Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə60/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   56   57   58   59   60   61   62   63   ...   490

 

70 


mümkün olmur. Məsələn, borc hüquq münasibətində borc verənin borcun qaytarılması üçün özünün şəxsi — 

subyektiv hərəkətləri kifayət etmir. Bunun üçün borc verənə imkan (hüquq) verilir ki, o, borcun qaytarılmasını 

borc alandan tələb etsin. Alqı-satqı müqaviləsində satıcıya hüquqi imkan (hüquq) verilir ki, o, satdığı əşyanın 

pulunun ödənilməsini alıcıdan tələb etsin. Podrat hüquq münasibətində podratçıya hüquqi imkan (hüquq) verilir 

ki, o, tikdiyi evin pulunun ödənilməsini sifarişçidən tələb etsin. Deməli, satıcının ehtiyacı alıcının öz vəzifəsini 

(əşyanın pulunu ödəmək vəzifəsini), podratçının ehtiyacı sifarişçinin öz vəzifəsini (podrat haqqını ödəmək vəzi-

fəsini) və s. yerinə yetirməsi ilə təmin edilir.  

Üçüncü hüquqi imkan onda ifadə edilir ki, səlahiyyətli şəxsə onun subyektiv mülki hüquqları pozulduüu 

hallarda, öz pozulmuş hüquqlarını məhkəmə və ya inzibati qaydada müdafiə etmək imkanı verilir. Söhbət 

səlahiyyətli  şəxsin  öz  pozulmuş  hüquqlarının  müdafiəsi  üçün  səlahiyyətli  dövlət  orqanlarına  müraciət  etmək 

imkanından gedir. Bu hüquqi imkan müdafiə hüququ adlanır. Belə ki, əgər borclu şəxs onun özərinə qoyul-

muş vəzifəni icra etmirsə (məsələn, alqı-satqı hüquq münasibətində alıcı  əşyanın pulunu ödəmir,  borc hüquq 

münasibəti özrə borc alan aldığı pulu qaytarmır və s.), onda səlahiyyətli şəxs müvafiq dövlət orqanlarına (ələl-

xüsus da məhkəməyə) müraciət edərək, öz pozulmuş hüquqlarını müdafiə etmək imkanına malik olur. Məsələn, 

icarəçi icarə haqqını ödəmir, icarəyə götürdüyü əşyanı qaytarmır. Belə halda icarəyə verənin öz pozulmuş hü-

quqlarını  müdafiə  etmək  üçün  məhkəməyə  iddia  vermək  hüququ  (imkanı)  vardır.  Deməli,  hüquq  səlahiyyətli 

şə

xsə  məhkəməyə  müraciət  etmək  və  hüquq  pozuntusu  törədən  şəxsə  o,  dövlət  məcburetmə  qüvvəsi  tətbiq 



olunmasını tələb etmək imkanı verir 

Dördüncü hüquqi imkan onda ifadə olunur ki, səlahiyyətli şəxsə sosial nemətlərdən istifadə etmək imka-

 verilir. Bu hüquqi imkan istifadə hüququ adlanır. 

Beləliklə, subyektiv mülki hüquq səlahiyyətli şəxsin, sözün əsl mənasında, davranış hüququ, tələb etmə



hüququ, müdafiə hüququ və nəhayət, istifadə hüququdur. Bu dörd hüquqi imkan vahid halda birləşərək sub-

yektiv mülki hüququn məzmununu və strukturunu təşkil edir.  

Subyektiv mülki hüququn məzmununa və strukturuna element kimi daxil olan hər bir hüquqi imkana səla-

hiyyət deyilir. Bu hüquqi imkanlara uyüun olaraq dörd cür səlahiyyət fərqləndirilir: 

 davranış səlahiyyəti (öz hərəkətinə olan səlahiyyət); 



 tələb etmək səlahiyyəti; 

 müdafiə (iddia vermək) səlahiyyəti;  



 istifadə səlahiyyəti. 

Bəzi subyektiv mülki hüquqda iki səlahiyyətə, digər subyektiv mülki hüquqda üç səlahiyyətə və s. rast gəl-

mək olur. Məsələn, öhdəlik hüquq münasibətlərində (borc, alqı-satqı, kirayə, icarə, daşıma, kredit, sığorta, bank 

hesabı, bank əmanəti, delikt və s. hüquq münasibətlərində) subyektiv mülki hüququn məzmununa iki səlahiyyət 

daxildir: səlahiyyətli şəxsin tələb etmək səlahiyyəti; səlahiyyətli şəxsin müdafiə (iddia vermək) səlahiyyəti. Mə-

sələn, şəhərdə yaşayan vətəndaş öz yaşayış evini kənd sakininə kirayəyə verir. Kirayəçi kənd sakini kirayə haqqı-

nı ödəmir. Səlahiyyətli şəxs, yəni kirayə verən öz mənafeyini təmin etmək məqsədi ilə borclu şəxsdən kirayə haq-

qının ödənilməsini tələb edir (tələb etmək səlahiyyəti). Borclu şəxs (kirayəçi) bu tələbi yerinə yetirmədikdə, səla-

hiyyətli şəxs öz pozulmuş hüququnu müdafiə etmək üçün iddia ilə məhkəməyə müraciət edir (müdafiə səlahiyyə-

ti).  

Mülkiyyət hüquq münasibətində subyektiv mülki hüququn məzmununa dörd səlahiyyət daxildir. Birinci sə-



lahiyyət mülkiyyətçinin (səlahiyyətli şəxsin) özünə məxsus əmlakla istədiyi kimi davranmaq hüquqi imkanın-

dan (davranış səlahiyyətindən) ibarətdir. Bu, o deməkdir ki, mülkiyyətçi özünə məxsus olan əmlaka öz mülahi-

zəsinə görə sahiblik, əmlak barəsində sərəncam vermək, qanuna zidd olmayan istənilən hərəkətləri etmək səla-

hiyyətinə malikdir.  

kinci səlahiyyət mülkiyyətçinin (səlahiyyətli şəxsin) tələb etmək imkanından ibarətdir. Mülkiyyətçiyə belə 

bir hüquqi imkan verilmişdir ki, o, bütün şəxslərdən («hamıdan və hər kəsdən») ona məxsus olan mülkiyyət hü-

ququnu pozmamalarını tələb etsin.  

Üçüncü səlahiyyət mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqları po-

zulduüu hallarda, onun məhkəməyə iddia vermək yolu ilə müdafiə imkanından ibarətdir. Bu, onun müdafiə im-

kanıdır.  

Dördüncü səlahiyyət mülkiyyətçinin özünə məxsus olan əmlakdan istifadə imkanıdır. Mülkiyyətçiyə elə bir 

hüquqi imkan verilmişdir ki, o, əmlakdan öz mülahizəsinə görə hər hansı sahibkarlıq fəaliyyəti və ya qanunla 

qadaüan edilməmiş digər fəaliyyət üçün istifadə etsin. O, əmlakdan təsərrüfat və digər məqsədlərlə istifadə et-

mək nəticəsində məhsul və gəlir götürmək səlahiyyətinə malikdir.  



2. Subyektiv mülki-hüquqi vəzifə  

Bir daha təkrar edərək göstəririk ki, dahi Marks demişkən, «hüquqlarsız vəzifələr olmadığı kimi, vəzifələrsiz 




 

71 


də hüquqlar yoxdur». Harada subyektiv mülki hüquq yaranır, orada da mütləq hüquqi vəzifə vardır.  

Subyektiv mülki hüquqi vəzifə subyektiv mülki hüququn korrelatıdır, yəni ondan asılı və onunla müəyyən 

münasibətdə olan anlayışdır. Ona görə ki, məhz borclu şəxsin özərinə qoyulan hüquqi vəzifə səlahiyyətli şəxsin 

subyektiv hüququnu təmin edir. Məsələn, alqı-satqı hüquq münasibətində borclu şəxsin (alıcının) əşyanın pulu-

nu ödəmək vəzifəsi olmasaydı, onda satıcının əşyanın pulunu almaq kimi subyektiv hüququ necə həyata keçə 

bilərdi?  

Subyektiv mülki hüquqa qarşı subyektiv hüquqi vəzifə durur. Bu hüquq hökmən özünün əksi olan subyektiv 

hüquqi vəzifənin yaranmasına səbəb olur. Subyektiv mülki hüququn özü hüquqi vəzifəsiz müvcud ola bilməz.  

Səlahiyyətli şəxsin subyektiv mülki hüququ bu şəxsə qarşı duran borclu şəxsə həvalə edilən, onun özərinə 

qoyulan vəzifəyə uyüun gəlir. Belə ki, səlahiyyətli şəxs nə tələb edirsə (subyektiv hüquq), borclu şəxs də bu tə-

ləbi yerinə yetirmək vəzifəsini daşıyır (subyektiv hüquqi vəzifə). Məsələn, borc hüquq münasibətində səlahiy-

yətli şəxs (borc verən) borcun qaytarılmasını tələb edirsə, onda borc alanın (borclu şəxsin) özərinə borcu qay-

tarmaq vəzifəsi düşür.  

Subyektiv mülki-hüquqi vəzifə dedikdə, borclu şəxsin lazımi və ya tələb olunan elə bir davranış ölçüsü 

başa düşülür ki, bu ölçü mülki hüquq normaları ilə müəyyən edilir. Onun əsasını hüquqi cəhətdən ifadə 

edilmiş zərurət təşkil edir. Əgər subyektiv mülki hüququn daşıyıcısı səlahiyyətli şəxsdirsə, subyektiv mülki-hü-

quqi vəzifənin daşıyıcısı borclu şəxsdir. Əgər subyektiv mülki hüquqdan imtina etmək, yəni ondan istifadə et-

məmək mümkünsə, hüquqi vəzifədən imtina etmək olmaz. Hüquqi vəzifənin daşıyıcısı həmin vəzifəni icra et-

məyə borcludur. Subyektiv mülki hüquq daşıyıcısı — səlahiyyətli şəxs başqa şəxslərdən müəyyən hərəkətlər et-

məyi tələb edirsə, özərinə hüquqi vəzifə qoyulan borclu şəxs özgə şəxsin, yəni səlahiyyətli şəxsin tələbini yeri-

nə yetirir. Subyektiv mülki hüquq həyata keçiriləndə səlahiyyətli şəxsin öz xüsusi mənafeyi təmin edilir. Hüqu-

qi vəzifə icra ediləndə isə borclu şəxsin özünün mənafeyi yox, səlahiyyətli şəxsin mənafeyi təmin olunur.  

Subyektiv  mülki  hüquq  kimi  hüquqi  vəzifə  də  müəyyən  məzmuna  və  struktura  (quruluşa)  malikdir.  Əgər 

subyektiv mülki hüququn məzmunu hüquqi imkanların məcmusundan ibarətdirsə, hüquqi vəzifənin məzmunu 



bir  neçə  hüquqi  zərurətin  birləşməsini  əhatə  edir.  Axı,  subyektiv  mülki  hüququn  əsasında  hüquqi  imkan, 

mülki-hüquqi vəzifənin əsasında isə hüquqi zərurət durur. Bu zərurət ona görə «hüquqi» adlanır ki, o, mül-

ki hüquq normalarında nəzərdə tutulur və həmin normalarla müəyyənləşdirilir.  



Subyektiv mülki-hüquqi vəzifənin məzmununa daxil olan hüquqi zərurətlər onun elementləridir. Bu 

elementlərin vahid halda birləşməsinə hüquqi vəzifənin strukturu deyilir.  

Subyektiv hüquq və hüquqi vəzifə eynielementli kateqoriyalardır. Ona görə də hüquqi vəzifənin məzmununa 

və strukturuna, subyektiv hüquqda olduüu kimi, dörd element — hüquqi zərurət daxildir.  



Birinci hüquqi zərurət ondan ibarətdir ki, hüquqi vəzifə daşıyıcısı olan şəxs (yəni borclu şəxs) lazımi və 

zəruri  qaydada  davranmaüa  borcludur  (davranış  zərurəti).  Bu,  birincisi,  borclu  şəxsin  səlahiyyətli  şəxsin 



xeyrinə müsbət, fəal hərəkətlər etmək zərurətində ifadə olunur (fəal davranış). Məsələn, alqı-satqı hüquq 

münasibətində alıcının borcudur ki, satıcının xeyrinə öz hüquqi vəzifəsini, yəni aldığı əşyanın pulunu ödəmək 

vəzifəsini icra etsin (MM-in 567-ci maddəsi). Podrat hüquq münasibətində podratçının borcudur ki, sifarişçinin 

xeyrinə öz vəzifəsini, yəni tapşırılan və nəzərdə tutulan işi icra etsin (MM-in 752-ci maddəsi). Yük daşınması 

hüquq  münasibətində  daşıyıcının  borcudur  ki,  yük  göndərənin  xeyrinə  yükü  təyinat  yerinə  çatdırsın  (MM-in 

850-ci maddəsi). Borclu şəxsin səlahiyyətli şəxsin xeyrinə fəal, müsbət hərəkətlər etməyə borclu olmasına fəal 



tipli mülki-hüquqi vəzifə deyilir. Bu cür vəzifə subyektlərdə faydalı, müsbət hərəkətlər etməyə meyl oyadır. 

Yuxarıda çəkdiyimiz misallar həmin vəzifəyə misal ola bilər. Fəal tipli hüquqi vəzifələr borclu şəxsin səlahiy-

yətli şəxsin xeyrinə ya əmlak verməsini, ya iş görməsini, ya da xidmətlər göstərməsini nəzərdə tutur. 

Davranış zərurəti, ikincisi, özərinə hüquqi vəzifə qoyulmuş şəxsin (borclu şəxsin) mülki hüquq norma-



ları ilə qadaüan edilmiş  mənfi, zərərli hərəkətlərdən çəkinmək zərurətində ifadə olunur (passiv davra-

ş). Məsələn, kirayə hüquq münasibətində kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü 

əş

yanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə verə, o cümlədən əşyanı 



ikinci əldən kirayəyə verə bilməz (MM-in 683-cü maddəsinin 1-ci bəndi). Kirayəçi bu cür hərəkətlərdən çəkin-

məlidir. Əvəzsiz istifadə müqaviləsi özrə kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə edə bilməz, 

o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verə bilməz (MM-in 737-ci maddəsi). Saxlama hüquq münasi-

bəti özrə saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın (saxlanca verənin) qabaqcadan razılıüı olmadan 

istifadə etmək hüququ yoxdur (MM-in 824-cü maddəsinin 2-ci bəndi). Mülki hüquq normaları ilə qadaüan edil-

miş  mənfi,  zərərli  hərəkətlərdən  çəkinməyi  nəzərdə  tutan  vəzifəyə  passiv  tipli  mülki-hüquqi  vəzifə  deyilir. 

Yuxarıda çəkdiyimiz misallar məhz bu vəzifəyə aiddir. Həmin vəzifə səlahiyyətli şəxsin mənafeyini pozan hə-

rəkətləri etməyin hüquqi cəhətdən mümkün olmamasını ifadə edir.  



kinci  hüquqi  zərurət  ondan  ibarətdir  ki,  hüquqi  vəzifə  daşıyıcısı  (borclu  şəxs)  səlahiyyətli  şəxsin  irəli 


Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə