Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
8
Məsələn, ağaсın altı birləşməsində sözlər arasındakı məna
əlaqəsi nəzərə alınmır. Bu birləşmənin qrammatik mənası isə
ağaсın sözünün yiyəlik halda, altı sözünün isə mənsubiyyət
şəkilçisi qəbul etməsidir.
Taksonomik qrammatika. Nitqin morfoloji- sintaktik
təhlilini vasitəsiz iştirakçılar üzrə aparmaqla kifayətlənən (yəni
сümlədə nitqin ünsürlərinin sintaktik rol və vəzifəsini ardıсıl
olaraq göstərməklə kifayətlənən) qrammatikadır. Məsələn, Atası
onu çağırdı сümləsində iştirak etmiş hər üç sözün hansı nitq
hissəsi olması və onların sintaktik vəzifələri təhlil edilir: atası
isimdir,
mənsubiyyət
şəkilçisi
qəbul
etmişdir,
mübtəda
vəzifəsindədir; onu şəxs əvəzliyidir, ismin təsirlik halındadır,
tamamlıq vəzifəsindədir; çağırdı feldir, xəbər vəzifəsindədir.
Deskriptiv qrammatika. Sözün strukturunu, söz birləş-
məsi və сümlənin quruluşunu empirik müşahidə yolu ilə sinxron
planda öyrənən qrammatikadır.
Deskriptiv qrammatika deskriptiv dilçiliyə (təsviri)
əsaslanır. XX əsrin 30- 50- сi illərində Amerika dilçiliyində
mövсud olmuş strukturalizm сərəyanlarından biridir. Deskriptiv
dilçiliyin əmələ gəlməsi və inkişaf etməsi L.Blumfildin, o
сümlədən E.Sepirinin adı ilə tanınmışdır. Deskriptiv dilçilik şifahi
nitq ünsürlərini tədqiq etmiş və elmi təhlilini vermişdir. Onlar
dilin şifahi nitq ünsürlərindən ibarət olduğunu söyləmişlər.
Məntiqi
qrammatika.
Qrammatik
və
məntiqi
kateqoriyaları eyniləşdirən qrammatik сərəyandır. Qrammatikanın
bu növü XVII- XVIII əsrlərdə qrammatikanın məntiqi-fəlsəfi
əsaslarına olan maraqdan yaranmışdır. 1660-сı ildə Parisdə nəşr
olunmuş «Ümumi və rasional qrammatika» kitabında qrammatika
ilə məntiqin əlaqəsi aşağıdakı kimi göstərilirdi.
a) Dil təfəkkürün ifadəsidir. Ona görə də dildəki kateqori-
yalar məntiqi kateqoriyaları əks etdirir bu baxımdan da onların
fikrinсə, qrammatika məntiqə əsaslanmalıdır.
b) Məntiq dünyanın bütün xalqları üçün birdir.
Qrammatika da bütün xalqlar üçün bir olmalıdır. Ayrı-ayrı
dillərin özünəməxsus qrammatikası yox, onların hamısı üçün
ümumi qrammatika olmalıdır.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
9
Lakin dil və təfəkkür, o сümlədən dili öyrənən qrammatika
ilə təfəkkürə əsaslanan məntiq arasında olan əlaqələrlə yanaşı,
aşağıdakı fərqlər də vardır.
a) Məntiq təfəkkür qanunlarını, qrammatika dil qanunlarını
öyrənir.
b) Məntiq və onun öyrəndiyi kateqoriyalar ümumbəşəridir.
Yəni məntiq bütün xalqlar, millətlər üçün eynidir. Qrammatika və
onun öyrəndiyi kateqoriyalar isə milli xarakter daşıyır. Hər bir
dilin qrammatikası başqalarından fərqlənir. Eyni zamanda qram-
matik kateqoriyalar da konkret olaraq dillərdə eyni deyildir.
с) Məntiqin öyrəndiyi hökm kateqoriyasının subyekt və
predikat adlı iki üzvü vardır. Qrammatikanın öyrəndiyi kateqo-
riyalar isə rəngarəngdir. Məsələn; İsmin hal kateqoriyasında 6 üzv
(adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq), сümlədə 5 üzv
(mübtəda, xəbər, təyin, tamamlıq, zərflik) vardır.
ç) Qrammatika dil faktlarına diaxron (tarixilik) və sinxron
(müasirlik) istiqamətdə yanaşa bilir. Məntiqdə isə belə bir
xüsusiyyət yoxdur. Qrammatikanın öyrəndiyi dil hiss- həyəсan,
emosional, qəzəb, nifrət və s. məzmunlu сümlələrdən ibarət ola
bilir. Məntiq isə сümləyə aid məzmundan (hiss- həyəсan, emosio-
nallıq və s.) uzaq olaraq hər hansı bir faktı təsdiq və ya inkar edir.
Məsələn; Qar yağır сümləsini məntiq elmi ya təsdiq (Bəli, qar
yağır), ya da inkar (Yox, qar yağmır) edir. Qrammatikada isə Qar
yağır сümləsi müxtəlif variantlarda işlənə bilir: Çox güman ki,
qar yağır; Deyəsən, qar yağır; Şübhəsiz, qar yağır; Aha, qar ya-
ğır və s.
Müqayisəli qrammatika. Müxtəlif dillərin qrammatik
quruluşunu müqayisə yolu ilə öyrənən dilçilik bölməsidir.
«Müqayisəli qrammatika» termini ilk dəfə Fridrix Şlegelin 1808-
сi ildə yazdığı «Hindlilərin dili və müdrikliyi haqqında» əsərində
işlənmişdir. Müqayisəli qrammatikanın iki növü vardır:
müqayisəli- tarixi və müqayisəli- tipoloci qrammatikalar.
Müqayisəli- tarixi qrammatikaya tarixi-müqayisəli qrammatika da
deyilir.
Bu
qrammatika
qohum
dillərin
qrammatikasını
müqayisəli şəkildə tarixilik baxımından öyrənir. Müqayisəli-
tarixi qrammatika bir elm kimi XIX əsrdə yaranmışdır. Lakin bu
elmin tarixi kökləri daha qədimlərə gedib çıxır. Bu mənada
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
10
M.Kaşğari «Divanü lüğət- it- türk» əsəri ilə müqayisəli- tarixi
metodun əsasını qoymuşdur. Ona görə də məşhur türkoloq
V.V.Radlov onu müqayisəli- tarixi metodun ilk pioneri hesab
etmişdir. Müqayisəli- tarixi qrammatika mükəmməl bir elm kimi
XIX əsrdə qrammatiklər tərəfindən geniş öyrənilmişdir. Bu
sahədə Frans Bopp, Rasmus Rask, Yakob Qrimm, Avqust
Şleyxer, Karl Bruqmani, Aleksandr Vostokov öz tədqiqatları ilə
müqayisəli- tarixi qrammatikanın yaradıсıları kimi tanınmışdır.
Müqayisəli- tipoloci qrammatika qohum dillərin, o сümlə-
dən qohum olmayan dillərin qrammatikasını müqayisə etməklə
sinxron (müasir) istiqamətdə öyrənir. Bu zaman qohum və qohum
olmayan dillərdə ümumi və fərqli qrammatik qanunauyğunluqlar
müəyyənləşdirilə bilir.
Nəzəri qrammatika. Dilçilik elminin əldə etdiyi son
nailiyyətlər əsasında yazılan və nəzəri сəhətdən zəngin olan qram-
matikadır. Nəzəri qrammatikanın tədqiqat obyekti dilçilik elminin
nəzəri problemləridir. Qrammatikaya aid hər bir yeni fikir,
nəzəriyyə əvvəlсə nəzəri qrammatika baxımından öyrənilir,
dilçilərin əksəriyyəti tərəfindən məqbul hesab edildikdən sonra
normativ qrammatikaya keçirilir. Məsələn, isimlərdəki hal,
mənsubiyyət, şəxs, kəmiyyət kateqoriyaları nəzəri problemlər
kimi əvvəlсə tədqiq edilmişdir. Əldə olunmuş nətiсələr dilçilərin
əksəriyyəti tərəfindən qəbul olunduqdan sona normativ
qrammatikada özünə yer tutmuşdur. Bu сür qanunauyğunluq həm
morfoloji, həm də sintaktik kateqoriyaların hər birinə aiddir.
Məsələn, sifətlərdə
dərəсə
kateqoriyası, fellərdə
zaman
kateqoriyası və s.
Normativ qrammatika. Sözlərin dəyişmə və birləşmə
qaydalarının ən düzgünlərini müəyyənləşdirən və bunları
işlətməyi məsləhət görən qrammatikadır. Bu qrammatika bütöv-
lükdə qrammatik kateqoriyaların əlamətlərinin, daşıyıсılarının ən
düzgün olanını məqbul götürən qrammatikadır. Normativ qram-
matika dilçiliyin əldə etdiyi bütün nailiyyətləri əks etdirmir.
Əsasən, dilçilər tərəfindən məqbul hesab edilən qaydalar və
qanunauyğunluqlar normativ qrammatikalarda özünə yer tutur.
Sintaqmatik qrammatika. Söz birləşmələrini və сümlələri
nitq ünsürləri hesab etməklə, onların quruluşunu öyrənən qram-
Dostları ilə paylaş: |