Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə59/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   55   56   57   58   59   60   61   62   ...   490

 

69 


nə isə vəzifə düşür. Bu hala sadə mülki hüquq münasibətlərində rast gəlirik. Məsələn, bank əmanəti hüquq mü-

nasibəti sadə mülki hüquq münasibətinə misal ola bilər. Burada səlahiyyətli şəxs (əmanətçi) subyektiv hüquqla-

ra malikdir, borclu şəxs (bank) isə subyektiv hüquqi vəzifə daşıyır. Mürəkkəb hüquq münasibətlərində isə səla-

hiyyətli şəxs eyni zamanda və vaxtda həm subyektiv mülki hüquqlara malik olur, həm də subyektiv mülki-hü-

quqi vəzifələr daşıyır. Borclu şəxs eyni zamanda həm subyektiv mülki-hüquqi vəzifələr daşıyır, həm də subyek-

tiv  mülki  hüquqlara  malik  olur.  Mülki  hüquq  münasibətlərinin  çoxu  (məsələn,  alqı-satqı,  daşıma,  podrat, 

sığorta, icarə, kirayə, kredit, bank hesabı və digər hüquq münasibətləri) mürəkkəb hüquq münasibəti növünə da-

xildir. Sadə mülki hüquq münasibətlərinin dairəsi isə olduqca məhduddur.  

Mülki hüquq münasibətinin iştirakçısı olan səlahiyyətli şəxs, məsələn, alqı-satqı hüquq münasibətində satıcı, 

daşıma hüquq münasibətində daşıyıcı və s. hansı həddə və çərçivədə hərəkətlər edə, hüquqlara malik ola bilər? 

Səlahiyyətli şəxsin davranış imkanı məhdudlaşa bilərmi? Bu davranış imkanının müəyyən həddi və ölçüsü var-

mı? Yoxsa, səlahiyyətli şəxsin davranışı müəyyən ölçüyə sıümır, bu ölçünü aşıb keçir və heç nə ilə məhdudlaş-

mır?  

Bu suallara dözgün cavab tapmaq üçün məsələyə diqqətlə yanaşmaq lazımdır. Məsələni dərindən nəzərdən 



keçirdikdə görürük ki, bu, heç də belə deyildir. Belə ki, səlahiyyətli şəxsin, yəni satıcının da, daşıyıcının da və 

s. davranış imkanı məhduddur. Bu imkanın müəyyən ölçüsü vardır. Həmin ölçü isə mülki hüquq normaları ilə 

müəyyən edilir ki, bu normalar qanunlarda, prezident fərmanlarında, hökumət qərarlarında və digər aktlarda, bir 

sözlə,  mülki  qanunvericilik  aktlarında  ifadə  olunur.  Məsələn,  alqı-satqı  hüquq  münasibətində  satıcının  necə 

davranması, hansı hərəkətlər etməsi, nə cür hüquqlara malik olması Mülki Məcəllənin 29-cu fəslində əks olu-

nan mülki hüquq normaları ilə müəyyən edilir. Daşıma hüquq münasibətlərində daşıyıcının, icarə hüquq müna-

sibətlərində icarəyə verənin, podrat hüquq münasibətlərində podratçının və s. davranış ölçüsü də Mülki Məcəl-

lədə  ifadə  olunan  mülki  hüquq  normaları  ilə  müəyyənləşdirilir.  Deməli,  səlahiyyətli  şəxsin  davranış  imkanı 

mülki  hüquq  normaları  çərçivəsindən  kənara  çıxa  bilməz.  Bu  imkanın  ölçüsü  mülki  hüquq  normalarının  yol 

verdiyi həddə olmalıdır. O, mümkün olan həddi aşa bilməz. Bax, səlahiyyətli şəxsin mümkün olan davranış im-

kanı, müəyyən hərəkətlər etmək imkanı subyektiv mülki hüquqdur. 

Subyektiv mülki hüquq dedikdə, səlahiyyətli şəxsin mümkün olan və ya yol verilən elə bir davranış öl-

çüsü başa düşülür ki, bu ölçü mülki hüquq normaları ilə müəyyən edilir. Söhbət mülki hüquq normaları ilə 

səlahiyyətli şəxsə verilən imkandan gedir. Bu hüquqi imkandan istifadə etməklə səlahiyyətli şəxs öz ehtiyac və 

mənafeyini təmin edir və qarşısına qoyduüu məqsədə nail olur. Buna görə də subyektiv hüquq nemətlərdən isti-

fadəni təmin etmək vasitəsidir. 

Subyektiv mülki hüququn əsasını mülki hüquq normaları ilə müəyyənləşdirilən və təmin edilən imkan təşkil 

edir. O, həm də borclu şəxsin müvafiq davranışı ilə təmin edilir. Onun mahiyyəti belədir: mülki hüquq normala-

rı səlahiyyətli şəxsə hansı həddə davranmaq, yəni müəyyən hərəkətlər etmək imkanı verir. Odur ki, subyektiv 

mülki hüquq səlahiyyətli şəxsin mənafeyinin təmin edilməsinə xidmət edir. 

Subyektiv mülki hüquq dedikdə, mülki hüquq normaları ilə səlahiyyətli şəxsə verilən bir neçə müəyyən hü-

quqi imkan başa düşülür. Bu hüquqi imkanların məcmu halında birləşməsinə subyektiv mülki hüququn məz-



munu deyilir. Deməli, subyektiv mülki hüququn əsasını hüquqi imkanlar təşkil edir. Imkanlar ona görə «hüqu-

qi» adlanır ki, onlar səlahiyyətli şəxsə hüquqla verilir və hüquqla təmin olunur. Subyektiv mülki hüququn məz-

mununu təşkil edən hüquqi imkanlar elementlərdir, yəni tərkib hissələridir. Bu elementlər vahid halda birləşə-

rək subyektiv mülki hüququn strukturunu (quruluşunu) yaradır. Dörd cür hüquqi imkan fərqləndirilir.  



Birinci hüquqi imkan onda ifadə olunur ki, səlahiyyətli şəxsə öz maraq və mənafeyini təmin etmək məqsə-

dilə öz istəyinə uyüun olaraq müstəqil surətdə davranmaq imkanı, hüquq normalarında nəzərdə tutulan və qa-

nunla qadaüan edilməyən istənilən hərəkət etmək imkanı verilir. Bu, səlahiyyətli şəxsin öz hərəkətlərinə olan 

hüququdur, davranmaq hüququdur, müəyyən hərəkət etmək hüququdur. Məsələn, səlahiyyətli şəxsə — 

mülkiyyətçiyə hüquq (hüquqi imkan) verilir ki, o, özünə məxsus olan əmlaka öz mülahizəsinə görə sahiblik, on-

dan istifadə və onun barəsində sərəncam versin. Lakin mülkiyyətçinin həmin əmlak barəsində davranış imkanı, 

hərəkət  etmək  imkanı  hüququn  çərçivəsindən  çıxa  bilməz.  Məsələn,  o,  əmlakdan  başqalarına  ziyan  vurmaq 

məqsədi ilə istifadə edə bilməz (MM-in 152-ci maddəsinin 6-cı bəndi). Beləliklə, göstərdiyimiz birinci hüquqi 

imkan əsasında səlahiyyətli şəxs öz davranışı, öz hərəkətləri ilə özünün ehtiyac, tələbat və maraqlarını ödəyir.  



kinci hüquqi imkan onda ifadə edilir ki, səlahiyyətli şəxsə öz ehtiyac və mənafeyini təmin etmək məqsədi 

ilə özərinə vəzifə qoyulmuş borclu şəxsdən fəal hərəkətlər etməyi və ya hərəkətlərdən çəkinməyi tələb et-



mək imkanı verilir. Daha doürusu, səlahiyyətli şəxsə hüquqi imkan verilir ki, o, borclu şəxsdən həmin şəxsin 

öz vəzifəsini yerinə yetirməsini və icrasını tələb etsin. Bu, səlahiyyətli şəxsin tələb etmək hüququ, özgəsinin 



(borclu şəxsin) hərəkətinə olan hüququdur. Bu cür hüquqi imkanın verilməsi onunla izah edilir ki, bir çox 

hallarda səlahiyyətli şəxsin mənafe və ehtiyacını onun şəxsi — subyektiv hərəkəti ilə, davranışı ilə təmin etmək 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə