Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə39/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   35   36   37   38   39   40   41   42   ...   490

 

44 


olardı. 

Mülki qanunvericiliyin məkana görə qüvvəsi normativ aktların müəyyən ərazidə tətbiq edilməsini ifadə 

edir. O, iki prinsip əsasında həyata keçirilir: ərazi prinsipi əsasında; eksterritorial prinsip əsasında.  

Ə

razi prinsipinə əsasən mülki qanunvericiliyin məkana görə qüvvəsi dedikdə, normativ aktların müvafiq 

olaraq Azərbaycan Respublikasının bütün dövlət ərazisində və ya hər hansı inzibati-ərazi vahidinin ərazisində 

qüvvədə olması başa düşülür. Dövlət ərazisinə quru sahəsi, daxili sular və ərazi suları, onun özərindəki hava sa-

həsi, həmin ərazinin yeraltı hissəsi (yerin təki), həmçinin dəniz, çay və hava gəmiləri və s. daxildir. Dövləəra-



zisi Yer kürəsinin dövlətin suverenliyində olan hissəsidir. O, dövlətin maddi bazasıdır. Inzibati-ərazi vahidləri 

isə dövlətin ərazisinin bölündüyü ayrı-ayrı hissələridir. Məsələn, Azərbaycan Respublikasının rayonları (Quba, 

Xaçmaz,  Aücəbədi,  Qazax,  Tovuz,  Beyləqan  və  s.)  inzibati-ərazi  vahidləri  hesab  olunur.  Ölkəmizin  inzibati-

ə

razi vahidləri bunlardır: rayon; şəhər; şəhər rayonları; qəsəbə yaşayış mənətəqələri; kənd yaşayış məntəqələri.  



Normativ  aktlar,  bir  qayda  olaraq,  bu  aktları  qəbul  etmiş  orqanın  (ali  qanunverici,  ali  icra-sərəncamverici 

dövlət  hakimiyyət  orqanının,  mərkəzi  icra  hakimiyyəti  orqanının)  aidiyyətində  olan  ərazidə  hüquqi  qüvvəyə 

malikdir. Məsələn, ali qanunverici orqan olan Milli Məclisin qəbul etdiyi qanunların, ali icra hakimiyyəti orqanı 

olan prezident hakimiyyəti aktlarının, fərmanların və s. Azərbaycan Respublikasının bütün ərazisində hüquqi 

qüvvəsi vardır. Konstitusiya Məhkəməsinin normativ xarakterli qərarları Azərbaycan Respublikasının ərazisin-

də məcburi qüvvəyə malikdir. Dediklərimizdən belə çıxır ki, normativ aktların hüquqi qüvvəsi məkan kate-



qoriyası baxımından dövlətin ərazisi ilə məhdudlaşır. Bu ərazidən kənarda həmin aktlar öz qüvvələrini itirir, 

yəni müvafiq münasibətlərə tətbiq olunmur. Bu isə dövlətin suverenliyini və onun yurisdiksiyasını ifadə edir.  

Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının (bələdiyyələrin) normativ xarakterli aktlarının müva-

fiq olaraq inzibati-ərazi vahidləri ərazisində hüquqi qüvvəsi vardır. Həmin aktlar Azərbaycan Respublikasının 

bütün dövlət ərazisinə şamil edilmir. Məsələn, Bakı şəhər icra hakimiyyəti orqanının qəbul etdiyi aktların yalnız 

Bakı şəhəri ərazisində qüvvəsi vardır. Onların Azərbaycan Respublikasının digər inzibati-ərazi vahidinin ərazi-

sində məcburi qüvvəsi yoxdur. Deməli, yerli dövlət orqanlarının normativ xarakterli aktları yalnız müvafiq ra-

yonun, şəhərin və s. ərazisində müvcud olan münasibətləri tənzimləmək üçün tətbiq edilə bilər.  



Eksterritorial prinsip əsasında normativ aktların məkana görə qüvvəsi dedikdə, müəyyən bir dövlətdə 

yaranan mülki hüquq normasının başqa xarici dövlətin ərazisində hüquqi qüvvəyə malik olması başa düşülür. 

Söhbət müəyyən dövlətin qanunvericilik sisteminə daxil olan normativ aktın xarici dövlət ərazisində  yaranan 

münasibətləri tənzimləmək üçün tətbiq edilməsindən gedir. Xarici qanun konkret dövlətin ərazisində yalnız o 

halda tətbiq edilə bilər ki, həmin konkret dövlətin hüququ ümumi formada buna yol versin. Xarici qanunverici-

liyin tətbiqi beynəlxalq saziş və müqavilələrdə də nəzərdə tutula bilər. Bu müqavilə və sazişlərin normativ akt-

ların eksterritorial qüvvəsinin tənzimlənməsində rolu böyükdür. Belə ki, onlarda müəyyən dövlətin qanunveri-

ciliyinin həmin dövlətin ərazisindən kənarda tətbiq edilməsi qaydası müəyyənləşdirilir, yəni başqa dövlətin əra-

zisində olan vətəndaş və hüquqi şəxslərə münasibətdə hüquqi qüvvəyə malik olması göstərilir. Bu cür müqavi-

lələrə Azərbaycan Respublikasının RF, Türkiyə və digər dövlətlərlə bağladığı hüquqi yardım haqqında beynəl-

xalq hüquqi aktları misal göstərmək olar. MDB ölkələri özrə hüquqi yardım haqqında 7 oktyabr 2002-ci il tarix-

li Kişinyov çoxtərəfli konvensiyası bu sahədə mühüm rol oynayır. Burada normanın eksterritorial qüvvəsini ni-

zama salan bir sıra müddəalar vardır: fiziki şəxslərin fəaliyyət qabiliyyəti onların vətəndaşı olduüu ölkənin qa-

nunvericiliyi ilə müəyyən edilir; hüquqi şəxslərin hüquq qabiliyyəti onların təsis olunduüu ölkənin qanunverici-

liyi ilə müəyyən edilir. Mülkiyyət, vərəsəlik, xarici ticarət əqdləri və digər məsələlər həll edilərkən eksterritorial 

prinsipdən  istifadə  olunur.  Xarici  qanunvericiliyin  Azərbaycan  Respublikasının  ərazisində  tətbiq  olunması 

«Beynəlxalq xüsusi hüquq haqqında» qanunla tənzimlənir.  

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasına məxsus hava gəmilərinin başqa dövlətdə olduğu zaman 

həmin gəmilərlə bağlı yaranan münasibətlərə aviasiya haqqında qanun tətbiq edilir (həmin qanunun 3-cü mad-

dəsi). Analoci göstəriş TGM-də nəzərdə tutulmuşdur. 



5. Mülki qanunvericiliyin subyektlərə görə qüvvəsi 

Mülki qanunvericiliyin hüquqi qüvvəsinin əhatə etdiyi məsələlərdən biri onun subyektlərə görə qüvvəsi mə-

sələsidir. Mülki qanunvericiliyin subyektlərə görə qüvvəsi dedikdə, normativ aktların mülki hüququn müəy-

yən kateqoriya subyektlərinin,  yəni fiziki şəxslərin, bələdiyyələrin, dövlətin və hüquqi şəxslərin iştirak etdiyi 

münasibətlərə tətbiq edilməsi başa düşülür.  

Ümumi qayda belədir ki, mülki qanunvericilik aktlarının subyektlərə görə hüquqi qüvvəsi bu aktların məka-

na (əraziyə) görə hüquqi qüvvəsi ilə üst-üstə düşür. Bu, o deməkdir ki, mülki qanunvericilik Azərbaycan Res-

publikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir (MM-in 9-cu maddə-

sinin 1-ci bəndi). O, qüvvədə olduüu Azərbaycan Respublikasının ərazisində yaşayan fiziki şəxslərə, habelə iş-

lər görən, xidmətlər göstərən, mal istehsal edən və s. hüquqi şəxslərə aid edilir. Dövlət ərazisində qüvvədə olan 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə