Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə27/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   23   24   25   26   27   28   29   30   ...   490

 

31 


reyaların buraxılışı, təşkili və keçirilməsi qaydaları» 29 dekabr 1999-cu il tarixində (qeydiyyat № 204) Ədliyyə 

Nazirliyində qeydiyyata alınmışdır. 

Mərkəzi icra hakimiyyəti orqanlarına Ədliyyə Nazirliyini, Kənd Təsərrüfatı Nazirliyini, Iqtisadi Inkişaf Na-

zirliyini, Maliyyə Nazirliyini, Dövlət Tikinti və Arxitektura Komitəsini, Müəllif Hüquqları Agentliyini, Əmək 

və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və s. misal göstərmək olar. Bunların qəbul etdikləri normativ aktlar 

özündə kifayət qədər xeyli mülki hüquq normaları ifadə edir. Onlara çoxlu misallar çəkə bilərik. Mülki hüquq 

normaları əks etdirdiyinə görə həmin aktlar mülki qanunvericilik sisteminə daxildir. 

6. Keçmiş SSRI normativ aktları mülki hüququn mənbəyi kimi  

Keçmiş SSRI-nin normativ aktları Azərbaycan Respublikasının mülki qanunvericilik sisteminə daxil edilmir. 

Lakin buna baxmayaraq, həmin aktlardan bəziləri bizim ölkəmizdə öz əhəmiyyətini tam itirməmişdir. Özündə 

mülki hüquq normaları ifadə edən bir neçə bu cür akt hüququn mənbəyi kimi müəyyən rola malikdir. 

«Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» 18 oktyabr 1991-ci il tarixli Konstitusiya aktı 

qəbul edilən kimi SSRI normativ aktları Azərbaycan Respublikasının ərazisində öz qüvvəsini dərhal avtomatik 

olaraq  itirmədi.  Həmin  aktda  müəyyən  əhəmiyyətə  malik  olan  belə  bir  göstəriş  ifadə  olunur  ki,  Azərbaycan 

Respublikasının  müvafiq  qanunları  qəbul  edilənədək  SSRI  qanunları  Azərbaycan  Respublikasının  ərazisində 

hüquqi  qüvvəsini  saxlayır  və  həmin  qanunların  siyahısını  Azərbaycan  Respublikasının  parlamenti  müəyyən 

edir.  


Parlament  (Milli  Məclis)  28  oktyabr  1992-ci  il  tarixində  «Azərbaycan  Respublikasının  ərazisində  hüquqi 

qüvvəsini müvəqqəti olaraq saxlayan keçmiş SSRI qanunları və onların tətbiqi haqqında» qanun qəbul etdi. Bu-

rada qüvvəsini itirməyən keçmiş SSRI qanunlarının adları sadalanırdı. 

«Normativ hüquqi aktlar haqqında» 6 sentyabr 1994-cü il tarixli qanunun (hal-hazırda bu qanun qüvvədən 

düşmüşdür)  9-cu  maddəsi,  müəyyən  şərtlərlə,  keçmiş  SSRI  normativ  aktlarının  Azərbaycan  Respublikasında 

hüquqi qüvvəyə malik olmasını nəzərdə tuturdu.  «Normativ hüquqi aktlar haqqında»  yeni qanunda da bu cür 

göstəriş ifadə olunur: Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilənədək qüvvədə olmuş akt-

lar Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır. Burada əsasən söhbət keçmiş SSRI-nin norma-

tiv aktlarından gedir.  Lakin bu aktların hamısı  yox,  yalnız qanunla müəyyən edilən şərtlərə cavab verən bəzi 

aktlar hüquqi qüvvəsini itirmir. Birinci şərt ondan ibarətdir ki, həmin aktlar sonradan ləğv edilməsin. Əgər 

keçmiş SSRI aktlarından hər hansı birinin hüquqi qüvvəsinə xitam verilərsə, onda onun Azərbaycan Respubli-

kasında hüquqi qüvvəyə malik olmasından söhbət gedə bilməz.  kinci şərt isə ondan ibarətdir ki, keçmiş SSRI 

aktları Azərbaycan Respublikasının Konstitusiyasına və normativ aktlarına zidd olmamalıdır. Əgər zid-

diyyət və uyüunsuzluq olarsa, onda keçmiş SSRI aktları tətbiq edilmir.  

Göstərilən hər iki şərtə cavab verən keçmiş SSRI aktları özündə mülki hüquq normaları ifadə edərsə, mülki 

hüququn mənbəyi kimi çıxış edir. Məsələn, firma adı əqli mülkiyyət hüququnun əsas subinstitutlarından biridir, 

yəni fərdiləşdirmə vasitəsi institutunun subinstitutudur. Firma kommersiya təşkilatı olan hüquqi şəxsin adıdır 

(MM-in 50-ci maddəsinin 2-ci bəndi). Firma adı mülki dövriyyədə konkret müəssisəni fərdiləşdirməyə, onu ey-

ni növdən olan müəssisələrdən ayırmaüa imkan verir. O, sahibkarın kommersiya adı olub, onun işgözar nüfuzu 

isə sıx surətdə bağlıdır. 1922-23-cü illərin, habelə 1964-65-ci illərin sovet mülki məcəllələri təsərrüfat təşkilat-

larının firma adına malik olması hüququnu nəzərdə tuturdu. Lakin firma adı subinstitutunu həmin məcəllələr ni-

zama salmırdı. Bu təşkilatların firma adından istifadə etməklə əlaqədar olan hüquq və vəzifələri «Firma haqqın-

da Əsasnamə» ilə tənzimlənirdi. Bu Əsasnamə 22 iyun 1927-ci il tarixində SSRI Mərkəzi  craiyyə Komitəsi və 

Xalq Komissarları Soveti tərəfindən təsdiq edilmişdir. O, firma adı hüququna bilavasitə həsr edilən ilk ümumi 

normativ akt idi, Sovet qanunvericiliyində ilk dəfə olaraq bu akt firma anlayışını, ona olan hüququn əldə edil-

məsi əsaslarını və qaydasını, bu hüququn məzmununu və digər məsələləri açıqlayırdı.  

Firma adı kateqoriyası yeni MM-də də nəzərdə tutulur. Lakin o, əvvəlki sovet məcəllələri kimi bu subinstitu-

tu tənzimləmir. Firma adları barədə ölkəmizdə xüsusi qanun da qəbul edilməmişdir. Belə bir vəziyyətdə «Firma 

haqqında Əsasnamə» kimi normativ aktı bir kənara tullamaq mənasız şey olardı.  

Dözdür, 14 maddədən ibarət olan Əsasnamənin bəzi maddələri tamamilə və ya qismən öz qüvvəsini itirmiş 

və yaxud müəssisələrin öz təşkilati-hüquqi formasını dəyişməsinə görə aktuallıüını saxlamamışdır. Lakin buna 

baxmayaraq, həmin aktda ifadə olunan bəzi mühüm hüquqi göstərişlər müasir dövrdə də müəyyən əhəmiyyətə 

malikdir. Ona görə də «Firma haqqında Əsasnamə» mülki hüququn mənbəyi kimi çıxış edir. Onun normaların-

dan hüquqi təcrübədə istifadə etmək olar. Onun bir sıra normaları müasir dövrdə tətbiq olunmaq üçün əhəmiy-

yətlidir.  

Hal-hazırda nəqliyyat qanunvericiliyinin bəzi məcəllələşdirilmiş aktları öz hüquqi qüvvəsini saxlayır. Söh-

bət, hər şeydən əvvəl, SSRI Nazirlər Soveti tərəfindən 15 oktyabr 1955-ci ildə təsdiq olunmuş «SSRI Daxili Su 

Nəqliyyatı Nizamnaməsi»ndən gedir. Bu, daxili su nəqliyyatında yük daşınması ilə bağlı münasibətləri nizama 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə