43
«Azərbaycan Respublikasında 1995-98-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» ki-
mi qanunları misal göstərmək olar. Bu qanunların məna və mahiyyətindən onların müvəqqəti qanunlar olması
irəli gəlir.
Müddətsiz normativ aktlar odur ki, bu aktlarda onların hansı müddətə qüvvədə olması göstərilmir. Əgər
normativ hüquqi aktın özündə ayrı qayda müəyyənləşdirilməyibsə, onda həmin akt müddətsiz qüvvədə olur.
Normativ aktların çoxu müddətsiz normativ aktlardır. Bu cür aktlara Mülki Məcəlləni, «Sığorta haqqında»,
«Qiymətli kaüızlar haqqında» və s. qanunları misal çəkmək olar.
Mülki qanunvericiliyin zamana görə qüvvəsinin əhatə etdiyi üçüncü məsələ normativ aktların öz hüquqi
qüvvəsini itirməsidir. Normativ hüquqi aktların qüvvəsini itirməsi dedikdə, bu aktların fəaliyyət göstərmələ-
rinə xitam verilməsi, onların ləğv edilməsi və qüvvədən düşməsi başa düşülür. Normativ aktlar qüvvədən düş-
dükdən sonra bir daha öz tənzimləyici rolunu yerinə yetirmir və müvafiq münasibətlərə tətbiq olunmur.
Mülki qanunvericilik aktları müxtəlif üsullar əsasında öz qüvvələrini itirir. Üsullar dedikdə, mülki
qanunvericilik aktlarının qüvvədən düşməsinə dəlalət edən hüquqi faktlar başa düşülür. Bu üsullara mülki
qanunvericilik aktlarının qüvvə
sinə
xitam verilmə
si ə
sasları da deyilir.
Müddə
tin baş
a çatması mülki qanunvericilik aktlarının öz qüvvəsini itirməsinə əsas olan birinci üsuldur.
Bu üsulla yalnız müvəqqəti normativ aktların hüquqi qüvvəsinə xitam verilə bilər. Belə ki, müvəqqəti aktın
qüvvədə olma müddəti qurtarır və başa çatır. Bununla da o, qüvvədən düşmüş hesab edilir. Müddətsiz aktların
bu üsulla ləğv edilməsi istisna edilir. Ixtiyarı çatan orqanın qəbul etdiyi xüsusi akt normativ aktların öz
qüvvəsini itirməsinə dəlalət edən ikinci üsuldur. Ixtiyarı çatan orqan dedikdə, normativ aktı qəbul etmiş və ya
qanunla müəyyən edilmiş qaydada müvafiq səlahiyyət almış orqan başa düşülür. Həmin orqan tərəfindən nor-
mativ aktın qüvvədən düşməsi barədə xüsusi akt qəbul edilir. Bununla akt öz hüquqi qüvvəsini itirir.
Yeni normativ aktın qəbul edilməsi normativ aktların öz qüvvəsini itirməsini şərtləndirən üçüncü üsuldur.
Bu üsul eyni qrup münasibəti və eyni məsələni tənzim edən əvvəlki köhnə aktın yeni aktla faktiki olaraq əvəz
edilməsini nəzərdə tutur. Əvvəlki aktın əsas müddəaları ilə yeni qəbul edilmiş aktın müəyyənləşdirdiyi qaydalar
arasında ziddiyyət yaranır. Bu hal isə köhnə aktın tətbiq edilməsini istisna edir. Bununla həmin akt qüvvədən
düşür. Məsələn, «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» 14 iyun 1996-cı il tarixli
qanunun qüvvəyə minməsi ilə 1992-ci ildə qəbul edilmiş eyni adlı qanun, 16 yanvar 2004-cü ildə qəbul olun-
muş «Banklar haqqında» qanunun qüvvəyə minməsi ilə əlaqədar 1996-jı il 14 iyun tarixli «Azərbaycan Respub-
likasında banklar və bank fəaliyyəti haqqında qanun», «Girov haqqında» 3 iyul 1998-ci il tarixli qanunun qüv-
vəyə minməsi ilə 1994-cü ildə qəbul edilmiş eyni adlı qanun, «Sığorta haqqında» 25 iyun 1999-cu il tarixli qa-
nunun qüvvəyə minməsi ilə 1993-cü il tarixli «Sığorta haqqında» qanun və s. öz qüvvəsini itirmişdir.
Beynə
lxalq müqavilə
lə
rin qüvvə
yə
minmə
si normativ aktların qüvvədən düşməsinə dəlalət edən dördüncü
üsuldur. Söhbət Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlardan (müqavilə, saziş,
konvensiya, pakt, protokol və s.) gedir. Bu aktlar dövlətlərarası müqavilələrdir. Həmin müqavilələr mülki hü-
quqla tənzimlənən münasibətlərə birbaşa tətbiq edilir. Bəzi hallarda isə onlar birbaşa yox, dövlətdaxili normativ
aktın qəbul edilməsi (implementasiya) ilə tətbiq olunur.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə mülki qanunvericilik aktları arasında
ziddiyyət yarana bilər. Belə ki, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydaların mülki qanunvericilikdə
ifadə olunan normalardan fərqlənməsi hallarına rast gəlmək olar. Bu cür ziddiyyətli məqamlarda beynəlxalq
müqavilənin normaları tətbiq edilir. Ona görə ki, mülki qanunvericilik aktlarına münasibətdə beynəlxalq müqa-
vilələr üstün qüvvəyə malikdir (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla). Bununla nor-
mativ akt və ya aktın hissəsi öz qüvvəsini itirir.
Konstitusiya Məhkəməsinin qərarı mülki qanunvericilik aktlarının qüvvədən düşməsinə əsas olan beşinci
üsuldur. Belə ki, əsas məqsədi Konstitusiyanın aliliyini təmin etməkdən ibarət olan bu orqan qanunvericilik sis-
teminə daxil olan aşaüı qüvvəli aktların daha yüksək qüvvəli aktlara uyüun gəlib-gəlməməsi məsələsini həll
edərək müvafiq qərar qəbul edir. Bu qərar uyüun gəlməyən və ziddiyyət təşkil edən normativ hüquqi aktın qüv-
vəsinə xitam verilməsi üçün əsasdır. Həmin akt qərarda müəyyən edilən müddətdə qüvvədən düşür.
4. Mülki qanunvericiliyin məkana görə qüvvəsi
Azərbaycan Respublikasının hüquqyaratma orqanlarının qəbul etdikləri normativ aktlar hansı məkanda qüv-
vəyə malikdir? Bu aktların qüvvəsi məkan kateqoriyası ilə məhdudlaşırmı? Onların təsiri yarandığı Azərbaycan
Respublikasının dövlət sərhədlərini aşıb keçirmi? Normativ aktların qüvvəsi Azərbaycan dövlətinin sərhədlərini
tanıyırmı? Yerli dövlət hakimiyyət orqanının müəyyən inzibati-ərazi vahidinin ərazisində tətbiq olunmaq məq-
sədi ilə qəbul etdiyi normativ akt digər inzibati-ərazi vahidlərinin ərazisində qüvvəyə malikdirmi? Bu və ya di-
gər sullara cavab vermək üçün mülki qanunvericiliyin məkana görə qüvvəsi məsələsi olduqca vacib və mühüm
rol oynayır. Bu məsələnin əsl mahiyyətini başa düşmədən həmin suallara cavab tapmaq son dərəcə zətin bir iş