Microsoft Word mulki huquq doc


 Mülki qanunvericiliyin predmet



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə35/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   31   32   33   34   35   36   37   38   ...   490

 

40 


2. Mülki qanunvericiliyin predmetə görə hüquqi qüvvəsi  

Mülki qanunvericiliyin predmetə görə hüquqi qüvvəsi dedikdə, mülki qanunvericilik aktlarının mülki hü-

ququn predmetinə daxil olan münasibətləri tənzimləməsi başa düşülür. Mülki hüququn predmetinə şamil edil-

məyən münasibətlərə mülki qanunvericilik aktları tətbiq olunmur. Bu münasibətlər barəsində həmin aktlar hü-

quqi qüvvəsini itirir. 

Mülki hüququn predmetinə əsasən əmlak münasibətləri daxildir. Əmlak münasibətləri mülki hüquqla tənzim 

olunan münasibətlərin əsas qrupunu təşkil edir. Başqa sözlə desək, mülki hüququn tənzim etdiyi münasibətlər 

içərisində əmlak münasibətləri üstünlük təşkil edir. 

Cəmiyyətdə və real ictimai həyatda yaranan əmlak münasibətləri təkcə mülki hüquqla nizama salınmır. Bu 

münasibətlər əvvəllər qeyd etdiyimiz kimi, hüququn digər sahələri tərəfindən də qaydaya salınır. Söhbət inziba-

ti, maliyyə, konstitusiya və başqa hüquq sahələrindən gedir. Inzibati hüququn predmetinə də əmlak münasibət-

ləri daxildir. Məsələn, nazirlik onun tabeçiliyində olan müəssisə və təşkilatları zəruri əmlakla təmin edir. Mülki 

hüquqla tənzimlənən əmlak münasibətlərindən fərqli olaraq bu cür əmlak münasibəti əmlak-təşkilati, hakimiy-

yət-tabeçilik,  qeyri-əvəzli,  qeyri-ekvivalent,  subordinasiya  münasibətidir.  Bu  münasibət  inzibati  hüquqla  tən-

zimlənir. Əmlak münasibətləri maliyyə hüququnun da predmetinə daxildir. Məsələn, işçinin aylıq əmək haqqın-

dan dövlət büdcəsinə gəlir vergisi tutulur. Bu, pul barəsində yaranan əmlak münasibətidir. Mülki hüquqla tən-

zimlənən əmlak münasibətlərindən fərqli olaraq bu münasibətlər dövlətin maliyyə fəaliyyəti prosesində yaranır. 

Özü də onlar qeyri-əvəzli, qeyri-ekvivalent, hakimiyyət-tabeçilik münasibətləridir.  

Ş

übhəsiz ki, mülki qanunvericilik aktları hüququn digər sahələri tərəfindən tənzimlənən əmlak münasibətlə-



rini  nizama  salmaqdan  çox  uzaqdır.  Bu  aktlar  həmin  münasibətlər  barəsində  hüquqi  qüvvəyə  malik  deyildir. 

Onlar yalnız mülki hüquqla tənzimlənən əmlak münasibətləri barəsində hüquqi əhəmiyyət kəsb edir. Buna görə 

də mülki hüquqla rəsmiləşdirilən əmlak münasibətlərini hüququn digər sahələri tərəfindən tənzimlənən əmlak 

münasibətlərindən ayırmaq və fərqləndirməyə imkan verən spesifik əlamətləri müəyyən etmək zərurəti yaranır. 

Bunun çox vacib və mühüm əhəmiyyəti vardır. Belə ki, məhz bu spesifik əlamətlər olmasaydı, təcrübədə bu və 

ya digər əmlak münasibətinin əsl hüquqi təbiətini müəyyənləşdirmək, yəni hansı hüquq sahəsinin predmetinə 

daxil olmaüı təyin etmək müşkül və qəliz bir işə çevrilərdi. Bu isə öz növbəsində bir sıra hallarda qanunun po-

zulmasına gətirib çıxarardı.  

Sivilistika doktrinası (mülki hüquq elmi) mülki hüquqla tənzimlənən əmlak münasibətlərini digər xarakterli 

ə

mlak münasibətlərindən ayırmaüa imkan verən fərqləndirici əlamətlər müəyyən etmişdir. Biz əvvəlki fəsillərin 



birində bu barədə danışmışıq. Ona görə də bu məsələyə bir daha toxunmaüı lazım bilmirik. Qısaca olaraq onu 

deyə  bilərik  ki,  mülki  hüququn  predmetinə  daxil  olan  əmlak  münasibətləri  dəyər  münasibətləridir,  əmtəə-pul 

münasibətləridir, əvəzli-ekvivalentli münasibətlərdir və nəhayət, tərəflərin hüquq bərabərliyinə əsaslanan mü-

nasibətlərdir. Bundan belə nəticəyə gələ bilərik ki, mülki qanunvericilik aktları dəyər formalı, əmtəə-pul xa-



rakterli, əvəzli-ekvivalentli, tərəfləri hüquqja bərabər olan əmlak münasibətlərini tənzimləyir və bu mü-

nasibətlər barəsində hüquqi qüvvəyə malik olur. Mülki qanunvericiliyin predmetə görə hüquqi qüvvəsinin ma-

hiyyəti də məhz bundan ibarətdir.  

3. Mülki qanunvericiliyin zamana (vaxta, müddətə) görə  

qüvvəsi 

Mülki qanunvericilik aktlarının hüquqi təcrübədə dözgün tətbiq edilməsi, hər şeydən əvvəl, onların zamana 

(vaxta,  müddətə)  görə  hüquqi  qüvvəsi  məsələsindən  asılıdır.  Bu  məsələni  bilmək  olduqca  vacib  və  zəruridir. 

Bu, hüquq normalarının dözgün həyata keçirilməsi üçün son dərəcədə mühüm əhəmiyyətə malik olan məsələ-

dir. 

Mülki  qanunvericiliyin  zamana  görə  hüquqi  qüvvəsi  dedikdə,  mülki  qanunvericilik  aktlarının  qüvvəyə 

minməsi müddəti, bu aktların qüvvədə olma müddəti və onların qüvvədən düşmə müddəti başa düşülür. Bu, qa-

nunda nəzərdə tutulan qaydalarla məyyənləşdirilir. Həmin qaydalar Konstitusiyada, Mülki Məcəllədə və «Nor-

mativ hüquqi aktlar haqqında» qanunda əks olunmuşdur. 

Mülki  qanunvericiliyin  zamana  görə  hüquqi  qüvvəsini  müəyyənləşdirən  həmin  qayda  əsasən  üç  məsələni 

ə

hatə edir:  



 mülki qanunvericilik aktı nə vaxt qüvvəyə minmişdir (aktın qüvvəyə minmə müddəti)

 mülki qanunvericilik aktı nə vaxta kimi qüvvədə olacaqdır (aktın qüvvədə olma müddəti);  



 mülki qanunvericilik aktı nə vaxt qüvvədən düşəcəkdir (aktın qüvvədən düşmə müddəti). 



Mülki  qanunvericilik  aktının  qüvvəyə  minmə  müddəti  odur  ki,  məhz  həmin  müddətdən  etibarən  o, 

məcburi olaraq icra olunmalıdır. Bu aktlar məhz həmin müddətdən sonra tətbiq olunmağa başlayır.  

Mülki qanunvericilik aktlarının qüvvəyə minməsinin dəqiq müddətinin müəyyən edilməsi çox vacib məsələ-

dir. Ona görə ki, bu aktlar həmin müddətdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir (MM-in 7-ci 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə