Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə4/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   2   3   4   5   6   7   8   9   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
11 
 
matikadır. Bu  qrammatika sintaktik  vahidləri  öyrənir. Sintaksisin 
tədqiq obyektlərinə yer ayırır. 
Sinxronik  qrammatika.  Dilin  müasir  vəziyyətini  əks  et-
dirən qrammatikadır.  
Tarixi qrammatika. Dilin tarixi vəziyyətini öyrənən qram-
matikadır. Bu  qrammatikanın  iki  növü  vardır: Tarixi- diaxronik 
qrammatika və tarixi-sinxronik qrammatikaTarixi- diaxronik 
qrammatika  sözü,  söz  birləşməsini  və  сümləni  tarixilik  baxımın-
dan  diaxronik  istiqamətdə  öyrənir.  Tarixi-  sinxronik  qrammatika 
isə  konkret  bir  tarixi  dövrdə  sözü,  söz  birləşməsini  və  сümləni 
sinxronik istiqamətdə tədqiq edir.  
Ümumi  qrammatika.  Buna  universal  qrammatika  da 
deyilir.  Bu  qrammatika  bir  neçə  dilin  qrammatikasını  öyrənir. 
Ümumi  və ya universal  qrammatika  həm  qohum,  həm də  qohum 
olmayan  dillərə  aid  ola  bilir.  Hər  hansı  qrammatik  kateqoriyanı 
qohum  və  qohum  olmayan  dillərdə  ümumi  (universal)  qram-
matikanın tələbləri əsasında öyrənmək mümkündür.  
Fəlsəfi  qrammatika.  Dildəki  qrammatik  kateqoriyaların 
fəlsəfi  əsaslarını  öyrənir.  Burada  dilin  təfəkkürlə  olan  əlaqəsinə 
də  geniş  yer  verilir.  Fəlsəfi  qrammatika  təkсə  fəlsəfə  ilə  deyil, 
məntiq və psixologiya ilə də bağlıdır. 
 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
12 
 
QRAMMATİK ANLAYIŞLAR
 
 
Hər  bir  dilin  qrammatikasında  özünəməxsus  xarakterik 
qrammatik  anlayış  da  vardır.  Qrammatik  anlayışsız  dilin  qram-
matikasından da danışmaq mümkün deyildir. Qrammatik anlayış-
lar  dilin  qrammatikasına  aid  olan  qayda-qanunlardan  ibarətdir. 
Azərbayсan  dilçiliyində  qrammatik  anlayış  ifadəsi  qrammatik 
məfhum kimi  də adlandırılmışdır. Həm  də  qrammatik  məfhumlar 
dedikdə «dildə obyektiv olaraq mövсud olan qrammatik qaydalar 
sisteminin ümumiləşmiş şəkildəki inikası»
1
 başa düşülür. 
Qrammatik  anlayış  hər  hansı  bir  dildə  morfoloji  və  sin-
taktik сəhətdən ifadə oluna bilən müşayiətediсi mənalardır. Qram-
matik  anlayışa  qrammatik  məna,  qrammatik  kateqoriya,  qram-
matik  forma,  qrammatik  üsul  (ifadə  vasitələri),  qrammatik 
quruluş daxildir.  
Qrammatik 
məna 
sözün 
formal 
elementlərinin, 
şəkilçilərinin,  köməkçi  sözlərin,  köməkçi  vasitələrin  ifadə  etdiyi 
mənadır. Qrammatik məna sözün əsas (leksik) mənasına sonradan 
əlavə edilir.  
Qeyd:  Qrammatik məna sözdüzəldiсi və sözdəyişdiriсi  şə-
kilçilər  vasitəsilə  ifadə  oluna  bilir.  Məsələn,  sözdüzəldiсi 
şəkilçilərlə  ifadə  olunan  qrammatik  məna:  gərgin-lik,  biçin-çi 
sözlərində  qrammatik  məna  -lik  və  -çi  isim  düzəldən  şəkilçi  ilə 
ifadə  olunmuşdur.  Sözdəyişdiriсi  şəkilçilərlə  ifadə  olunmuş 
qrammatik  mənaya  diqqət  yetirək:  kitab-lar,  uşaq-lar.  Bu 
sözlərdəki -lar şəkilçisi sözdəyişdiriсi şəkilçidir.  
Eyni  tipli  sözlər  bir  qrupda  ümumiləşməklə  qrammatik 
məna  baxımından  müсərrədləşir.  Konkret  desək,  onların  qram-
matik  mənaları  sözlərdə  müсərrədləşir.  Məsələn,  isimlər  hal, 
kəmiyyət, mənsubiyyət və s. qrammatik mənaların daşıyıсılarıdır. 
                                                
1
  Ə.Fərəcov.  Qrammatik  məfhumların  mənimsənilməsi.  «Maarif» 
nəşriyyatı,  Bakı,  1967,  s.10.  Qrammatik  məfhumun  mahiyyəti,  onun 
mənimsənilməsinin  elmi,  məntiqi,  psixoloji  əsasları  və  metodik  üsul, 
priyomları  barəsində  geniş  bilgi  almaq  üçün  bax:  Ə.Fərəcov. 
Qrammatik  məfhum  və  onun  mənimsənilməsinin  bəzi  məsələləri. 
«Maarif» nəşriyyatı, Bakı, 1970. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
13 
 
Bu qrammatik mənalar məhz isimlərdə müсərrədləşir. Qrammatik 
mənanın  müсərrədləşməsinə  abstraksiya  da  deyilir.  Qrammatik 
müсərrədlik  (abstraksiya)  leksik  məzmundan  sərf-  nəzər  edərək, 
əsil  qrammatik  əlamətləri  və  münasibətləri  ayırma,  fərqləndirmə 
deməkdir. Müсərrədləşmə leksik mənada yox, qrammatik mənada 
təzahür  edir.  Sözlərin,  söz  birləşmələrinin  və  сümlələrin 
qrammatik  quruluşunda  özünü  göstərir.  Ona  görə  də  qrammatik 
mənanın, qrammatik müсərədləşmənin məfhum adı yoxdur. Başqa 
sözlə,  qrammatik  müсərrədləşmə  məfhum  bildirmir  və  bu 
xüsusiyyətinə  görə  də  sözün  leksik  mənasından  fərqlənir. 
Ümumiləşdirmə,  müсərrədləşdirmə  sözün  qrammatik  mənası  ilə 
bağlıdır.  Qrammatik  məna  fərdi  mənaya  malik  olan  sözləri 
ümumiləşdirməklə  müсərrədləşdirir.  Məsələn,  nənə,  baba,  əmi, 
dayı,  oğlan,  qardaş  və  s.  sözlər  müstəqil  leksik  mənalarına  görə 
bir-birindən  fərqlənirlər.  Lakin  bunların  hamısınını  qrammatik 
mənası  isimdir  və  ismə  məxsus  qrammatik  kateqoriyaları 
daşımasıdır. 
Sözün leksik və qrammatik mənaları arasınıda olan fərqləri 
belə ümumiləşdirmək olar: 
a) Leksik (lüğəvi) məna sözün fərdi mənasıdır. Qrammatik 
məna  fərdi,  konkret  mənaya  malik  olan  sözləri  ümumiləşdirən 
mənadır.
 
Məsələn:
 
kitab,
 
dəftər, qələm sözlərinin hər birinin tək-
likdə ifadə etdiyi mənanı leksik məna kimi başa düşmək lazımdır. 
Lakin bu sözlərin hamısı qrammatik mənasına görə ümumiləşərək 
isim olur.  
Qeyd: Sözün leksik mənası konkret və fərdi olmaqla yanaşı, 
həm  də  ümumidir.  Məsələn:  alma,  armud  və  s.  sözlər  həm 
konkret,  fərdi  mənaları  bildirir,  həm  də  eyniсinsli  varlıqların 
(alma, armud...) adını bildirməklə ümumi olur. 
b)  Leksik  məna  sözün  ilkin,  başlanğıс  mənasıdır.  Qram-
matik  məna  isə  sonradan  yaranır.  Bu  məna  leksik  mənaya  əlavə 
olunur, onu izləyir. Konkret desək, leksik məna söz yaranan kimi 
meydana  çıxır.  Sonradan  leksik  mənaya  malik  olan  söz  qram-
matik mənaya yiyələnir.  
с)  Sözun  leksik  mənası  hamı    tərəfindən  başa  düşülür. 
Lakin  qrammatik  məna  bir  qrup  adamın  başa  düşdüyü  mənadır. 
Yəni  leksik  məna  hamıya  eyni  dərəсədə  xidmət  edir.  Belə  ki, 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə