Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə51/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   47   48   49   50   51   52   53   54   ...   490

 

58 


quq normasının müvcudluüu hələ özlüyündə avtomatik olaraq hüquq münasibətinin meydana gəlməsinə və son-

ra isə fəaliyyət göstərməsinə dəlalət etmir. Bunun üçün vacibdir ki, tərəflərdən heç olmazsa biri, öz iradəsini 

ifadə etsin və bildirsin. K.Marksın fikrincə, forması müqavilə olan hüquq münasibətləri elə iradəvi münasibət-

lərdir ki, burada iqtisadi münasibətlər ifadə olunur. Dahi alim göstərirdi ki, əmtəələrin mübadiləsi özrə hüquq 

münasibətləri iradəvi akta əsaslanır. Bu cür münasibətlər iradəvi münasibətlərdir. Hegel iradəni hüququn çıxış 

nöqtəsi adlandırırdı. Engels belə hesab edirdi ki, insanı fəaliyyət göstərməyə vadar edən nə varsa, hamısı müt-

ləq onun beyninə düşür və iradəsinə təsir edir. O yazırdı ki, cəmiyyət tarixində düşüncəyə və şüura malik olan, 

qarşılarına müəyyən məqsəd qoyan, təfərrüatına qədər düşünən və ya ehtirasla hərəkət edən insanlar fəaliyyət 

göstərirlər. Burada dərk edilmədən, düşünülmədən və arzu olunmadan məqsədsiz heç nə edilmir. 

Yaranmamışdan əvvəl hüquq münasibətləri əvvəlcə tərəflərin şüurundan və iradəsindən keçir. Sonra tərəflə-

rin  iradəvi  aktı  nəticəsində  bu  münasibətlərin  əmələ  gəlməsinin  əsası  və  başlanüıcı  qoyulur.  Deməli,  hüquq 

münasibətləri şüurlu-iradəvi mahiyyətə malik olan hadisədir.  

Bir qayda olaraq, tərəflərin iradəsi hüquq münasibətinin  yaranması və həyata keçirilməsi prosesinin bütün 

mərhələlərində təzahür edir. Məsələn, alqı-satqı, podrat, daşıma, kirayə, icarə, borc, kredit və digər müqavilələr 

ə

sasında yaranan hüquq münasibətlərində tərəflərin iradəsi prosesin bütün mərhələlərində ifadə olunur.  ctimai 



münasibətlərin hərəkətini ifadə edən bu cür hüquq münasibətləri mübahisəsiz olaraq həmişə iradəvi münasibət-

lərdir. Burada tərəflərin iradəsi hüquq münasibətinin yaranmasından bu münasibətin həyata keçirilməsi başa ça-

tanadək bütün mərhələlərdə ifadə olunur.  

Amma elə hüquq münasibətləri vardır ki, burada tərəflərin iradəsi prosesin hüquq münasibətinin yaranması 

kimi  mərhələsində  təzahür  etmir.  Bu  cür  münasibətlər  tərəflərin  iradəsindən  asılı  olmadan  əmələ  gəlir.  Iradə 

yalnız hüquq münasibətlərinin həyata keçirilməsi və icrası mərhələsində ifadə olunur. Belə ki, tərəflərin iradələ-

rindən asılı olmadan əmələ  gələn qarşılıqlı hüquq və vəzifələr onların iradələri əsasında həyata  keçirilir, icra 

edilir.  ctimai münasibətlərin qorunmasını və möhkəmləndirilməsini ifadə edən hüquq münasibətləri bu cür mü-

nasibətlərə misal ola bilər. Məsələn, vətəndaş minik avtomobilini sürərkən öz qonşusunun əmlakını zədələyə-

rək, onu yararsız hala salır və zərər vurur. Bununla delikt öhdəliyi, yəni zərər vurmaq nəticəsində hüquq müna-

sibəti  yaranır.  Bu  münasibətə  görə  vətəndaş  (zərərvuran)  qonşunun  (zərərçəkənin)  əmlakına  vurduüu  zərərin 

ə

vəzini ödəyir. Prosesin bu mərhələsində, yəni zərərin əvəzini ödəmək vəzifəsinin icrası mərhələsində artıq ira-



də ifadə olunur. Belə ki, vətəndaş (zərərvuran) öz vəzifəsini başa düşərək icra edir. Baxmayaraq ki, burada pro-

sesin bütün mərhələlərində tərəflərin iradəsi ifadə olunmur, bu cür münasibətləri iradəvi münasibətlər hesab et-

mək olar. 

Üçüncüsü, hüquq münasibətləri konkret şəxslər arasında müvcud olan ikitərəfli (qarşılıqlı) münasibət-



lərdir. Onlar subyektsiz (şəxssiz) mücərrəd əlaqə deyildir. Istənilən hüquq münasibəti, heç olmazsa, iki subyekt 

arasında yaranır. Həmin münasibətlərdə tərəf rolunda çıxış edən subyektləri həmişə konkret olaraq müəyyən et-

mək mümkündür. Hətta belə onları adbaad çaüırmaq da olar. Məsələn, alqı-satqı hüquq münasibəti alıcı-satıcı, 

icarə hüquq münasibəti icarəyə verən - icarəçi, daşıma hüquq münasibəti daşıyıcı -  yük göndərən, mülkiyyət 

hüquq  münasibəti  mülkiyyətçi  -  əhatə  dairəsi  bilinməyən  üçüncü  şəxslər  («hamı  və  hər  kəs»)  və  s.  arasında 

ə

mələ gəlir. Özü də subyektlərdən (hüquq münasibəti iştirakçılarından) biri ya hüquqlara malik olur, digəri isə 



vəzifə daşıyır, ya da ki hər iki subyekt eyni vaxtda və zamanda həm hüquqlara malik olur, həm də vəzifələr da-

ş

ıyırlar. Məsələn, bank əmanəti müqaviləsindən əmələ gələn hüquq münasibətində bank yalnız vəzifə (əmanəti 



ə

manətçiyə qaytarmaq vəzifəsi) daşıyır, əmanətçi ilə yalnız hüquqa (əmanətin faizi ilə verilməsini tələb etmək 

hüququna) malikdir. Alqı-satqı, icarə, podrat, kirayə və s. müqavilələrdən yaranan münasibətlərdə çıxış edən tə-

rəflər eyni vaxtda həm hüquqlara malik olur, həm də vəzifələr daşıyırlar.  

Hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir-biri ilə bağlayır və 

ə

laqələndirir. Hüquq elmi onları subyektiv hüquq və subyektiv vəzifə adlandırır. Bax, bu hüquq və vəzifələrin 



vasitəsi ilə hüquq münasibəti iştirakçıları arasında həmişə ikitərəfli əlaqə  yaranır. Bu əlaqənin özü elə hüquq 

münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə iştirak edən tərəflərdən birinin malik olduüu hü-



quq digər tərəfin daşıdığı vəzifəyə uyüun gəlir və ya əksinə, əgər tərəflərdən biri hər hansı müəyyən hü-

quqa malik olarsa, onda hökmən və mütləq digər tərəfin özərinə bu hüquqa uyüun gələn vəzifə həvalə 

edilir və qoyulur. Məsələn, banka əmanətə pul qoyan vətəndaş (əmanətçi) həmin pulun qaytarılmasını tələb et-

mək hüququna malikdir. Bankın özərinə əmanəti qaytarmaq kimi vəzifə düşür ki, bu vəzifə vətəndaşın malik 

olduüu hüquqa uyüun gəlir.  

Hüquq münasibəti həmişə ikitərəfli əlaqə deməkdir. Bu münasibətdə iştirak edən tərəflər bir-biri ilə qarşılıqlı 

hüquq  və  vəzifələrlə  bağlıdırlar.  Onların  hərəkətləri  əlaqələndirilir,  uzlaşdırılır,  idarə  olunur.  Göstərdiyimiz 

cəhət və xüsusiyyətlər digər ictimai münasibətlərdə (məsələn, siyasi, əxlaq, estetik və s. münasibətlərdə) müşa-

hidə olunmur.  



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə