54
Xüsusi-hüquqi tə
fsir üsulu odur ki, bu üsul mülki hüquq (sivilistika) elminin və qanunvericilik texnikasının
bilikləri əsasında hüquqi terminlərin, konstruksiyaların, kateqoriyaların, anlayışların mənasının və məzmunu-
nun aydınlaşdırılmasını nəzərdə tutur. Xüsusən də hüquqyaratma orqanı yeni hüquqi anlayış və kateqoriyalar
formulə edəndə bu üsuldan daha geniş surətdə istifadə olunur. Məsələn, MM-in 1108-ci maddəsi «ətrafdakılar
üçün yüksək təhlükə yaradan fəaliyyət» kimi anlayış işlədir. Bu anlayışın mahiyyət və məzmunu mülki hüquq
elminin bilikləri əsasında aydınlaşdırılır. Mülki qanunvericilik «təqsir», «kobud ehtiyatsızlıq», «zəruri müda-
fiə», «son zərurət» və s. anlayışlar işlədir. Bunların da məzmununa mülki hüquq elminin verdiyi biliklər əsasın-
da aydınlıq gətirilir.
Təfsir üsulları bir-biri ilə qarşılıqlı əlaqədədir. Onların hamısı birlikdə mülki hüquq normalarının məzmunu-
nun dəqiq müəyyənləşdirilməsində böyük rol oynayır.
TÖVSIYƏ
OLUNAN Ə
LAVƏ
Ə
DƏ
BIYYAT
Qraædanskoe pravo. Uçebnik. ×astü 1 / Pod red. A.P.Serqeeva, Ö.K.Tolstoqo. M., 1998. (ql. 2).
Qraædanskoe pravo. Uçebnik. Tom 1 / Pod red. E.A.Suxanova. M., 1998 (ql. 4).
Qraædanskoe pravo. Uçebnik. ×astü / Pod red. A.Q.Kalpina, A.I.Masləeva. M., 1997 (ql. 2).
Qraædanskoe pravo. Uçebnik. ×astü 1/ Pod red. T.I.Illarionovoy, B.M.Qonqalo, V.A.Pletnevoy. M., 1998
(ql. 2).
Qraædanskoe pravo. Uçebnik. ×astü 1 / Pod red. Z.I.Üıbulenko. M., 1998 (ql. 2).
Qraædanskoe pravo. Uçebnik. / Pod red. S.P.Qrişaeva. M., 1999 (ql. 1, § 3).
Qusev S.I. Rukovodəhie razüəsneniə Plenumov Verxovnıx Sudov — vaænoe sredstvo ukrepleniə zakonnos-
ti // Sovetskoe qosudarstvo i pravo. 1985. ¹ 10.
Zıkin I.S. Obıçay v sovetskoy pravovoy doktrine // Sovetskoe qosudarstvo i pravo. 1982. ¹ 3.
Noviükiy I.B. Istoçniki sovetskoqo qraædanskoqo prava. M., 1959.
Ə
liyev E. Beynəlxalq nəqliyyat daşımalarının konvension təsbiti. Bakı. 2001.
Palandt. Bürgerliches Gesetzbuch. Kommentar. München.1999.
Klünzinger E. Einführung in das bürgerliche Recht. München.1993.
Larenz K. Allgemeiner Teil des deutschen Bürgerlichen Rechts. München.1989.
Kaiser. Bürgerliches. Recht. Heidelberg: C.F. Müller. 1997.
Kühler H. BGB. Allgemeiner Teil. München.1998.
Brehm W. Allgemeiner Teil des BGB. 1997.
Brox H. Allgemeiner Teil des Bürgerlichen Gesetzbuches.1997.
Sakag Vaqaüuma, Toru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 1. M., 1983.
MÖVZU 3
Mülki hüquq münasibə
tlə
ri
§ 1. Mülki hüquq münasibə
tinin anlayış
ı və
ə
sas
xüsusiyyə
tlə
ri
1. Mülki hüquq münasibə
tinin anlayış
ı
ctimai həyatda və cəmiyyətdə yaşayan insanlar bir-birləri ilə müxtəlif cür münasibətlərə girir və qarşılıqlı
fəaliyyət göstərirlər. Elə bil ki, insan cəmiyyətinin özü həmin münasibətlərin məcmusundan, bu cür qarşılıqlı
fəaliyyətin məhsulundan ibarətdir. Cəmiyyətdəki münasibət və əlaqələrin əhatə dairəsi həddən ziyadə və son
dərəcə geniş olub, kifayət qədər müxtəlif və rəngarəngdir. Onlara misal olaraq siyasi münasibətləri, dini müna-
sibətləri, iqtisadi münasibətləri, əxlaqi münasibətləri, mədəni münasibətləri və s. göstərmək olar. Özü də bu
münasibətlərin hamısı ictimai münasibətlərdir.
Insan cəmiyyətində meydana gələn və fəaliyyət göstərən ictimai münasibətlərin müxtəlif növləri arasında
hüquq münasibətləri mühüm yer tutur. Dövlət cəmiyyəti hüquq münasibətləri ilə əlaqələndirir və birləşdirir.
Hüquq münasibətləri mürəkkəb xarakterə malik olan məsələdir, çoxtərəfli hadisədir. Buna görə də həmin məsə-
lə hüquq doktrinasında ən mübahisəli məsələlərdən biridir. Uzun müddətdir ki, hüquq münasibəti geniş və qız-
üın diskussiyaların predmetinə çevrilmişdir. Hüquq elmi bu məsələnin məna və mahiyyətinin aydınlaşdırılması-
na xüsusi diqqət yetirir. Odur ki, hüquq münasibətinin işıqlandırılmasına çoxsaylı ədəbiyyat — məqalələr, mo-
noqrafiyalar, tədris və nəzəri əsərlər və s. həsr edilmişdir. Onun bir çox aspektləri hüquq elmində hələ də müba-
hisə predmeti olaraq qalır.
Mülki hüquq münasibəti sivilistika doktrinasının (mülki hüquq elminin) ən vacib və mühüm kateqoriyaların-
55
dan biridir. Mülki qanunvericilik bu kateqoriyaya leqal definisiya (tərif) vermir. Bəs mülki hüquq münasibəti
dedikdə, biz nə başa düşürük? Bu suala dözgün cavab vermək üçün, hər şeydən əvvəl, hüquq münasibətinin
məna və məzmununu açmaüa çalışaq. Yalnız bundan sonra mülki hüquq münasibətinin mahiyyətini başa düşə
bilərik. Axı, mülki hüquq münasibəti hüquq münasibətinin bir növüdür. Hüquq münasibətinin isə müxtəlif növ-
ləri fərqləndirilir: konstitusiya hüquq münasibəti; inzibati hüquq münasibəti; maliyyə hüquq münasibəti; əmək
hüquq münasibəti; cinayət hüquq münasibəti; cinayət-prosessual hüquq münasibəti və s.
Hüquq münasibəti, hər şeydən öncə, hüquqla özvi surətdə bağlıdır. Hüquqla əlaqədar olmayan hüquq mü-
nasibətinin müvcudluüundan söhbət gedə bilməz. Əgər hüquq, hüquq norması müvcud deyilsə, onda hüquq mü-
nasibəti də yoxdur. Dövlətəqədərki, yəni dövlətin meydana gəlməsinə kimi müvcud olan arxaik-ibtidai
cəmiyyətdə hüquq münasibətləri yaranmamışdır. Ona görə ki, həmin cəmiyyətdə hüququn özü olmamışdır. Bu
və ya digər münasibətin məhz hüquqla bağlılıüı onu hüquq münasibəti adlandırmaüa əsas verir. Məsələn, vergi
münasibətləri maliyyə hüququ ilə, əmək münasibətləri əmək hüququ ilə, əmlak münasibətləri mülki hüquq ilə
və s. bağlıdır. Ona görə də bunlar hüquq münasibətləri adlanır. Dediklərimizdən belə çıxır ki, hüquq münasi-
bətləri hüquqdan ayrı və ondan asılı olmadan müvcud ola bilməz. Bu iki hüquqi hadisə arasında səbəbli
nəticə əlaqəsi vardır.
Bəs hüquqla hüquq münasibəti arasında bağlılıüın əsas cəhətləri nədən ibarətdir? Bu suala cavab vermək
üçün hüququn sosial təyinatının nədən ibarət olmasını xatırlamaq lazımdır. Hüququn əsas və başlıca təyinatı
ictimai münasibətləri qaydaya və nizama salmaqdan ibarətdir. Hüquq ictimai münasibətlərin xüsusi, rəsmi və
dövlət tənzimləyicisidir. Məhz hüquq münasibətləri vasitəsilə hüquq öz məqsədinə çatır və nail olur. Məhz hü-
quq münasibətləri vasitəsilə hüququn real qüvvə və səmərəli alət olması müəyyənləşdirilir, ifadə edilir. Məsə-
lən, maliyyə hüquq münasibətləri vasitəsilə maliyyə hüququ, əmlak hüquq münasibətlərinin vasitəsilə mülki hü-
quq, əmək hüquq münasibətləri vasitəsilə əmək hüququ və s. özlərinin tənzimləyici funksiyasını və rolunu yeri-
nə yetirir. Deməli, hüquq münasibəti ictimai münasibətin hüquqla tənzimolunma vasitəsidir. Bu, hüquq
münasibəti ilə hüququn bağlılıüını sübut edən birinci xüsusiyyətdir.
Bəs müvafiq ictimai münasibət hüquqla tənzim edildikdə onun nəticəsi nə olur? Bu cür tənzimetmə nəticə-
sində nə yaranır? Qeyd etmək lazımdır ki, hüquq yaradıcı xüsusiyyətə malik deyil. O, yalnız ictimai münasibət-
lərin tənzimləyicisidir. K.Marksın sözləri ilə desək, hüquq özlüyündə heç nə yaratmır, o, yalnız ictimai münasi-
bətləri sanksiyalaşdırır, protokollaşdırır, iqtisadi ehtiyacları ifadə edir. Söhbət hüququn müxtəlif cür ictimai mü-
nasibətləri tənzimləməsindən gedir. Belə ki, vətəndaşlar, təşkilatlar, idarələr və müəssisələr öz müxtəlif tələbatla-
rını təmin etmək üçün cürbəcür ictimai münasibətlərə daxil olurlar. Əgər bu münasibətlər hüquqla tənzimlənərsə,
onda hüquq münasibətləri yaranır. Məsələn, alıcı vətəndaş alqı-satqı müqaviləsi əsasında öz qonşusundan (satıcı-
dan) minik avtomobili alır. Bu, ictimai münasibətdir. Özü də o, mülki hüquqla tənzimlənir. Belə ki, həmin müna-
sibətə alqı-satqı müqaviləsi haqqında mülki hüquq normaları tətbiq edilir. Bu cür tənzimetmə nəticəsində hüquq
münasibəti yaranır. Deməli, hüquq münasibəti hüquqla tənzimetmənin nəticəsidir. Bu, hüquq münasibəti ilə
hüququn bağlılıüını sübut edən ikinci xüsusiyyətdir.
Amma bu, o demək deyildir ki, hüquq münasibətinin yaranmasına hüquq səbəb olur. Əslinə baxsan bu, belə
deyildir. Onun əmələ gəlməsinə hüquq yox, həyati hallar əsas olur. Məhz həyati hallar insanlar arasında münasi-
bətlər yaradır. Hüquq yalnız münasibət iştirakçılarının hüquq və vəzifələrinin əmələ gəlməsini bu hallarla bağlayır
və əlaqələndirir. Bu yerdə K.Marksın ifadəsini işlətmək yerinə düşərdi. O yazırdı ki, yalnız mübadilənin özü fakti-
ki münasibətlər yaradır.
Beləliklə, hüquq münasibəti hüququn yox, hüquqla tənzimetmənin nəticəsidir. Buna görə hüquq münasibəti-
nin yaranmasına hüququn özü səbəb ola bilməz. Hüququn öz-özünə müvcud olması hüquq münasibətinin mey-
dana gəlməsinə dəlalət etmir. Vacibdir ki, müvafiq ictimai münasibət hüquqla tənzimlənsin. Bu isə hüquq mü-
nasibətinə hüquq əsasında əmələ gələn ictimai əlaqə kimi anlayış verən müəlliflərin mövqeyinin qeyri-
inandırıcı olmasını sübut edir.
Qeyd etdik ki, hüququn əsas təyinatı ictimai münasibətləri tənzimləməkdən ibarətdir. Bu və ya digər ictimai
münasibəti tənzimləməklə hüquq həmin münasibətlərə hüquqi forma verir. Bunun nəticəsində bu münasibətlər
yeni keyfiyyətə və xüsusi formaya malik olur. Bu, hüquq münasibəti formasıdır. Lakin ictimai münasibət itmir,
tam saxlanılır. Daha doürusu, hüquqla tənzimlənərkən ictimai münasibətlərə hüquqi örtük və pərdə geydi-
rilir. Amma hüquqla tənzimetmə hər hansı bir yeni ictimai münasibətin yaranmasına səbəb olmur. O, yalnız ar-
tıq müvcud olan real və faktiki münasibətlərə müəyyən hüquqi forma verir. Deməli, hüquq münasibəti hü-
quqla tə
nzimlə
nə
n real-faktiki münasibə
tin formasıdır. O, bu cür
faktiki münasibə
tin forması kimi çıxış
edir. Bu, hüquq münasibəti ilə hüquq arasında bağlılıüı sübut edən
üçüncü xüsusiyyə
tdir. K.Marks yazırdı ki,
mübadilə nəticəsində yaranan faktiki münasibətlər sonra müqavilə şəklində hüquqi forma alır. Məsələn, yaşayış
evi kənd sakininə kirayəyə verilir. Bu, real (faktiki) kirayə münasibətidir. Bununla əlaqədar olaraq kirayə mü-