13
Atom ideyasının çoxəsrli təqibi. Gördüyümüz kimi, Aristotelin o dövrdəki nüfuzu
sayəsində atomistik ideyaların inkişafı dondurulur ki, bu da elmin inkişafına böyük zərbə
vurur.
Aristoteldən başqa, atomistik ideyaları Sisiron, Seneka, Qalen kimi mütəfəkkirlər də
qəbul etmirdi. Lakin bununla yanaşı onun mövcudluğunu qəbul edənlər də az deyildi.
O dövrdə atom ideyasını inkişaf etdirmək istəyən bir çox mütəfəkkirlər kilsə
tərəfindən təqib edildikləri üçün, sonra bu ideyanı inkar etmək məcburiyyətində qalırdılar.
Lakin Nikola Kuzanski, cordano Bruno, Qalileo Qaliley və s. kimi filosoflar bütün
qarşıdurmalara baxmayaraq, atomistikanın inkişafında böyük rol oynamışlar. Məsələn,
1638-ci ildə Yoqan Şterlinq (1603-1658) tərəfindən yazılmış “Fizikadan təlimat”
dərsliyində biz, atomun varlığı haqqında aşağıdakı fikirlərə rast gəlirik: “atom ideyaları bir
çoxlarının təsəvvür etdiyi kimi, o qədər də qorxulu bir şey deyil. Bizim dövrümüzün ən
yaralı yeri ondan ibarətdir ki, bizlər hər hansı bir ideya haqqında öz fikirlərimizi söyləyə
bilmədikdə, o saat onu inkar edirik, Epikürü, Demokriti və onların davamçılarını ağılsız və
dəli adlandırırıq”.
Atomistik ideyaların 16-cı əsrdə yenidən populyarlaşmasında Piyer Qassendinin
əməyini xüsusilə qiymətləndirmək lazımdır. O, 1649-cu ildə qədim mütəfəkkirlərin atom
haqqında ideyalarını təhlil edərək, bu ideyaların ateizmlə heç bir əlaqəsinin olmamasını
izah etməyə cəhd göstərərək demisdi:”...atom da Allah tərəfindən yaradılıb və o, Allahın
əmri ilə hərəkət edir”.
Daha sonra, maddənin quruluşu və fiziki proseslərin mexanizmlərinin təhlilində,
Rene Dekart və
Robert Boyl atomistikadan istifadə etmişlər. Onların fikrincə məhz bu
kiçik zərrəciklərin nəticəsində dünyada hər şey daim dəyişir və yenilənir.
Atom hipotezini Nyuton da qəbul edirdi və öz əsərlərində bunu xüsusilə
vurğulayırdı6”Allah bu kiçik zərrəcikləri elə yaratmışdır ki, onlar onlardan yaranmış
şeylərdən qat-qat möhkəm və bərkdirlər”. Nyutonun uzaq dünyagörüşünə həm də ona görə
həsəd aparmaq olar ki, o həmin zərrəciklər arasında mövcud olan qarşılıqlı təsirlər
nəticəsində iri zərrəciklərin, daha sonra isə iri zərrəciklərdən daha iri zərrəciklərin və
nəhayət, cisimlərin əmələ gəldiyini söyləmiş, cisimlərin kimyəvi və optik xassələrinin
kiçik zərrəciklərdən yox, məhz böyük zərrəciklərdən asılılığını ön plana çəkmişdir.
Bununlada o, fizika və kimyanın inkişafında sonrakı 3 əsr ərzində baş verə biləcək
nailiyyətləri sanki qabaqcadan hiss etmiş və atomun daha kiçik hissəciklərdən ibarət
mürəkkəb quruluşa malik olmasını qeyd etmişdir. Məhz bu fikirləri ilə Nyutonun atomistik
ideyaları özündən əvvəlki mütəfəkkirlərin ideyalarından fərqlənirdi.
Atom hipotezinin elmi əsası.
Atom hipotezinin kimya dövrü Atom hipotezinin elmi əsasının qoyulmasında
fiziklərdən çox kimyaçıların əməyi xüsusi qiymətləndirilməlidir. Belə ki, 1802-04-cü
illərdə ingilis kimyaçısı və fiziki Con Dalton (1766-1844)”kimyəvi element” və “atom
çəkisi” anlayışlarını elmə gətirərək, elementlərin atom çəkilərini göstərən ilk cədvəl tərtib
etmişdi. Ona görə də Daltonu “kimyəvi atom nəzəriyyəsinin atası” adlandırırlar. Daltonun
əsas ideyaları aşağıdakılardan ibarət idi:
•
Kimyəvi elementlər kiçik, diskret, bölünməz və parçalanmaz kiçik zərrəciklərdən –
atomlardan ibarətdir; onlar bütün kimyəvi və fiziki dəyişikliklər zamanı öz xassələrini
saxlayırlar;
14
•
Verilmiş elementin atomları eyni xassələrə və eyni kütləyə malikdirlər (izotopların
kəşfindən sonra bu fikrin doğru olmadığı sübut olundu);
•
Müxtəlif elementlərin atomlarının kütlələri müxtəlifdir;
•
Atomlar
kiçik tam qiymətli ədədlərin, məsələn 1:1, 1:2, 2:3 və s. kimi
kombinasiyasından yaranıblar.
Daha sonra 1799-cu ildə Dalton tərəfindən 2 fundamental qanun – “tərkibin sabitlik
qanunu” və “sadə tam münasibətlər qanunu” (закон простых kратных отноений) kəşf
edilir. Dalton öz nəticələrini 1808-ci ildə çap etdirdiyi “Kimyəvi fəlsəfənin yeni sistemi”
kitabında ətraflı şəkildə verir.
1756-cı ildə Lomonosov tərəfindən, 1774-cü ildə Lavuazye tərəfindən müəyyən edilir
ki, kimyəvi reaksiyalarda “maddə kütləsinin saxlanılması qanunu” özünü doğruldur, yəni
reaksiyaya girən və kimyəvi birləşmə əmələ gətirən kimyəvi elementlərin çıki
kəmiyyətləri arasında müəyyən münasibət olur. Məsələn, su hidrogen və oksigenin 1:8
menasibətində yaranır; bu o deməkdir ki, 1 qr hidrogenlə 8 qr oksigen birləşərək, 9 qr su
əmələ gətirir.
Həmin dövrdə elmə “kəmiyyət ölçüsü”, “atom çəkisi” kimi terminlər gətirilir (müasir
dövrdə “atom çəkisi” əvəzinə “atom kütləsi” termini işlədilir).
“Kimyaçıların şahı” sayılan Berselius, 1814-cü ildə çoxlu sayda maddələri tədqiq
edərək, 41 kimyəvi elementin atom çəkilərini özündə əks etdirən cədvəl tərtib edir və hər
bir element üçün müasirlərimiz tərəfindən də işlədilən xüsusi simvollar yaradır. Avoqadro
qanununun kəşfi (1811) isə daha böyük sensasiyaya səbəb olur.
Lakin həmin dövrdə alimlər atom və molekul arasındakı fərqi tam aydın dərk etmirdilər.
Ona görə də bəzi səhvlərə yol verilirdi; onlar öz mülhizələrində bu anlaşılmazlığı aradan
qaldırmaq üçün “mürəkkəb atomlar”, “elementar molekullar” kimi anlayışlardan istifadə
edirdilər. 1860-cı ildə almaniyanın Karlsruye şəhərində keçirilən Beynəlxalq kimya
konqresində səsvermə yolu ilə “atom” və “molekul” terminlərini bir-birindən ayırmaq
qərarı qəbul olunur.
Molekulyar-kinetik nəzəriyyənin sürətlə inkişaf etməsinə baxmayaraq, atom
təsəvvürləri hələ də hipotez olaraq qalırdı. Belə ki, məşhur filosof Şopenqayer (1788-
1860) atomları “əzcaçıların uydurmasi”, avstriyalı fizik Ernst Max (1838-1916) həm
kinetik nəzəriyyəni, həm də atom və molekulları inkar edərək, atomistik nəzəriyyənin
ardıcıllarını “möminlər icması” adlandırırdı, alman fiziki Ostvald (1853-1932) isə
söyləyirdi ki, “atomlar yalnız kitabxanaların tozlarında mövcud ola bilər”. Bu ideyalar
alimlər tərəfindən tələbələrə də yeridilirdi. Buna qarşı çıxanlara isə “Siz heç olmasa bir
atom görmüsüz?” sualını verirdilər. Alimlər arasında mövcud olan bu cür qarşıdurma
Bolsmana daha çox təsir edirdi. hər dəfə atomun varlığını israr edən Bolsman əks tərəfdən
güclü təqiblərə və təhqirlərə məruz qalırdı. Tarixçilərin araşdırmalarına görə Bolsmana
qarşı yönəldilən düşmənçilik, onda qarabasmalara səbəb olmuş və sonra onun özünü
intihar etməsi ilə nəticələnmişdi.
Atomlar varmı? 19 əsrin əksər fizikləri atomun varlığını sübhə altına almırdılar.
Təcrübi faktlarla üst-üstə düşən atom-molekulyar nəzəriyyənin nəticələri də, atom
hipotezinin doğruluğunu sübut edən əsas amillərdən biridir. Lakin buna baxmayaraq,
atomun reallığını sübut edən təcrübələrin də qoyulmasılazım idi. İlk təcrübə 1827-ci ildə
şotland botaniki Robert Broun (1773-1858) tərəfindən qoyulur. O, bu təcrübədə bitkinin