Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə58/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   54   55   56   57   58   59   60   61   ...   490

 

68 


Insan mülki hüquq münasibətinin obyekti ola bilməz. Bunu hüquq qadaüan edir. Müasir dünya hüquq sis-

temlərində insanı hüquq münasibətinin obyekti kimi nəzərdə tutan normalara rast gəlinmir. Lakin buna baxma-

yaraq, bəzi ölkələrdə təcrübədə gənc qızların alqı-satqısı, uşaq ticarəti kimi hallarla rastlaşmaq mümkündür. In-

san  qul  kimi  yalnız  quldarlıq  cəmiyyətində  alqı-satqı  hüquq  münasibətinin  obyekti  ola  bilərdi.  Qul  «danışan 

alət» adlanırdı.  

Bəzi müəlliflər göstərirlər ki, boşanma zamanı valideynlər arasında uşaüın kiminlə qalması barədə mübahisə 

yaranan hallarda, uşaq hüquq münasibətinin obyekti kimi çıxış edir. Bu fikir həqiqətdən uzaqdır. Bu cür hallar-

da uşaüın özü yox, onun normal və dözgün tərbiyə edilməsi üçün vacib olan mənafe, habelə bununla bağlı ola-

raq yaranan kompleks hüquq və vəzifələr müvafiq hüquq münasibətinin obyekti olur.  

§ 3. Mülki hüquq münasibətinin hüquqi məzmunu 

1. Subyektiv mülki hüquq  

Qeyd etdik ki, mülki hüquq münasibətinin hüquqi məzmununun strukturu (quruluşu) iki elementdə



ibarətdir: subyektiv mülki hüquqdan; subyektiv mülki-hüquqi vəzifədən. Bu elementlər birləşərək mülki 

hüquq münasibətinin hüquqi məzmununu təşkil edir.  

Fiziki şəxslər və təşkilatlar mülki hüquq münasibətlərinə girirlər. Bu, onu ifadə edir ki, onlar mülki hüquq və 

vəzifələr əldə edirlər. Mülki hüquq münasibəti subyektləri əldə etdikləri bu hüquq və vəzifələrə uyüun olaraq 

bir-biri  ilə  qarşılıqlı  əlaqəyə  girir,  bir-birinə  qarşılıqlı  təsir  göstərirlər.  Məhz  bu  cür  qarşılıqlı  əlaqə  və  təsir 

nəticəsində mülki hüquq münasibəti yaranır. Məsələn, alqı-satqı hüquq münasibətində satıcı satdığı əmlakın pu-

lunun ödənilməsini alıcıdan tələb etmək hüququ əldə edir. Satıcının özərinə əmlakı alıcıya vermək vəzifəsi dü-

ş

ür. Alıcı üçün isə satın aldığı əmlakın pulunu ödəmək vəzifəsi yaranır. O, həm də əmlakın verilməsini satıcı-



dan tələb etmək hüququna malikdir. Sərnişin daşıma hüquq münasibətində daşıyıcı (nəqliyyat təşkilatı) sərni-

ş

indən gediş pulu almaq hüququna malikdir. Daşıyıcı üçün həm də sərnişini təyinat yerinə çatdırmaq vəzifəsi 



ə

mələ gəlir. Sərnişinin isə özərinə gediş haqqını ödəmək vəzifəsi düşür. Sərnişin həm də onun təyinat yerinə 

çatdırılmasını tələb etmək hüququna malikdir. Borc hüquq münasibətində borc verən borcun geri qaytarılmasını 

tələb etmək hüququ qazanır. Borc alan isə borcu geri qaytarmaq vəzifəsini daşıyır.  

Bax, satıcının, alıcının, daşıyıcının, sərnişinin və s. malik olduüu, əldə etdiyi bu cür hüquqlar subyektiv mül-

ki  hüquqlar  adlanır.  Bu  hüquqlar  ona  görə  «subyektiv»  adlanır  ki,  birincisi,  həmin  hüquqlar  konkret  olub, 



mülki  hüquq  münasibətlərinin  konkret  subyektlərinə  məxsusdur.  kincisi,  həmin  hüquqlar  mülki  hüquq 

münasibəti subyektinin iradəsindən asılıdır və buna görə də subyektiv xarakterə malikdir. Hüquq haqqın-

da sərəncam vermək, ancaq subyektin iradəsindən asılıdır. 

Subyektiv mülki hüquqdan fərqli olaraq obyektiv mülki hüquq (obyektiv mənada mülki hüquq) mülki hüquq 

münasibətində iştirak edən konkret subyektin iradəsindən asılı deyil. Bildiyimiz kimi, obyektiv mənada mülki 

hüquq dedikdə, mülki hüquq normalarının məcmusu başa düşülür. Deməli, obyektiv mənada mülki hüquq, elə 

müstəqil hüquq sahələrindən biri kimi mülki hüququn özü deməkdir. O, şəxsən heç kəsə (hər hansı subyektə) 

məxsus deyildir.  

Satıcının,  alıcının,  daşıyıcının  və  s.  yuxarıdakı  müvafiq  hüquq  münasibətləri  özrə  daşıdıqları  vəzifələr  isə 

subyektiv mülki-hüquqi vəzifələr adlanır. Bu vəzifələr ona görə «subyektiv» adlanır ki, həmin vəzifələr konk-



ret olub, mülki hüquq münasibətinin konkret subyektinin özərinə qoyulur və bu subyektin iradəsində

asılı olur

Subyektiv mülki hüquq və subyektiv mülki-hüquqi vəzifə cüt kateqoriyalardır. Konkret hüquq münasibətləri 

çərçivəsində onlar bir-birinə uyüun gəlirlər: məsələn, alqı-satqı hüquq münasibətində satıcının əşyanın pulunu 

almaq kimi subyektiv hüququ alıcının əşyanın pulunu ödəmək kimi subyektiv hüquqi vəzifəsinə, sərnişin daşı-

ma hüquq münasibətində daşıyıcının gediş haqqını almaq və tələb etmək kimi subyektiv hüququ sərnişinin ge-

diş haqqını ödəmək kimi subyektiv vəzifəsinə və s. uyüundur. Əgər mülki hüquq münasibəti subyektlərindən 

biri  (məsələn,  satıcı,  daşıyıcı,  borc  verən  və  s.)  subyektiv  mülki  hüquqa  malik  olmazsa,  onda  o  biri  subyekt 

(məsələn, alıcı, sərnişin, borc alan və s.) üçün hər hansı bir hüquqi vəzifə əmələ gəlmir: satıcının əşyanın pulu-

nu almaq hüququ yoxdursa, onda alıcının özərinə əşyanın pulunu ödəmək vəzifəsi necə qoyula bilər? Subyektiv 

mülki hüquqsuz subyektiv vəzifə olmadığı kimi, subyektiv vəzifəsiz də subyektiv mülki hüquq yoxdur. Mülki 

hüquq münasibəti subyektlərindən birinin malik olduüu subyektiv hüquq yalnız o halda məna kəsb edə bilər ki, 

bu hüquqa uyüun gələn müvafiq vəzifə digər subyektin özərinə qoyulsun və ona həvalə edilsin.  

Dediklərimiz bizə belə bir nəticəyə gəlmək imkanı verir ki, cüt kateqoriyalar olan subyektiv mülki hüquq və 

subyektiv vəzifə bir-birilə qırılmaz surətdə bağlı olub, dialektik vəhdətdədir. Bu, öz ifadəsini, heç olmazsa, ən 

azı iki subyekt arasında əmələ gələn real ictimai münasibətlərdə tapır. Subyektiv mülki hüquq və subyektiv 

vəzifə yalnız mülki hüquq münasibətlərində müvcud ola bilər. Özü də bu münasibətlərdə iştirak edən sub-

yektlərdən biri — səlahiyyətli şəxs subyektiv mülki hüquqa malik olur, digər subyekt, yəni borclu şəxsin özəri-




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə