8
ayrı şəxslərin və xüsusi müəssisələrin fəaliyyətini əhatə edir və nəzərdə tutur. Bax, qeyd etdiyimiz bütün bu
amillər xüsusi hüququn leqallaşdırılmasının təbiiliyini, labüdlüyünü və mütləqliyini şərtləndirir. Xüsusi hüquq
konsepsiyasını rəsmən tanımadan və qəbul etmədən vətəndaş cəmiyyətinin formalaşması, hüquqi dövlətin yara-
dılması və inkişafı, xüsusi sahibkarlıq fəaliyyətinin genişlənməsinə rəvaú verilməsi mümkün deyil.
Kezən əsrin 90-cı illərinin əvvəllərində xüsusi hüquq üzrə Tədqiqat Mərkəzi «Rusiyada xüsusi hüququn tə-
şə
kkülü və inkişafı» adlı Proqram işləyib hazırladı. Bu proqram RF Prezidentinin 7 iyun 1994-cü il tarixli Fər-
manı ilə bəyənilmişdir. Bununla xüsusi hüquq RF-də rəsmən tanınmış və qəbul edilmişdir. Azərbaycan Respub-
likasında da xüsusi hüquq konsepsiyasının və ideyasının rəsmən tanınmasını günün ən vacib məsələlərindən bi-
ri hesab edirik. Ona görə ki, xüsusi hüquq olmadan sabit bazar iqtisadiyyatının inkişafı, əsl və həqiqi xüsusi
mülkiyyət institutunun yaranması, insanın təbii azadlıq və hüquqlarının həyata kezirilməsi mümkün deyil.
Xüsusi hüququn tanınması dövlətin ali məqsədinin, yəni insan və vətəndaş hüquqlarının və azadlıqlarının tə-
min edilməsinin (Konstitusiyanın 12-ci maddəsi) həyata kezirilməsi üçün hüquqi zəmin yaradır. Bu hüquq sa-
həsinin rəsmən qəbul edilməsi onu ifadə edir ki, onunla dövlətin və dövlət orqanlarının müdaxilə etməsinə hü-
quqi qadaüa qoyulduüu və ya qanunla məhdudlaşdırıldıüı ictimai həyat sahələri müəyyənləşdirilir. Bunun
nəticəsində vətəndaşların və şəxslərin azadlıq sferasına dövlətin özbaşına qarışmaq imkanı hüquqi cəhətdən ara-
dan qaldırılır. Xüsusi hüquq imkan verir ki, dövlət və onun orqanlarının «birbaşa əmr verməsinin» hədd və
dərəcəsi hüquqi cəhətdən qanuniləşsin, mülkiyyət azadlıüı və xüsusi təşəbbüskarlıq arasında sərhədlər azılsın.
Uzun müddət cəmiyyətdə dövlət paternalizminin hər şeyə ixtiyarı zatmasına və qadir olmasına inanmaq kimi
ictimai düşünúə formalaşmışdır. Bu, aüır psixoloæi yükdür. Postsosialist kezid dövrü şəraitində bu cür yükdən
azad olunmaqda xüsusi hüququ tanımaüın böyük əhəmiyyəti vardır. Elə dövlətlər vardır ki, bu dövlətlərdə ha-
kim elita özlərini dövlətlə eyniləşdirir və ona bərabər tutur. Bununla onlar öz iradələrini zorla bütün cəmiyyətə
qəbul etdirirlər. Bu dövlətlərdə hüquqa etatik yanaşma müvcuddur. Bu cür halların aradan qaldırılmasında hü-
ququn ümumi və xüsusi hüquqa bölünməsinin, xüsusi hüququn tanınmasının böyük əhəmiyyəti vardır.
5. Xüsusi hüquq sistemi
Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi qəbul edilmişdir. Vacib rola malik olan bu hüquqi sənəddə
xüsusi hüquq qəti olaraq rəsmən tanınmış və qanunvericilik qaydasında ifadə olunmuşdur. Mülki Məcəllədə nə-
zərdə tutulan anlayışlar məhz belə fikir süyləməyə əsas verir. Belə halda xüsusi hüquq və düvlətdaxili hüquq ara-
sındakı münasibəti aydınlaşdırmaq məsələsi ortaya çıxır. Şübhəsiz, Azərbaycan Respublikasının milli hüquq siste-
mində xüsusi hüququn yerinin müəyyən edilməsinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının milli hüquq sistemi bəzi kontinental Avropa ölkələri-
nin hüquq sistemindən fərqli olaraq xüsusi hüququn dualizmi problemini tanımır və qəbul etmir.
Azərbaycan Respublikasının hüququ monizm prinsipi — monist sistemi üzrə qurulur. Bütün bunlar o demək-
dir ki, kommersiya (ticarət) fəaliyyətini tənzimləmək üçün müvafiq normalar mülki hüquqdan ayrılmamış və
ticarət hüququnu yaratmamışdır. Kommersiya (ticarət) fəaliyyətini və dövriyyəsini nizama salan normalar mül-
ki hüquqa tabe olmaqla, onun sisteminə daxildir. Yeni Mülki Məcəllə rəsmi surətdə sahibkarlıq (o cümlədən
ticarət-kommersiya) fəaliyyətini mülki hüququn nizamasalma predmetinə daxil edir (13-cü maddə). Bu
məcəllədə pərakəndə ticarət dövriyyəsini rəsmiləşdirən pərakəndə alqı-satqı müqaviləsi, topdansatış ticarət döv-
riyyəsini nizama salan mal göndərmə (tədarük) müqaviləsi, ticarət vasitəziliyini tənzimləyən ticarət agenti mü-
qaviləsi (o cümlədən broker, komissiya, konsessiya müqavilələri) kimi hüquqi konstruksiyalar nəzərdə tutulur.
Yeni Mülki Məcəllə beynəlxalq ticarət dövriyyəsində geniş surətdə tətbiq edilən faktorinq, maliyyə lizinqi və
franzayzinq kimi müqavilələri tənzimləyir. Bunlar onu nümayiş etdirir və təsdiqləyir ki, ölkəmizin müasir qa-
nunvericiliyi vahid xüsusi hüquq yolu ilə
inkiş
af edir, mülki hüquq isə
kommersiyalaş
dırılır (kommersi-
yalaş
dırma), yəni özündə ticarət (kommersiya) dövriyyəsini tənzimləyən normaları birləşdirir. Həmin normala-
rın məcmusu kommersiya hüququ adlanır.
Xüsusi hüququn sistemi dedikdə, onun tərkibinə daxil olan hüquq sahələrinin məcmusu və birliyi başa dü-
ş
ülür. Şübhəsiz ki, xüsusi hüquqa xüsusi münasibətləri qaydaya salan hüquq sahələri aiddir. Qeyd etmək lazım-
dır ki, hər bir ölkədə xüsusi hüququn sistemi tarixi-ictimai, sosial-siyasi, ictimai-iqtisadi, hüquq sisteminin milli
xüsusiyyətləri və digər amillərdən asılı olaraq müəyyən edilir. Hez kəsə sirr deyildir ki, təmiz şəkildə və mütləq
xarakterli ümumi hüquq sahəsi və ya xüsusi hüquq sahəsi yoxdur. Ümumi hüququn elementləri xüsusi hüquqa
daxil olan sahələrdə təzahür edə bilər və yaxud əksinə, xüsusi hüququn elementlərinə ümumi hüquqa şamil edi-
lən sahələrdə rast gəlmək olar. Məsələn, mülki hüququn tərkib hissəsi olan ailə hüququ xüsusi hüquqa daxil edi-
lir (şübhəsiz ki, birbaşa yox, mülki hüququn vasitəsi ilə). Amma ailə hüququnda məhkəmə qaydasında nikahın
pozulması, məhkəmə qaydasında valideynlik hüququndan məhrumetmə, məhkəmə qaydasında aliment alma ki-
mi elementlər ümumi hüquq elementləri hesab olunur. Ekologiya hüququnu biz ümumi hüquq sahəsinə aid et-
mişik. Lakin torpaüın alqı-satqısı, baüışlanması, vərəsəlik üzrə kezməsi, icarəyə verilməsi, girov qoyulması və