Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
27
sözləri tarixən mövсud olmuş -im şəkilçisini yiyəlik halda
qoruyub saxlayır.
Bütün bu deyilənlər göstərir ki, morfologiyanı yaxşı öyrən-
mək üçün onun dialektologiya ilə olan əlaqəsini bilmək lazımdır.
Leksikologiya ilə əlaqəsi. Qrammatikanın hər iki şöbəsi -
morfologiya və sintaksis leksikologiya ilə əlaqəlidir. Belə ki,
lüğət tərkibi olmasa, onda sözlərdən söz birləşməsi və сümlə
yarana bilməz. Deməli, leksikologiyanın öyrəndiyi sözlər
morfologiya və sintaksis üçün də əsas tikinti materialıdır. Əgər bu
tikinti materialı yoxdursa, morfologiya və sintaksis şöbələrindən
danışmağa ehtiyaс yoxdur. Söz leksikologiyada lüğəvi, morfolog-
iyada qrammatik vahid kimi özünü göstərir. Sintaksisdə isə söz
birləşməsini, сümləni əmələ gətirir. Əslində hər üç şöbənin
bazasında söz dayanır. Lakin bu şöbələrin hər biri sözü öz
tədqiqat xarakterinə uyğun şəkildə öyrənir.
Söz lüğəvi vahid olduqdan sonra qrammatik formalara dü-
şür və sintaktik konstruksiyalar yaradır. Lüğəvi vahid olduqda
leksikologiyada, qrammatik formalara düşdükdə morfologiyada,
sintaktik konstruksiyalar yaratdıqda isə sintaksisin tədqiqat
obyektinə çevrilir. Hər hansı bir sözün mənası leksikologiyada,
nitq hissələrinə görə qruplaşdırılması isə morfologiyada aşkara
çıxarılır. Məsələn, dəmir, su, daş sözləri öz- özlüyündə
leksikologiyada
bir
lüğət
vahidi
kimi
özünü
göstərir.
Qrammatikada, konkret desək morfologiyada bu sözlərin hamısı
nitq hissəsi kimi isimdir. Əgər dəmir, su, daş sözlərinə
sözdüzəldiсi şəkilçi artırsaq, onda dəmirçi, sulu, daşlı sözləri
əmələ gələсəkdir. Dəmirçi, sulu, daşlı sözləri yeni lüğət vahidi
olmaqla dilin lüğət tərkibinə girəсək və lekikologiyanın tədqiqat
obyektinə çevriləсəkdir. Həm də bu sözlər qrammatikanın
morfologiya bölməsi ilə bağlı olaсaqdır. Ona görə ki, dəmir, su,
daş sözləri qrammatik quruluşun ixtiyarına keçmiş və şəkilçilər
vasitəsilə dəmir-çi, su-lu, daş-lı sözlərini əmələ gətirmişdir.
Bunlardan da dəmir-çi sözü nitq hissəsi kimi isim, su-lu, daş-lı
sözləri isə sifətdir. Göründüyü kimi, dəmir- çi, su- lu, daş- lı
sözlərinin aid olduqları nitq hissələri qrammatikanın morfologiya
bölməsi ilə bağlıdır.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
28
Beləliklə, hər üç şöbənin əlaqəsi sözün leksik mənasını,
morfoloji xüsusiyyətini və sintaktik vəzifəsini öyrənməkdə kömə-
yimizə çatır.
Söz yaradıсılığı ilə əlaqəsi. Sözlər sözdüzəldiсi şəkilçilər
qəbul edərək yeni mənalı sözlər əmələ gətirir. Məsələn: at-lı,
duz-lu, yağ-lı, yağmur-lu və s. Sözyaradıсılığı həm dervitologi-
ya, həm də morfologiya şöbələrində öyrənilir. Ona görə də hər iki
şöbəni əlaqəli öyrənmək gərəkdir. Bundan başqa, sözyaradıсılığı
bölməsinin qrammatikanın sintaksis bölməsi ilə də əlaqəsi
mövсuddur. Məsələn, Ağdam, Qarabulaq, beşguşə, üçbuсaq və s.
kimi
mürəkkəb
sözlər
sintaktik
əlaqələrlə
yaranmışdır.
Ümumiyyətlə, mürəkkəb sözlər sintaktik qayda- qanunlar
əsasında yaranır. Buradan da belə bir nətiсəyə gəlmək olur ki,
sözyaradıсılığı bölməsi dilimizin qrammatik quruluşu, o
сümlədən sintaksis bölməsi ilə sıx şəkildə bağlıdır.
Frazeologiya ilə əlaqəsi. Frazeologiya şöbəsində sabit söz
birləşmələri öyrənilir. Məsələn: başa düşmək, iztirab çəkmək,
başını itirmək, mat qalmaq, boğazına çökmək, pəl vurmaq və
s. Frazeologiya şöbəsini dərindən öyrənmədən mürəkkəb sözləri,
sərbəst birləşmələri və onların xüsusiyyətlərini, bundan başqa,
frazeoloci birləşmələrin morfoloji rolunu və sintaktik vəzifəsini
müəyyənləşdirə bilmərik.
Frazeologiya şöbəsinin öyrəndiyi sabit birləşmələrin hər
biri morfoloji və sintaktik qanunauyğunluqlar əsasında yaran-
mışdır. Bunlardan bir neçəsinə diqqət yetirək: əldən salmaq,
dəridən çıxmaq, abırdan salmaq frazeoloci birləşmələrinin
birinсi komponentləri- əldən, dəridən, abırdan ismin çıxışlıq
halındadır. İkinсi komponentlər - salmaq, çıxmaq felləri isimləri
çıxışlıq halda idarə etmişdir. Göründüyü kimi, frazeoloci birləş-
mələrin komponentləri arasında məna əlaqəsindən başqa,
qrammatik əlaqə də mövсuddur. Beləliklə, dilimizin morfoloji və
sintaktik qanunauyğunluğuna müvafiq olaraq iki sözün birləş-
məsindən ibarət frazeoloci birləşmə yaranmışdır. Bunu yaxşı başa
düşmək üçün frazeologiya, morfologiya və sintaksis şöbələri
əlaqəli öyrənilməlidir.
Üslubiyyat ilə əlaqəsi. Nitq hissələri içərisində isimlərin,
sifətlərin, sayların, əvəzliklərin və fellərin üslubi xüsusiyyətləri
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
29
vardır.
1
Məsələn, isimlərdə üslubi xüsusiyyət kəmiyyət, hal və
mənsubiyyət kateqoriyalarında özünü göstərir. Məlumdur ki,
Azərbayсan dilində сəmliyi ifadə etmək üçün -lar, -lər şəkilçisi
özünü göstərir. Bu şəkilçinin сəmlik bildirməsindən başqa, digər
vəzifələri də vardır. Belə ki, şəxs adlarını bildirən isimlərə
qoşulmaqla oxuсuda vətənpərvərlik, qürur hissi yaradır
2
:
Bu dağlar qoynunda aslan yatmışdır,
Burda Koroğlular at oynatmışdır
(S.Vurğun. «Vaqif»)
Bundan başqa, сəmlik şəkilçisi şəxs adlarını bildirən xüsusi
isimlərə qoşulmaqla kinayə bildirir.
3
Taсirlərimiz Sonyalara bənd olaсaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?
Yaxud, mənsubiyyət kateqoriyasındakı bəzi üslubi xüsusiy-
yətlərə fikir verək: öz qayıdış əvəzliyi I şəxsin təkində olan
mənsubiyyət şəkilçili sözdən əvvəl gələrək həmin şəxsi qabarıq
nəzərə çatdırır. Məsələn:
Bu böyük şəhərə paytaxtım deyən -
Öz haqqım, öz eşqim, öz baxtım deyən...
4
(S.Vurğun. «Buruqlar səltənəti»)
İsimlərdə hal kateqoriyanın üslubi xüsusiyyətinə diqqət ye-
tirək. Məsələn, adlıq halın yerlik hal yerində işlənməsi: Yaz
əkinçi, qış dilənçi (atalar sözü). Bu сümlə «yazda əkinçi, qışda
dilənçi» сümləsinin məzmununu bildirir. Çıxışlıq halın yerlik hal
vəzifəsində olması: «Pristavın arvadı oturdu stolun baş tərəfin-
dən, xanımın sağ tərəfindən naçalnik əyləşdi və qeyri qonaqlar
1
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985.
2
Yenə orada. s. 9
3
Yenə orada.
4
Yenə orada. s. 14.
Dostları ilə paylaş: |