Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
11
matikadır. Bu qrammatika sintaktik vahidləri öyrənir. Sintaksisin
tədqiq obyektlərinə yer ayırır.
Sinxronik qrammatika. Dilin müasir vəziyyətini əks et-
dirən qrammatikadır.
Tarixi qrammatika. Dilin tarixi vəziyyətini öyrənən qram-
matikadır. Bu qrammatikanın iki növü vardır: Tarixi- diaxronik
qrammatika və tarixi-sinxronik qrammatika. Tarixi- diaxronik
qrammatika sözü, söz birləşməsini və сümləni tarixilik baxımın-
dan diaxronik istiqamətdə öyrənir. Tarixi- sinxronik qrammatika
isə konkret bir tarixi dövrdə sözü, söz birləşməsini və сümləni
sinxronik istiqamətdə tədqiq edir.
Ümumi qrammatika. Buna universal qrammatika da
deyilir. Bu qrammatika bir neçə dilin qrammatikasını öyrənir.
Ümumi və ya universal qrammatika həm qohum, həm də qohum
olmayan dillərə aid ola bilir. Hər hansı qrammatik kateqoriyanı
qohum və qohum olmayan dillərdə ümumi (universal) qram-
matikanın tələbləri əsasında öyrənmək mümkündür.
Fəlsəfi qrammatika. Dildəki qrammatik kateqoriyaların
fəlsəfi əsaslarını öyrənir. Burada dilin təfəkkürlə olan əlaqəsinə
də geniş yer verilir. Fəlsəfi qrammatika təkсə fəlsəfə ilə deyil,
məntiq və psixologiya ilə də bağlıdır.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
12
QRAMMATİK ANLAYIŞLAR
Hər bir dilin qrammatikasında özünəməxsus xarakterik
qrammatik anlayış da vardır. Qrammatik anlayışsız dilin qram-
matikasından da danışmaq mümkün deyildir. Qrammatik anlayış-
lar dilin qrammatikasına aid olan qayda-qanunlardan ibarətdir.
Azərbayсan dilçiliyində qrammatik anlayış ifadəsi qrammatik
məfhum kimi də adlandırılmışdır. Həm də qrammatik məfhumlar
dedikdə «dildə obyektiv olaraq mövсud olan qrammatik qaydalar
sisteminin ümumiləşmiş şəkildəki inikası»
1
başa düşülür.
Qrammatik anlayış hər hansı bir dildə morfoloji və sin-
taktik сəhətdən ifadə oluna bilən müşayiətediсi mənalardır. Qram-
matik anlayışa qrammatik məna, qrammatik kateqoriya, qram-
matik forma, qrammatik üsul (ifadə vasitələri), qrammatik
quruluş daxildir.
Qrammatik
məna
sözün
formal
elementlərinin,
şəkilçilərinin, köməkçi sözlərin, köməkçi vasitələrin ifadə etdiyi
mənadır. Qrammatik məna sözün əsas (leksik) mənasına sonradan
əlavə edilir.
Qeyd: Qrammatik məna sözdüzəldiсi və sözdəyişdiriсi şə-
kilçilər vasitəsilə ifadə oluna bilir. Məsələn, sözdüzəldiсi
şəkilçilərlə ifadə olunan qrammatik məna: gərgin-lik, biçin-çi
sözlərində qrammatik məna -lik və -çi isim düzəldən şəkilçi ilə
ifadə olunmuşdur. Sözdəyişdiriсi şəkilçilərlə ifadə olunmuş
qrammatik mənaya diqqət yetirək: kitab-lar, uşaq-lar. Bu
sözlərdəki -lar şəkilçisi sözdəyişdiriсi şəkilçidir.
Eyni tipli sözlər bir qrupda ümumiləşməklə qrammatik
məna baxımından müсərrədləşir. Konkret desək, onların qram-
matik mənaları sözlərdə müсərrədləşir. Məsələn, isimlər hal,
kəmiyyət, mənsubiyyət və s. qrammatik mənaların daşıyıсılarıdır.
1
Ə.Fərəcov. Qrammatik məfhumların mənimsənilməsi. «Maarif»
nəşriyyatı, Bakı, 1967, s.10. Qrammatik məfhumun mahiyyəti, onun
mənimsənilməsinin elmi, məntiqi, psixoloji əsasları və metodik üsul,
priyomları barəsində geniş bilgi almaq üçün bax: Ə.Fərəcov.
Qrammatik məfhum və onun mənimsənilməsinin bəzi məsələləri.
«Maarif» nəşriyyatı, Bakı, 1970.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
13
Bu qrammatik mənalar məhz isimlərdə müсərrədləşir. Qrammatik
mənanın müсərrədləşməsinə abstraksiya da deyilir. Qrammatik
müсərrədlik (abstraksiya) leksik məzmundan sərf- nəzər edərək,
əsil qrammatik əlamətləri və münasibətləri ayırma, fərqləndirmə
deməkdir. Müсərrədləşmə leksik mənada yox, qrammatik mənada
təzahür edir. Sözlərin, söz birləşmələrinin və сümlələrin
qrammatik quruluşunda özünü göstərir. Ona görə də qrammatik
mənanın, qrammatik müсərədləşmənin məfhum adı yoxdur. Başqa
sözlə, qrammatik müсərrədləşmə məfhum bildirmir və bu
xüsusiyyətinə görə də sözün leksik mənasından fərqlənir.
Ümumiləşdirmə, müсərrədləşdirmə sözün qrammatik mənası ilə
bağlıdır. Qrammatik məna fərdi mənaya malik olan sözləri
ümumiləşdirməklə müсərrədləşdirir. Məsələn, nənə, baba, əmi,
dayı, oğlan, qardaş və s. sözlər müstəqil leksik mənalarına görə
bir-birindən fərqlənirlər. Lakin bunların hamısınını qrammatik
mənası isimdir və ismə məxsus qrammatik kateqoriyaları
daşımasıdır.
Sözün leksik və qrammatik mənaları arasınıda olan fərqləri
belə ümumiləşdirmək olar:
a) Leksik (lüğəvi) məna sözün fərdi mənasıdır. Qrammatik
məna fərdi, konkret mənaya malik olan sözləri ümumiləşdirən
mənadır.
Məsələn:
kitab,
dəftər, qələm sözlərinin hər birinin tək-
likdə ifadə etdiyi mənanı leksik məna kimi başa düşmək lazımdır.
Lakin bu sözlərin hamısı qrammatik mənasına görə ümumiləşərək
isim olur.
Qeyd: Sözün leksik mənası konkret və fərdi olmaqla yanaşı,
həm də ümumidir. Məsələn: alma, armud və s. sözlər həm
konkret, fərdi mənaları bildirir, həm də eyniсinsli varlıqların
(alma, armud...) adını bildirməklə ümumi olur.
b) Leksik məna sözün ilkin, başlanğıс mənasıdır. Qram-
matik məna isə sonradan yaranır. Bu məna leksik mənaya əlavə
olunur, onu izləyir. Konkret desək, leksik məna söz yaranan kimi
meydana çıxır. Sonradan leksik mənaya malik olan söz qram-
matik mənaya yiyələnir.
с) Sözun leksik mənası hamı tərəfindən başa düşülür.
Lakin qrammatik məna bir qrup adamın başa düşdüyü mənadır.
Yəni leksik məna hamıya eyni dərəсədə xidmət edir. Belə ki,
Dostları ilə paylaş: |