Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə37/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   33   34   35   36   37   38   39   40   ...   490

 

42 


mək olmaz. Dərc olunma həm də normativ aktlarda ifadə edilən qaydaların məzmunu ilə mülki (əmlak) dövriy-

yə iştirakçılarını tanış etmək məqsədi güdür. Bundan əlavə, o, həmçinin bu aktın rəsmi mətnini əks etdirir. Buna 

görə də normativ hüquqi aktlar onu qəbul etmiş orqanlar və ya Ədliyyə Nazirliyi tərəfindən lazımi tiraæda dərc 

olunur. Özü də istənilən kütləvi informasiya vasitəsinin və nəşriyyatın ixtiyarı var ki, mülki qanunvericilik akt-

larını dərc etsin. Bunu qanun yasaqlamır və qadaüan etmir. 

Mülki qanunvericilik aktının bütövlükdə qüvvəyə minməsi müddətini bu aktın hissəsinin qüvvəyə min-

məsi  müddətindən  fərqləndirmək  lazımdır.  Normativ  aktın  hissəsi  dedikdə,  onun  fəsli,  maddəsi,  bəndi  başa 

düşülür. Bəzi hallarda bu müddətlər üst-üstə düşmür, yəni fərqli müddət müəyyən edilə bilər. Məsələn, nəzərdə 

tutula bilər ki, normativ aktın filan maddəsi və ya filan bəndi normativ aktın özünün qüvvəyə minməsi müddə-

tindən bir il keçəndən sonra qüvvəyə minəcəkdir.  

Bəzi məqamlarda normativ hüquqi aktın qüvvəyə minmə müddəti xüsusi rola malik olur. Belə ki, müəyyən 

hallarda mülki qanunvericiliyin iyerarxiya sistemində eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar 

arasında kolliziya (latınca collisio - toqquşma), ziddiyyət yaranır. Sual olunur: müvafiq münasibətə hansı nor-

mativ akt tətbiq olunacaqdır? Göstərilən vəziyyətdə həmin münasibəti qaydaya salmaq üçün daha sonra qüvvə-

yə minmiş normativ aktdan istifadə edilir.  

Mülki qanunvericilik aktının qüvvəyə minməsinin ikinci yolu aktın özündə və ya bu aktın qüvvəyə min-

məsinə dair digər xüsusi aktda göstərildiyi vaxtdan onun qüvvəyə minməsi yoludur. Normativ aktlar (qa-

nunlar, prezident fərmanları, hökumət qərarları və s.) bəzi hallarda bu aktların özündə göstərildiyi andan qüvvə-

yə minir. Özündə bir sıra mülki (mülkiyyət) hüquq normaları əks etdirən «Azərbaycan Sovet Sosialist Respub-

likasının suverenliyi haqqında» 23 sentyabr 1989-cu il tarixli qanunun özündə bu qanunun 1989-cu il sentyab-

rın 25-dən qüvvəyə minməsi göstərilir. Konstitusiya Məhkəməsinin normativ aktların bir-birinə uyüunluüu ba-

rədə (Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutul-

muş hallarda) qəbul etdiyi qərarlar həmin qərarların özündə göstərilən vaxtdan qüvvəyə minir.  

Mülki qanunvericilik aktı bu aktın qüvvəyə minməsinə dair digər xüsusi aktda göstərildiyi vaxtdan da qüv-

vəyə minə bilər. Məsələn, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və 

bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 28 dekabr 1999-cu il tarixli qanun Mülki Məcəllənin 

qüvvəyə minməsi vaxtını müəyyən edir. Normativ aktın qüvvəyə minmə müddəti Milli Məclisin qərarında da 

göstərilə  bilər.  Məsələn,  «Sahibkarlıq  fəaliyyəti  haqqında»  qanunun  qüvvəyə  minməsi  barədə  Milli  Məclisin 

qərarında həmin qanunun 1993-cü ilin yanvarın 1-dən qüvvəyə minməsi müəyyən edilir.  

Elə hallar da olur ki, xüsusi aktda normativ aktın qüvvəyə minməsinin konkret müddəti göstərilmir. Norma-

tiv aktın qüvvəyə minmə müddəti onun dərc olunması anı ilə əlaqələndirilir. Məsələn, «Meşə Məcəlləsinin təs-

diq edilməsi haqqında» 30 dekabr 1997-ci il tarixli qanunda, «Su Məcəlləsinin təsdiq edilməsi haqqında» 26 de-

kabr  1997-ci  il  tarixli  qanunda  həmin  məcəllələrin  dərc  edildiyi  gündən  qüvvəyə  minməsi  müəyyənləşdirilir. 

Bəzən  də  normativ  aktın  özündə  onun  imzalandığı  gündən  qüvvəyə  minməsi  göstərilir.  Məsələn,  «Icarəyə 

verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» 6 sentyabr 1997-ci il tarixli prezi-

dent fərmanında nəzərdə tutulur ki, bu fərman imzalandığı gündən qüvvəyə minir.  

Elə aktlar vardır ki, bu aktlar barədə dərhal məlumat vermək üçün onların mətninin təxirə salınmadan müva-

fiq və əlaqədar təşkilatlara göndərilməsi tələb olunur. Normativ aktın ifadə olunduüu mətnin həmin təşkilatlar 



tərəfindən alındığı an onun qüvvəyə mindiyi vaxt hesab ediləcəkdir, bir şərtlə ki, normativ aktda onun qüv-

vəyə minmə müddəti göstərilməsin. Kredit təşkilatlarının fəaliyyəti ilə əlaqədar Milli Bankın normativ aktları 

xüsusən bu qayda ilə qüvvəyə minir. Poçt və ya başqa rabitə vasitələri ilə həmin aktların mətni dərhal məlumat 

üçün kredit təşkilatlarına göndərilir. 

Mülki qanunvericiliyin zamana görə qüvvəsinin əhatə etdiyi ikinci məsələ normativ aktların qüvvədə olma 

müddətidir. Normativ aktların qüvvədə olma müddəti dedikdə, müvafiq münasibətlərə onların tətbiq olunma 

vaxtı başa düşülür. Bu elə bir müddətdir ki, həmin müddət ərzində normativ akt hüquqi əhəmiyyətə malik ol-

maqla icra edilir.  

Müddət kimi meyara görə mülki qanunvericilik aktlarını iki  yerə bölmək olar: müvəqqəti normativ aktlar; 

müddətsiz normativ aktlar. Müvəqqəti normativ aktlar odur ki, bu aktlar yalnız müəyyən bir müddət ərzində 

qüvvədə  olur.  Normativ  aktda  onun  qüvvədə  olma  müddəti  göstərilir.  Bu  müddət  başa  çatan  kimi  avtomatik 

olaraq normativ akt qüvvədən düşür. Belə hallarda onun qüvvəsini itirməsi barədə hər hansı bir xüsusi akt 



verilməsinə ehtiyac yoxdur. Bununla belə, əgər zərurət olarsa, müvəqqəti normativ aktın qüvvədə olma müd-

dəti uzadıla və ya ona müddətsiz xarakter verilə bilər. Bu cür halda normativ akt qəbul etmiş orqan xüsusi akt 

qəbul edir. Xüsusi aktı normativ aktın qüvvədə olma müddəti başa çatanadək qəbul etmək lazımdır. Müvəqqəti 

normativ aktlara «Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında» 7 yanvar 1993-

cü il tarixli qanunu, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanunu, habelə 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə