Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə49/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   45   46   47   48   49   50   51   52   ...   490

 

56 


qaviləsi  haqqında  mülki  hüquq  normaları  əsasında  kirayə  müqaviləsi  bağlanır,  yəni  həmin  kirayə  münasibəti 

mülki hüquqla tənzimlənir. Bunun nəticəsində bu münasibət hüquqi forma alaraq hüquq münasibəti kimi çıxış 

edir.  

Beləliklə, hüquq münasibəti, birincisi, ictimai münasibətlərin hüquqla tənzim olunması vasitəsi, ikincisi, hü-



quqla tənzimetmənin nəticəsi, üçüncüsü, faktiki və real münasibətin formasıdır.  

Hüquq münasibəti üstqurum kateqoriyasına aiddir. «Siyasi iqtisadın tənqidinə dair» adlı əsərinə yazdığı 

ön sözdə K.Marks göstərirdi ki, istehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi strukturunu, real bazisi-

ni təşkil edir ki, onların özərində hüquqi və siyasi üstqurum yüksəlir. Bu üstqurum isə ictimai şüur və düşüncə-

nin  müvafiq  formasına  uyüun  gəlir.  Cəmiyyətin  iqtisadi  quruluşu  bazis  adlanır.  O,  istehsal  münasibətləri  ilə 

müəyyən edilir. Üstqurum dedikdə cəmiyyətin siyasi, hüquqi, dini, fəlsəfi, estetik baxışları və bunlara uyüun 

gələn siyasi, hüquqi və digər təsisatlar başa düşülür.  

Bazis cəmiyyətə iqtisadi cəhətdən xidmət göstərir. Üstqurum isə cəmiyyətə siyasi, hüquqi, estetik və başqa 

ideyalarla xidmət edir. Deməli, üstqurumun cəmiyyətə hüquqi ideyalarla xidmət göstərməsi onu sübut edir ki, 



hüquq ideoloæi formadır. Siyasi, dini və fəlsəfi formalar da ideoloæi formalar hesab edilir. Hüququn ideoloæi 

forma olması və ideologiya ilə bağlılıüı onu sübut edir ki, hüquq münasibəti ideoloæi münasibətdir. Ideoloæi 

münasibət kimi o, cəmiyyətin iqtisadi bazisi özərində  yüksələn hüquqi və siyasi üstqurumun elementlərindən 

biri kimi çıxış edir. Beləliklə, hüquq münasibəti ideoloæi üstqurum münasibətidir. Bu, o deməkdir ki, hüquq 

münasibətləri insanların şüur və düşüncəsi vasitəsi ilə əmələ gəlir, dəyişir və ya xitam olunur. Müasir dövrdə 

ideologiyanın, yəni müəyyən baxış, ideya, anlayış və təsəvvürlərin müəyyən sisteminin yalnız xarakteri dəyişmiş-

dir. Burada əsas yeri sinfi yanaşmanın əvəzinə, bazar münasibətlərinə və azad sahibkarlıüa keçid ideyaları və ba-

xışları tutur.  

Söylədiklərimiz belə bir nəticə çıxarmaüa imkan verir ki, bizim qabağımızda əgər ideoloæi münasibət olar-

sa, onda hüquq münasibəti barədə yalnız hüquqi forma kimi, yəni hüquqi forma mənasında danışmaq olar. 

Bu baxımdan o, hüquqi üstqurumu bütövlükdə özündə birləşdirir. Bu mənada hüquq münasibəti hüquq norma-

ları  ilə  tənzimlənən  ictimai  münasibətin  hüquqi  forması  kimi  çıxış  edir.  Daha  doürusu,  hüquq  münasibəti  bu 

münasibətin, yəni bazis münasibətinin hüquqi formasıdır, yəni ideoloæi münasibətdir. Fəlsəfi planda əgər bazis 

münasibəti (yəni hüquq norması ilə tənzimlənən ictimai münasibət) məzmundursa, ideoloæi münasibət isə hü-

quqi formadır. Bazis münasibətləri (məzmun) bazisə, iedoloæi münasibətlər (hüquqi forma) isə hüquqi üstquru-

ma aiddir.  

Dediklərimizdən  belə  məlum  olur  ki,  əgər  bazis  münasibətləri  hüquq  normaları  ilə  tənzimlənərsə,  bunun 

nəticəsində həmin münasibətlər ideoloæi, yəni hüquq münasibətləri olur. Bu isə onu ifadə edir ki, bazis münasi-

bətləri (hadisələri) üstqurum münasibətləri ilə dəyişdirilir və əvəz edilir. Bu isə mümkün olan hal deyil. Ona gö-

rə ki, fəlsəfi planda bazis münasibəti (məzmun) ideoloæi münasibəti müəyyən edir. Dialektik metod öyrədir ki, 

formaya  münasibətdə  məzmun  birincidir.  Buna  görə  də  hüquq  münasibətinə  hüquq  norması  ilə  tənzimlənən 

ictimai münasibət kimi anlayış verilməsi uüursuz anlayışdır. Hüquq ədəbiyyatında bu cür anlayışdan istifadə et-

mək dəb və adət halını almışdır. Müəlliflərin əksəriyyəti hüquq münasibətinə belə definisiya (tərif) verir. 

Bundan  əlavə,  hüquq  münasibətinə  verilən  anlayışdan  məlum  olur  ki,  hüquq  ictimai  münasibətləri  tənzim 

edir. Belə çıxır ki, o, istənilən ictimai münasibəti, o cümlədən ictimai istehsal münasibətlərini də tənzim edir. 

Tənzim etmək müəyyən etmək deməkdir. Onda belə təsəvvür yaranır ki, hüquq ictimai istehsal münasibətlərini 

müəyyən edir. Həqiqətdə isə belə deyildir. Hüquq (üstqurum) ictimai istehsal münasibətlərini (bazisi) müəyyən 

etmir. O, özü bu münasibətlərlə müəyyən edilir. Hüquq münasibətləri bilavasitə istehsal münasibətləri ilə şərtlə-

nir  (I.V.Stalin).  Marks  göstərirdi  ki,  hüquq  münasibətləri  maddi  həyat  münasibətlərinə  əsaslanır.  Belə  halda 

ictimai  istehsal  münasibətlərinin  hüquqla  tənzimlənməsindən  —  müəyyən  edilməsindən  necə  söhbət  açmaq 

olar? Digər tərəfdən, ictimai istehsal münasibətləri obyektiv surətdə, insanların iradə və şüurundan asılı olma-

yaraq müvcuddur. Hüququn işi isə insanların şüurlu, iradəvi fəaliyyəti ilə bağlıdır.  

Dialektik materializm forma və məzmuna vəhdətdə baxır. Istənilən hər hansı bir hadisənin forma və məzmu-

nu ayrılmaz və bölünməzdir. Bu, o deməkdir ki, hüquq münasibəti, forması kimi çıxış etdiyi, yəni forması oldu-

üu faktiki-real ictimai münasibətlə (bazis münasibəti ilə, məzmunca) sıx surətdə bağlıdır. O, hüquqi cəhətdən 

rəsmiləşdirdiyi, ifadə etdiyi faktiki-real münasibətdən ayrılmır. Onlar birlikdə müvcuddur. Məsələn, satıcı əşya-

nı  əvəzində  müəyyənləşdirilmiş  pul  məbləüi  almaqla  alıcıya  verir.  Bu,  alqı-satqı  münasibəti,  özü  də  konkret 

faktiki ictimai münasibətdir. Bu münasibət hüquqi cəhətdən alqı-satqı müqaviləsinin vasitəsilə rəsmiləşdirilir. 

Alqı-satqı müqaviləsi hüquqi formadır. Real-faktiki alqı-satqı münasibəti ilə bu forma vəhdətdədir.  

Deməli, hüquq münasibətindən təkcə və yalnız ideoloæi üstqurum münasibəti kimi söhbət açmaq olmaz. Hü-

quq münasibətinə ideoloæi münasibət (forma) kimi yanaşanda, onda forma məzmundan (faktiki ictimai münasi-

bətdən,  bazis  münasibətindən)  ayrılır.  Hüquq  münasibətinə  həm  də  forma  və  məzmunun  vəhdətindən  ibarət 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə