Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə47/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   43   44   45   46   47   48   49   50   ...   490

 

52 


Qeyri-rəsmi təfsir üç cür olur: adi təfsir; professional təfsir; doktrinal təfsir. Istənilən hər hansı bir vətəndaşın 

mülki hüquq normasının məzmununu izah etməsinə adi təfsir deyilir. Hüquq sahəsi özrə peşəkarların, mütəxəs-

sislərin verdikləri təfsir professional təfsir adlanır. Məsələn, bu cür təfsirə hakimin, vəkilin, notariusun və s. 

vətəndaşların qəbulu zamanı hüquq normasını izah etməsini misal göstərmək olar.  



Doktrinal təfsir odur ki, bu təfsir xüsusi elmi-tədqiqat müəssisələri, ayrı-ayrı alimlər tərəfindən monoqrafi-

yalarda, məqalələrdə, mühazirələrdə, çıxışlarda, konfranslarda, kommentariyalarda və s. verilir. O, qeyri-rəsmi 

təfsirin əsas və mühüm növü sayılır. Ona elmi təfsir də deyilir. Doktrinal təfsirin də məcburi hüquqi qüvvəsi 

yoxdur. Amma buna baxmayaraq, bu təfsir cəmiyyətin hüquqi həyatına mühüm təsir göstərir. Belə ki, doktrinal 

təfsirin verdiyi elmi tövsiyələr səlahiyyətli rəsmi orqanlara onların hüquqyaratma və hüquqtətbiqetmə fəaliyyə-

tində kömək edir.  

Hüquq normalarının təfsirini başqa, ikinci əlamətə — həcmə və təfsirin nəticələrinə görə də təsnifləşdir-

mək olar. Bu əlamətə görə təfsirin üç növü fərqləndirilir: hərfi təfsir; genişləndirici təfsir; məhdudlaşdırıcı təf-

sir. 

Mülki hüquq normaları normativ aktın maddələrində əks olunur. Mülki hüquq mülki hüquq normalarından 



ibarətdir.  Hüquq  norması  mülki  hüququn  əsas  struktur  elementidir.  Normativ  akt  isə  maddələrdən  ibarətdir. 

Maddə isə normativ aktın struktur elementidir. Bax, normativ aktın maddəsi hüquq normasının xarici təzahür, 

ifadə formasıdır. Əgər mülki hüquq norması məzmundursa, maddə formadır.  

Mülki hüquq normasının məzmunu hüquqyaratma orqanının iradəsini ifadə edir. O, öz iradəsini söz vasitəsi-

lə  normativ  aktın  maddələrində  əks  etdirir.  Əgər  hüquqyaratma  orqanının  dövlət  iradəsinin  həqiqi  məzmunu, 

yəni hüquq normasının əsas məzmunu onun normativ aktın maddəsində sözlə ifadəsinə uyüun gələrsə, üst-üstə 

düşərsə, buna hərfi təfsir deyilir. Bu, adekvat təfsir də adlanır.  

Lakin  həmişə  belə  olmur.  Belə  ki,  obyektiv  və  ya  subyektiv  səbəblərə  görə  hüquq  normasının  məzmunu 

onun maddədə sözlə ifadəsinə uyüun gəlməyə də bilər. Əgər hüquq normasının məzmunu onun sözlə ifadəsin-

dən geniş olarsa, onda genişləndirici təfsirdən istifadə olunur. Məsələn, MM-in 1130-cu maddəsində göstərilir 

ki, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) mü-

ə

yyənləşdirilmiş yararlılıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməlidir. Burada «yararlılıq müddəti» kimi 



anlayışı genişləndirici təfsir etmək lazımdır. Belə ki, bu anlayış həm də özündə «xidmət müddəti» kimi anlayışı 

ə

hatə edir. Başqa bir misal. MM-in 464-cü maddəsinin 2-ci bəndində göstərilir ki, əgər qanunla qadaüan edilmə-



yibsə, tərəflər qanun özrə dəbbə pulunun (cərimənin, penyanın) miqdarını artıra bilərlər. Burda «qanun» dedikdə, 

bütün normativ hüquqi aktlar başa düşülür.  

Ə

gər  mülki  hüquq  normasının  həqiqi  məzmunu  onun  sözlə  ifadəsindən  geniş  deyilsə,  məhduddursa,  onda 



məhdudlaşdırıcı təfsirdən istifadə olunur. Məsələn, MM-in 608-ci maddəsi heyvanların alqı-satqı müqaviləsi-

ni nəzərdə tutur. Burada «heyvan» dedikdə, yer kürəsində yaşayan bütün heyvanlar aləmi başa düşülmür. Axı, 

alimlərin  hesablamalarına  görə  dünyada  iki  milyondən  çox  heyvan  növü  yaşayır.  Həmin  maddədə  işlədilən 

«heyvan» anlayışını insanlar üçün faydalı və gərəkli olan, onların müəyyən ehtiyaclarını ödəyən, əsasən məmə-

lilər sinfinə aid edilən heyvanlar mənasında başa düşmək lazımdır.  

3. Mülki hüquq normalarının təfsir üsulları  

Mülki hüquq normaları müxtəlif üsullardan istifadə edilməklə təfsir olunur. Təfsir üsulları dedikdə, hüquq 

normasının məna və məzmununu aydınlaşdırmaüa imkan verən vasitələrin məcmusu başa düşülür. Hər bir üsul 

spesifik xüsusiyyətə malikdir. Mülki hüquq normaları təfsir olunarkən bir neçə əsas üsul tətbiq edilir: 

 qrammatik üsul; 



 məntiqi üsul; 

 sistemli üsul;  



 tarixi-siyasi təfsir üsulu ; 

 xüsusi-hüquqi təfsir üsulu. 



Qrammatik təfsir üsulu odur ki, bu üsul hüquq normasının mətninin qrammatik təhlil yolu ilə aydınlaşdırıl-

masını nəzərdə tutur. Söhbət qrammatika qaydalarından istifadə olunmaqla hüquq normasının məzmununa ay-

dınlıq gətirilməsindən gedir. Bu üsul əsasında normativ hüquqi aktın mətni morfoloæi və sintaksis təhlil olunur. 

Bu  təhlil  ayrı-ayrı  söz  və  terminlərin,  bütün  cümlənin  qrammatik  mənasının  aydınlaşdırılmasını  əhatə  edir. 

Cümlələrin mənası müəyyənləşdirilən zaman bağlayıcılar, durüu işarələri (nöqtə, vergül) mühüm rol oynayır. 

Qrammatik təfsir üsulu filoloæi və ya dil üsulu da adlanır.  

MM-in 586-cı maddəsinin 1-ci bəndində göstərilir ki, qanunvericilikdə, dövlət standartlarının məcburi tələb-

lərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanılması nəzərdə tutula bilər. Burada «və ya» 

bağlayıcısına  fikir  vermək  lazımdır.  Bu  bağlayıcı  onu  ifadə  edir  ki,  əşyanın  keyfiyyətinin  yoxlanılması  ya 

qanunvericilikdə, ya dövlət standartlarının məcburi tələblərində, ya da ki alqı-satqı müqaviləsində göstərilə bi-




 

53 


lər. 

Məntiqi təfsir üsulu odur ki, bu üsul formal məntiqin qaydalarından istifadə etməklə hüquq normasının mə-

nasına aydınlıq gətirilməsini nəzərdə tutur. Burada normativ aktın müəyyənləşdirdiyi müddəalar məntiq qayda-

ları baxımından tədqiq olunur, sözdə ifadəsini tapan anlayışlar, hadisələr təhlil edilir. MM-in 29-cu maddəsinin 

2-ci bəndində göstərilir ki, 7 yaşından 14 yaşınadək olan şəxslərin xırda məişət əqdlərini və s. bağlamaq ixtiyarı 

vardır.Məntiq qaydalarına görə burada şəxs anlayışı ilə «hüquqi şəxslər» yox, yalnız «fiziki şəxslər» əhatə olu-

na bilər. Ona görə ki, ancaq fiziki şəxsin yaşı ola bilər. Hüquqi şəxs isə yaşa malik ola bilməz. Başqa bir misal. 

MM-in 1108-ci maddəsi nəqliyyat vasitələrindən istifadə edilməsini ətrafdakılar üçün yüksək təhlükə yaradan 

fəaliyyət kimi nəzərdə tutur. Məntiqi qaydaya görə təkcə yük və minik avtomobili və s. yox, habelə velosiped 

də, at-araba nəqliyyatı da bu cür fəaliyyətə misal ola bilər.  

Sistemli təfsir üsulu odur ki, bu üsul mülki hüquq normasının məzmununun bu normanın mülki hüquq sa-

həsində tutduüu yeri müəyyənləşdirmək yolu ilə aydınlaşdırılmasını nəzərdə tutur. Belə ki, mülki hüquq norma-

sı digər hüquq norması ilə müqayisə edilir və onların bir-biri ilə qarşılıqlı əlaqəsi müəyyənləşdirilir. Bu yolla 

müvafiq normanın məzmununa aydınlıq gətirilir. Hər hansı hüquq norması mülki hüquq sisteminə daxil olan 

hər bir norma ilə sıx surətdə bağlıdır. Buna görə də mülki hüquq normasının əsl mənasını başa düşmək üçün 

onun başqa norma ilə məntiqi əlaqəsini müəyyən etmək lazımdır. Xüsusən də təfsir edilən normanın onun məz-

mununa yaxın olan digər norma ilə müqayisə olunmasına ayrıca diqqət yetirilir. Qədim dünya mütəfəkkir-filo-

sofları demişkən, həqiqət müqayisə nəticəsində aşkar olunur və özə çıxır.  

MM-in 665-ci maddəsində göstərilir ki, dəyişdirmə müqaviləsi özrə dəyişdirilən mallara mülkiyyət hüququ 

tərəflərə, hər iki tərəf müvafiq malları vermək vəzifəsini icra etdikdən sonra eyni vaxtda keçir. Bu maddədə ifa-

də  olunan  hüquq  normasının  mənasını  dözgün  başa  düşmək  üçün  onu  MM-in  570-ci  maddəsində  əks  edilən 

norma ilə müqayisə etmək lazımdır. Bu normaya görə əşyanı vermək vəzifəsinin icrası məqamları bunlardır: əş-

yanın alıcıya təhvil verildiyi məqam; alıcının ixtiyarına verilməsi məqamı; əşyanın daşıyıcıya və ya rabitə təşki-

latına təhvil verilməsi məqamı. Başqa bir misal. MM-in 4-cü maddəsinə görə əmlak dəyəri olan qeyri-maddi 

nemətlər mülki hüquq münasibətlərinin obyekti hesab olunur. Bu maddədə ifadə olunan mülki hüquq norması-

nın  mənasını  dözgün  başa  düşmək  üçün  MM-in  135-ci  maddəsində  (5-ci  bənd)  əks  olunan  hüquq  normasına 

müraciət etmək lazımdır. Həmin maddədə göstərilir ki, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda 

və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-

maddi əmlak nemətləri hesab edilir.  

Tarixi-siyasi təfsir üsulu odur ki, bu üsul mülki hüquq normasının qəbul olunduüu tarixi şəraitin təhlili yolu 

ilə həmin normanın məqsəd və vəzifələrinin müəyyənləşdirilməsini nəzərdə tutur. Mülki hüquq normasını bu 

normanın qəbul olunduüu tarixi şəraitlə tutuşdurmaqla həmin normanın məzmununun aydınlaşdırılması göstəri-

lən üsulun mahiyyətini təşkil edir. Tarixi-siyasi təfsirin köməyi ilə əsasən iki məsələ həll olunur. Birincisi, bu 

üsul  mülki  hüquq  normasının  yaranmasının  tarixi  şəraitini  dərindən  öyrənməyə  imkan  verir.  kincisi,  həmin 

üsulun vasitəsi ilə hüquqyaratma orqanının, bu normanı qəbul etməkdə güddüyü əsas sosial-siyasi məqsəd mü-

ə

yyənləşdirilir. Məsələn, MM-in 153-cü maddəsinin 4-cü maddəsində göstərilir ki, bütün mülkiyyətçilərin (yəni 



dövlətin,  vətəndaşların,  bələdiyyələrin,  hüquqi  şəxslərin)  hüquqları  eyni,  bərabər  qaydada  müdafiə  edilir.  Bu 

maddədə ifadə olunan hüquq norması Konstitusiyasının 29-cu maddəsində əks edilən belə bir müddəaya uyüun-

dur ki, mülkiyyətin heç bir növünə (dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti kimi növləri-

nə) üstünlük verilmir. Bütün mülkiyyətçilərin hüquqlarının bərabər qaydada müdafiə olunması prinsipi vətən-

daş cəmiyyətinin və bazar iqtisadiyyatının ayrılmaz atributlarından biridir. Hal-hazırda yaşadığımız tarixi dövr 

vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının yaradılması ilə xarakterizə olunur. Komanda (sovet) iqtisadiy-

yatı şəraitində dövlət mülkiyyətinə üstünlük verilirdi. Bu iqtisadiyyat üçün dövlət mülkiyyəti inhisarı xarakterik 

idi.  


Kezən əsrdə 90-cı illərin əvvəllərindən iqtisadiyyat bazar münasibətləri əsasında qurulmaüa başladı. Xüsusi 

mülkiyyət qanunvericilik qaydasında rəsmən tanındı. Siyasi demokratikləşmə prosesləri cəmiyyətdə geniş vüsət 

aldı. Inzibati-amirlik sistemindən imtina olundu. Bu cür tarixi-siyasi və ictimai-iqtisadi şəraitə uyüun olaraq öl-

kə mülki qanunvericiliyi bütün mülkiyyətçilərin hüquqlarının eyni, bərabər qaydada müdafiə edilməsi barədə 

norma ifadə etdi. Bax, bu normanın mənasını tarixi-siyasi təfsir üsulu ilə aydınlaşdırarkən onun qəbul olunduüu 

şə

raiti təhlil etmək lazımdır.  



Başqa  bir  misal.  MM-in  13-cü  maddəsində  sahibkarlıq  fəaliyyətini  rəsmiləşdirən  norma  ifadə  olunur.  Bu 

normanı tarixi-siyasi üsulla təfsir etdikdə müəyyənləşdiririk ki, həmin normanın qəbul edilməsi bazar iqtisadiy-

yatına keçmək kimi tarixi şəraitlə bağlıdır. Axı, sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının formalaşmasında 

böyük rola malikdir. Bu cür fəaliyyət olmadan bazar iqtisadiyyatı yarana bilməz. Həmin normanın sosial məq-

sədi sahibkarlıq fəaliyyətini dəstəkləməkdən və onu inkişaf etdirməkdən ibarətdir.  



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə