Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə57/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   53   54   55   56   57   58   59   60   ...   490

 

67 


yektə verdiyi tərifdən istifadə etmək lazımdır. O qeyd edirdi ki, cinayət hərəkətlərinin obyektlərindən əşyalar 

çıxarılmışdır, çünki cinayət əməli həmin əşyalara hər hansı bir təsir göstərmir. Buna uyüun olaraq mülki hüquq-

da da əşyaları hüququn obyekti hesab etmək olmaz. Ona görə ki, əşyalar hüququn göstərdiyi təsirə cavab ver-

mək qabiliyyətində deyil. Bu təsirə yalnız davranışın cavab verməyə qabiliyyəti çatır. Buna görə də mülki hü-

quqların obyekti əşyalar yox, davranışdır. O.S.Ioffe məsləhət görürdü ki, mülki hüquqda obyektə tərif verərkən 

«cinayətin obyekti» və  «cinayətin predmeti» kimi iki anlayışı bir-birindən fərqləndirən cinayət hüquq elminə 

müraciət edilsin. Belə çıxır ki, alim əşyaları mülki hüquq münasibətinin predmeti, davranışı isə bu münasibətlə-

rin obyekti kimi qəbul etmək niyyətində olmuşdur.  

O.S.Ioffe əşyanı mülki hüquq münasibətinin maddi obyekti hesab edirdi. Davranış isə onun fikrincə, bu mü-

nasibətin hüquqi obyektini təşkil edir. 



Plüralist konsepsiyaya görə, hüquqla tənzimlənən ictimai münasibətlər, həmçinin həyatın özü rəngarəng və 

cürbəcürdür.  Buna  uyüun  olaraq  hüquq  münasibətlərinin  obyektləri  də  müxtəlifdir.  Belə  ki,  hüquq  normaları 

təkcə insanlara təsir etmir. Bu normalar həm də insanlar vasitəsilə maddi dünyanın obyektlərinə, sosial birliklə-

rə, təşkilatlara, idarələrə təsir göstərir. Səlahiyyətli şəxsə təkcə hərəkətə olan hüquq yox, həm də müəyyən ne-

mətlərə olan hüquq məxsusdur. Hüquqi təsirə cavab verməyə gəldikdə isə onu həddindən artıq hərfi mənada ba-

ş

a düşmək lazım deyil. Hər bir hüquq münasibəti növündən və xarakterindən, onun məzmunundan (subyektiv 



hüquq və hüquqi vəzifədən) asılı olaraq özünün obyektinə malikdir. Ona görə də hüquq münasibətlərinin tək və 

yeganə yox, çoxlu və müxtəlif obyektləri vardır. Plüralist konsepsiya obyektlər çoxluüu nəzəriyyəsidir. 

Plüralist  konsepsiyaya  görə,  mülki  hüquq  münasibətlərinin  obyektlərinə  maddi  nemətlər  (əşyalar,  əmlak 

növləri, pul, qiymətli kaüızlar), şəxsi-qeyri maddi nemətlər (insanın həyatı, şərəfi, ləyaqəti, saülamlıüı, təhlükə-

sizliyi, toxunulmazlıüı və s.), əqli mülkiyyət obyektləri, yəni yaradıcılıq fəaliyyətinin nəticələri (elm, ədəbiyyat, 

incəsənət əsərləri, ixtiralar, sənaye nümunələri, faydalı modellər və s.), subyektlərin hərəkəti (işlər, xidmətlər), 

informasiya daxildir. Özü də hüquq ədəbiyyatında bu konsepsiya tərəfdarlarının mövqeyi üstünlüyə malikdir. 

Bizim fikrimizcə, plüralist nəzəriyyə tərəfdarlarının mövqeyi həqiqətə daha yaxındır.  

RF-in müasir mülki qanunvericiliyi plüralist konsepsiya — obyektlər çoxluüu nəzəriyyəsi tərəfdarlarının möv-

qeyini nəzərə almışdır. Belə ki, bu qanunvericiliyə görə, mülki hüquq münasibətlərinin obyektlərinə əşyalar, pul, 

qiymətli kaüızlar, əmlak hüquqları, digər əmlak növləri, işlər və xidmətlər, informasiya, əqli fəaliyyətin nəticələri, 

qeyri-maddi nemətlər daxildir (MM-in 128-ci maddəsi).  

Ölkəmizin mülki qanunvericiliyi plüralist konsepsiyanı rəsmən dəstəkləyərək, mopist konsepsiyadan və əşya 

nəzəriyyəsindən imtina etmişdir. Azərbaycan Respublikası MM-in 4-cü maddəsi mülki hüquq münasibətlərinin 

obyektlərinin dairəsini müəyyən edir. Burada ümumi formada obyektlərin çoxluüu nəzəriyyəsi ifadə olunur: 

 maddi nemətlər;  



 əmlak dəyəri olan qeyri-maddi nemətlər; 

 əmlak dəyəri olmayan qeyri-maddi nemətlər. 



Göründüyü kimi, bizim ölkə qanunvericiliyi mülki hüquq münasibətləri obyektlərini üç növə bölür. Yeri gəl-

mişkən qeyd edək ki, mülki hüquq münasibətləri obyektlərinin təsnifatı, yəni növlərə bölünməsi sivilistika dokt-

rinasında (elmində) mübahisə doüuran məsələlərdəndir. Bəzi müəlliflər dörd növlü təsnifata üstünlük verirlər: əm-

lak; hərəkət; əqli fəaliyyətin nəticələri; qeyri-maddi nemətlər. Bəzi müəlliflər üç növlü təsnifatı daha aülabatan sa-

yırlar: əmlak (əşyalar, əmlak hüquqları, pul, qiymətli kaüızlar); hərəkət; qeyri-maddi nemətlər. Azərbayjan Res-

publikasının mülki qanunvericiliyi üç növlü təsnifatı nəzərdə tutur.  



Maddi nemətlər mülki hüquq münasibətləri obyektlərinin əsas növüdür. Insanların maddi ehtiyajlarını tə-

min edən müxtəlif əşyalar — torpaq, meşə, binalar, avadanlıqlar, geyim şeyləri, ərzaq məhsulları, nəqliyyat va-

sitələri və s. maddi nemətlər hesab olunur. Əşyalar, bir qayda olaraq, mülkiyyət hüquq münasibətlərinin obyekti 

olur. 


Ə

mlak dəyəri olan qeyri-maddi nemətlər dedikdə, əqli fəaliyyətin — yaradıcılıq fəaliyyətinin nəticələri, 

yəni əqli mülkiyyət obyektləri başa düşülür. Söhbət müəlliflik hüququnun obyekti olan elm, ədəbiyyat və incəsə-

nət əsərlərindən, patent hüququnun obyekti olan ixtiralardan, sənaye nümunələrindən, faydalı modellərdən və s. 

gedir. Onlar yalnız müəyyən obyektiv formada ifadə olunduqda, mülki hüquq münasibətlərinin obyektləri rolunda 

çıxış edir. Məsələn, alimin əsəri maddi daşıyıcıda (maddi obyektdə) — kitabda ifadə olunur. Nüsxələri oxuculara 

satılarkən kitab alqı-satqı hüquq münasibətinin obyekti olur.  

Ə

mlak dəyəri olmayan qeyri-maddi nemətlədedikdə, subyektin şəxsiyyətindən ayrılmayan, özgəninki-

ləşdirilməyən elə obyektlər başa düşülür ki, bu obyektlər cəmiyyətdə şəxsiyyətin sosial-hüquqi vəziyyətini xa-

rakterizə edir və onu fərdiləşdirir. Bu nemətlər hər bir insanın şəxsiyyəti ilə qırılmaz surətdə bağlıdır. Bu cür 

nemətlərə misal olaraq insanın şərəf və ləyaqətini, şəxsi toxunulmazlıüını, işgözar nüfuzunu həyatı, sağlamlığı 

və s. göstərmək olar.  



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə