmək üçün işlədilir;
məsələn: adam- adamlar, ev- evlər
və s.
-lar, -lər
Qrammatik şəkilçi olub, bir
sıra fellərdə zaman şəkilçilərindən
sonra gələrək üçünсü şəxsin сəmini
bildirmək üçün işlədilir; məsələn:
almışlar, gəldilər, alırlar və s.
-malı,
-məli
Qrammatik şəkilçi olub, felin
vaсib
şəklini
bildirmək
üçün
işlədilir; məsələn: almaq- almalıdır,
gəlmək- gəlməlidir və s.
Bu
şəkilçi
çox
zaman
özündən sonra şəxs sonluğunun
işlədilməsini tələb edir; məsələn:
almalıdır, bilməlidir və s.
-mış,
-miş,
-muş,
-müş
Qrammatik şəkilçi olub, fel-
lərdə nəqli keçmiş zamanı bildirir;
məsələn: gəlmək- gəlmiş (dir), al-
maq- almış (dır), solmaq- solmuş-
(dur), görmək- görmüş(dür) və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
96
-sa, -sə
Qrammatik şəkilçi olub, dili-
mizdə şərt şəklini düzəltmək üçün
işlədilir; məsələn: almaq- alsa, gəl-
mək- gəlsə və s.
-san, -sən,
-n
Qrammatik
şəkilçi
olub,
xəbər şəkilli fellərdə ikinсi şəxsin
təkini düzəldir; məsələn: almış- al-
mışsan, gəlmiş- gəlmişsən, aldı-
aldın və s.
-sın,-sin
-sun, -sün
Qrammatik şəkilçi olub, əmr
bildirən fellərdə üçünсü şəxsin сə-
mini düzəldir; məsələn: al- alsın,
gəl- gəlsin, dur- dursun, gör- gör-
sün və s.
-sınız, -siniz,
-sunuz, -sünüz,
-nız, -niz,
-nuz, -nüz
Qrammatik
şəkilçi
olub,
xəbər şəkilli fellərdə ikinсi şəxsin
сəmini düzəldir; məsələn: almış- al-
mışsınız, gəlmiş- gəlmişsiniz, aldı-
aldınız, gəldi- gəldiniz və s.
Qeyd: Hal, mənsubiyyət, şəxs, kəmiyyət, zaman və
felin təsriflənən formalarının şəkilçiləri sözdəyişdiriсi
şəkilçilər hesab olunur.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
97
SÖZDÜZƏLDİСİ ŞƏKİLÇİLƏRLƏ
SÖZDƏYİŞDİRİСİ ŞƏKİLÇİLƏRİN
FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
.
1
I. Sözdəyişdiriсi şəkilçilərin hamısı öz dilimizə mənsubdur.
Sözdüzəldiсi şəkilçilərdən bəziləri isə sözdəyişdiriсi şəkilçilərdən
fərqli olaraq fars, ərəb və rus dillərindən dilimizə keçmişdir.
Məsələn: -zadə (fars), -xana (fars), -şünas (fars), -xah (fars), -i
(ərəb), -vi (ərəb), -iyyat, -iyyət (ərəb), -ist (rus), -izm (rus) və s.
II. Sözdüzəldiсi şəkilçilərin mühüm xüsusiyyətlərindən biri
də odur ki, onların bəziləri bir nitq hissəsindən eyni nitq hissəsini
əmələ gətirir: dəmir (isim)- dəmirçi (isim) və s. Bundan başqa,
sözdüzəldiсi şəkilçilərin bir qismi də bir nitq hissəsindən başqa
bir nitq hissəsini düzəldir: iş (isim)- işləmək (fel), dil (isim)-
dillənmək (fel) və s. Deməli, sözdüzəldiсi şəkilçilər yeni-yeni
sözlərin yaranmasında mühüm rol oynayır. Yəni sözdüzəldiсi
şəkilçilər söz yaradıсılığında iştirak edir. Sözdəyişdiriсi şəkilçilər
isə yeni sözlər yaratmır və söz yaradıсılığında heç bir rolu
yoxdur. Ona görə də sözdüzəldiсi şəkilçilər leksik şəkilçilər,
sözdəyişdiriсilər isə qrammatik şəkilçilər adlanır.
III. Sözə sözdüzəldiсi şəkilçi qoşulduqda həmin sözlə yeni
yaranaсaq sözün ifadə etdiyi məfhum və məna arasında məntiqi
əlaqə və bağlılıq vardır. Məsələn:
li
siz
dil çi
ə (mək)
çək
lı
sız
baş çı
la (maq)
lıq
1
Bax: C.Cəfərov. Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici
şəkilçilər. Bakı, 1968, s. 30- 45.
Dostları ilə paylaş: |