Microsoft Word muhazire 7 docx


Atom ideyasının çoxəsrli təqibi



Yüklə 181,5 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix24.12.2017
ölçüsü181,5 Kb.
#18052
1   2   3   4   5   6   7   8

13 

 

Atom ideyasının çoxəsrli təqibi. Gördüyümüz kimi, Aristotelin o dövrdəki nüfuzu 

sayəsində atomistik ideyaların inkişafı dondurulur ki, bu da elmin inkişafına böyük zərbə 

vurur.  


Aristoteldən başqa, atomistik ideyaları Sisiron, Seneka, Qalen kimi mütəfəkkirlər də 

qəbul etmirdi. Lakin bununla yanaşı onun mövcudluğunu qəbul edənlər də az deyildi.  

O dövrdə atom ideyasını inkişaf etdirmək istəyən bir çox mütəfəkkirlər kilsə 

tərəfindən təqib edildikləri üçün, sonra bu ideyanı inkar etmək məcburiyyətində qalırdılar. 

Lakin  Nikola Kuzanski, cordano Bruno, Qalileo Qaliley  və s. kimi filosoflar bütün 

qarşıdurmalara baxmayaraq, atomistikanın inkişafında böyük rol oynamışlar. Məsələn, 

1638-ci ildə  Yoqan  Şterlinq (1603-1658) tərəfindən yazılmış “Fizikadan təlimat” 

dərsliyində biz, atomun varlığı haqqında aşağıdakı fikirlərə rast gəlirik: “atom ideyaları bir 

çoxlarının təsəvvür etdiyi kimi, o qədər də qorxulu bir şey deyil. Bizim dövrümüzün ən 

yaralı yeri ondan ibarətdir ki, bizlər hər hansı bir ideya haqqında öz fikirlərimizi söyləyə 

bilmədikdə, o saat onu inkar edirik, Epikürü, Demokriti və onların davamçılarını ağılsız və 

dəli adlandırırıq”.  

Atomistik ideyaların 16-cı  əsrdə yenidən populyarlaşmasında  Piyer Qassendinin 

əməyini xüsusilə qiymətləndirmək lazımdır. O, 1649-cu ildə qədim mütəfəkkirlərin atom 

haqqında ideyalarını  təhlil edərək, bu ideyaların ateizmlə heç bir əlaqəsinin olmamasını 

izah etməyə cəhd göstərərək demisdi:”...atom da Allah tərəfindən yaradılıb və o, Allahın 

əmri ilə hərəkət edir”.  

Daha sonra, maddənin quruluşu və fiziki proseslərin mexanizmlərinin təhlilində, 



Rene Dekart  və  Robert Boyl atomistikadan istifadə etmişlər. Onların fikrincə  məhz bu 

kiçik zərrəciklərin nəticəsində dünyada hər şey daim dəyişir və yenilənir. 

Atom hipotezini Nyuton da qəbul edirdi və öz əsərlərində bunu xüsusilə 

vurğulayırdı6”Allah bu kiçik zərrəcikləri elə yaratmışdır ki, onlar onlardan yaranmış 

şeylərdən qat-qat möhkəm və bərkdirlər”. Nyutonun uzaq dünyagörüşünə həm də ona görə 

həsəd aparmaq olar ki, o həmin zərrəciklər arasında mövcud olan qarşılıqlı  təsirlər 

nəticəsində iri zərrəciklərin, daha sonra isə iri zərrəciklərdən daha iri zərrəciklərin və 

nəhayət, cisimlərin  əmələ  gəldiyini söyləmiş, cisimlərin kimyəvi və optik xassələrinin 

kiçik zərrəciklərdən yox, məhz böyük zərrəciklərdən asılılığını ön plana çəkmişdir. 

Bununlada o, fizika və kimyanın inkişafında sonrakı 3 əsr  ərzində baş verə biləcək 

nailiyyətləri sanki qabaqcadan hiss etmiş  və atomun daha kiçik hissəciklərdən ibarət 

mürəkkəb quruluşa malik olmasını qeyd etmişdir. Məhz bu fikirləri ilə Nyutonun atomistik 

ideyaları özündən əvvəlki mütəfəkkirlərin ideyalarından fərqlənirdi. 

Atom hipotezinin elmi əsası.  

Atom hipotezinin kimya dövrü Atom hipotezinin elmi əsasının qoyulmasında 

fiziklərdən çox kimyaçıların  əməyi xüsusi qiymətləndirilməlidir. Belə ki, 1802-04-cü 

illərdə ingilis kimyaçısı  və fiziki Con Dalton (1766-1844)”kimyəvi element” və  “atom 

çəkisi” anlayışlarını elmə gətirərək, elementlərin atom çəkilərini göstərən ilk cədvəl tərtib 

etmişdi. Ona görə də Daltonu “kimyəvi atom nəzəriyyəsinin atası” adlandırırlar. Daltonun 

əsas ideyaları aşağıdakılardan ibarət idi: 

 



Kimyəvi elementlər kiçik, diskret, bölünməz və parçalanmaz kiçik zərrəciklərdən – 

atomlardan ibarətdir; onlar bütün kimyəvi və fiziki dəyişikliklər zamanı öz xassələrini 

saxlayırlar; 



14 

 



 

Verilmiş elementin atomları eyni xassələrə  və eyni kütləyə malikdirlər (izotopların 

kəşfindən sonra bu fikrin doğru olmadığı sübut olundu); 

 



Müxtəlif elementlərin atomlarının kütlələri müxtəlifdir; 

 



Atomlar kiçik tam qiymətli  ədədlərin, məsələn 1:1, 1:2, 2:3 və s. kimi 

kombinasiyasından yaranıblar. 

Daha sonra 1799-cu ildə Dalton tərəfindən 2 fundamental qanun – “tərkibin sabitlik 

qanunu” və “sadə tam münasibətlər qanunu” (закон  простых  kратных  отноений) kəşf 

edilir. Dalton öz nəticələrini 1808-ci ildə çap etdirdiyi “Kimyəvi fəlsəfənin yeni sistemi” 

kitabında ətraflı şəkildə verir. 

1756-cı ildə Lomonosov tərəfindən, 1774-cü ildə Lavuazye tərəfindən müəyyən edilir 

ki, kimyəvi reaksiyalarda “maddə kütləsinin saxlanılması qanunu” özünü doğruldur, yəni 

reaksiyaya girən və kimyəvi birləşmə  əmələ  gətirən kimyəvi elementlərin çıki 

kəmiyyətləri arasında müəyyən münasibət olur. Məsələn, su hidrogen və oksigenin 1:8 

menasibətində yaranır; bu o deməkdir ki, 1 qr hidrogenlə 8 qr oksigen birləşərək, 9 qr su 

əmələ gətirir. 

Həmin dövrdə elmə “kəmiyyət ölçüsü”, “atom çəkisi” kimi terminlər gətirilir (müasir 

dövrdə “atom çəkisi” əvəzinə “atom kütləsi” termini işlədilir). 

“Kimyaçıların  şahı” sayılan  Berselius, 1814-cü ildə çoxlu sayda maddələri tədqiq 

edərək, 41 kimyəvi elementin atom çəkilərini özündə əks etdirən cədvəl tərtib edir və hər 

bir element üçün müasirlərimiz tərəfindən də işlədilən xüsusi simvollar yaradır. Avoqadro 

qanununun kəşfi (1811) isə daha böyük sensasiyaya səbəb olur.  

Lakin həmin dövrdə alimlər atom və molekul arasındakı fərqi tam aydın dərk etmirdilər. 

Ona görə də bəzi səhvlərə yol verilirdi; onlar öz mülhizələrində bu anlaşılmazlığı aradan 

qaldırmaq üçün “mürəkkəb atomlar”, “elementar molekullar” kimi anlayışlardan istifadə 

edirdilər. 1860-cı ildə almaniyanın Karlsruye şəhərində keçirilən Beynəlxalq kimya 

konqresində  səsvermə yolu ilə “atom” və “molekul” terminlərini bir-birindən ayırmaq 

qərarı qəbul olunur. 

Molekulyar-kinetik nəzəriyyənin sürətlə inkişaf etməsinə baxmayaraq, atom 

təsəvvürləri hələ  də hipotez olaraq qalırdı. Belə ki, məşhur filosof Şopenqayer (1788-

1860) atomları  “əzcaçıların uydurmasi”, avstriyalı fizik Ernst Max (1838-1916) həm 

kinetik nəzəriyyəni, həm də atom və molekulları inkar edərək, atomistik nəzəriyyənin 

ardıcıllarını “möminlər icması” adlandırırdı, alman fiziki Ostvald (1853-1932) isə 

söyləyirdi ki, “atomlar yalnız kitabxanaların tozlarında mövcud ola bilər”. Bu ideyalar 

alimlər tərəfindən tələbələrə  də yeridilirdi. Buna qarşı  çıxanlara isə “Siz heç olmasa bir 

atom görmüsüz?” sualını verirdilər. Alimlər arasında mövcud olan bu cür qarşıdurma 

Bolsmana daha çox təsir edirdi. hər dəfə atomun varlığını israr edən Bolsman əks tərəfdən 

güclü təqiblərə  və  təhqirlərə  məruz qalırdı. Tarixçilərin araşdırmalarına görə Bolsmana 

qarşı yönəldilən düşmənçilik, onda qarabasmalara səbəb olmuş  və sonra onun özünü 

intihar etməsi ilə nəticələnmişdi.  



Atomlar varmı? 19 əsrin  əksər fizikləri atomun varlığını sübhə altına almırdılar. 

Təcrübi faktlarla üst-üstə düşən atom-molekulyar nəzəriyyənin nəticələri də, atom 

hipotezinin doğruluğunu sübut edən  əsas amillərdən biridir. Lakin buna baxmayaraq, 

atomun reallığını sübut edən təcrübələrin də qoyulmasılazım idi. İlk təcrübə 1827-ci ildə 

şotland botaniki Robert Broun (1773-1858) tərəfindən qoyulur. O, bu təcrübədə bitkinin 



Yüklə 181,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə