Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə29/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   25   26   27   28   29   30   31   32   ...   490

 

33 


qorunması özrə Paris konvensiyasından (1883), Ədəbi- bədii əsərlərin qorunması haqqında Bern konvensiyasın-

dan (1886) gedir. Azərbaycan Respublikası bu dörd mühüm konvensiyanın iştirakçısı və özvüdür. Həmin kon-

vensiyaların əqli mülkiyyət obyektlərinin, yəni yaradıcı fəaliyyətin nəticələrinin istifadəsi və qorunması ilə bağ-

lı əmələ gələn ictimai münasibətlərin tənzimlənməsində rolu böyükdür. Bu konvensiyalar mülki hüququn mən-

bəyi hesab edilir. 

Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq nəqliyyat saziş və konvensiyaları mülki hüququn mənbəyidir. Söhbət, 

hər şeydən əvvəl, Beynəlxalq yük daşıması müqaviləsi haqqında konvensiyadan (1956, Cenevrə), Beynəlxalq 

hava daşımalarına aid konvensiyadan (1929, Varşava) və digərlərindən gedir. 

Beynəlxalq  müqavilələrin  əksər  müddəaları  Azərbaycan  Respublikasının  MM-i  və  digər  mülki 

qanunvericilik aktları tərəfindən qəbul və iqtibas olunmuşdur. Belə ki, Beynəlxalq mal alqı-satqı müqaviləsi ba-

rədə Vyana konvensiyasının (1980) normaları MM-in «Alqı-satqı haqqında» 29-cu fəslinin 1-ci §-da, Beynəl-

xalq faktorinq haqqında Ottava konvesiyasının (1988) qaydaları MM-in 29-cu fəslinin «Faktorinq» adlı 7-ci §-

da, Beynəlxalq maliyyə lizinqi haqqında Ottava konvensiyasının (1988) müddəaları MM-in «Lizinq» adlı 38-ci 

fəslində Sənaye mülkiyyətinin qorunması haqqında Paris konvensiyasının normaları «Patent haqqında» qanun-

da,  Ədəbi-bədii  əsərlərin  qorunması  barədə  Bern  konvensiyası  və  Müəlliflik  hüququ  haqqında  Ümumdünya 

Cenevrə konvensiyasının qaydaları «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunda ifadə olunmuş-

dur. Konosament haqqında bəzi qaydaların unifikasiya edilməsi barədə Brüssel konvensiyasının (1924), dənizlə 

yük daşınması haqqında Hamburq konvensiyasının (1978) əsas müddəaları Azərbaycan Respublikasının Ticarət 

Gəmiçiliyi  Məcəlləsində  nəzərə  alınmışdır.  Bütün  bunlar  onu  göstərir  ki,  Azərbaycan  Respublikasının  mülki 

qanunvericiliyi sivil və qabaqcıl beynəlxalq təcrübəyə uyüunlaşır və yaxınlaşır. 



2. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları mülki hüququn mənbəyi kimi 

ctimai həyatın müxtəlif sahələrində beynəlxalq əməkdaşlığın genişlənməsi, xalqlar arasında həyatın və tə-

sərrüfat  əlaqələrinin  beynəlmiləl xarakter  alması,  beynəlxalq  münasibətlərin  rolunun  artması  və  digər  amillər 

beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının əhəmiyyətini xeyli dərəcədə yüksəltmiş-

dir. Bu prinsip və normalar ümumi bəşəri dəyərləri ifadə edən universal tənzimləyici vasitə və alət kimi çıxış 

edir.  Buna  görə  də  Konstitusiya  prinsipial  əhəmiyyətə  malik  olan  belə  bir  mühüm  müddəa  irəli  sürür: 



Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş və beynəlxalq hüquq 

normalarında nəzərdə tutulan prinsipləəsasında qurur

Azərbaycan Respublikasının dünya təsərrüfat sisteminə daha sıx inteqrasiya olunması, bütövlükdə xarici iq-

tisadi əlaqələrin (o cümlədən xarici ticarətin) sərbəstləşdirilməsi, «açıq qapı» siyasətinin həyata keçirilməsi, öl-

kə iqtisadiyyatının dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi və dünya ölkələrinin beynəlxalq iqtisadi 

inteqrasiyasının güclənməsi şəraitində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş (ümumtanınmış) prinsip və 

normaları hüququn, o cümlədən mülki hüququn mənbəyi kimi tanınır». 



Beynəlxalq hüququn prinsipləri dedikdə, beynəlxalq hüquq subyektləri tərəfindən rəhbər tutulan elə dav-

ranış qaydaları başa düşülür ki, bu prinsiplər beynəlxalq təcrübə nəticəsində yaranır və hüququn əsasları kimi 

çıxış edir. Onlar beynəlxalq hüququn təməlini və bünövrəsini təşkil edir. Özü də beynəlxalq hüququn prinsipləri 

məcburi  xarakter  daşıyır.  Bu,  o  deməkdir  ki,  beynəlxalq  hüququn  bütün  subyektləri  öz  fəaliyyətində  həmin 

prinsiplərə dönmədən əməl etməlidirlər. Onlar həm də universal xarakterli prinsiplərdir. 

Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri bir çox beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş-

dir. Bu prinsiplər, hər şeydən əvvəl, universal beynəlxalq aktda — BMT-nin Nizamnaməsində, Baş Məclisin 

qətnamə və bəyannamələrində, digər təşkilatların beynəlxalq hüquq qaydalarının ən qlobal və ümumi məsələlə-

ri özrə qəbul etdikləri sənədlərdə ifadə olunmuşdur. Onlar bir çox beynəlxalq aktlarda inkişaf etdirilmişdir. Bu 

aktlar içərisində BMT Baş Məclisi tərəfindən qəbul edilmiş «Beynəlxalq hüququn prinsipləri haqqında Bəyan-

namə (1970) və «Avropada Təhlükəsizlik və Əməkdaşlıq haqqında Müşavirənin Yekun Aktı» (1975) xüsusi yer 

tutur. 


Beynəlxalq hüququn dövlətin öz xarici iqtisadi əlaqələrinin təşkili formasını seçmək müstəqilliyi kimi 

prinsipi mülki hüquq üçün müəyyən əhəmiyyətə malikdir. Belə ki, bu prinsip mülki hüququn subyektlərindən 

biri  olan  dövlətin  xarici  (beynəlxalq)  əmlak  dövriyyəsində  hüquqi  vəziyyətini  müəyyən  etməyə  imkan  verir. 

Həmin  prinsip  «Dövlətlərin  iqtisadi  hüquq  və  vəzifələri  Xartiyası»nda  (1974)  formulə  edilmişdir.  Xartiyanın 

dördüncü maddəsində göstərilir ki, beynəlxalq ticarəti və iqtisadi əməkdaşlıüın digər formalarını həyata keçirər-

kən hər bir dövlət xarici iqtisadi münasibətlərin təşkili formalarını seçməyi və beynəlxalq iqtisadi əməkdaşlıq 

sazişləri bağlamaüı özləri sərbəst olaraq həll edir.  



Dövlətin öz təbii və digər resursları və iqtisadi fəaliyyəti özərində ayrılmaz suverenliyi prinsipi beynəl-

xalq hüququn əsas prinsiplərindən biridir. Bu prinsip dövlət suverenliyi prinsipindən irəli gələrək mahiyyətcə 

onu konkretləşdirir. 1970-ci il Deklarasiyasında və 1974-cü il Xartiyasında ifadə olunan həmin prinsipin mahiy-



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə