Microsoft Word muhazire 7 docx



Yüklə 181,5 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix24.12.2017
ölçüsü181,5 Kb.
#18052
  1   2   3   4   5   6   7   8


 

M Ü H A Z I R Ə    7 



 

NİSBİLİK NƏZƏRİYYƏSİ NECƏ YARANDI 

 

XІX  əsrin sonunda kainatın elektromaqnit modeli əsasında nisbilik nəzəriyyəsinin 



bir sıra nəticələri - uzunluğun qısalması, böyük sürətlərdə kütlənin sürətdən asılılığı, kütlə 

ilə enerji arasında əlaqə və s. Eynşteyn anadan olmamışdan təqribən iki il əvvəl məlum idi. 

Eynşteyn isə mexanikaya olan baxışı  dəyişərək onu yeni formada təqdim etmiş  və bu 

mexanika  əsasında öz fundamental nəzəriyyəsinin – nisbilik nəzəriyyəsinin  əsasını 

qoymuşdur. 

1905-ci ildə “Annalen der Physik” jurnalında cavan alim Albert Eynşteynin 

“Hərəkət edən mühitlərin elektrodinamikası” mövzusunda məqaləsi çap olunur. Bu 

məqalədə Eynşteyn ardıcıl olaraq nisbilik nəzəriyyəsinin əsaslarını verir və onu fizikanın 

bir çox bölmələrinə tədbiq edir. “Nisbilik nəzəriyyəsi” termini isə elmə 1906-cı ildə Plank 

tərəfindən gətirilr. 

 

Məqaləsinin girişində Eynşteyn yazırdı: “...işıqsürətli mühitə” nəzərən Yerin 



hərəkətinin təyin edilməsi üçün edilən cəhdlərin boşa çıxması, məni o fəkrə gətirir ki, tək 

mexanikada deyil, həmçinin elektrodinamikada da tam hərəkətsizlik, yəni mütləq sükunət 

vəziyyəti mövcud deyi; ona görə  də biz belə bir fərziyyə irəli sürə bilərik ki, mexanika 

qanunları ödənilən bütün koordinat sistemləri üçün elektrodinamika və optika qanunları da 

ödəniləcək...Sonradan “nisbilik nəzəriyyəsi” adlandırılacaq bu fərziyyəni o anlama 

gətirmək istəyirəm ki, şüalandırılan mənbənin hərəkətindən asılı olmayaraq, işıq boşluqda 

həmişə müəyyən (sonlu) sürətlə yayılır...və bu halda “işıqsürətinə malik efir” anlayışından 

istifadə edilməsini düzgün hesab etmirəm. Çünki mənim tərəfindən irəli sürülən 

nəzəriyyədə xüsusi, qeyri-adi xassələrə malik “mütləq sükunətdə olan fəzadan” söhbət 

getmir.” 

 Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinin ümumi prinsipləri “fiziki qanunlar Lorens 

çevrilmələrinə  nəzərən invariantdır” postulatında  əks olunmuşdur. Bu postulat özü 2 

bənddən ibarətdir: 

1.

 



Nisbilik prinsipi. Hadisələr, bütün inersial - ətalət hesablama sistemlərində eyni cür 

baş verir. 

2.

 

İşıq sürətinin vakuumda sabitlik prinsipi. İşıq sürəti vakuumda, mənbəyin 



hərəkətindən asılı olmayan universal sabitdir. 

İndi bu postulatın hər 2 bəndini şərh edək. Ətalət hesablama sistemi nədir? Bilirik 

ki, “hərəkət edən cismin vəziyyəti həmişə digər cismə nəzərən müəyyən edilir ki, bu cisim 

hesablama sistemi adlanır”. Bu halda ətalət sisteminə xüsusi üstünlük verilir, cünki yalnız 

bu sistemlərdə nisbilik prinsipi özünü doğruldur. Bu o deməkdir ki, bütün ətalət 

sistemlərində bütün mexaniki proseslər eyni cür baş verir və bu sistemlərdə  hərəkət 

qanunları eyni riyazi düsterlarla verilir, yəni invariantlıq ödənilir. 

Termodinamikanın banilərindən biri olan alman fiziki Klaziusis “istilik törədən çəkisiz 

maddə” hipotezini inkar etdiyi kimi, Eynşteyn də “efir” hipotezini qəbul edə bilmirdi və 

bunu çox məharətlə  əsaslandırırdı. Eynşteyn fikirlərini təhlil edən Pauli yazırdı: 

“...bununla da işığın yayılması hadisəsini  şərh etmək üçün istifadə olunan hipotetik 

(mövcud olmayan) mühit, yəni efir anlamına birdəfəlik son qoyulur. Bu ona görə baş 



 

vermir ki, bu cür mühiti müşahidə etmək mümkün olmur, bu ona görə baş verir ki, riyazi 



formalizm elementi kimi istifadə olunan “efir” artıq öz mahyyətini itirir.” 

İşıq sürətinin sabitlik postilatını Eynşteyn belə izah edirdi: “Maksvel tənliklərinə  işıq 

sürəti fəza koordinatlarından, zamandan və elektromaqnit dalğaları  dəyişənlərindən asılı 

olmayan, sabit kimi daxil olur. Əgər digər  ətalət hesablama sisteminə keçid zamanı  işıq 

sürəti dəyişsəydi, bu nisbilik prinsipinə zidd olardı  və bu halda Maksvel tənliklərinin 

forması  dəyişərdi. Bu da öz növbəsində, təcrübi nəticələr ilə uyğunsuzluğa səbəb 

olardı.”....Daha sonra Eynşteyn bütün bunları ümumiləşdirərək söyləyir:”əgər biz nisbilik 

nəzəriyyəsini saxlamaq istəyiriksə, onda işıq sürətinin təcilsiz hərəkət edən ixtiyari sistem 

üçün sabitliyini də qəbul etmək məcburiyyətindəyik.”      

Xüsusi nisbilik nəzəriyyəsinin postilatları, fəza və zaman haqqında təsəvvürlərin də 

yenidən işlənməsi zərurətini yaratdı. Əgər Lorensə görə “yerli vaxt” “həqiqi” vaxtın əksinə 

olaraq, köməkçi riyazi kəmiyyətdirsə, Eynşteyn nəzəriyyəsində “fəza və zaman verilənləri 

fiktiv olmayıb, real fiziki qiymətə malik kəmiyyətlərdir”.  

Eynşteyn nəzəriyyəsinin sonrakı inkişafında müstəsna xidmətləri ilə seçilən digər alim 



Herman Minkovski (1864 – 1909) olmuşdur. Məhz onun 21 sentyabr 1908-ci ildə 

məruzə etdiyi məşhur «Fəza və zaman» əsəri Eynşteynin nisbilik nəzəriyyəsinin 

tamamlanmasında və dördölçülü məkanda fiziki proseslərin riyazi nəzəriyyəsində mühüm 

rol oynamışdır. 

Fəzanın    və   nöqtələrində zamanın t

1

  və  t



2

 anlarına uyğun 2 hadisəni nəzərdən 

keçirən Minkovski, fəza-zaman nöqtələri arasındakı “məsafə” üçün aşağıdakı düsturu 

verir: 


|

|  


Relyatvistik invariant olan bu kəmiyyət sonra “interval” adlandırıldı. Kökaltı ifadədəki 

radikalın işarəsindən asılı olaraq, interval həqiqi (S

2

>0), xəyali (S



2

<0) və “0” ola bilər. 

Minkovski özü fəza-zaman çoxluğunu dünya, bu çoxluqlar içərisindəki ayrı-ayrı nöqtələri 

– dünyavi nöqtələr adlandırırdı. Maddi nöqtənin hərəkəti çoxlu sayda dünyavi nöqtələrin 

təzahürü olduğu üçün, bu hərəkət isə Minkovski tərəfindən  dünyavi xətt kimi qəbul 

edilmişdi.  

Eynşteyn nəzəriyyəsi ilk dövrlərdə əksər fiziklər tərəfindən spektik qarşılandı. Xüsusilə 

də Lorens, öz təsəvvürlərini qorumağa cəht edərək, bu nəzəriyyəni inkar edirdi. Lakin tez 

bir zamanda o, öz səhvini başa düşərək, 1912-ci ildə bu haqda belə yazır: “Eynşteynin 

nailiyyəti ondan ibarətdir ki, o hər kəsdən əvvəl olaraq nisbilik prinsipini ümumi və dəqiq 

qanun şəklində verir.” 

Bu məqamda onu da qeyd etmək lazımdır ki, bu prinsip Eynşteyindən öncə Puankare 

tərəfindən irəli sürülmüşdür. 1904-cü ilin sentyabr ayında o, nisbilik prinsipini belə 

formalaşdırır: “Fiziki hadisələrin qanunları  həm hərəkətsiz (sükunətdə olan) müşahidəçi 

üçün, həm də bərabərsürətli hərəkətdə olan müşahidəçi üçün eyni olmalıdır; bu zaman biz 

heç cürə  təyin edə bilmərik ki, biz həmin hərəkəti icra edirik, ya etmirik”. Bu 

deyilənlərdən aydın olur ki, Puankare nisbiliyi, mütləq sükunət ilə ətalət hadisələrini bir-

birindən ayıran üsulların olmamasında görür. 1906-cı ildə “Elektronun dinamikası” 

məqaləsində o qeyd edir ki, “heç bir təcrübə ilə Yerin mütləq hərəkətini göstərmək 

mümkün olmaması, təbiətin ümumi qanunu ilə əlaqədardır; bu təbii olaraq ona gətirir ki, 



Yüklə 181,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə