Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə65/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   61   62   63   64   65   66   67   68   ...   490

 

78 


5. Müddətli və müddətsiz mülki hüquq münasibətləri  

Müddət kimi meyara və əlamətə görə mülki hüquq münasibətləri iki cür olur:  

 müddətli mülki hüquq münasibətləri; 



 müddətsiz (qeyri-müəyyən müddətli) mülki hüquq münasibətləri. 



Müddətli mülki hüquq münasibətləri odur ki, onlar müəyyən müddətə qüvvədə olur. Bu hüquq münasi-

bətlərinin qüvvədə olması müəyyən vaxtla məhdudlaşır. Həmin müddət ötüb keçdikdən sonra tərəflərin hüquq 

və vəzifələri ləğv edilir. Məsələn, müəlliflik hüquq münasibətləri əsərin yaradılması ilə yaranır, müəllifin bütün 

həyatı boyu, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 50 il müddətində qüvvədə 

olur. Superfitsi hüquq münasibətlərinin (tikiliyə vərəsəlik hüquq münasibətlərinin) qüvvədə olma müddəti dox-

san doqquz ildən çox ola bilməz (MM-in 250-ci maddəsinin 3-cü bəndi). Patent hüquq münasibətləri ixtira üçün 

20 il, faydalı model və sənaye nümanəsi üçün isə 10 il müddətində qüvvədə olur. 

Müddətsiz mülki hüquq münasibətləri odur ki, bu münasibətlərin qüvvədə olması vaxt və zaman kateqori-

yası ilə məhdudlaşdırılmır. Bu cür hüquq münasibətləri müddətsiz, yəni qeyri-müəyyən müddətə qüvvədə olur-

lar.  Buna  görə  də  onlar  qeyri-müəyyən  müddətli  mülki  hüquq  münasibətləri  də  adlanır.  Müddətsiz  mülki 

hüquq münasibətlərinə misal olaraq mülkiyyət hüquq münasibətlərini göstərmək olar. Mülkiyyət son və axırınjı 

müddət kimi ideyanı qəbul etmir: müvəqqəti mülkiyyətin müvcudluğu  qeyri-mümkündür. Bundan başqa, ob-

yekti  qeyri-maddi  nemətlərdən  (şərəfdən,  ləyaqətdən,  işgözar  nüfuzdan,  şəxsi  toxunulmazlıqdan  və  s.)  ibarət 

olan mülki hüquq münasibətləri (yəni əmlak hüquq münasibətləri ilə bağlı olmayan qeyri-əmlak hüquq münasi-

bətləri) də bu növ hüquq münasibətlərinə daxildir. Ona görə ki, qeyri-maddi nemətlərin müvcud olması müd-

dətlə məhdudlaşdırılmır.  

6. Sadə və mürəkkəb mülki hüquq münasibətləri  

Mülki hüquq münasibətləri struktur (quruluş) kimi əlamətə görə iki növə bölünür:  

 sadə mülki hüquq münasibətləri; 



 mürəkkəb mülki hüquq münasibətləri.  



Sadə mülki hüquq münasibətləri odur ki, bu münasibətlərdə səlahiyyətli şəxs yalnız bir subyektiv mülki 

hüquqa  malik  olur,  borclu  şəxs isə  yalnız  bir  hüquqi  vəzifə  daşıyır.  Özü  də  səlahiyyətli  şəxsin  malik  olduüu 

subyektiv hüquq, borclu şəxsin daşıdığı mülki-hüquqi vəzifəyə uyüun gəlir. Məsələn, vətəndaş özünün hüquqa-

zidd təqsirli hərəkəti ilə qonşunun əmlakına zərər vurur. Onlar arasında ziyan vurmaq nəticəsində yaranan öh-

dəlik hüquq münasibəti (öhdəlik) əmələ gəlir. Bu hüquq münasibəti delikt hüquq münasibəti də adlanır. Həmin 

hüquq münasibətində zərərvuran vətəndaş borclu şəxs hesab edilir. Ona görə ki, onun özərinə vurduüu zərərin 

ə

vəzini ödəmək vəzifəsi düşür. Özü də yalnız bir vəzifə. Ziyan çəkən qonşu isə səlahiyyətli şəxsdir (kreditor-



dur). Ona görə ki, onun zərərvuran vətəndaşdan ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Özü 

də yalnız bir hüquqa malikdir. Bank əmanəti hüquq münasibəti də sadə mülki hüquq münasibətinə misal ola bi-

lər. Burada əmanətçinin əmanətin və ona hesablanmış faizlərin verilməsini bankdan tələb etmək kimi bir hüqu-

qu vardır. Bank isə əmanətin və ona hesablanmış faizlərin ödənilməsi kimi yalnız bir vəzifə daşıyır. Deməli, sa-



də mülki hüquq münasibətləri öz strukturuna görə, bir subyektiv hüquqdan və bir subyektiv hüquqi və-

zifədən ibarətdir. 

Mürəkkəb mülki hüquq münasibətləri odur ki, bu münasibətlərdə iştirak edən subyektlərdən hər biri eyni 

vaxtda subyektiv hüquqa malik olur və hüquqi vəzifə daşıyır. Söhbət səlahiyyətli şəxsin eyni vaxtda subyektiv 

hüquqa malik olmasından və hüquqi vəzifə daşımasından, habelə borclu şəxsin eyni zamanda vəzifə daşımasın-

dan və hüquqa malik olmasından gedir. Başqa sözlə desək, mürəkkəb mülki hüquq münasibətlərində hər iki 



tərəf eyni zamanda həm hüquqlara malikdirlər, həm də hüquqi vəzifələr daşıyırlar. Özü də bu münasibət-

lərdə səlahiyyətli şəxs eyni vaxtda həm də borclu şəxsdir, borclu şəxs isə eyni vaxtda həm də səlahiyyətli şəxs-

dir. Məsələn, elə götürək podrat hüquq münasibətini. Podratçı həm hüquqa (gördüyü işin haqqının ödənilməsini 

tələb etmək hüququna) malikdir, həm də vəzifə (tapşırılan işi icra etmək vəzifəsini) daşıyır. Sifarişçi həm vəzifə 

(görülən işin haqqını ödəmək vəzifəsini), həm də hüquqa (işin nəticəsinin verilməsini tələb etmək hüququna) 

malikdir.  

Mürəkkəb mülki hüquq münasibətləri olduqca müxtəlif olub, son dərəcə geniş əhatə dairəsinə malikdir. On-

ların xüsusi çəkisi sadə  mülki hüquq münasibətlərinə nisbətən müqayisəedilməz dərəcədə zoxdur. Alqı-satqı, 

daşıma, sığorta, bank hesabı, borc, kredit, icarə, kirayə, lizinq və digər mülki hüquq münasibətləri struktur (qu-

ruluş) etibarilə mürəkkəbdir.  



7. Tənzimləyici və qoruyucu mülki hüquq münasibətləri 

Həyata keçirdiyi funksiya və malik olduüu təyinata görəmülki hüquq münasibətlərinin iki növü fərqlən-

dirilir:  

 tənzimləyici mülki hüquq münasibətləri;  




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə