41
maddəsinin 1-ci bəndi). Bu qayda mülki dövriyyənin sabitliyini və möhkəmliyini təmin etmək məqsədini gü-
dür. Belə ki, o, mülki hüquq subyektləri arasında münasibətlərdə sabitlik, vətəndaşlarda öz hüquqi vəziyyətləri-
nin dəyişməzliyinə, hüquq qaydasının möhkəmliyinə inam yaradır. Buradan belə bir nəticə çıxara bilərik ki,
normativ aktlar hüquqi qüvvəyə minmə müddətindən əvvəl yaranan və müvcud olan ictimai münasibət-
lərə şamil olunmur. Bu isə onu ifadə edir ki, mülki qanunvericilik aktlarının geriyə qüvvəsi yoxdur (MM-in 7-
ci maddəsinin 1-ci bəndi). Bu işdə özbaşınalıüa yol vermək olmaz. Deməli, normativ aktların geriyə qüvvəsinin
olmaması o deməkdir ki, bu aktlar hüquqi qüvvəyə mindikdən əvvəl meydana gəlmiş münasibətlərə şamil edil-
mir. Məsələn, iki müəssisə arasında topdansatış ticarət münasibətləri yaranır. Bundan sonra bu cür münasibətlə-
ri tənzimləyən qanun qəbul edilir. Bu qanun həmin münasibətlərə tətbiq olunmayacaqdır. Qanunda birbaşa gös-
təriş nəzərdə tutulsa belə, mülki qanunvericilik aktlarının geriyə qüvvəsi yoxdur (MM-in 7-ci maddəsinin 2-ci
bəndi).
Mülki qanunvericilik aktlarının geriyə qüvvəsinin olmaması prinsipindən qanunda nəzərdə tutulan hallarda
müəyyən istisnaya yol verilir. Bu, onu ifadə edir ki, həmin hallarda müvafiq normativ akt qüvvəyə minəndən
ə
vvəl əmələ gəlmiş münasibətlərə tətbiq edilir:
●
əgər həmin akt fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırırsa;
●
əgər həmin akt mülki hüquq məsuliyyətini aradan qaldırırsa;
●
əgər həmin akt mülki hüquq məsuliyyətini yüngülləşdirirsə.
Söylədiklərimizdən belə təsəvvür yaranır ki, əgər mülki qanunvericilik şəxslərin hüquqi vəziyyətini pis-
ləşdirərsə və ya onlara zərər vurarsa, onda onun geriyə qüvvəsindən söhbət gedə bilməz. Məsələn, şəxs
bankdan kredit alır. Kredit müqaviləsində kreditin qaytarılmasının hər gecikdirilən günü üçün kredit məblə-
üinin 0,2 faizi həcmində dəbbə pulu (penya) ödənilməsi nəzərdə tutulur. Bundan sonra Milli Bank tərəfindən
qəbul edilən normativ aktda (təlimatda) penya (qanuni dəbbə pulu) 0,7 faiz məbləüində müəyyənləşdirilir.
Bu təlimat kredit müqaviləsindən əmələ gələn münasibətə tətbiq edilməyəcəkdir. Ona görə ki, o, şəxsin və-
ziyyətini pisləşdirir.
Mülki qanunvericilik aktlarının qüvvəyə minməsinin əsas iki qaydası və yolu vardır:
●
normativ aktın dərc olunduüu gündən qüvvəyə minməsi qaydası;
●
normativ aktın özündə və ya bu aktın qüvvəyə minməsinə dair xüsusi aktda göstərildiyi andan qüvvə-
yə
minmə
si qaydası..
Normativ aktların qüvvəyə minməsinin əsas yolu və qaydası onların dərc olunması ilə qüvvəyə minməsi
yoludur. Bu, nisbətən daha geniş yayılmış yoldur. Konstitusiyaya görə qanunun, Milli Məclisin qərarlarının,
prezidentin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, onlar
də
rc edildiyi gündə
n qüvvə
yə
minir. Analoci göstəriş, yəni bu cür oxşar göstəriş «Normativ hüquqi aktlar
haqqında» qanunun 41-ci maddəsinin 1-ci bəndində də ifadə olunmuşdur.
Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti orqanlarının,
yerli özünüidarə orqanlarının və Milli Bankın normativ aktları əvvəlcə müəyyən edilmiş qaydada Ədliyyə Na-
zirliyində müəyyən edilmiş qaydada məcburi dövlət qeydiyyatından keçir. Bundan sonra həmin aktların
özündə başqa qayda nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir.
Konstitusiya Məhkəməsi qərarlarına gəldikdə isə qeyd etmək lazımdır ki, onun yalnız qanunvericilik, ijra və
məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bülgösü, Konstitusiyanın və qanunların şərh edilməsi barədə qə-
rarları dərc olunduüu gündən hüquqi qüvvəyə malik olur. Konstitusiya Məhkəməsinin normativ xarakterli digər
aktları isə başqa yolla qüvvəyə minir. Belə ki, AR Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci
bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlər özrə qəbul olunmuş qərarlar onların özündə gös-
tərilən vaxtdan, digər məsələlər barədə isə qərarlar elan olunduğu andan qüvvəyə minir.
Qanunlar və prezident fərmanları «Azərbaycan» qəzeti və «Azərbaycan Respublikasının qanunvericilik
toplusu» kimi rəsmi nəşrlərdə, Milli Məclisin qərarları «Azərbaycan» qəzetində, və «Azərbaycan Respubli-
kasının Milli Məclisinin məlumatı»nda, Nazirlər Kabinetinin qərarları rəsmi nəşr sayılan «Azərbaycan Res-
publikası qanunvericilik toplusu»nda və «Respublika» qəzetində, mərkəzi icra hakimiyyəti orqanlarının nor-
mativ hüquqi aktları rəsmi nəşr hesab edilən «Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları-
nın normativ aktlarının bülleteni»ndə (Ədliyyə Nazirliyinin nəşri), Konstitusiya Məhkəməsinin qərarları
«Azə
rbaycan» qəzetində və
«Azə
rbaycan Respublikası Konstitusiya Mə
hkə
mə
sinin mə
lumatı»nda dərc
olunur.
Milli Bankın normativ aktları da dərc edilmək yolu ilə qüvvəyə minir. «Normativ hüquqi aktlar haqqında»
qanun bu aktların dərc edildiyi nəşrlərin dairəsini müəyyənləşdirmir. Elə hesab edirik ki, Milli Bankın normativ
aktları istənilən rəsmi nəşrdə dərc olunduqda hüquqi qüvvəyə minir.
Normativ hüquqi aktların dərc olunmasını onların təkcə hüquqi qüvvəyə minməsi variantı və yolu hesab et-