Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə38/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   34   35   36   37   38   39   40   41   ...   490

 

43 


«Azərbaycan Respublikasında 1995-98-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» ki-

mi qanunları misal göstərmək olar. Bu qanunların məna və mahiyyətindən onların müvəqqəti qanunlar olması 

irəli gəlir.  

Müddətsiz normativ aktlar odur ki, bu aktlarda onların hansı müddətə qüvvədə olması göstərilmir. Əgər 

normativ  hüquqi  aktın  özündə  ayrı  qayda  müəyyənləşdirilməyibsə,  onda  həmin  akt  müddətsiz  qüvvədə  olur. 

Normativ  aktların  çoxu  müddətsiz  normativ  aktlardır.  Bu  cür  aktlara  Mülki  Məcəlləni,  «Sığorta  haqqında», 

«Qiymətli kaüızlar haqqında» və s. qanunları misal çəkmək olar.  

Mülki  qanunvericiliyin  zamana  görə  qüvvəsinin  əhatə  etdiyi  üçüncü  məsələ  normativ  aktların  öz  hüquqi 

qüvvəsini itirməsidir. Normativ hüquqi aktların qüvvəsini itirməsi dedikdə, bu aktların fəaliyyət göstərmələ-

rinə xitam verilməsi, onların ləğv edilməsi və qüvvədən düşməsi başa düşülür. Normativ aktlar qüvvədən düş-

dükdən sonra bir daha öz tənzimləyici rolunu yerinə yetirmir və müvafiq münasibətlərə tətbiq olunmur.  

Mülki  qanunvericilik  aktları  müxtəlif  üsullar  əsasında  öz  qüvvələrini  itirir.  Üsullar  dedikdə,  mülki 

qanunvericilik  aktlarının  qüvvədən  düşməsinə  dəlalət  edən  hüquqi  faktlar  başa  düşülür.  Bu  üsullara  mülki 



qanunvericilik aktlarının qüvvəsinə xitam verilməsi əsasları da deyilir. 

Müddətin başa çatması mülki qanunvericilik aktlarının öz qüvvəsini itirməsinə əsas olan birinci üsuldur. 

Bu  üsulla  yalnız  müvəqqəti  normativ  aktların  hüquqi  qüvvəsinə  xitam  verilə  bilər.  Belə  ki,  müvəqqəti  aktın 

qüvvədə olma müddəti qurtarır və başa çatır. Bununla da o, qüvvədən düşmüş hesab edilir. Müddətsiz aktların 

bu  üsulla  ləğv  edilməsi  istisna  edilir.  Ixtiyarı  çatan  orqanın  qəbul  etdiyi  xüsusi  akt  normativ  aktların  öz 

qüvvəsini itirməsinə dəlalət edən ikinci üsuldur. Ixtiyarı çatan orqan dedikdə, normativ aktı qəbul etmiş və ya 

qanunla müəyyən edilmiş qaydada müvafiq səlahiyyət almış orqan başa düşülür. Həmin orqan tərəfindən nor-

mativ aktın qüvvədən düşməsi barədə xüsusi akt qəbul edilir. Bununla akt öz hüquqi qüvvəsini itirir.  

Yeni normativ aktın qəbul edilməsi normativ aktların öz qüvvəsini itirməsini şərtləndirən üçüncü üsuldur. 

Bu üsul eyni qrup münasibəti və eyni məsələni tənzim edən əvvəlki köhnə aktın yeni aktla faktiki olaraq əvəz 

edilməsini nəzərdə tutur. Əvvəlki aktın əsas müddəaları ilə yeni qəbul edilmiş aktın müəyyənləşdirdiyi qaydalar 

arasında ziddiyyət yaranır. Bu hal isə köhnə aktın tətbiq edilməsini istisna edir. Bununla həmin akt qüvvədən 

düşür. Məsələn, «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» 14 iyun 1996-cı il tarixli 

qanunun qüvvəyə minməsi ilə 1992-ci ildə qəbul edilmiş eyni adlı qanun, 16 yanvar 2004-cü ildə qəbul olun-

muş «Banklar haqqında» qanunun qüvvəyə minməsi ilə əlaqədar 1996-jı il 14 iyun tarixli «Azərbaycan Respub-

likasında banklar və bank fəaliyyəti haqqında qanun», «Girov haqqında» 3 iyul 1998-ci il tarixli qanunun qüv-

vəyə minməsi ilə 1994-cü ildə qəbul edilmiş eyni adlı qanun, «Sığorta haqqında» 25 iyun 1999-cu il tarixli qa-

nunun qüvvəyə minməsi ilə 1993-cü il tarixli «Sığorta haqqında» qanun və s. öz qüvvəsini itirmişdir.  



Beynəlxalq müqavilələrin qüvvəyə minməsi normativ aktların qüvvədən düşməsinə dəlalət edən dördüncü 

üsuldur.  Söhbət  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  hüquqi  aktlardan  (müqavilə,  saziş, 

konvensiya, pakt, protokol və s.) gedir. Bu aktlar dövlətlərarası müqavilələrdir. Həmin müqavilələr mülki hü-

quqla tənzimlənən münasibətlərə birbaşa tətbiq edilir. Bəzi hallarda isə onlar birbaşa yox, dövlətdaxili normativ 

aktın qəbul edilməsi (implementasiya) ilə tətbiq olunur.  

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə mülki qanunvericilik aktları arasında 

ziddiyyət  yarana  bilər.  Belə  ki,  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulan  qaydaların  mülki  qanunvericilikdə 

ifadə  olunan  normalardan  fərqlənməsi  hallarına  rast  gəlmək  olar.  Bu  cür  ziddiyyətli  məqamlarda  beynəlxalq 

müqavilənin normaları tətbiq edilir. Ona görə ki, mülki qanunvericilik aktlarına münasibətdə beynəlxalq müqa-

vilələr üstün qüvvəyə malikdir (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla). Bununla nor-

mativ akt və ya aktın hissəsi öz qüvvəsini itirir.  

Konstitusiya Məhkəməsinin qərarı mülki qanunvericilik aktlarının qüvvədən düşməsinə əsas olan beşinci 

üsuldur. Belə ki, əsas məqsədi Konstitusiyanın aliliyini təmin etməkdən ibarət olan bu orqan qanunvericilik sis-

teminə  daxil  olan  aşaüı  qüvvəli  aktların  daha  yüksək  qüvvəli  aktlara  uyüun  gəlib-gəlməməsi  məsələsini  həll 

edərək müvafiq qərar qəbul edir. Bu qərar uyüun gəlməyən və ziddiyyət təşkil edən normativ hüquqi aktın qüv-

vəsinə xitam verilməsi üçün əsasdır. Həmin akt qərarda müəyyən edilən müddətdə qüvvədən düşür. 

4. Mülki qanunvericiliyin məkana görə qüvvəsi  

Azərbaycan Respublikasının hüquqyaratma orqanlarının qəbul etdikləri normativ aktlar hansı məkanda qüv-

vəyə malikdir? Bu aktların qüvvəsi məkan kateqoriyası ilə məhdudlaşırmı? Onların təsiri yarandığı Azərbaycan 

Respublikasının dövlət sərhədlərini aşıb keçirmi? Normativ aktların qüvvəsi Azərbaycan dövlətinin sərhədlərini 

tanıyırmı? Yerli dövlət hakimiyyət orqanının müəyyən inzibati-ərazi vahidinin ərazisində tətbiq olunmaq məq-

sədi ilə qəbul etdiyi normativ akt digər inzibati-ərazi vahidlərinin ərazisində qüvvəyə malikdirmi? Bu və ya di-

gər sullara cavab vermək üçün mülki qanunvericiliyin məkana görə qüvvəsi məsələsi olduqca vacib və mühüm 

rol oynayır. Bu məsələnin əsl mahiyyətini başa düşmədən həmin suallara cavab tapmaq son dərəcə zətin bir iş 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə