Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə67/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   63   64   65   66   67   68   69   70   ...   490

 

80 


ların mənafeyi təmin olunur.  

Insanları  müxtəlif  münasibətlərə  girməyə  məcbur  edən  ehtiyaclar  məzmunca  müxtəlifdir.  Onlar  əsasən  iki 

cür olur: maddi ehtiyaclar; qeyri-maddi (mənəvi) ehtiyaclar.  Maddi ehtiyaclar iqtisadi məzmuna malik olan 

ehtiyaclardır. Məsələn, alıcını alqı-satqı, sifarişçini podrat, yük göndərəni daşıma, kirayəçini kirayə və s. hüquq 

münasibətlərinə girməyə vadar edən maddi ehtiyaclardır. Qeyri-maddi (mənəvi) ehtiyaclar isə iqtisadi məz-

mundan məhrumdur. Məsələn, əsərin yaradılması ilə müəlliflik hüquq münasibəti əmələ gəlir. Bu münasibətin 

yaranması isə maddi ehtiyacla yox, mənəvi (qeyri-maddi) ehtiyacla şərtlənir. Bax, göstərilən ehtiyacları təmin 

etmək niyyəti insanları müvafiq hüquq münasibətlərinə daxil olmalarına vadar edir. Özü də insanlar, insan bir-

likləri (qrupları) və kollektivləri arasında yaranan münasibətlər cəmiyyətdə meydana gəlir və fəaliyyət göstərir. 

Buna görə də həmin münasibətlər, təbiətdəki münasibətlərdən (əlaqələrdən) fərqli olaraq, ictimai və ya sosial 



münasibətlər adlanır.  

Amma  təkcə  ümumi  ilkin  şərtlər  real  hüquq  münasibətlərinin  yaranması  üçün  kifayət  etmir.  Bunun  üçün 

həm də xüsusi şərtlərin olması gərəkdir. Xüsusi ilkin şərtlər odur ki, onlar bütün ictimai münasibətlərin yox, 

yalnız hüquq münasibətlərinin, o cümlədən mülki hüquq münasibətlərinin yaranması üçün zəmin rolunu oyna-

yır. Bu şərtlər siyasi, əxlaqi, dini, istehsal, iqtisadi və s. münasibətlərin əmələ gəlməsi üçün əhəmiyyətə malik de-

yil. Onların yalnız hüquq münasibətlərinin meydana gəlməsi üçün rolu vardır. Buna görə də xüsusi ilkin şərtlərə 



hüquqi ilkin şərtlər də deyilir. Bax, xüsusi ilkin şərtlər ümumi ilkin şərtlərlə məcmu halında birləşərək hüquq 

münasibətlərinin,  o  cümlədən  mülki  hüquq  münasibətlərinin  əmələ  gəlməsinə  səbəb  olur.  Xüsusi  ilkin  şərtlərə 

aiddir:  

 mülki hüquq norması; 



 mülki hüquq subyektliyi; 

 mülki-hüquqi faktlar.  



Mülki hüquq münasibətləri yalnız mülki hüquq normaları əsasında yaranır və fəaliyyət göstərir. Axı, real-

faktiki konkret ictimai münasibətlər (məsələn, alqı-satqı, daşıma, kredit, icarə və digər ictimai münasibətlər) an-

caq mülki hüquq normaları ilə tənzimləndikdə mülki hüquq münasibətləri formasını alır. Mülki hüquq norması 

olmadan hər hansı bir mülki hüquq münasibətinin əmələ gəlməsindən söhbət gedə bilməz. Əgər mülki hüquq 



norması yoxdursa (əlbəttə, hüququn analogiyası istisna olmaqla), onda mülki hüquq münasibəti də yarana 

bilməz.  

2. Mülki hüquq subyektliyi 

Mülki hüquq subyektliyi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə dəlalət edən xüsusi (hüquqi) ilkin 

şə

rtlərdən biridir. Bu və ya digər subyektin mülki hüquq münasibəti iştirakçısı olmaq imkanı məhz mülki hüquq 



subyektliyi kimi anlayışla müəyyən olunur. Bu anlayış mülki hüquq münasibəti subyektini xarakterizə edir.  

«Mülki hüquq subyektliyi» termini mülki hüquq elmi dövriyyəsində və sivilistika doktrinasında istifadə olu-

nan  termindir.  Amma  həmin  termin  Azərbaycan  Respublikasının  müasir  mülki  qanunvericiliyinə  bəlli  deyil. 

Azərbayjan Respublikasının mülki qanunvericiliyi bu cür termini işlətmir.  

Lakin bunlara baxmayaraq, «hüquq subyektliyi» termini 50 ildən çoxdur ki, beynəlxalq aktlarda istifadə olu-

nur. Belə ki, Insan Hüquqlarının Ümumi Bəyannaməsinin (1948) 6-cı maddəsində göstərilir: harada olmasından 

asılı olmayaraq hər bir insanın özünün hüquq subyektliyinin tanınması hüququ var. Mülki və siyasi hüquqlar 

haqqında Beynəlxalq paktda (1966) da analoæi göstəriş ifadə olunmuşdur.  

Hüquq subyektliyi mülki hüquq elmində (sivilistika doktrinasında) mübahisə doüuran məsələlərdəndir. Hü-

quqşünas müəlliflərin hamısının bu məsələyə münasibəti birmənalı deyil. Onun barəsində hüquq elmində dörd 

cür konsepsiya yaranmışdır.  

Birinci konsepsiyanı S.N.Bratus əsaslandırmışdır. Onun fikrincə, hüquq subyektliyi dedikdə, hüquq qabiliyyəti 

(hüquq və vəzifələrə malik olmaq qabiliyyəti) başa düşülür. S.N.Bratus öz konsepsiyasının əsaslı olmasını belə 

izah edirdi: hüquq subyektləri hüquq və vəzifələrə malik olmaq qabiliyyətli şəxslərdir; hüquq və vəzifələrə malik 

olmaq qabiliyyəti isə hüquq qabiliyyəti adlanır; mülki hüquqların əksəriyyətini əldə etmək üçün təkcə hüquq qabi-

liyyətinin olması kifayət edir. Beləliklə, hüquq subyektliyi və hüquq qabiliyyəti eynimənalı anlayışlardır. Onun bu 

konsepsiyası bir çox alimlər tərəfindən dəstəklənmişdir. 

S.N.Bratusun konsepsiyası natamam xarakterə malik olub, hüquq subyektliyi kateqoriyasının həqiqi mahiy-

yətini açıqlamaüa imkan vermir. Bu konsepsiya məsələyə birtərəfli yanaşmanı ifadə edir. Hüquq subyektliyini 

yalnız hüquq qabiliyyəti ilə əhatə etmək və onları eynimənalı, sinonim, identik anlayışlar kimi işlətmək olmaz. 

Ona görə ki, bəzi kateqoriya şəxslər mülki hüquq qabiliyyətinə malik olsa da, bütün hüquq münasibətlərində 

subyekt kimi çıxış edə bilmirlər. Məsələn, ruhi xəstələrin mülki hüquq qabiliyyəti vardır, amma onlar mülki hü-

quq münasibətlərində subyekt kimi çıxış edə bilmirlər. Azyaşlılar mülki hüquq qabiliyyətinə malikdirlər, lakin 

xırda məişət xarakterli müqavilə münasibətlərindən (məsələn, kitab, dəftər, qələm, çörək, bulka və s. almaqdan) 




 

81 


savayı, özləri müstəqil surətdə digər müqavilə münasibətlərinə daxil ola bilmirlər.  Deməli, hüquq qabiliyyəti 

hüquq subyektliyi kateqoriyasının əsl sosial-hüquqi mahiyyətini aydınlaşdırmaüa imkan vermir.  

kinci konsepsiya O.S.Ioffe tərəfindən irəli sürülmüşdür. Bu konsepsiyaya görə, hüquq qabiliyyəti yalnız bə-

zi mülki hüquqların əldə edilməsi üçün kifayət edir. Digər əksər hüquqların əldə edilməsi üçün hüquq qabiliy-

yəti yetərli deyil. Bunun üçün fəaliyyət qabiliyyətinin (yəni şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək 

və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətinin) olması gərəkdir. Buradan 

O.S.Ioffe belə bir nəticə çıxarırdı: hüquq subyektliyi hüquq qabiliyyətinin və fəaliyyət qabiliyyətinin birliyi de-

məkdir; hüquq subyektliyi hüquq qabiliyyəti ilə fəaliyyət qabiliyyətini əhatə edən kateqoriyadır; hüquq qabiliy-

yəti ilə fəlayyət qabiliyyətinin vəhdəti hüquq subyektliyi kateqoriyasını yaradır. 

Ş

übhəsiz ki, O.S.Ioffenin tezisində həqiqətə yaxın cəhətlər vardır. Amma bu konsepsiya da məsələyə birtə-



rəfli yanaşmanı nümayiş etdirir. Belə ki, mülki hüquq subyektliyinə təkcə mülki hüquq qabiliyyəti və mülki fə-

aliyyət qabiliyyətinin birliyini və vəhdətini ifadə edən kateqoriya kimi baxmaq olmaz. Məsələ burasındadır ki, 

bəzi  kateqoriya  subyektlərin  mülki  hüquq  və  fəaliyyət  qabiliyyəti  olmasına  baxmayaraq,  onlar  zərər  vurmaq 

nəticəsində əmələ gələn öhdəlik hüquq münasibətinin (delikt hüquq münasibətinin) subyekti ola bilmirlər. De-

məli, təkcə mülki hüquq və fəaliyyət qabiliyyətinin birliyi hüquq subyektliyi kateqoriyasını yaratmır. 

Üçüncü konsepsiyaya görə, hüquq subyektliyi «özündə hüquq və fəaliyyət qabiliyyətindən əlavə, həm də de-

likt qabiliyyətini birləşdirir. Bu konsepsiya tərəfdarları belə hesab edirlər ki, delikt hüquq münasibətinin sub-

yekti olmaq üçün şəxsin hüquq və fəaliyyət qabiliyyətinə malik olması kifayət etmir. Bunun üçün həmin şəxsin 

həm də delikt qabiliyyətli olması gərəkdir. Məsələn, fəaliyyət qabiliyyətli fiziki şəxs öz hərəkətlərinin mənasını 

başa  düşə  və  ya  onlara  rəhbərlik  edə  bilmədiyi  vəziyyətdə  mülki  hüquq  pozuntusu  törətdikdə,  vurduüu  zərər 

üçün məsuliyyət daşımır, yəni delikt hüquq münasibətinin subyekti hesab olunmur (MM-in 1107-ci maddəsi). 

Söhbət həm hüquq qabiliyyətinə, həm də fəaliyyət qabiliyyətinə malik olan fiziki şəxslərin zərər vurmasından 

və onların məsuliyyətə cəlb edilməməsindən gedir. Bu cür norma əvvəlki sovet mülki məcəllələrində də nəzər-

də tutulmuşdu. RF-in yeni MM-i də belə norma ifadə edir. Deməli, hüquq subyektinin öz vurduüu zərərə görə 

məsuliyyət daşımaq, cavab vermək qabiliyyəti (delikt qabiliyyəti) olmalıdır.  

Üçüncü konsepsiya tərəfdarlarının mövqeyinə görə, hüquq subyektliyi təkcə hüquq qabiliyyəti və fəaliyyət 

qabiliyyəti kimi iki anlayışı əhatə etmir. O, həm də delikt qabiliyyətini (vurduüu zərərə görə məsuliyyət daşı-

maq qabiliyyətini) özündə birləşdirir. Deməli, bu konsepsiyaya görə, hüquq subyektliyi hüquq qabiliyyəti, fəa-

liyyət qabiliyyəti və delikt qabiliyyəti kimi üç anlayışı əhatə edən kateqoriyadır. Lakin bu konsepsiya da mülki 

hüquq subyektliyi kateqoriyasının əsl sosial-hüquqi təbiətini dərindən və hərtərəfli açmaüa imkan vermir. Belə 

ki, bəzi kateqoriya subyektlər mülki hüquq qabiliyyətinə malik olsalar da, delikt qabiliyyətli subyektlər hesab 

olunmurlar. Məsələn, on dörd yaşına çatmamış azyaşlıların mülki hüquq qabiliyyəti vardır. Lakin bu cür kate-

qoriya şəxslər delikt qabiliyyətinə malik deyillər, yəni onlar vurduqları zərərin əvəzini ödəmirlər və ona görə də 

delikt hüquq münasibətlərinin subyekti kimi çıxış etmirlər. 

Dördüncü konsepsiyaya görə, hüquq subyektliyi hüquq qabiliyyəti, fəaliyyət qabiliyyəti və delikt qabiliyyəti 

kimi üç anlayışdan əlavə, həm də transfəaliyyət qabiliyyətini özündə birləşdirir. Bizim zənnimizcə, bu konsep-

siya tərəfdarlarının mövqeyi məsələyə daha dərindən və hərtərəfli yanaşmanı ifadə edir. Transfəaliyyət (latınja 

trans — vasitəsilə) qabiliyyəti, birincisi, şəxsin hüquq qabiliyyətinin digəşəxsin fəaliyyət qabiliyyəti ilə ta-



mamlanmasına imkan verir. Məsələn, on dörd yaşına kimi azyaşlılar, MM-in 29-cu maddəsində göstərilmiş 

ə

qdlər (müqavilələr) istisna olmaqla, müstəqil surətdə əqd (müqavilə) bağlaya bilməzlər. Bu, o deməkdir ki, on-



lar mülki hüquq münasibətlərində subyekt rolunda iştirak edə bilməzlər. Bəs azyaşlılar necə, hansı qaydada və 

kimin vasitəsilə əqd (müqavilə) bağlaya və bununla mülki hüquq və vəzifələr əldə edə bilərlər? Başqa sözlə de-

sək, azyaşlılar mülki hüquq münasibətlərində subyekt rolunda kimin vasitəsilə çıxış edə bilərlər? Mülki qanun-

vericilik  müəyyən  edir  ki,  on  dörd  yaşı  tamam  olmamış  azyaşlıların  əvəzinə,  əqdləri  (müqavilələri)  onların 

adından yalnız valideynləri, övladlıüa götürənlər və ya qəyyumlar bağlaya bilərlər (MM-in 29-cu maddəsinin 1-

ci bəndi). Fəaliyyət qabiliyyəti olmayan ruhi xəstələrin adından əqdləri (müqavilələri) onların qəyyumları bağ-

layırlar (MM-in 28-ci maddəsinin 8-ci bəndi). Belə təsəvvür yaranır ki, azyaşlıların, ruhi xəstələrin mülki hü-

quq qabiliyyəti digər şəxslərin — valideynlərin, övladlıüa götürənlərin və ya qəyyumların fəaliyyət qabiliyyəti 

ilə tamamlanır, birləşir. Bununla azyaşlılar, ruhi xəstələr həmin şəxslərin vasitəsilə mülki hüquq münasibətlə-

rində iştirak edir, mülki hüquq və vəzifələr əldə edir. Bu şəxslər öz hərəkətləri ilə azyaşlı və ruhi xəstələr üçün 

mülki  hüquq  və  vəzifələr  yaratmaq  qabiliyyətinə  malikdirlər.  Bu,  həmin  şəxslərin  transfəaliyyət  qabiyyətinin 

birinci tərəfini ifadə edir. Transfəaliyyət qabiliyyəti subyektin öz hərəkətləri ilə başqa şəxslər üçün hüquq 



və vəzifələr yaratmaq qabiliyyətidir. Bax, hüquq subyektliyi bu qabiliyyətdə ifadə olunur.  

kincisi,  transfəaliyyət  qabiliyyəti  şəxsin  qeyri-delikt  qabiliyyətinin  digər  şəxsin  delikt  qabiliyyəti  ilə 

tamamlanmasına, birləşməsinə imkan verir. Məsələn, on dörd yaşına çatmamış azyaşlı və ya ruhi xəstə mü-


Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə