Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə45/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   41   42   43   44   45   46   47   48   ...   490

 

50 


maları vardır.  

Məcəllələşdirmənin üç növü fərqləndirilir: ümumi məcəllələşdirmə; sahəvi məcəllələşdirmə; xüsusi məcəllə-

ləşdirmə.  Əsas  qanunvericilik  sahələri  özrə  toplu  halında  məcəllələşdirilmiş  aktın  yaradılmasına  ümumi 

məcəllələşdirmə deyilir. Müəyyən bir hüquq sahəsinə aid olan bütün hüquq norma və institutlarını əhatə edən 

və birləşdirən məcəllələşdirməyə sahəvi məcəllələşdirmə deyilir. Mülki hüquqdakı məcəllələşdirmə buna mi-

sal ola bilər.  

Mülki hüquq özrə sahəvi məcəllələşdirmə Mülki Məcəllənin qəbul edilməsində ifadə olunur. Mülki Məcəllə 

elə bir məcəllələşdirilmiş aktdır ki, o, özündə mülki hüququn predmetinə daxil olan cürbəcür ictimai münasibət-

ləri (mülkiyyət münasibətlərini, vərəsəlik münasibətlərini, müqavilə münasibətlərini və s.) tənzim edən müxtəlif 

norma və instituları birləşdirir. Tamlıq, bütövlük və sabitlik kimi cəhətlər bu akta xüsusi hüquqi qüvvə verir. 

Bütün cari mülki qanunvericilik MM-ə səmtlənir və ona tabedir 

MM bütün məcəllələşdirmə aktları kimi müəyyən sistem özrə qurulur. Onun quruluşunda ümumi hissə var-

dır. Bu hissə mülki hüququn xarakterini və məzmununu müəyyənləşdirən sahəvi (xüsusi) prinsipləri və ümumi 

müddəaları əks etdirir. Bu cəhət və xüsusiyyət  MM-ə imkan verir ki, o, normativ aktların ümumi sistemində 

ə

sas  və  mərkəzi  yer  tutsun.  Buna  görə  də  MM  mülki  hüququn  başlıca  və  mühüm  mənbəyi  hesab  olunur.  O, 



mülki qanunvericilik aktlarının əsasıdır. Dediklərimizdən belə bir dözgün nəticə çıxarmaq olar: Konstitusiya-

dan  və  referendumla  qəbul  olunmuş  qanunlardan  başqa,  Mülki  Məcəllə  bütün  digər  normativ  aktlara 

münasibətdə  daha  yüksək  hüquqi  qüvvəyə  malikdir.  Əgər  onlar  arasında  ziddiyyət  olarsa,  onda  müvafiq 

münasibətə MM-in qaydaları tətbiq edilir.  



Xüsusi məcəllələşdirmə odur ki, o, müəyyən yarımsahənin, hüquq institutunun və ya bir neçə hüquq institu-

tunun normalarını birləşdirir. Söhbət ictimai münasibətlərin nisbətən məhdud qrupunu tənzimləyən hüquq nor-

malarının sistemləşdirilməsindən gedir. Mülki hüquqda xüsusi məcəllələşdirmə qanun, o cümlədən məcəllə for-

masında  qanun  qəbul  edilməsində  ifadə  olunur.  Məsələn, xüsusi  məcəllələşdirməyə  Ailə  Məcəlləsini,  Ticarət 

Gəmiçiliyi Məcəlləsi, beynəlxalq xüsusi hüquq, müəlliflik hüququ, patent, aviasiya və digər məsələlər barədə 

qanunları misal göstərmək olar. 



§ 7. Mülki hüquq normalarının təfsiri 

1. Mülki hüquq normalarının təfsiri anlayışı  

Mülki hüquq normalarının təfsiri hüquqtətbiqetmə prosesinin vacib və zəruri elementidir. Bu və ya digər hü-

quq normasını tətbiq etməmişdən əvvəl onun əsl və həqiqi mənasını başa düşmək, aydınlaşdırmaq, bəzi hallarda 

isə izah etmək lazımdır. Mülki hüquq normalarının təfsiri dedikdə, müxtəlif subyektlərin bu normaların 

ə

sl mənasının, həqiqi məzmununun aydınlaşdırılmasına və izah edilməsinə yönələəqli (intellektual) fəa-

liyyəti başa düşülür. Təfsir nəticəsində mülki hüquq normalarının başlıca və əsas xüsusiyyətləri elmi baxım-

dan aydınlaşdırılır, bu normalarda ifadə olunan dövlət iradəsinin mahiyyəti izah olunur.  

Ə

dəbiyyatda hüququn təfsiri anlayışına münasibət birmənalı deyil. Belə ki, ona üç müxtəlif mövqedən yana-



ş

ılır. Bir qrup müəlliflər belə hesab edirlər ki, hüququn təfsiri yalnız aydınlaşdırma mənasını ifadə edir. Digər 

qrup müəlliflər göstərirlər ki, hüququn təfsiri dedikdə, hüquq normalarının məzmununun izah edilməsi başa dü-

ş

ülür. Üçüncü qrup alimlərin fikrincə, hüququn təfsiri dedikdə, hüquq normalarının mənasının həm aydınlaşdı-



rılması, həm də izah edilməsi başa düşülür. Bizim zənnimizcə, üçüncü qrup müəlliflərin mövqeyi həqiqətə daha 

yaxındır. 

Hüququn təfsiri müxtəlif subyektlərin mürəkkəb və çoxtərəfli fəaliyyətidir. O, müəyyən bir əqli prosesdir. 

Bu prosesin özü iki elementdən ibarətdir: aydınlaşdırma (başa salma); izah etmə. Bu elementlər bir-biri ilə dia-

lektik qarşılıqlı əlaqədədir.  

Təfsir prosesinin birinci elementi aydınlaşdırma adlanır. O, təfsir subyektinin özü üçün və öz daxilində ay-

dınlaşdırmadır.  Belə  ki,  təfsir  subyekti  əvvəlcə  mülki  hüquq  normasının  məzmununu  izah  edir,  bu  normanın 

necə qüvvədə olmasını və fəaliyyət göstərməsini müəyyənləşdirir. Aydınlaşdırma daxili əqli-təfəkkür prosesi-

dir. Özü də o, təfsir subyektinin özünə yönəlir, münasibətlərin digər iştirakçılarına isə ünvanlanmır. Buna görə 

də aydınlaşdırmanın xarici ifadə formaları yoxdur. Hüquq normasının mənası həmişə və bütün hallarda aydın-

laşdırılır.  

Izah etmə təfsir prosesinin ikinci elementidir. Təfsir subyekti özü üçün hüquq normasının məzmununu ay-

dınlaşdırdıqdan sonra bu normanın eyni cür başa düşülməsi və tətbiq olunması üçün onun mənasını və məzmu-

nunu bütün maraqlı şəxslərə aydınlaşdırır. Deməli, mülki hüquq normasının aydınlaşdırılmasından sonra onun 

məzmununun izah edilməsi gəlir. Belə ki, çox vaxt aydınlaşdırma prosesində normanın məzmununun özü aydın 

olmur. Onun hərfi ifadəsi qeyri-dəqiq olur, yaxud təcrübədə dözgün tətbiq olunmur. Belə halda hüquq norması-

nın həqiqi mənasının əlavə olaraq müəyyənləşdirilməsi — izah edilməsi zərurətə çevrilir və tələb olunur. Əgər 

aydınlaşdırma prosesində normanın özü aydın olarsa, onun hərfi ifadəsi dəqiq olarsa və  ya təcrübədə dözgün 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə