Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə23/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   19   20   21   22   23   24   25   26   ...   490

 

27 


milə əks etdirirdi. 1923-cü il MM-i Azərbaycan Respublikasında yeni sovet sosialist quruluşunun iqtisadi əsas-

larını möhkəmləndirirdi.  

Azərbaycan Respublikasının sayca ikinci MM-i Azərbaycan SSR Ali Soveti tərəfindən 1964-cü il sentyabrın 

11-də qəbul edilmiş, 1965-ci ilin martın 1-dən qüvvəyə minmişdir. Bu Məcəllə sovet mülki qanunvericiliyinin 

ikinci məcəllələşdirilməsi zamanı (1961-64-cü illər) qəbul olunmuşdu. O, əmrə əsaslanan komanda (sovet) iqti-

sadiyyatı şəraitində meydana gəlmişdi. Buna görə də həmin məcəllədə o dövrkü cəmiyyətin dövlət mülkiyyəti 

inhisarı, planlı iqtisadiyyat, inzibati-amirlik metodları, mərkəzləşdirilmiş təsərrüfat idarəçiliyi və digər xüsusiy-

yətləri ifadə olunmuşdu. 

90-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə komanda (sovet) iqtisadiyyatının əvəzinə bazar iqtisadiyyatı 

yaranmaüa başladı. Daim təkrar olunan alqı-satqı aktlarının və mübadilə prosesində sosial-iqtisadi münasibətlə-

rin məcmusu olan bazarın əsası qoyuldu. Bazar prinsipləri əsasında təşəkkül tapan və bazar qanunlarına uyüun 

olaraq inkişaf edən iqtisadiyyatın yaranması prosesi başladı. Şübhəsiz ki, köhnə 1964-cü il MM-i formalaşmaq-

da  olan  bazar  iqtisadiyyatının  inkişaf  edən  tələbatına  cavab  verə  bilməzdi.  Bazar  iqtisadiyyatı  özünün 

qanunvericilik qaydasında rəsmiləşdirilməsini tələb edirdi. Bunu nəzərə alaraq ölkənin ali qanunverici orqanı 

olan Milli Məclis yeni Mülki Məcəllə qəbul etdi.  

Yeni MM-in əsas məqsədi əmlak dövriyyəsinin sərbəstliyini təmin etməkdən ibarətdir. Özü də əmlak döv-

riyyəsi iştirakçılarının hüquq bərabərliyi əsasında və üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən. Onun əsas 

və başlıca vəzifəsi (funksiyası) isə bazar təsərrüfatı şəraitində ölkə ərazisində mülki hüquq subyektlərinin əm-

lak  və  şəxsi  qeyri-əmlak  münasibətlərini  tənzimləməkdən  (tənzimləyici  funksiya),  onların  hüquq  və  qanuni 

mənafelərini müdafiə etməkdən, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgözar nüfuzunu qorumaqdan (qoruyucu 

funksiya) ibarətdir. O, demək olar ki, mülki hüququn predmetinə daxil olan bütün münasibətlərin tənzimlənmə-

sinə yönələn nisbətən vacib və prinsipial əhəmiyyətli müddəaları təsbit edir.  

Mülki Məcəllənin əsas vəzifələrindən biri sahibkarlıq fəaliyyətini dəstəkləməkdəibarətdir. Burada sahib-

karlıq fəaliyyətinə anlayış verilir, bu sahədə münasibətlərin tənzimlənməsinə həsr olunan bir sıra normalar ifadə 

edilir. O, azad sahibkarlıq fəaliyyətinin inkişafını təmin etmək məqsədi güdür.  

Qeyd etdik ki, MM mülki qanunvericilik sistemində mərkəzi və xüsusi yer tutur. O, mülki qanunvericiliyin 

özək, təməl və bünövrə aktıdır. Ona görə ki, burada əmlak (mülki) dövriyyəsi üçün normativ bazanın əsası qo-

yulmuşdur. MM Konstitusiya qanunları istisna olmaqla, bütün digər qanunlara (yəni adi, cari qanunlara) müna-

sibətdə «bərabərlər arasında birinci» yer tutur. Bu, o deməkdir ki, məjəllə mülki qanunlar arasında ən yüksək 

hüquqi qüvvəyə malikdir. Özündə mülki hüquq normaları ifadə edən bütün qanunlar, o cümlədən mülki yönüm-

lü qanunlar (mülki qanunlar) MM-ə uyüun gəlməli və ona zidd olmamalıdır. Əgər MM-də və mülki qanunlarda 

ifadə olunan normalar arasında ziddiyyət (kolliziya) yaranarsa, onda hüquqtətbiqetmə orqanı MM normalarına 

üstünlük verir, yəni müvafiq hüquqi məsələni həll etmək üçün bu normalardan istifadə edir. 

Yeni Mülki Məcəllə özünün daxili strukturuna malikdir. Onun strukturu müəyyən dərəcədə mülki hüququn 

obyektiv  olaraq  müvcud  olan  sisteminə  əsaslanır.  Bununla  belə,  mülki  hüququn  sistemi  ilə  MM-in  sistemi 

(strukturu) üst-üstə düşmür. ×ox vaxt MM-in sistemi eyni zamanda mülki hüququn sistemi kimi nəzərdə tu-

tulur. Lakin onları bir-biri ilə qarışdırmaq olmaz. Həmin anlayışlar üst-üstə düşmür. Mülki hüququn sistemi 



obyektiv xarakter daşıyır. Mülki Məcəllənin sistemi isə qanunvericinin (hüquqyaratma orqanının) iradə-

si və mülahizələrinə əsaslanır. Burada subyektiv amil başlıca rol oynayır. Mülki hüququn sistemi, ikinci, Mül-

ki Məcəllənin sisteminə nisbətən daha əhatəlidir. Məsələn, əqli mülkiyyət hüququ yarımsahə kimi mülki hüqu-

qun sisteminə daxildir. MM-in sistemində isə əqli mülkiyyət hüququ nəzərdə tutulmur. Ümumiyyətlə, MM-in 

sistemi mülki hüququn bəzi institutları barədə müddəaları əhatə etmir. 

Bəzi hüquq sistemlərində Mülki Məcəllə  yoxdur. Məsələn,  Ingiltərədə  yazılı hüquq olsa da, burada Mülki 

Məcəllə müvcud deyil. Lakin bu, o demək deyildir ki, mülki hüququn sistemi də yoxdur. 



Mülki Məcəllənin sistemi dedikdə, mülki-hüquqi normativ materialın orada yerləşdirilməsinin daxili 

sistemi başa düşülür. Mülki hüquq kimi o da iki hissədən ibarətdir: ümumi hissədən; xüsusi hissədən. 

Ümumi hissədə qanunverici nisbətən ümumi xarakter daşıyan, mülki hüquq normalarının inkişafı və tətbiqi 

təcrübəsi üçün son dərəcə prinsipial əhəmiyyətə malik olan müddəalar təsbit etmişdir. Burada Mülki Məcəllə-

nin  xüsusi  hissəsi  üçün  mühüm  rol  oynayan  hüquqi  göstərişlər  cəmlənmişdir.  Yeri  gəlmişkən,  qeyd  edək  ki, 

ümumi hissəni ilk dəfə olaraq 1896-cı il tarixli Almaniya Mülki Qanunnaməsi nəzərdə tutmuşdu. Bundan sonra 

bir  çox  dövlətlər  alman  modelinə  uyüun  olaraq  öz  mülki  məcəllələrində  ümumi  hissə  ayırdı  və  fərqləndirdi. 

Braziliya, Yunanıstan, keçmiş sovet respublikalarının, Polşa və ×exoslovakiyanın mülki məcəllələrində ümumi 

hissəyə  rast  gəlmək  mümkündür.  Azərbaycan  Respublikasının  yeni  MM-i  bu  ənənəyə  uyüun  olaraq  öz  siste-

mində ümumi hissə adlı struktur bölməsi nəzərdə tutur.  

Ümumi hissədə mülki qanunvericiliyin vəzifə və məqsədləri, mülki qanunvericiliklə tənzim olunan ictimai 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə