Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə53/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   49   50   51   52   53   54   55   56   ...   490

 

60 


 mülki hüquq münasibətinin hüquqi məzmunu. 



Mülki  hüquq  münasibətinin  maddi  məzmunu  dedikdə,  bu  münasibətin  ifadə  etdiyi  real,  yəni  faktiki 

ictimai münasibətin özü başa düşülür. Ona faktiki məzmun da deyilir. Məsələn, yuxarıda misal çəkdiyimiz al-

qı-satqı hüquq münasibətində alqı-satqı münasibəti (alıcı ilə satıcı arasında əmələ gələn münasibət) həmin mü-

nasibətin maddi və ya faktiki məzmununu təşkil edir. Daşıma hüquq münasibətində daşıyıcı ilə yük göndərən 

arasında  əmələ  gələn  real-faktiki  ictimai  münasibət  onun  maddi  məzmunu  deməkdir.  Bu  münasibətlər  hüquqi 

cəhətdən rəsmiləşdiriləndə, ona mülki hüquq normaları vasitəsi ilə hüquqi forma veriləndə itmir. Axı, o, fəlsəfi 

planda məzmundur. Bu münasibətlər yalnız müəyyən hüquqi forma alır, yəni hüquqi formada təzahür edir, ifadə 

olunur.  



Mülki hüquq münasibətinin ideoloæi məzmunu dedikdə, iradəvi məzmun başa düşülür. Dövlətin və sub-

yektlərin iradələri mülki hüquq münasibətinin iradəvi məzmununu təşkil edir. Bildiyimiz kimi, dövlət iradəsi 

hüquq normalarında ifadə olunur. Bu normalar onların müəyyənləşdirdiyi hüquq münasibətləri vasitəsi ilə hə-

yata keçirilir. Həmin münasibətlər də, söz yox ki, dövlət iradəsini əks etdirir.  kinci tərəfdən, hüquq münasibət-

lərində bu münasibətlərdə iştirak edən subyektlərin fərdi, şəxsi iradəsi də ifadə olunur.  

Mülki hüquq münasibətinin ideoloæi məzmunu onunla şərtlənir ki, o, ideoloæi münasibətdir. Ideoloæi mü-

nasibət isə həmişə iradəvi xarakterə malikdir.  

Mülki hüquq münasibətinin hüquqi məzmunu dedikdə, bu münasibətin yaranmasına dəlalət edən mülki 

hüquq və vəzifələr başa düşülür. Məsələn, götürək elə borc hüquq münasibətini. Burada borc verən borcun qay-

tarılmasını tələb etmək hüququna malikdir. Borc alan isə aldığı borcu vaxtında qaytarmaq kimi vəzifə daşıyır. 

Borc verənin hüququ və borc alanın vəzifəsi borc hüquq münasibətinin hüquqi məzmununu təşkil edir. Daşıma 

hüquq münasibətində daşıyıcının yükün daşınmasına görə daşıma haqqı almaq hüququ vardır. O, həm də yükü 

vaxtında təyinat yerinə çatdırmaq vəzifəsi daşıyır. Yük göndərən isə yükün təyinat məntəqəsinə çatdırılmasını 

tələb  etmək  hüququna  malikdir.  Onun  həm  də  daşıma  haqqını  ödəmək  kimi  vəzifəsi  vardır.  Daşıyıcı  və  yük 

göndərənin hüquq və vəzifələri daşıma hüquq münasibətinin hüquqi məzmununu təşkil edir.  

Mülki hüquq elmini, təbii ki, mülki hüquq münasibətinin hüquqi məzmunu maraqlandırır. Ona görə ki, mül-

ki  hüquq  münasibətlərinin  məzmununu  təşkil  edən  mülki  hüquq  və  vəzifələr  bu  münasibətlərdə  iştirak  edən 

subyektləri bir-biri ilə bağlayır və onlar arasında əlaqə  yaradır. Ona görə ki, həmin hüquq və vəzifələr mülki 

hüquq normaları ilə tənzimlənir.  

Mülki hüquq münasibətinin hüquqi məzmunu müəyyən struktura malikdir. Mülki hüquq münasibətinin hü-

quqi məzmununun strukturu (quruluşu) dedikdə, bu məzmunun hansı elementlərdən ibarət olması və həmin 

elementlər arasında əlaqənin necə qurulması başa düşülür. O, iki elementdən ibarətdir:  

 subyektiv hüquqdan;  



 hüquqi vəzifədən. 

Bax, bu iki element mülki hüquq münasibətinin hüquqi məzmununu yaradır. Mülki hüquq münasibətində iş-

tirak edən subyektlərdən biri hüquqa malikdir, digər tərəfin özərinə isə müəyyən vəzifə düşür. Özü də bir tərə-

fin müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququ digər tərəfin bu hərəkətləri etmək vəzifəsinə uyüundur. 

Hüquq  vardırsa,  onda  hökmən  ona  uyüun  gələn vəzifə  də  vardır  və  ya  əksinə,  harada  ki  vəzifə  vardır,  orada 

mütləq həmin vəzifəyə uyüun gələn hüquq da yaranır. Ona görə ki, «hüquqlarsız vəzifələr olmadığı kimi, vəzi-

fələrsiz də hüquqlar yoxdur» (K.Marks). Məsələn, vətəndaş öz qonşusunun ot tayasını yandırır. Bununla onlar 

arasında mülki hüquq münasibəti yaranır. Bu, ziyan vurmaq nəticəsində əmələ gələn öhdəlik (hüquq münasibə-

ti), yəni delikt öhdəliyi adlanır. Bu hüquq münasibətinə görə, vətəndaşın (zərərvuranın) özərinə qonşusuna (zərər-

çəkənə) vurduüu zərərin əvəzini ödəmək vəzifəsi düşür. Bu münasibətin digər iştirakçısı olan qonşu isə hüquqa 

malikdir. Belə ki, qonşunun ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Onun bu hü-

ququna digər tərəfin daşıdığı vəzifə uyüun gəlir.  

Mülki hüquq münasibətinin obyekti odur ki, məhz onun barəsində həmin münasibət yaranır. Məhz obyekt 

barəsində və haqqında mülki hüququn subyektləri bir-biri ilə hüquq münasibətinə girirlər. Obyekt və subyekt 

— bunlar cüt kateqoriyalardır. 

Hər bir mülki hüquq münasibətinin özünəməxsus obyekti vardır. Başqa sözlə desək, hər bir obyektə müəy-

yən  növ  mülki  hüquq  münasibəti  uyüundur.  Məsələn,  mülkiyyət  hüquq  münasibətlərinin  obyekti  əşyalardan 

ibarətdir. Mülki hüquq münasibətinin digər növü olan öhdəlik hüquq münasibətlərində obyekt rolunda subyek-

tin hərəkəti çıxış edir. Bunlar onu göstərir ki, mülki hüquq münasibətlərinin obyektləri çoxnövlüdür.  

Obyektsiz  mülki  hüquq  münasibəti  ola  bilməz.  Əgər  obyekt  yoxdursa,  onda  mülki  hüquq  münasibətinin 

müvcudluüundan söhbət gedə bilməz. Ona görə ki, obyekt mülki hüquq münasibətinin strukturuna (quruluşuna) 

daxil olan elementlərdən biridir.  

Hüquq və vəzifələr kimi elementlər yalnız hüquq münasibətləri üçün xarakterikdir. Digər ictimai münasibət-



 

61 


lərə bu cür elementlər yaddır. Məhz həmin elementlər hüquq münasibətlərinə xüsusi xarakter verir.  

3. Mülki hüquq münasibətlərinin xüsusiyyətləri  

Mülki hüquq münasibəti hüquq münasibətinin bir növüdür. Ona görə də hüquq münasibətinin əsas cəhətləri 

mülki hüquq münasibətinə də şamil edilir. Bununla belə, mülki hüquq münasibəti özünəməxsus spesifik xüsu-

siyyət və əlamətlərə malikdir. Bu xüsusiyyət və əlamətlər onu hüquq münasibətinin digər növlərindən fərqlən-

dirməyə imkan verir. Onlar mülki hüququn özünün xarakterik xüsusiyyətləri ilə şərtlənir.  

 Mülki  hüquq  münasibətlərinin  ən  birinci  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bu  münasibətlərdə  iştirak  edən 



subyektlər  hüquq  bərabərliyinə  malikdirlər.  Bu  subyektlər  arasında  hakimiyyət-tabeçilik,  inzibati-asılılıq 

münasibətləri yoxdur. Onlar həm əmlak, həm də təşkilati cəhətdən bir-birindən ayrılmışdırlar. Bu hal mülki hü-

quq münasibəti iştirakçılarının müstəqil olmalarına, bir-birindən asılı olmamalarına dəlalət edir. Məsələn, alqı-

satqı, podrat, daşıma, sığorta, borc, kredit, icarə, kirayə və digər hüquq münasibətlərində iştirak edən subyektlər 

hüquq bərabərliyinə malik olub, müstəqildirlər, bir-birindən asılı deyillər, iradə sərbəstliyinə malikdirlər. Onlar 

arasında subordinasiya (tabeçilik) münasibətləri müvcud deyil.  

Özü də mülki hüquq münasibəti iştirakçılarından birinin vəzifə daşıması onun digər tərəfə tabe olmasını ifa-

də etmir. Bu vəzifə digər tərəfin malik olduüu konkret hüquqa (müəyyən hərəkətin edilməsini tələb etmək hü-

ququna) uyüun gəlir. Məsələn, alqı-satqı hüquq münasibətində alıcının vəzifəsi aldığı əşyanın qiymətini ödə-

məkdən ibarətdir. Bu vəzifə satıcının əşyanın pulunun ödənilməsini tələb etmək hüququna uyüundur. Deməli, 

vəzifə daşımaq tabeçiliyi ifadə etmir. O, hüquqla birlikdə mülki hüquq münasibətlərinə girən subyektləri bir-bi-

ri ilə əlaqələndirir, bağlayır.  

Mülki  hüquq  münasibətlərinin  ikinci  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bu  münasibətlərdə  iştirak  edən  sub-

yektlərin əhatə dairəsi həddən ziyadə genişdir. Biz burada hüququn mümkün olan bütün subyektlərinin işti-

rak etməsinə rast gəlirik. Mülki hüquq münasibətlərində müxtəlif kateqoriya subyektlər — Azərbaycan Respub-

likasının vətəndaşları, xarici ölkə vətəndaşları, vətəndaşlıüı olmayan şəxslər, firmalar, müəssisələr, təşkilatlar, 

idarələr, müxtəlif təsərrüfat subyektləri, dövlət, bələdiyyələr və s. çıxış edirlər. Demək olar ki, digər növ hüquq 

münasibətlərində iştirak edən subyektlərin əhatə dairəsi bu subyektlərin əhatə dairəsindən geniş və çoxsaylı ola 

bilməz. Aydın bir həqiqətdir ki, mülki hüquq münasibətlərində son dərəcə zəngin, olduqca rəngarəng, kifayət 

qədər çoxsaylı və müxtəlif subyekt kateqoriyası çıxış edir.  

Mülki hüquq münasibətlərinin üçüncü xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlərdə obyekt rolunda 



çıxış edən nemətlərin sayı kifayət qədər çoxdur. Bu münasibətlər obyektlərin çoxsaylı olması ilə xarakterizə 

olunur. Biz maddi nemətlərin, əşyaların, pulun, qiymətli kaüızların, işlərin, xidmətlərin, əqli mülkiyyət obyekt-

lərinin (yaradıcılıq fəaliyyətinin nəticələrinin), informasiyasının mülki hüquq münasibətinin obyektləri olması-

nın tez-tez şahidi oluruq. Heç bir digər hüquq münasibətinin obyektləri bu qədər çoxsaylı ola bilməz.  

Mülki hüquq münasibətlərinin dördüncü xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlərin həyata keçiril-

məsi üçün hüquqi təminat kimi əmlak xarakterli mülki-hüquqi sanksiyalar müəyyənləşdirilir və nəzərdə 



tutulur. Söhbət mülki-hüquqi sanksiyaların müdafiə tədbirləri və məsuliyyət tədbirləri kimi iki növündən gedir. 

Xüsusən məsuliyyət tədbirləri geniş səviyyədə tətbiq edilir. Zərərin əvəzinin ödənilməsi və dəbbə pulu (cərimə, 

penya) alınması mülki hüquq münasibətlərinin həyata keçirilməsində mühüm rol oynayır. Məsələn, daşıma, ica-

rə, kredit, podrat və digər hüquq münasibətlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tərəflər müqa-

vilədə dəbbə pulu (cərimə, penya) alınması barədə razılıüa gələ bilərlər. Özü də mülki-hüquqi məsuliyyət təd-

birləri  üçün  kompensasiya  və  bərpa  etmək  kimi  iki  funksiya  xarakterikdir.  Onlar  mülki-hüquqi  məsuliyyətin 

ə

sas və başlıca funksiyalarıdır.  



Mülki hüquq münasibətlərinin beşinci xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlər qanunvericilikdə nə-

zərdə tutulmayan, lakin qanunvericiliyə zidd olmayan müqavilələrdən və digəəqdlərdən də yarana bi-

lər (MM-in 14-cü maddəsi). Mülki hüquq münasibətləri əsasən mülki-hüquqi müqavilələrdən əmələ gəlir ki, bu 

müqavilələrin hüquqi parametrləri MM-də göstərilmişdir. Bu münasibətlərin MM-də və digər mülki qanunveri-

cilik aktlarında nəzərdə tutulmayan müqavilələr əsasında yaranması istisna edilmir. Məsələn, bizim mülki qa-

nunvericilik xidmət (məsələn, vəkil xidməti, həkim xidməti, audit xidməti, məsləhət xidməti və s.) göstərilməsi 

özrə müqavilə növü tanımır. Amma buna baxmayaraq, həmin müqavilənin bağlanması mümkündür. Bu müqa-

vilədən əmələ gələn hüquq münasibətlərinin əhəmiyyəti olacaqdır.  

Mülki hüquq münasibətlərinin altıncı xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlər analogiya əsasında 

da yarana bilər. Söhbət hüququn analogiyasından və qanunun analogiyasından gedir.  

Mülki hüquq münasibətlərinin yeddinci xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlərdə iştirak edən sub-

yektlər vəsiyyət sərəncamı  etmək ixtiyarına malikdirlər.  Belə ki, mülkiyyət hüquq münasibətinin subyekti 

olan şəxs öz əmlakını istənilən şəxsə vəsiyyət edə bilər. Digər hər hansı bir hüquq sahəsi öz subyektlərinə bu 

cür imkan vermir.  



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə