Microsoft Word muhazire 7 docx



Yüklə 181,5 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix24.12.2017
ölçüsü181,5 Kb.
#18052
1   2   3   4   5   6   7   8

11 

 

Bu qanun temperaturun artması ilə spektrdə intensivlik meksimumunun kiçik dalğa 



tərəfə sürüşməsini aydın şəkildə izah edir. Vin qanunundan həmçinin, kiçik temperaturda 

istilik şüalanmasının görünməz, 6000°-də isə intensivliyin maksimuma malik olması, yəni 

görünən olması da öz izahını tapır; maksimumun yerini bilməklə, bu qanundan şüalanma 

mənbəyinin temperaturunu da hesablamaq olar.  

Daha sonra Vin rus fiziki Vladimir Aleksandroviç Mixelsonun “qaz molekullarının 

sürətlərə görə paylanma” hipotezindən istifadə edərək, 1896-cı ildə həmin hipotezə analoji 

olan  şüalanma enerjisinin paylanmasının empirik tənliyini irəli sürür. Daha dəqiq 

tədqiqatlar bunun yalnız kiçik dalğa oblastı üçün doğru olduğunu göstərir. 

1900-cü ildə  Reley “enerjimim sərbəstlik dərəcəsinə görə  bərabər paylanması” 

qanunundan istifadə edərək, mütləq qara cismin spektrində enerjimim paylanması üçün 

digər tənlik alır: ρ

ν

=Cν



2

T. Burada C temperaturdan asılı olmayan kəmiyyətdir. Bu tənliyin 

daha düzgün və dəqiq görünüşü Cins tərəfindən irəli sürüldüyü üçün, o Reley-Cins adı ilə 

tarixə düşür. Bu tənlik isə yalnız uzun dalğa oblastında özünü doğruldurdu. 

Reley-Cins tənliyindən alınır ki, istilik şüalanması spektrində enerjinin böyük 

hissəsi kiçik dalğa oblastına – ultrabənövşəyi (UB) oblasta düşür. Bu isə  təcrübə ilə 

ziddiyyət təşkil edirdi. Ona görə  də bunu, Paul Erenfest “UB katastrofa” (bəla, faciə, 

fəlakət və s. tərcümə etmək olar), və ya “Reley-Cins paradoksu” adlandırır. 

Əlbəttə ki, bütöv spektrin enerji paylanmasının 2 müxtəlif tənliklə verilməsi normal 

olmayan fakt idi. Bu o deməkdir ki, şüalanma enerjisi, temperatur və dalğa uzunluğu 

arasında mövcud olan fundamental qanunauyğunluq yenə də elmə naməlum idi. Ona görə 

də  hər 2 qanunu özündə birləşdirən universal tənliyin axtarılması istiqamətində intensiv 

şəkildə tədqiqatlar aparılırdı.  

  

KVANT TƏSƏVVÜRLƏRİ 

 19-cu 


əsrdə ρ

ν

 (və ya ρ



λ

) spektral funksiya üçün təcrübi nəticələrlə uzlaşan tənliyin 

tapılmasına cəhd edən alimlər içərisində  Maks Karl Ernst Lüdviq Plank da var idi. 

Plankın qarşısına qoyduğu məqsəd çox sadə idi: Vin və Reley-Cins qanunlarını özündə əks 

etdirən empirik riyazi ifadənin tapılması. O öz arzusuna çatır; ilk dəfə olaraq qara cimin 

istilik şüalanmasının bütün xassələrini izah edən tənlik yazır. 

 

Çox-çox sonralar bu günü Plank belə yada salırdı: “Bazar günü oktyabrın 7-si 



(1900-cü il) mənim dostum və kolleqam təcrübəçi-fizik Henri Rubens bizə qonaq gəlir. 

Söhbət zamanı o bildirir ki, son günlər apardığı təcrübələrdə o aşağıdakı qanunauyğunluğu 

görür: şüalanma intensivliyi kiçik dalğalar üçün Vin qanununa tabe olur, uzun dalğalarda 

isə intensivlik temperaturla mütənasib olur. Bu nəticə  məni çox düşündürür. Elə  həmin 

axşam mən, interpolyasiya (hərfi tərcümədə “quraşdırmaq, uzlaşdırmaq” deməkdir) yolu 

ilə  həm Vin qanununu, həm də Reley-Cins qanununu doğruldan yarımempirik ifadə 

aldım”.  

 Plankın irəli sürdüyü tənlik doğrudan da, kiçik dalğa uzunluqlarında Vin qanununa, 

böyük dalğa uzunluqlarında isə Reley-Cins qanununa keçir: 

λ 

λ



 

Burada  C



1

  və  C


2

 sabitləri təcrübi nəticələrin müqayisəsindən tapılır. Sonra bu sabitlər 

uyğun olaraq ħ və k ilə əvəz olunur və onların qiymətləri hesablanır: ħ

=6,55⋅10


-27 

erq


⋅san,  


12 

 

k



=1,346⋅10

-16 


erq

/dər. Bu düsturla “UB fəlakət” də aradan qalxır. Beləliklə, Plank göstərir 

ki, “enerji elementi” olan 

ε= ħν, yəni enerji kvantlar vasitəsi ilə - ħν diskret porsiyaları ilə 

ötürülür. 

 

Bütün inqilabi ideyalar kimi, Plankın kvant ideyası da müasirləri tərəfindən qəbul 



edilmir və onun doğruluğu şübtə altına düşür. Çünki onlar tərəfindən bu qanunun klassik 

qanunlarla isbat edilməsi cəhdləri boşa çıxır. Bu qanunun ardıcıl əsaslandırılması, yalnız 

1924-cü ildə Boze-Eynşteynin kvant statistikası ilə mümkün olur. 

ATOMUN TARİXİ 

Bir çox fiziki ideyalar içərisində atom hipotezi xüsusi rola malikdir. Görkəmli 

amerikalı fizik Riçard Feyman (1918-1988) bunu belə şərh etmişdi: “Əgər hər hansı bir 

dünyavi fəlakət nəticəsində əsrlər boyu elm aləmi tərəfindən edilən kəşflər məhv olsaydı 

və bu zaman insanların yaddaşında həkk olunmuş hansı fikir onlara daha çox informasiya 

verərdi? Bu suala mən qısa  şəkildə belə cavab verərdim: atom hipotezi. Çünki sadə 

görünın bu iki söz elmin yenidən inkişafına təkan verən ən güclü amil olardı”. 

Təxminən 2 min yüzilliklər boyu atom quruluşu olmayan ən kiçik hissəcik hesab 

olunurdu. Yalnız 19 və 20-ci əsrlərdə edilən möhtəşəm kəşflər atomun quruluşa malik 

olmasını, onun elektron və nüvədən ibarət olmasını göstərdi. Sonra aydın olur ki, nüvə özü 

də mürəkkəb obyekt olub, proton və neytronlardan ibarətdir. Daha sonra bu cütlük (proton 

və neytron) nuklon adlandırılır. Fizikanın sonrakı inkişafı bunun da son olmadığını sübut 

edir; məlim olur ki, nuklonlar daha mürəkkəb quruluşa malik olub, bir-birinə çevrilən 

kvarklardan təşkil olunublar. Müasir təsəvvürlərə  əsasən isə, bilirik ki, materiyanın  ən 

kiçik hissəcikləri leptonlar və kvarklardır. 

Atom haqqında təsəvvürlər. Bildiyimiz kimi, yunanca tərcümədə atom 

bölünməyən, kəsilməyən mənasını verir. Qədim mütəfəkkirlər bütün Kainatda və Yerdə 

mövcud olan varlıqların - cisimlərin atomdan – kiçik hissəciklərdən təşkil olunduğunu 

söyləyirdilər. Atom terminini isə  Demokritin və onun müəllimi  Levkişin adı ilə 

bağlayırlar. Buna biz orta əsr alimlərinin yazılarında rast gəlirik. “...kainatın əvvəli atom 

və boşluqdur....atomlar ölçülərinə görə bir-birindən fərqlənirlər...onlar Kainatda hərəkət 

edərək od, su, hava və torpaq yaratmışlar” kəlmələrini ilk dəfə Demokrit söyləmiş, daha 

sonra isə Epikür tərəfindən genişləndirilmişdir. 

Qədim mütəfəkkirlərin atomistik fikirləri, müasir elmdə olduğu kimi məntiq 

üzərində qurulmuşdur. Bütün ilkin ideyalarda, hipotezlərdə olduğu kimi, atomistik 

təsəvvürlər də bir çoxları  tərəfindən qəbul edilmirdi. Atomistik nəzəriyyənin qatı 

düçmənlərindən biri də  Aristotel idi. Müşahidəyə, təcrübəyə üstünlük verən Aristotel, 

“mən gözlə görünməyən heç nəyi qəbul etmirəm” söyləyirdi. Bundan başqa, Aristotelin 

fikrincə “materiya kəsilməzdir, çünki təbiət boşluğu qəbul etmir; buna görə  də  kəsilməz 

olan hər  şey sonsuz sayda bölünməz atomlardan ibarət ola bilməz”. Aristotel həmçinin

Yeri Kainatın mərkəzi hesab etdiyi üçün, onun fikirləri kilsə tərəfindən birmənalı şəkildə 

qəbul olunurdu. Demokrit isə kilsə  tərəfindən allahsızlıqda günahlandırılırdı  və bu 

səbəbdən də onun bütün alyazmaları yandırılırdı. Kilsə bunu belə əsaslandırırdı: “Alverli 

Demokrit deyir ki, Kainatın sonu yoxdur. Bu isə o deməkdir ki, Kainat heç bir varlıq 

tərəfindən yaradılmayıb....  Əgər bütün Kainat atomlardan təşkil olunubsa, onda deməli 

Allah da atomlardan təşkil olunub. Onda belə bir sual ortaya çıxır: bəs atomlar nə vaxt və 

kim tərəfindən yaradılıb?”  




Yüklə 181,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə