Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə46/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   42   43   44   45   46   47   48   49   ...   490

 

51 


tətbiq edilərsə, onda hüquq norması izah edilmir. Dediklərimiz onu sübut edir ki, hüquq normasının aydınlaşdı-

rılmasından sonra onun məzmununun izah edilməsi heç də həmişə lazım gəlmir. 

Izah etmə təfsir prosesinin elə bir elementidir ki, onun vasitəsilə hüquq normasında ifadə olunan dövlət ira-

dəsinin mənası, mahiyyəti müəyyənləşdirilir. O, xarici ifadə formasına, yəni obyektiv (maddi) formaya malik-

dir. ×ox vaxt izah etmə rəsmi sənədlərdə ifadə olunur.  

Beləliklə, mülki hüquq normalarının təfsiri dedikdə, hüquq normasında ifadə olunan mənanın, göstərişin də-

qiq olaraq müəyyən edilməsinə yönələn mürəkkəb iradəvi proses başa düşülür. Bu prosesin nəticələri maraqlı 

subyektlərin nəzərinə çatdırılmaqdan ötrü dərc oluna bilər.  

Mülki hüquq normalarının təfsir edilməsini şərtləndirən hallar müxtəlifdir. Ən birinci hal ondan ibarətdir ki, 

hüquq normaları düsturların, formulların, sözlərin, cümlələrin vasitəsi ilə ifadə olunur. Belə halda onların məna 

və əhəmiyyətini başa düşmək üçün əqli-təfəkkür fəaliyyətinə ehtiyac yaranır.  

kincisi, hüquqyaratma subyekti (qanunverici) dövlət iradəsini rəsmiləşdirmək üçün nisbətən qısa formullar-

dan istifadə edir. Belə halda, şübhəsiz ki, bu formulları açıqlamaq zərurəti yaranır. 

Üçüncüsü, hüquqi texnikanın üsul və vasitələri mükəmməl deyil. Söhbət hüquqi konstruksiyalardan, spesifik 

terminlərdən, istinad sistemindən gedir. Bir sıra hallarda bu vasitə və üsulların başlıca xüsusiyyətlərini müəy-

yənləşdirmək zərurəti yaranır. Belə halda hüququn təfsiri köməyə gəlir.  



Təfsirin  subyektləri  müxtəlifdir:  səlahiyyətli  dövlət  orqanları;  qeyri-dövlət  təşkilatları;  ictimai  təşkilatlar; 

ayrı-ayrı vətəndaşlar. Onlara interpretator deyilir. Təfsirin obyekti mülki qanunvericilik sisteminə daxil olan 

qanunlar və qanun qüvvəli aktlardır. Təfsirin predmeti isə hüquq yaradan orqanın normativ aktda ifadə olunan 

tarixi iradəsindən ibarətdir.  



2. Mülki hüquq normalarının təfsirinin növləri 

Mülki hüquq normalarının təfsirini müxtəlif əsaslara görə ayrı-ayrı növlərə bölmək olar. Təfsir edən sub-



yektlərə görə onun iki növü fərqləndirilir: rəsmi təfsir; qeyri-rəsmi təfsir.  

Rəsmi təfsir odur ki, o, səlahiyyətli orqan tərəfindən verilir. Bu cür təfsir müvafiq hüquq normasını tətbiq 

edən şəxslər üçün məcburi xarakter daşıyır. O, hüquqi əhəmiyyətə malik olub, müəyyən hüquqi nəticə əmələ 

gətirir. Özü də bu cür təfsir hüquqtətbiqetmə praktikasında mülki hüquq normasının eyni cür başa düşülməsini 

və tətbiq olunmasını təmin edir. Rəsmi təfsir öz ifadəsini xüsusi aktda (sənəddə) tapır. 

Rəsmi təfsirin özünün iki növü vardır: normativ (ümumi) təfsir; kazual (fərdi) təfsir. Normativ təfsir odur 

ki, bu cür təfsir ümumi məcburi xarakterə malik olub, qeyri-məhdud saylı hallara aid edilir və geniş dairəli sub-

yektlərə şamil olunur. Özü də rəsmi təfsir yeni hüquq norması yaratmaüa səbəb olmur.  

Normativ təfsir özü iki cür olur: autentik (müəllif) təfsir; leqal (icazə verilmiş) təfsir. Autentik (müəllif) təf-



sir odur ki, bu cür təfsiri hüquq normasını qəbul edən orqan (hüquqyaratma orqanı) verir. Autenik təfsirin sub-

yekti rolunda Milli Məclis, prezident, Nazirlər Kabineti və s. çıxış edə bilər. Məsələn, Milli Məclis özünün qə-

bul etdiyi Mülki Məcəlləni təfsir edərsə, buna autentik (müəllif) təfsir deyilir. Prezidentin öz verdiyi fərmanı 

izah etməsi də bu cür təfsirə misal ola bilər.  

Təfsir etməyə ixtiyarı olmayan, amma bu məqsədlə müvafiq orqanlardan icazə almış orqanın etdiyi təfsirə 

leqal təfsir deyilir. Ali Məhkəmənin qanunları təfsir etməyə ixtiyarı çatmır. Amma bu ali məhkəmə orqanına 

icazə verilmişdir ki, o, qanunvericiliyin tətbiqi məsələlərinə dair məhkəmələrə rəhbər izahatlar versin. Bu, leqal 

təfsirdir. Deməli, leqal təfsir normanı qəbul etməyən orqanın verdiyi izahatdır. Belə halda həmin orqanın rəsmi 

təfsir etmək üçün xüsusi səlahiyyəti olmalıdır.  

Rəsmi təfsirin ikinci növü kazual təfsir adlanır. Kazual təfsir dedikdə, səlahiyyətli orqanın konkret hüquqi 

işlə bağlı olaraq hüquq normasının məzmununu izah etməsi başa düşülür. Bu cür təfsir həmin konkret iş üçün 

məcburidir. Onun başqa işlərin həlli zamanı əhəmiyyəti yoxdur. Kazual təfsir ümumməcburi xarakter daşımır. 

Bu təfsirin əsas məqsədi, müəyyən konkret hadisənin (halın) dözgün həll edilməsindən ibarətdir. Yalnız konkret 

hadisəyə aid edildiyinə görə o, kazual (latınca casus - hadisə) təfsir adlanır.  

Məcburi hüquqi əhəmiyyətə malik olmayan, rəsmi xarakter daşımayan təfsirə qeyri-rəsmi təfsir deyilir. Bu 

cür təfsiri rəsmi statusu olmayan subyektlər verir. Qeyri-rəsmi təfsirin subyekti rolunda elmi idarələr, tədris mü-

ə

ssisələri, ictimai təşkilatlar, alimlər, mütəxəssislər, habelə praktiki işçilər çıxış edirlər. Rəsmi təfsirdən fərqli 



olaraq qeyri-rəsmi təfsirin məcburi hüquqi qüvvəsi yoxdur. Lakin buna baxmayaraq, onun mülki hüquq norma-

sının təjrübədə dözgün tətbiq edilməsində mühüm əhəmiyyəti vardır. Qeyri-rəsmi təfsir mülki qanunvericiliyin 

mənasının dərin və hərtərəfli başa düşülməsinə kömək edir.  

Qeyri-rəsmi təfsir əsasən tövsiyə və məsləhət kimi formalarda ifadə olunur. Bu formalar hakimiyyət göstə-

rişlərindən məhrum olub, məcburi hüquqi qüvvəyə malik deyil. Qeyri-rəsmi təfsir şifahi formada da ifadə oluna 

bilər. Məsələn, vəkilin, prokurorun vətəndaşları qəbul etdikləri zaman mülki hüquq normasının mənasını izah 

etməsi və s.  



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə