44
olardı.
Mülki qanunvericiliyin mə
kana görə
qüvvə
si normativ aktların müəyyən ərazidə tətbiq edilməsini ifadə
edir. O, iki prinsip əsasında həyata keçirilir: ərazi prinsipi əsasında; eksterritorial prinsip əsasında.
Ə
razi prinsipinə əsasən mülki qanunvericiliyin məkana görə qüvvəsi dedikdə, normativ aktların müvafiq
olaraq Azərbaycan Respublikasının bütün dövlət ərazisində və ya hər hansı inzibati-ərazi vahidinin ərazisində
qüvvədə olması başa düşülür. Dövlət ərazisinə quru sahəsi, daxili sular və ərazi suları, onun özərindəki hava sa-
həsi, həmin ərazinin yeraltı hissəsi (yerin təki), həmçinin dəniz, çay və hava gəmiləri və s. daxildir. Dövlət əra-
zisi Yer kürəsinin dövlətin suverenliyində olan hissəsidir. O, dövlətin maddi bazasıdır.
Inzibati-ə
razi vahidlə
ri
isə dövlətin ərazisinin bölündüyü ayrı-ayrı hissələridir. Məsələn, Azərbaycan Respublikasının rayonları (Quba,
Xaçmaz, Aücəbədi, Qazax, Tovuz, Beyləqan və s.) inzibati-ərazi vahidləri hesab olunur. Ölkəmizin inzibati-
ə
razi vahidləri bunlardır: rayon; şəhər; şəhər rayonları; qəsəbə yaşayış mənətəqələri; kənd yaşayış məntəqələri.
Normativ aktlar, bir qayda olaraq, bu aktları qəbul etmiş orqanın (ali qanunverici, ali icra-sərəncamverici
dövlət hakimiyyət orqanının, mərkəzi icra hakimiyyəti orqanının) aidiyyətində olan ərazidə hüquqi qüvvəyə
malikdir. Məsələn, ali qanunverici orqan olan Milli Məclisin qəbul etdiyi qanunların, ali icra hakimiyyəti orqanı
olan prezident hakimiyyəti aktlarının, fərmanların və s. Azərbaycan Respublikasının bütün ərazisində hüquqi
qüvvəsi vardır. Konstitusiya Məhkəməsinin normativ xarakterli qərarları Azərbaycan Respublikasının ərazisin-
də məcburi qüvvəyə malikdir. Dediklərimizdən belə çıxır ki, normativ aktların hüquqi qüvvəsi məkan kate-
qoriyası baxımından dövlə
tin ə
razisi ilə
mə
hdudlaş
ır. Bu ərazidən kənarda həmin aktlar öz qüvvələrini itirir,
yəni müvafiq münasibətlərə tətbiq olunmur. Bu isə dövlətin suverenliyini və onun yurisdiksiyasını ifadə edir.
Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının (bələdiyyələrin) normativ xarakterli aktlarının müva-
fiq olaraq inzibati-ərazi vahidləri ərazisində hüquqi qüvvəsi vardır. Həmin aktlar Azərbaycan Respublikasının
bütün dövlət ərazisinə şamil edilmir. Məsələn, Bakı şəhər icra hakimiyyəti orqanının qəbul etdiyi aktların yalnız
Bakı şəhəri ərazisində qüvvəsi vardır. Onların Azərbaycan Respublikasının digər inzibati-ərazi vahidinin ərazi-
sində məcburi qüvvəsi yoxdur. Deməli, yerli dövlət orqanlarının normativ xarakterli aktları yalnız müvafiq ra-
yonun, şəhərin və s. ərazisində müvcud olan münasibətləri tənzimləmək üçün tətbiq edilə bilər.
Eksterritorial prinsip ə
sasında normativ aktların mə
kana görə
qüvvə
si dedikdə, müəyyən bir dövlətdə
yaranan mülki hüquq normasının başqa xarici dövlətin ərazisində hüquqi qüvvəyə malik olması başa düşülür.
Söhbət müəyyən dövlətin qanunvericilik sisteminə daxil olan normativ aktın xarici dövlət ərazisində yaranan
münasibətləri tənzimləmək üçün tətbiq edilməsindən gedir. Xarici qanun konkret dövlətin ərazisində yalnız o
halda tətbiq edilə bilər ki, həmin konkret dövlətin hüququ ümumi formada buna yol versin. Xarici qanunverici-
liyin tətbiqi beynəlxalq saziş və müqavilələrdə də nəzərdə tutula bilər. Bu müqavilə və sazişlərin normativ akt-
ların eksterritorial qüvvəsinin tənzimlənməsində rolu böyükdür. Belə ki, onlarda müəyyən dövlətin qanunveri-
ciliyinin həmin dövlətin ərazisindən kənarda tətbiq edilməsi qaydası müəyyənləşdirilir, yəni başqa dövlətin əra-
zisində olan vətəndaş və hüquqi şəxslərə münasibətdə hüquqi qüvvəyə malik olması göstərilir. Bu cür müqavi-
lələrə Azərbaycan Respublikasının RF, Türkiyə və digər dövlətlərlə bağladığı hüquqi yardım haqqında beynəl-
xalq hüquqi aktları misal göstərmək olar. MDB ölkələri özrə hüquqi yardım haqqında 7 oktyabr 2002-ci il tarix-
li Kişinyov çoxtərəfli konvensiyası bu sahədə mühüm rol oynayır. Burada normanın eksterritorial qüvvəsini ni-
zama salan bir sıra müddəalar vardır: fiziki şəxslərin fəaliyyət qabiliyyəti onların vətəndaşı olduüu ölkənin qa-
nunvericiliyi ilə müəyyən edilir; hüquqi şəxslərin hüquq qabiliyyəti onların təsis olunduüu ölkənin qanunverici-
liyi ilə müəyyən edilir. Mülkiyyət, vərəsəlik, xarici ticarət əqdləri və digər məsələlər həll edilərkən eksterritorial
prinsipdən istifadə olunur. Xarici qanunvericiliyin Azərbaycan Respublikasının ərazisində tətbiq olunması
«Beynəlxalq xüsusi hüquq haqqında» qanunla tənzimlənir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasına məxsus hava gəmilərinin başqa dövlətdə olduğu zaman
həmin gəmilərlə bağlı yaranan münasibətlərə aviasiya haqqında qanun tətbiq edilir (həmin qanunun 3-cü mad-
dəsi). Analoci göstəriş TGM-də nəzərdə tutulmuşdur.
5. Mülki qanunvericiliyin subyektlə
rə
görə
qüvvə
si
Mülki qanunvericiliyin hüquqi qüvvəsinin əhatə etdiyi məsələlərdən biri onun subyektlərə görə qüvvəsi mə-
sələsidir. Mülki qanunvericiliyin subyektlərə görə qüvvəsi dedikdə, normativ aktların mülki hüququn müəy-
yən kateqoriya subyektlərinin, yəni fiziki şəxslərin, bələdiyyələrin, dövlətin və hüquqi şəxslərin iştirak etdiyi
münasibətlərə tətbiq edilməsi başa düşülür.
Ümumi qayda belədir ki, mülki qanunvericilik aktlarının subyektlərə görə hüquqi qüvvəsi bu aktların məka-
na (əraziyə) görə hüquqi qüvvəsi ilə üst-üstə düşür. Bu, o deməkdir ki, mülki qanunvericilik Azərbaycan Res-
publikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir (MM-in 9-cu maddə-
sinin 1-ci bəndi). O, qüvvədə olduüu Azərbaycan Respublikasının ərazisində yaşayan fiziki şəxslərə, habelə iş-
lər görən, xidmətlər göstərən, mal istehsal edən və s. hüquqi şəxslərə aid edilir. Dövlət ərazisində qüvvədə olan