Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə26/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   22   23   24   25   26   27   28   29   ...   490

 

30 


mişdir. Bu fərmanın icarə münasibətlərini tənzimləməkdə əhəmiyyəti böyükdür.  

Özəlləşdirmə  münasibətlərinin  nizama  salınmasında  prezident  fərmanları  müəyyən  rola  malikdir.  Bu  fər-

manlar təsərrüfat subyektləri üçün bazar iqtisadiyyatı mühitinin yaradılması, xalq təsərrüfatı strukturunun bazar 

iqtisadiyyatının tələblərinə uyüun olaraq yenidən qurulması, iqtisadi prosesə bütün növ istifadə olunmamış ehti-

yatların  cəlb  edilməsi  və  digər  məsələlərin  həllinə  tənzimləyici  təsir  göstərir.  Prezident  bu  məqsədlə  qanunla 

onun səlahiyyətinə aid edilən müəssisə və obyektlərin özəlləşdirilməsi barədə qərarlar qəbul edir. Məsələn, 2 

dekabr 1997-ci tarixli «Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında» pre-

zident fərmanı özəlləşdirmə prosesinə toxunur. 

Bu fərmanların özəlləşdirmə zamanı yaranmış borc münasibətlərinin qaydaya salınmasında da rolu böyük-

dür. Məsələn, prezidentin 13 dekabr 1997-ci il tarixli «Dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində təşki-

lati-hüquqi formasını dəyişmiş müəssisələrin vaxtında ödənilməmiş borclarının ödənilməsi haqqında» fərmanı 

bu münasibətləri tənzimləmək məqsədini güdür.  

Prezidentin  normativ  fərmanları  qanunlara  və  MM-ə  uyüun  olmalıdır.  Əgər  onlar  qanunlara  (o  cümlədən, 

MM-ə) zidd olarsa, onda qanunlar tətbiq edilir. Ona görə ki, mülki qanunvericiliyin iyerarxiya sistemində prezi-

dent fərmanları qanunlardan sonra yer tutur və buna görə də nisbətən aşaüı hüquqi qüvvəyə malikdir.  

Qanun qüvvəli aktların digər növü hökumət qərarlarıdır. Hökumət qərarları Nazirlər Kabinetinin qəbul et-

diyi normativ aktlardır. Həmin aktlar qərar formasında verilir. Bu qərarlar normativ olub, ümumməcburi xa-

rakter daşıyır. Nazirlər Kabineti özünün qərarlarını prezident fərmanlarının kontekstində qəbul edir. O, iqtisadi-

sosial inkişafın daha konkret məsələlərini tənzimləməyə və nizama salmaüa yönəlir. Həmin qərarlar özlərində 

mülki hüquq normaları ifadə edərsə, onlar mülki qanunvericilik sisteminə daxil olur və mülki hüququn mənbəyi 

kimi çıxış edir. Bir qayda olaraq, hökumət qərarları özündən nisbətən daha yuxarı hüquqi qüvvəyə malik olan 

normativ aktların (xüsusən də prezident fərmanlarının) əsasında və onların icrası məqsədilə qəbul edilir. 

Hökumət qərarları öz məzmununa görə çox vacib münasibətləri, o cümlədən mülki münasibətləri operativ 

surətdə tənzimləyir. Özündə mülki hüquq normaları ifadə edən hökumət qərarlarına misal olaraq «Vergi tutul-

malı olan müəlliflik haqqı məbləülərinin alınması ilə bağlı xərclərin sənədli təsdiqi olmadıqda, bu xərclərin mü-

ə

yyənləşdirilməsi qaydası haqqında» 10 avqust 1992-ci il tarixli qərarı, «Meşə təsərrüfatına dəymiş ziyana görə 



maddi məsuliyyətə cəlb edilməsi qaydaları haqqında» 27 dekabr 1993-cü il tarixli qərarı və digər qərarları gös-

tərmək olar.  

Bəzi hallarda prezident fərmanları kimi hökumət qərarları da müxtəlif qaydaların, nizamnamələrin, əsasna-

mələrin təsdiq edilməsi ilə müşayiət edilir. Məsələn, onun 6 mart 2000-ci il tarixli qərarı ilə «Ixtiraların, faydalı 

modellərin və sənaye nümunələrinin patentləşməsi, əmtəə nişanlarının və xidmət nişanlarının qeydiyyata alın-

ması və mühafizə sənədlərinin qüvvədə saxlanılması üçün rüsum alınması qaydaları» və s. təsdiq edilmişdir.  



5. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları 

Mülki qanunvericilik sisteminə daxil olan aktlardan biri mərkəzi icra hakimiyyəti orqanlarının normativ akt-

larıdır. Bu cür aktların özündə mülki hüquq normaları ifadə etməsi mümkündür.  

Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  aktları  dedikdə,  nazirliklərin,  dövlət  komitələrinin  və 

baş idarələrin qəbul etdikləri təlimat və əmrlər başa düşülür. Özü də dərhal qeyd edirik ki, qeyri-normativ əmr-

lər mülki hüquq norması yaratmır. Buna görə də onlar mülki hüququn mənbəyi hesab edilmir.  

Təlimatlara gəldikdə isə qeyd etmək lazımdır ki, onlar ictimai münasibətlərin müxtəlif sahəsini tənzim edir 

və həmişə normativ məzmuna malik olur. Bu cür təlimatlar, bir qayda olaraq, nazirin əmri ilə təsdiq olunur. 

Göstərilən təlimatlar, adətən, idarədaxili münasibətləri tənzimləyir. Buna görə onlara idarəvi normativ akt-

lar da deyilir. Onların mülki qanunvericiliyin iyerarxiya sisteminə daxil olan digər normativ aktlara nisbətən 

aşaüı hüquqi qüvvəsi vardır. Buna görə də idarəvi normativ aktları qəbul edərkən mərkəzi icra hakimiyyəti or-

qanlarının idarə mənafeyi və maraqları nə qədər üstün olsa da, onlar daha yüksək hüquqi qüvvəsi olan başqa 

normativ hüquqi aktların, yəni qanunların, prezident fərmanlarının və hökumət qərarlarının məzmununa uyüun 

olmalıdır. Başqa sözlə desək, onlar iyerarxiya sistemində özündən yuxarı pillədə duran bütün normativ aktların 

məzmununa zidd olmamalıdır. Belə halda idarəvi normativ aktların məzmununun qanuni olması özərində 



nəzarətin həyata keçirilməsi zərurəti yaranır. Bu cür nəzarəti təmin etmək üçün qanun mərkəzi icra hakimiy-

yəti  orqanlarının  normativ  aktlarının  Ədliyyə  Nazirliyində  məcburi  dövlət  qeydiyyatına  alınması  qaydasını 



əyyən edir

Bu  qaydaya  görə,  Azərbaycan  Respublikası  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  bütün  normativ  aktları 

dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Məsələn, Prezident yanında Qiymətli Kaüızlar özrə 

Dövlət Komitəsinin 01 saylı 3 yanvar 2000-ci il tarixli əmri ilə təsdiq edilmiş «Bütün növ qiymətli kaüızlarla 

rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun dövlət qeydiyyatına alınması qaydaları» 11 yanvar 2000-ci il ta-

rixində (qeydiyyat № 207), 80 saylı 21 dekabr 1999-cu il tarixli «Azərbaycan Respublikasında bütün növ lote-




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə