Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə43/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   39   40   41   42   43   44   45   46   ...   490

 

48 


3. Hüququn analogiyası  

Bəzi hallarda elə vəziyyət yaranır ki, hüquqi cəhətdən tənzimlənməyi tələb edən ictimai münasibəti qanunun 

analogiyası əsasında nizama salmaq mümkün olmur. Belə ki, müvafiq münasibətə tətbiq edilə bilən və mülki 

qanunvericilikdə oxşar münasibəti qaydaya salan norma müvcud olmur. Buna görə də qanunun analogiyasından 

istifadə etmək imkanı əldən çıxır. Bu cür halda hüququn analogiyası kimi operativ üsulu tətbiq etməklə vəziy-

yətdən çıxış yolu tapmaq mümkün olur.  



Hüququn analogiyası dedikdə, hüquqi cəhətdən tənzimlənməyi tələb edən ictimai münasibəti qanunun 

analogiyası əsasında nizama salmaq mümkün olmadıqda, yəni oxşar münasibəti rəsmiləşdirən mülki hü-

quq norması olmadıqda, həmin münasibətin mülki hüququn prinsiplərinə istinad etməklə nizamlanması 

başa düşülür. Bununla müvafiq münasibətdə iştirak edən tərəflərin hüquq və vəzifələri hüquqi cəhətdən qayda-

ya salınır.  

Mülki hüququn prinsipləri qanunda birbaşa və konkret olaraq formulə edilmişdir (MM-in 6-cı maddəsi). Bu 

prinsiplər əsasında mülki hüquq subyektlərinin hərəkətlərindən hüquqi nəticə yaranır. Söhbət həmin prinsiplərə 

istinad olunmaqla tərəflər üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsindən gedir. Mülki qanunvericilik bu 

cür hüquq və vəzifələri rəsmi surətdə tanıyır (MM-in 14-cü maddəsinin 1-ci bəndi). Bu, o deməkdir ki, mülki 

hüququn prinsipləri əsasında hərəkətlərdən yaranan mülki hüquq və vəzifələr hüquqi əhəmiyyətə malikdir.  

Hüquqtətbiqetmə  orqanı  hüququn  analogiyasından  istifadə  zamanı  təkcə  mülki  hüququn  prinsiplərini  əsas 

götürməməlidir. O, həm də ədalət, mənəviyyat, vicdan, insaf, mürvət kimi mənəvi-əxlaqi dəyərlərə istinad 

etməlidir. Onun hüququn analogiyası əsasında müvafiq münasibəti tənzimləməsi və qaydaya salması aülabatan 

olmalıdır. 

Hüququn analogiyası institutunu bir sıra ölkələrin (məsələn, Almaniyanın, Büyük Britaniyanın, Hollandiya-

nın, Fransanın, Ispaniyanın və s.) qanunvericiliyi də tanıyır. Ispaniya MM-in 6-cı maddəsi hüququn prinsipləri-

ni hüququn mənbə növlərindən biri kimi müəyyənləşdirir. Misirin, Iraqın və Əlcəzairin mülki məcəllələri ha-

kimlərə müsəlman hüququ prinsiplərini əsas götürməklə qanundakı boşluüu doldurmaq hüququ verir.  



§ 6. Mülki qanunvericiliyin sistemləşdirilməsi  

Mülki hüququn nizamasalma predmetinə daxil olan ictimai münasibətlərin əhatə dairəsi son dərəcə genişdir. 

Bu, həmin münasibətlərin çoxsaylı normativ aktlarla tənzimlənməsini şərtləndirir. Həmin aktlar dövlətin müx-

təlif hüquqyaratma orqanları (ali qanunverici dövlət hakimiyyət orqanı, prezident hakimiyyəti, hökumət, mərkə-

zi icra hakimiyyət orqanları və s.) tərəfindən qəbul edilir. Onlar eyni və bərabər hüquqi qüvvəyə malik deyil, 

vaxt və zaman baxımından üst-üstə düşmür, müxtəlif münasibətləri tənzimləyir, ayrı-ayrı subyektlərə ünvanla-

nır. Zaman keçdikcə mülki qanunvericilik sisteminə daxil olan həmin aktlar arasında ziddiyyətlər yaranır. Nor-

mativ aktların sayı durmadan günbəgün artır. Göstərilən bu cür hallar, şübhəsiz ki, qüvvədə olan müvcud mülki 

qanunvericilikdən istifadə olunmasını qəlizləşdirir, vacib və lazım olan normativ aktın axtarılıb tapılmasını çə-

tinləşdirir. Bəs belə mürəkkəb vəziyyətdən necə çıxmalı?  

Göstərilən vəziyyətdən çıxış yolu mülki qanunvericiliyi sistemləşdirməkdən ibarətdir. Mülki qanunvericili-

yin sistemləşdirilməsi dedikdə, bu qanunvericilik sisteminə daxil olan normativ aktlardan təjrübədə mü-

nasib, rahat və əlverişli qaydada istifadə etmək məqsədi ilə həmin aktların nizama salınması başa düşü-

lür. Bu cür nizama salınmaya həm qanunvericinin, həm hüquqtətbiqetmə orqanının, həm də bütün vətəndaşla-

rın  maraq  və  ehtiyacı  vardır.  Mülki  qanunvericiliyin  sistemləşdirilməsi  nəticəsində  hüquq  normaları  arasında 

ziddiyyətlər aradan qaldırılır, köhnəlmiş normalar ləğv edilir və ya dəyişdirilir, yeni normalar sistemə daxil edi-

lir, köhnəlmiş aktlardan qanunvericilik azad olur, normativ materialdan istifadə asanlaşır. Sistemləşdirmə mülki 

qanunvericilik üçün mühüm əhəmiyyəti olan məsələdir.  

Mülki qanunvericilik üç üsulla sistemləşdirilir. Buna sistemləşdirmənin növləri də deyilir: 

 inkorporasiya; 



 konsolidasiya;  

 məcəllələşdirmə. 



Inkorporasiya dedikdə, hüquqi materialın, yəni qüvvədə olan normativ hüquqi aktların məcmuələrdə, toplu-

larda  və  ya  külliyyatlarda  müəyyən  qaydada  elə  birləşdirilməsi  başa  düşülür  ki,  bu  zaman  aktların  normativ 

məzmunu mahiyyətcə dəyişdirilmir. Sistemləşdirmənin bu üsulu nəticəsində qanunvericilik xaricən işlənilir 

və yeniləşdirilir. Belə ki, inkorporasiya nəticəsində normativ aktların xarici cəhətdən qaydaya salınmasına nail 

olunur: bu aktlar əlifba sırası, xronoloæi adrıcıllıq və ya tənzimlədiyi ictimai münasibətlər (sahə) kimi əlamətlərə 

görə birləşdirilir. Əvvəlcə normativ aktın mətnində rəsmi dəyişikliklər edilir. Sonra qanuni qaydada ləğv edilmiş 

və ya qüvvəsini itirmiş normaların ifadə olunduüu maddələr və bəndlər mətndən çıxarılır, yəni mətnə onlar daxil 

edilmir. 

Inkorporasiya məsələləri ilə həm dövlət orqanları, həm ictimai təşkilatlar, həm qeyri-dövlət təşkilatları, həm 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə