Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə36/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   32   33   34   35   36   37   38   39   ...   490

 

41 


maddəsinin 1-ci bəndi). Bu qayda mülki dövriyyənin sabitliyini və möhkəmliyini təmin etmək məqsədini gü-

dür. Belə ki, o, mülki hüquq subyektləri arasında münasibətlərdə sabitlik, vətəndaşlarda öz hüquqi vəziyyətləri-

nin  dəyişməzliyinə,  hüquq  qaydasının  möhkəmliyinə  inam  yaradır.  Buradan  belə  bir  nəticə  çıxara  bilərik  ki, 

normativ aktlar hüquqi qüvvəyə minmə müddətindəəvvəl yaranan və müvcud olan ictimai münasibət-

lərə şamil olunmur. Bu isə onu ifadə edir ki, mülki qanunvericilik aktlarının geriyə qüvvəsi yoxdur (MM-in 7-

ci maddəsinin 1-ci bəndi). Bu işdə özbaşınalıüa yol vermək olmaz. Deməli, normativ aktların geriyə qüvvəsinin 

olmaması o deməkdir ki, bu aktlar hüquqi qüvvəyə mindikdən əvvəl meydana gəlmiş münasibətlərə şamil edil-

mir. Məsələn, iki müəssisə arasında topdansatış ticarət münasibətləri yaranır. Bundan sonra bu cür münasibətlə-

ri tənzimləyən qanun qəbul edilir. Bu qanun həmin münasibətlərə tətbiq olunmayacaqdır. Qanunda birbaşa gös-

təriş nəzərdə tutulsa belə, mülki qanunvericilik aktlarının geriyə qüvvəsi yoxdur (MM-in 7-ci maddəsinin 2-ci 

bəndi).  

Mülki qanunvericilik aktlarının geriyə qüvvəsinin olmaması prinsipindən qanunda nəzərdə tutulan hallarda 

müəyyən istisnaya yol verilir. Bu, onu ifadə edir ki, həmin hallarda müvafiq normativ akt qüvvəyə minəndən 

ə

vvəl əmələ gəlmiş münasibətlərə tətbiq edilir: 



 əgər həmin akt fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırırsa;  

 əgər həmin akt mülki hüquq məsuliyyətini aradan qaldırırsa;  



 əgər həmin akt mülki hüquq məsuliyyətini yüngülləşdirirsə.  

Söylədiklərimizdən belə təsəvvür yaranır ki, əgər mülki qanunvericilik şəxslərin hüquqi vəziyyətini pis-

ləşdirərsə  və  ya  onlara  zərər  vurarsa,  onda  onun  geriyə  qüvvəsindən  söhbət  gedə  bilməz.  Məsələn,  şəxs 

bankdan kredit alır. Kredit müqaviləsində kreditin qaytarılmasının hər gecikdirilən günü üçün kredit məblə-

üinin 0,2 faizi həcmində dəbbə pulu (penya) ödənilməsi nəzərdə tutulur. Bundan sonra Milli Bank tərəfindən 

qəbul edilən normativ aktda (təlimatda) penya (qanuni dəbbə pulu) 0,7 faiz məbləüində müəyyənləşdirilir. 

Bu təlimat kredit müqaviləsindən əmələ gələn münasibətə tətbiq edilməyəcəkdir. Ona görə ki, o, şəxsin və-

ziyyətini pisləşdirir. 

Mülki qanunvericilik aktlarının qüvvəyə minməsinin əsas iki qaydası və yolu vardır:  

 normativ aktın dərc olunduüu gündən qüvvəyə minməsi qaydası;  



 normativ aktın özündə və ya bu aktın qüvvəyə minməsinə dair xüsusi aktda göstərildiyi andan qüvvə-



yə minməsi qaydası..  

Normativ aktların qüvvəyə minməsinin əsas yolu və qaydası onların dərc olunması ilə qüvvəyə minməsi 



yoludur. Bu, nisbətən daha  geniş  yayılmış  yoldur. Konstitusiyaya  görə  qanunun, Milli Məclisin qərarlarının, 

prezidentin  fərmanlarının,  Nazirlər  Kabinetinin qərarlarının  özündə  başqa  qayda  nəzərdə  tutulmayıbsa,  onlar 



dərc  edildiyi  gündən  qüvvəyə  minir.  Analoci  göstəriş,  yəni  bu  cür  oxşar  göstəriş  «Normativ  hüquqi  aktlar 

haqqında» qanunun 41-ci maddəsinin 1-ci bəndində də ifadə olunmuşdur. 

Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti orqanlarının, 

yerli özünüidarə orqanlarının və Milli Bankın normativ aktları əvvəlcə müəyyən edilmiş qaydada Ədliyyə Na-

zirliyində  müəyyən  edilmiş  qaydada  məcburi  dövlət  qeydiyyatından  keçir.  Bundan  sonra  həmin  aktların 

özündə başqa qayda nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir. 

Konstitusiya Məhkəməsi qərarlarına gəldikdə isə qeyd etmək lazımdır ki, onun yalnız qanunvericilik, ijra və 

məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bülgösü, Konstitusiyanın və qanunların şərh edilməsi barədə qə-

rarları dərc olunduüu gündən hüquqi qüvvəyə malik olur. Konstitusiya Məhkəməsinin normativ xarakterli digər 

aktları  isə  başqa  yolla  qüvvəyə  minir.  Belə  ki,  AR  Konstitusiyasının  130-cu  maddəsinin  III  hissəsinin  1-7-ci 

bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlər özrə qəbul olunmuş qərarlar onların özündə gös-

tərilən vaxtdan, digər məsələlər barədə isə qərarlar elan olunduğu andan qüvvəyə minir. 

Qanunlar və prezident fərmanları «Azərbaycan» qəzeti və «Azərbaycan Respublikasının qanunvericilik 

toplusu» kimi rəsmi nəşrlərdə, Milli Məclisin qərarları «Azərbaycan» qəzetində, və «Azərbaycan Respubli-

kasının Milli Məclisinin məlumatı»nda, Nazirlər Kabinetinin qərarları rəsmi nəşr sayılan «Azərbaycan Res-

publikası qanunvericilik toplusu»nda və «Respublika» qəzetində, mərkəzi icra hakimiyyəti orqanlarının nor-

mativ hüquqi aktları rəsmi nəşr hesab edilən «Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları-



nın  normativ  aktlarının  bülleteni»ndə  (Ədliyyə  Nazirliyinin  nəşri),  Konstitusiya  Məhkəməsinin  qərarları 

«Azərbaycan»  qəzetində  və  «Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  məlumatı»nda  dərc 

olunur.  

Milli Bankın normativ aktları da dərc edilmək yolu ilə qüvvəyə minir. «Normativ hüquqi aktlar haqqında» 

qanun bu aktların dərc edildiyi nəşrlərin dairəsini müəyyənləşdirmir. Elə hesab edirik ki, Milli Bankın normativ 

aktları istənilən rəsmi nəşrdə dərc olunduqda hüquqi qüvvəyə minir. 

Normativ hüquqi aktların dərc olunmasını onların təkcə hüquqi qüvvəyə minməsi variantı və yolu hesab et-




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə