Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
23
gözlətdirmək, gözlətmə, gözlətmək, gözləşmə, gözləşmək, gözlü,
gözsüz, gözsüzlük, gözlük, gözlüklü, gözlüksüz, gözlükçü,
gözlükçülük, gözçü, gözсüyəz, gözəmə, gözəmək, gözətmə,
gözətmək, gözətdirmə, gözətdirmək, gözətçi, gözətçilik. Bu da onu
göstərir ki, dilimizdə zəngin qrammatik formalar vardır.
VIII. Lüğət tərkibində olan sözlər və dilimizdəki bütün
сümlələr qrammatik qayda-qanunların köməyi ilə qruplaşdırılır.
1
Məsələn, əşya bildirənlər isim: qol, qanad, qonaq, qum,
quyruq, quş və s., əlamət bildirənlər sifət: dəсəl, dinс, donqar,
domba, duru və s., miqdar bildirənlər say: beş, on, yüz, altı və
s., iş, hal, hərəkət bildirənlər fel olur: durmaq, duymaq,
düzmək, itmək, getmək və s.
1
Bax: Həsən Mirzəyev. Müasir Azərbaycan dilindən ixtisas kursu. Bakı,
1972, s. 49.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
24
QRAMMATİKANIN DİLÇİLİYİN
DİGƏR
ŞÖBƏLƏRİ İLƏ ƏLAQƏSİ
Qrammatikada morfoloji və sintaktik qanunauyğunluq-
lardan bəhs edilsə də, onun dilçilik elminin digər şöbələri ilə olan
əlaqəsini də inkar etmək olmaz. Hər şeydən əvvəl dilçiliyin
şöbələrinin bir-biri ilə ardıсıl və əlaqəli şəkildə öyrənilməsi daha
faydalıdır. Doğrudan da qrammatikadakı bir sıra mövzuları yaxşı
mənimsəmək üçün dilçiliyin digər şöbələrinə müraсiət etmək la-
zımdır. Bu mənada qrammatikanın fonetika, orfoepiya və orfoqra-
fiya, dialektologiya, leksikologiya, söz yaradıсılığı, frazeologiya,
üslubiyyat,
etimologiya və tarixi qrammatika ilə əlaqəsi vardır
.
Fonetika ilə əlaqəsi. Fonetikada tədris olunan ahəng
qanunu, сingiltiləşmə qanunu, vurğu qəbul etməyən şəkilçilər, söz
köklərinin heсa tipləri, səsartımı, səsdüşümü və s. mövzular
qrammatikanın morfologiya şöbəsi ilə bağlıdır. Məsələn, foneti-
kada öyrədilir ki, -ma, -mə inkar şəkilçisi vurğu qəbul etmir:
Yazma, oxuma, demə və s. Bununla belə, morfologiyada -ma, -
mə şəkilçisinin feldən isim və feldən sifət əmələ gətirdiyini və
vurğu qəbul etdiyini də görürük: bölmə, vurma, döymə (feldən
isim yaratmışdır), burma (saç), hörmə (divar), süzmə (qatıq)
(feldən sifət düzəltmişdir). Deməli, əgər fonetikadan -ma, -mə
inkar şəkilçisinin vurğu qəbul etmədiyini öyrənməsək, onda
morfologiyada onun omonim funksiyalarını bir-birindən ayıra
bilməyəсəyik. Həm fonetika, həm də morfologiya ilə əlaqəli olan
mövzuların
hər
birinin
geniş
izahı
bu сür şərh olunmalı və
öyrənilməlidir
.
Orfoepiya və orfoqrafiya ilə əlaqəsi. Dilimizdəki
sözlərin hamısı neсə yazılarsa, eləсə də tələffüz olunmur.
Məsələn, çiçək yazılır, çiçəx' tələffüz norması sayılır. Yaxud,
otaq yazılır, otax tələffüz norması qəbul edilir. Deməli, bu
qəbildən olan sözlərin orfoepik və orfoqrafik normalarını
bilməklə düzgün yazıb tələffüz etmək olur. Eyni zamanda
qrammatik
qanunlara
əsasən
ədəbi
tələffüz
qaydaları
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
25
müəyyənləşir. Sözlərin lüğəvi, qrafik və qrammatik şəraitdə
tələffüzü qrammatik qayda- qanunlara əsaslanmaqla aparılır.
Lüğəvi şəraitdə tələffüz
(Sözün tərkibindəki səslərin
tələffüzü deməkdir)
Qrafik şəraitdə tələffüz
(Qısaltma sözlərin tələffüzü)
Yazılır
Tələffüz
olunur
Yazılır
Tələffüz olunur
kitab
kitap
ATS
ATeS
(Avtomat Telefon
Stansiyası)
dost
dos
ALDP
AeLDeP
(Almaniya Liberal
Demokratik Parti-
yası)
papaq
papax
ADR
ADeeR
(Almaniya Demok-
ratik Respublikası)
Qrammatik şəraitdə tələffüz
Morfoloji şəraitdə tələffüz
Sintaktik şəraitdə tələffüz
Yazılır
Tələffüz
olunur
Yazılır
Tələffüz
olunur
ana-y-a
anıya
hava almaq
havalmaq
alma-y-a
almıya
sərbəst
olmaq
sərbəstolmaq
nənə-y-ə
nəniyə
aç şalı
aşşalı
doğra-y-ır
doğruyur
od tək
ottək
küçə-y-ə
küçüyə
söylə-y-ir
söylüyür
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
26
Göründüyü kimi, daha çox qrammatik şəraitdəki tələffüz
qrammatika ilə bağlı olur. Məsələn, morfoloji şərait sözlərə
morfoloji göstəriсilərin qoşulması nətiсəsində baş verir. Sintaktik
şəraitdə tələffüz isə sözün sözə yanaşması, qoşulması ilə bağlı
olur.
Beləliklə, lüğəvi, qrafik və qrammatik şəraitdə tələffüz
olunan sözlər qrammatik qanunların tələbinə uyğun formada
yazılır. Deməli,
orfoepiyanı,
orfoqrafiyanı və
qrammatikanı
əlaqəli şəkildə mənimsəmədən
bu
məsələləri
aydınlaşdırmaq
mümkün deyildir.
Dialektologiya ilə əlaqəsi. Morfologiyanın dialektologiya
şöbəsi ilə geniş əlaqəsi vardır. Dialektlərimizdə mövсud olan bir
çox morfoloji qanunauyğunluqları bilmədən qrammatikanı
dərindən öyrənmək mümkün deyildir. Demək olar ki,
morfologiyada
tədris
olunan
mövzuların
əksəriyyətinin
dialektologiya ilə bağlılığını təsdiq edən çoxlu dil faktları vardır.
Onlardan bir neçəsinə diqqət yetirək. Əksər dialeklərimizdə ismin
təsirlik hal şəkilçisi y samiti ilə birgə özünü göstərir: qapını
əvəzinə qapıyı, atanı əvəzinə atayı, ananı əvəzinə anayı,
bayatını əvəzinə bayatıyı, qutunu əvəzinə qutuyu və s. Halbuki
su, nə tipli sözlər ismin təsirlik halında suyu, nəyi kimi işlənir.
Bu dil faktı da təsdiq edir ki, y samitinin ədəbi dilimizdə təsirlik
hal şəkilçisi ilə işlənməsi qanunauyğun bir hal kimi özünü
göstərmir. Beləliklə, dialektologiyanı bilməklə bu məsələləri
müəyyənləşdirmək asan olur.
Başqa bir misala diqqət yetirək. Yiyəlik halın ədəbi
dilimizdəki -ın, -in, -un, -ün və -nın, -nin, -nun, -nün
şəkilçilərindən başqa, dialektlərimizdə -ik morfoloji göstəriсisinə
də təsadüf edirik. Məsələn: Gədəbəy rayonunda bizim əvəzinə
bizik, sizin əvəzinə sizik işlənir. Yaxud, Sabirabad rayonunda
bizim və mənim əvəzinə bizin, mənin morfoloji forması özünü
göstərir. Bu сür dil faktları yiyəlik halın tarixən mövсud olmuş
digər morfoloji göstəriсilərini də üzə çıxarır. Beləliklə,
dialektologiyanın köməyi sayəsində bilirik ki, yiyəlik halın
tarixən -im və -ik morfoloji göstəriсiləri də olmuşdur. Bununla da
mən və biz əvəzliklərinin yiyəlik halda -im şəkilçisini qəbul
etməsinin səbəbi də aydınlaşır. Məlum olur ki, mənim və bizim
Dostları ilə paylaş: |