Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə28/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   24   25   26   27   28   29   30   31   ...   490

 

32 


salan normativ aktdır. «SSRI Dəmir Yolları Nizamnaməsi» mülki hüququn mənbəyi kimi mühüm əhəmiyyətə 

malikdir.  Bu  normativ  akt  SSRI  Nazilər  Soveti  tərəfindən  6  aprel  1964-cü  il  tarixində  təsdiq  edilmişdir.  O, 

ümumi istifadədə olan dəmir yolu nəqliyyatında yük daşınması ilə bağlı münasibətləri tənzimləyir. 

Azərbaycan Respublikasında «Dəmiryolu nəqliyyatı haqqında» 1991-ci il 15 aprel tarixli Qanun öz hüquqi 

qüvvəsini saxlayır. Bu qanunda ifadə olunan bəzi hüquqi göstərişlərin yük daşıma münasibətlərinin qaydaya sa-

lınmasında əhəmiyyəti böyükdür. 

Mülki hüququn mənbəyi kimi «SSRI və müttəfiq respublikaların Mülki Qanunvericilik Əsasları»nın müəy-

yən rolu vardır. O, sahəvi məcəllələşdirilmiş normativ aktdır. Bu akt SSRI Ali Soveti tərəfindən 31 may 1991-

ci ildə təsdiq olunmuşdur. O, SSRI ərazisində 1 yanvar 1992-ci il tarixindən qüvvəyə minməli idi. Lakin həmin 

vaxta kimi SSRI bir neçə müstəqil dövlətə parçalandı. Buna görə də bizim ölkə ərazisində həmin akt qüvvəyə 

minmədi. Amma buna baxmayaraq, Əsaslarda nəzərdə tutulan bəzi vacib müddəalar öz əhəmiyyətini itirməmiş-

dir. Məsələn, Əsasların 131-ci maddəsində mənəvi ziyanın ödənilməsi barədə göstəriş ifadə edilmişdir. Bu nor-

mada ilk dəfə olaraq mənəvi ziyana anlayış verilməyə təşəbbüs göstərilmişdir. Burada mənəvi zərərin əvəzinin 

ödənilməsi qaydası və şərtləri müəyyənləşdirilir. Əsaslar mənəvi ziyana (zərərə) vətəndaşa fiziki və ya mənəvi 

iztirablar verilməsi kimi anlayış verir. Bu anlayışdan məlum olur ki, mənəvi zərər yalnız fiziki şəxslərə (hüquqi 

şə

xslərə yox) vurula bilər. Bizim yeni MM mənəvi ziyana anlayış vermir və onu tənzimləmir. Bu cür vəziyyət-



də, söz yox ki, Əsasların mənəvi zərər barədə göstərişləri mühüm əhəmiyyət kəsb edir. 

§ 3. Mülki hüququn digər mənbə növləri 

1. Beynəlxalq müqavilələr mülki hüququn mənbəyi kimi 

Yeni Mülki Məcəllə beynəlxalq hüquq aktlarını mülki hüququn mənbə növlərindən biri kimi nəzərdə tutur. 

Söhbət Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən gedir. Bu müqavilələr mülki 

hüququn mənbələri arasında xüsusi mövqeyə malikdir. Onların adı və forması müxtəlif ola bilər: konvensiya; 

pakt; müqavilə; saziş; nizamnamə; statut; protokol; məktublarla və ya notalarla mübadilə və s. Lakin bu cür ad-

lar müqavilənin mahiyyətinə təsir göstərmir.  



Beynəlxalq müqavilə dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla qa-

nunda nəzərdə tutulmuş qaydada yazılı şəkildə bağlandığı razılaşma başa düşülür. Müqavilə bağlamaq prosedu-

rası  «Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrinin  bağlanması,  icrası  və  ləğv  edilməsi  qaydaları 

haqqında» 13 iyun 1995-ci il tarixli qanunla müəyyənləşdirilir. Deməli, beynəlxalq müqavilə dövlətlər və bey-

nəlxalq hüququn digər subyektləri arasında bağlanan saziş deməkdir. O, müqavilə iştirakçıları üçün hüquq və 

vəzifələr əmələ gətirir. Beynəlxalq müqavilələr onları bağlayan orqanlardan asılı olaraq üç cür olur: dövlətləra-

rası beynəlxalq müqavilələr; hükumətlərarası beynəlxalq müqavilələr; idarələrarası beynəlxalq müqavilələr.  

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələr mülki hüququn nizama-

salma predmetinə daxil olan ictimai münasibətlərə birbaşa (bilavasitə) tətbiq edilir (MM-in 3-cü maddəsinin 1-

ci bəndi). Ona görə ki, bu müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsi-

dir. 

Özü də mülki hüququn mənbəyi kimi beynəlxalq müqavilələr mülki qanunvericilik aktlarından daha yüksək 



hüquqi qüvvəyə malikdir. Bu, onu ifadə edir ki, əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda 

beynəlxalq  müqavilənin  normaları  tətbiq  edilir  (MM-in  3-cü  maddəsinin  2-ci  bəndi).  Bu  qayda  mülki 

qanunvericilik  sisteminə  daxil  olan  bəzi  normativ  hüquqi  aktlara  münasibətdə  rol  oynamır.  Söhbət  mülki 

qanunvericilik  sisteminin  tərkib  hissələri  olan  Konstitusiyadan  və  referendumla  qəbul  edilən  aktlardan  gedir. 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  (dövlətlərarası)  müqavilələr  həmin  aktlardan  yüksək 

hüquqi qüvvəyə malik deyil. Belə ki, ziddiyyətli məqamlarda, müvafiq münasibətə beynəlxalq müqavilələr yox, 

Konstitusiya və referendumla qəbul edilən aktlar tətbiq edilir. 

Yerdə qalan normativ aktlarla — milli qanunvericiliklə beynəlxalq müqavilələr arasında ziddiyyət (kollizi-

ya) əmələ gələrsə, onda beynəlxalq müqavilələr prioritetə (üstünlüyə, birinciliyə) malikdir.  

Bununla belə, bir çox hallarda Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqa-

vilələr mülki hüquqla tənzimlənən ictimai münasibətlərə bilavasitə, yəni birbaşa tətbiq edilmir. Bu müqavilələ-

rin tətbiq olunması üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi lazım gəlir. Buna transformasi-

ya və ya implementasiya aktı deyilir. Məsələn, Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq Yenidənqurma və 

Inkişaf Bankının sazişləri və konvensiyalarının normaları Azərbaycan Respublikasının bütün ərazisində 19 av-

qust 1992-ci il tarixli qanuna uyüun olaraq tətbiq edilir.  

Azərbaycan Respublikası böyük əhəmiyyəti olan bir çox beynəlxalq konvensiyalara (latınca conventio — 

razılaşma, saziş) qoşulmuşdur. Söhbət Ümumdünya  Intellektual Mülkiyyət Təşkilatını təsis edən konvensiya-

dan (1967), Müəlliflik hüququ haqqında Ümumdünya Cenevrə konvensiyasından (1952), Sənaye mülkiyyətinin 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə