Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə52/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   48   49   50   51   52   53   54   55   ...   490

 

59 


Dördüncüsü, hüquq münasibətləri həyata keçirilərkən dövlətin məcburetmə qüvvəsi ilə təmin edilir, la-

zım gəldikdə isə qorunur.  ctimai münasibətlərin digər növləri, adətən, bu xüsusiyyətlərdən məhrumdur. Şüb-

həsiz  ki,  dövlət  hüquq  münasibətlərinin  hamısını  qorumur  və  təmin  etmir.  Məsələn,  hüquq  pozuntularından 

ə

mələ gələn münasibətləri dövlət mühafizə etməkdə maraqlı deyil.  



Beləliklə, göstərilən əlamətlər birlikdə hüquq münasibətini ictimai münasibətin digər növlərindən ayırmaüa 

və fərqləndirməyə imkan verir. Bu əlamətlər nəticəsində müəyyən olunur ki, hüquq münasibətləri ictimai mü-



nasibətlərin xüsusi növüdür. Mülki hüquq münasibətləri isə hüquq münasibətlərinin bir növüdür. Ona görə də 

hüquq münasibətlərinin əlamətləri mülki hüquq münasibətlərinə şamil edilir.  



2. Mülki hüquq münasibətlərinin quruluşu  

Mülki hüquq münasibəti mürəkkəb kateqoriyadır. O, həddən ziyadə qəliz xarakterə malik olan hüquq hadisə-

sidir. Bu, onunla izah edilir ki, mülki hüquq münasibətləri iki mənada başa düşülür: 

 xüsusi ideoloæi münasibət mənasında; 



 mülki hüquq normaları ilə tənzimlənən faktiki-real ictimai münasibətin özü mənasında.  



Xüsusi ideoloæi münasibət mənasında mülki hüquq münasibəti dedikdə, mülki hüquq normaları ilə tən-

zimlənən faktiki-real ictimai münasibətin hüquqi forması başa düşülür. Bu baxımdan o, faktiki-real ictimai mü-

nasibətdən ayrılır və həmin münasibətlə yanaşı və bərabər müvcud olur. Fəlsəfi planda və aspektdə həmin fakti-

ki münasibət məzmun kimi çıxış edir. Xüsusi ideoloæi münasibət isə bu məzmunun təzahür forması, ifadə for-

ması kimi özünü göstərir. Axı məzmun forma vasitəsilə təzahür edir, ifadə olunur. Konkret misal göstərməklə 

bu məsələləri aydınlaşdırmaq olar. Məsələn, satıcı alıcıya televizor satır. Bu, alqı-satqı münasibətidir. Özü də 

faktiki-real ictimai münasibətdir. Bu, məzmundur. Satıcı ilə alıcı arasındakı faktiki münasibəti hüquqi cəhətdən 

rəsmiləşdirmək, yəni ona müəyyən hüquqi forma vermək üçün alqı-satqı müqaviləsi bağlanılır. Bax, bu müqa-

vilə məzmunun, yəni faktiki-real ictimai münasibətin (alqı-satqı münasibətinin) hüquqi formasıdır. Daha doüru-

su,  bu  müqavilə  (sənəd)  xüsusi  ideoloæi  münasibət  mənasında  mülki  hüquq  münasibətidir.  Alqı-satqı  hüquq 

münasibəti alqı-satqı müqaviləsi (sənəd) deməkdir.  

kinci mənada mülki hüquq münasibəti mülki hüquq normaları ilə tənzimlənən faktiki-real ictimai münasi-



bətin özü (yəni məzmun) deməkdir. Bu baxımdan o, maddi (iqtisadi) məzmunla hüquqi formanın vəhdətini və 

birliyini ifadə edir. Məsələn, yuxarıdakı misalda alqı-satqı hüquq münasibəti dedikdə, alqı-satqı münasibəti (maddi 

məzmun) ilə alqı-satqı müqaviləsinin (hüquqi formanın) vəhdəti başa düşülür. Biz mülki hüquq münasibətinə məhz 

bu nöqteyi-nəzərdən yanaşmalıyıq. Belə ki, dialektik materializm fəlsəfəsi məzmun və formanın dialektik vəhdətdə 

olmasını göstərir. Fəlsəfə öyrədir ki, «formasız məzmunun olması mümkün deyil» və əksinə, məzmunsuz forma tə-

səvvürolunmazdır. Forma «məzmunlu forma», «canlı, real məzmunun forması» olmalıdır. Ona görə də müasir sivi-

listika elmi və təcrübəsi hesab edir ki, mülki hüquq münasibətlərinə maddi məzmunla hüquqi formanın vəh-

dəti kimi baxmaq lazımdır. Hüquqi formaya (məsələn, yuxarıdakı misalda alqı-satqı müqaviləsinə) maddi (iqtisa-

di) məzmundan (yəni yuxarıdakı misalda alqı-satqı münasibətindən, faktiki-real ictimai münasibətdən) təcrid olun-

muş və ayrılmış halda yanaşmaq olmaz.  

Mürəkkəb kateqoriya olan mülki hüquq münasibətinin özünün müəyyən strukturu (quruluşu) vardır. Mülki 



hüquq münasibətinin strukturu (quruluşu) dedikdə, onun hansı elementlərdən ibarət olması başa düşülür. O, 

belə bir suala cavab verir: mülki hüquq münasibəti əsasən hansı elementlərdən təşkil olunmuşdur?  

Mülki hüquq münasibətləri, hər bir hüquq münasibəti kimi, quruluşca üç əsas və vacib elementdən ibarətdir: 

 mülki hüquq münasibətinin subyekt tərkibindən;  



 mülki hüquq münasibətinin məzmunundan; 

 mülki hüquq münasibətinin obyekt tərkibindən. 



Elementlər  mülki  hüquq  münasibətlərinin  əsl  mənada  hüquqi xarakteristikasını  müəyyənləşdirməyə  imkan 

verir. Onları təhlil etmək elə mülki hüquq münasibətini təhlil etmək deməkdir. Elementlər bu münasibətin ma-

hiyyətini dərk etməyə və başa düşməyə kömək edir.  

Mülki hüquq münasibətinin subyekt tərkibi dedikdə, bu münasibətlərdə iştirak edən şəxslərin məcmusu ba-

ş

a düşülür. Onlar subyektiv hüquqlara malik olub, hüquqi vəzifələr daşıyırlar. Hər bir mülki hüquq münasibətində 



ə

n azı iki şəxs (subyekt) iştirak edir. Bu münasibət də məhz onlar arasında əmələ gəlir. Əgər əlaqə ən azı iki şəxs 

(subyekt) arasında yaranmazsa, onda ictimai münasibətin, həmçinin bununla da hüquq münasibətinin əmələ gəl-

məsindən söhbət gedə bilməz. Məsələn, alqı-satqı hüquq münasibətində alıcı-satıcı, daşıma hüquq münasibətində 

daşıyıcı - yük göndərən, kirayə hüquq münasibətində kirayə verən - kirayəçi və s. həmin münasibətlərdə iştirak 

edən subyektlərdir.  

Mülki hüquq münasibətinin məzmunu çoxcəhətli anlayışdır. O, üç mənada işlədilir:  

 mülki hüquq münasibətinin maddi məzmunu; 



 mülki hüquq münasibətinin ideoloæi məzmunu; 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə